Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə18/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   68

 
62
İlk cümlə daha çox funksional-semantik vəzifə daşıyır; bu 
funksional təyinat xaqan (xan) haqqında informasiya ilə  məh-
dudlaşır. Son cümlənin xüsusi informasiya daşıyıcısı kimi 
sabitləşməsi isə struktur-forma amilinə xidmət edir; bədii mətni 
formal baxımdan (həm də  məzmunca) tamamlayır. Təsadüfi 
deyil ki, orta əsrlərə doğru bədii üslubun əsas ifadə vasitəsi 
olan və lirik növün əsasən təmsil edildiyi şer nümunələrində 
(istər klassik, istərsə də xalq şeri janrları) müəllif adının sonda 
verilməsi formal janr əlamətinə çevrilir.  
Bəzən qrammatik formanın özü bədii mətnin struktur-forma 
detalına çevrilir. Məlumdur ki, felin təsdiq və inkar şəkilləri 
ayrı-ayrılıqda müvafiq qrammatik vəzifə yerinə yetirirlər. On-
ların birlikdə eyni sintaktik vahiddə  işlənməsi isə  bədii üslubi 
fakt olur. Dəpəgöz Oğuzdan çıqdı, bir yuca tağa vardı. Yol kəs-
di, adam aldı, böyük hərami oldı. Üzərinə bir qaç adam 
göndərdilər. Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. 
Sügüylə sancdılar, ilmədi. Çoban-çoluq qalmadı, həb yedi. 
Oğuzdan dəxi adam yeməgə başladı. Oğuz yığılub üzərinə 
vardı. Dəpəgöz görüb qaqdı. Bir ağacı yerindən qopardı. Atub 
əlli-altmış adam həlak elədi… (YIII b., s. 99). 
Mürəkkəb sintaktik bütövün kursivlə verilmiş birinci üç 
tərkib hissəsində təsdiq və inkar felləri növbə ilə işlənir. Bu cür 
işlənmə  tərkib hissələrin semantik uzlaşması  və sintaktik 
quruluşun təkrarı ilə müşayiət olunur. Təsdiq-inkar fellərinin 
müvaziliyi dördüncü cümlədə  də  təkrar olunur, ancaq əksinə 
sxemlə baş verir; inkar feli əvvəl, təsdiq feli sonra gəlir:  
 
Ox atdılar [təsdiq], batmadı [inkar] 
Qılıc urdılar [təsdiq], kəsmədi [inkar] 
Sügüylə sancdılar [təsdiq], ilmədi [inkar] 
Çoban-çoluq qalmadı [inkar], həb yedi [təsdiq] 
 
Dörd cümlənin məzmun-forma tutumu əlaqələnərək 
mürəkkəb sintaktik bütöv içərisində mikrokontekst əmələ 


 
63
gətirir. Dördüncü cümlə öz növbəsində  əvvəlki üç cümlənin 
verdiyi informasiyanı yekunlaşdırır və  həmin mikrokonteksti 
qapayır. Eyni zamanda əvvəlki informativ strukturu yarımçıq 
qoymaqla, növbəti məzmuna keçid üçün şərait yaradır. 
Bəzi halda struktur-forma elementləri bədii mətn vahidi olan 
mürəkkəb sintaktik bütövün komponentlərini bir-biri ilə 
bağlamağa xidmət edir. Bu halda şeir olan mətnlə  nəsr olan 
mətn bir-birindən fərqlənir. Belə ki, nəsrlə yazılan mürəkkəb 
sintaktik bütövün tərkib hissələrini məlum formal vasitələr 
(açar söz və s.) və semantik rabitə birləşdirir. «Kitiabi-Dədə 
Qorqud»un dili üzərində aparılan müşahidələr göstərir ki, şeir-
mətnlərdə ahəng yaradan vasitələr də bu vəzifəni yerinə yetirə 
bilirlər. 
 
 Qadın ana! Qarşum alub nə bögrərsən? 
 
Nə ağlarsan, nə bozlarsan?  
 Bağrımla yürəgim nə tağlarsan?  
 Keçmiş mənim günimi də andırarsan?  
 Hey, 
ana! 
Ərəbi atlar olan yerdə  
 bir 
qulunı olmazmı olur? (I
 
Qızıl dəvələr olan yerdə  
bir köşəgi olmazmı olur? (II
Ağca qoyunlar olan yerdə 
bir quzıcığı olmazmı olur? (III
Sən sağ ol, qadın ana! Babam sağ olsun! 
bir mənim kibi oğul bulunmazmı olur? (IY;II b., s. 47) 
 
Verilmiş  şeir nümunəsində ritm yaradan vasitələr - 
qafiyələnmə, leksik təkrar, sintaktik təkrar, mətn (bənd) mər-
kəzinə  əsaslanan üçlük modeldən istifadə edilməsi sonuncu 
dörd misranın hamısında assosiasiya təşkil etdiyindən həmin 
cümlələr birlikdə  mətn hüdudunu (əvvəlini və sonunu) müəy-
yənləşdirir, mətnin formaca təşkilinə xidmət edir. Və ritmik 


 
64
vasitələr mətn komponentləri - misralar arasında  əsasən pro-
porsional (simmetrik) paylanırlar:  
 
 
 
 
 
 
Sətrin 
sıra №-
si 
Qafi-
yələnən 
sözlər 
 Leksik 
təkrarlar 
Sintaktik təkrarlar 

Qulunı olan 
yerdə 
    bir 
olmazmı olur 
Ərəbi atlar olan yerdə 
bir qulunı olmazmı olur 
  (feli  sifət tərkibi+zərf-
lik+təyin (say) + vasit-ə-
siz tamamlıq + qeyri qəti 
gələcək zamanın inka-
rında olan xəbər+ peri-
frastik fel forması) 
II 
köşəgi olan 
yerdə 
bir 
olmazmı olur 
Qızıl dəvələr olan yerdə  
bir köşəgi olmazmı olur 
III 
quzıcığı olan 
yerdə 
bir 
olmazmı olur 
Ağca qoyunlar olan 
yerdə 
bir quzıcığı olmazmı olur 
IY 
oğul … 
bir 
bulunmazmı 
olur 
… 
bir mənim kibi oğul 
bulunmazmı olur 
 
«Kitabi-Dədə Qorqud» şeirlərində  mətn və ya bənd 
mərkəzlərinə əsaslanan xüsusi modellərdən istifadə olunur. Bu 
modellərə görə sintaktik quruluşun qəlibi və  bəzi leksik 
vahidlər bütün misralarda olduğu kimi saxlanır. Hər sətrin iki, 


 
65
üç və daha artıq sözü isə bir-biri ilə semantik əlaqəyə girərək, 
mərkəzlər – ikiliklər, üçlüklər, dördlüklər və s. əmələ gətirirlər. 
Bu cütlük qəlibləri hər misrada mənaca  əlaqələnmiş digər 
cütlüklə (ikilik və s.) əvəz olunur və növbəti misrada yerini 
növbəti cütlüyə (ikilik, üçlük və s.) verir. Hey, ana! Ərəbi atlar 
olan yerdə bir qulunı olmazmı olur? Qızıl dəvələr olan yerdə 
bir köşəgi olmazmı olur? Ağca qoyunlar olan yerdə bir quzıcığı 
olmazmı olur? Sən sağ ol, qadın ana! Babam sağ olsun! Bir 
mənim kibi oğul bulunmazmı olur? (II b., s. 47). 
Verilmiş nümunənin birinci misrasında mənaca əlaqələnmiş 
at-qulun, ikinci misrada dəvə-köşək, üçüncü misrada qoyun-
quzıcıq, dördüncü misrada ana, baba-oğul sözləri müvafiq 
cütlüklər və ya mətn mərkəzləri əmələ gətirirlər. «Kitabi-Dədə 
Qorqud»un dili üzərində apardığımız müşahidələr göstərir ki, 
misralardakı cütlüklərin sayına görə mətn (bənd) mərkəzləri üç 
və daha çox - üç, dörd, beş, altı, yeddi predmetli ola bilir. 
Yuxarıdakı nümunədə cütlüklərin (ikiliklərin) sayı dörd olduğu 
üçün mürəkkəb sintaktik bütöv dörd predmetli hesab olunur. 
Cütlükləri  əmələ  gətirən üzvlərin - leksik vahidlərin 
kəmiyyətinə görə də bu cür şeirlər fərqləndirilir; ən azı iki, ən 
çoxu beş elementli olur. Məsələn,  əvvəl verilmiş nümunədəki 
cütlük model iki elementlidir.  
Mətn mərkəzinə (cütlüklərə)  əsaslanmış  şeir-mürəkkəb 
sintaktik bütövlərdə cütlüklərin (predmetlərin və ya 
mərkəzlərin) sayı ilə  mərkəz üzvlərinin (elementlərin) sayı 
adətən üst-üstə düşmür:  
-mürəkkəb sintaktik bütöv üç mərkəzli (predmetli) və 
dörd elementli olur; 
 
     Qaytabanda qızıl dəvə bundan keçdi,  
 Torumları bundan bozlayıb belə keçdi, 
 Torumcığım aldırmışam, bozlıyayınmı? 
 Qaraqucda 
Qazlıq atı bundan keçdi, 
 Quluncığı kişnəyüb belə keçdi, 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə