Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə15/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   68

 
51
Biri aydır: «Mərə, mizim öksüzligimiz yetməzmi, bizi niyə 
urarsan? Hünərin var isə, qartaşın Əlincə qələsində əsirdir, var, 
anı qurtar!» -dedi (X b., s. 111). 
•  Oğlan dəxi burada soylamış, görəlim, nə soylamış, 
aydır: Hərzə-mərzə söyləmə, mərə itüm kafər! Altımda al 
ayğırım nə  bəgənməzsən, - səni gördi oynar …Kafər aydır: 
«Oğuzun arsızı türkmanın dəlüsinə bənzər! Bağ-a şuna» -dedi 
(IX b., s. 108). 
• …Oğul, at üzərindən məni qap, döşəgimə çıqar, -dedi. 
Aslan  ənigi yenə aslandır. Atası at üzərindən qarvadı-tutdı, 
döşəginə  çıqardı. Cübbəsin üzərinə büridi. Qapusın örtdi (IX 
b., s. 106). 
Eyni zamanda bir hadisədən digərinə keçid səciyyəsi daşıya 
bilir. Məsələn:  
•At ayağı külük, ozan dili çevik olur. Qazanın ölüsini, 
dirisini kimsə bilmədi (XI b., s. 119). 
• At ayağı külük, ozan dili çevik olur. Qazan kafərə 
çağırub soylamış, görəlim, xanım, nə soylamış. Aydır… (II b., 
s. 48). 
• At ayağı külük, ozan dili çevik olur.  İyəgülü ulalur, 
qabırğalı böyür. Oğlan on beş yaşına girdi. Oğlanın babası 
Bayındır xanın ordısına qarışdı (I b., s. 36). 
İkincilər isə birbaşa kontekstual məzmunla bağlanmır, eyni 
vaxtda bir neçə və ya daha çox sayda işlənə bilir. 
Dədə Qorqut soylamış:  
Allah-Allah diməyincə işlər onmaz, 
Qadir tənri verməyincə ər bayımaz 
                     
•  
Əzəldən yazılmasa, qul başına qəza gəlməz  
                     

 
Əcəl vədə  irməyincə kimsə ölməz 
                     
• 
Ölən adam dirilməz, çıxan can geri gəlməz 
                     
• 


 
52
Bir yigidin qara tağ yumrısınca malı olsa, yığar-dərər, tələb 
eylər, nəsibindən artuğın yeyə bilməz. 
                     
• 
Ulaşıban sular taşsa, dəniz dolmaz. 
                     
•   
Təkəbbürlik eyləyəni tənri sevməz 
Könlin yuca tutan ərdə dövlət olmaz 
                     
• 
Yad oğlı saqlamaqla oğul olmaz, -böyüyəndə salur-gedər, 
gördüm deməz…. 
                     
• 
Kül təpəcik olmaz, 
[Güyəgü oğul olmaz ]. 
                     
• 
Qara eşək başına üyən ursan, qatır olmaz, 
Qaravaşa ton geyürsən, qadın olmaz. 
                     
• 
Yapa-yapa qarlar yağsa, yaza qalmaz,  
Yapağlu gögçə çəmən güzə qalmaz. 
                     
• 
Əski panbuq bez olmaz,  
Qarı düşmən dost olmaz. 
                     
• 
Qaraquca qıymayınca yol alınmaz,  
Qara polad üz qılıcı çalmayınca qırım dönməz. 
Ər malına qıymayınca adı qalmaz. 
                     
• 
Qız anadan görməyincə ögit almaz,  
Oğul atadan görməyincə süfrə çəkməz. 
                     
• 
Oğul atanın yetiridir, 
iki gözinin biridir. 
Dövlətli oğul qopsa,  
Ocağının közidir. 
                     
• 


 
53
Oğul dəxi neyləsün, 
Baba ölüb, mal qalmasa. 
Baba malından nə faidə, 
Başda dövlət olmasa (Müqəddimə, s. 31). 
Atalar sözləri  əsasən müəllif təhkiyəsində  işlənir. Bəzən 
obrazların nitqində də ona təsadüf edilir.  
Yüz kafər seçilüb oğlanın üzərinə  gəlmiş. Oğlana kafər 
soylamış, görəlim, nə soylamış, aydır
 
Ağ saqallu baban var isə, ağlatmağıl
 
Ağ birçəklü anan varsa, bozlatmağıl
 
Yalnız yigit alp  olmaz
 
Yovşan dibi bərk olmaz
 
Qadası yetmiş qavat oğlu qavat
 
Qayıda dön buradan! –dedi (IX b., s. 108). 
«Kitabi-Dədə Qorqud»un dilində  bədii surətlərin adlan-
dırılmasında iki meyl müşahidə olunur: tekstual adlandırma və 
situativ adlandırma. Tekstual adlandırmada bədii mətnin əvvə-
lindən axırınadək obraz nominasiyası  dəyişməz olaraq qalır; 
bədii surət bir adla tanınır: Salur Qazan, Bamsı Beyrək, Aruz 
Qoca, Qazılıq Qoca, Bəkdüz  Əmən, Dirsə xan, Burla xatun, 
Selcan xatun, Dədə Qorqud və s. Situativ adlandırmada obrazın 
nominasiyası  bədii informasiya yükünün, surəti səciyyələn-
dirən keyfiyyətlərin qeyri-sabitliyindən asılı olaraq dəyişə bilir. 
Eposda Dirsə xanın döyüşçüləri «Qırq yigit» adı ilə tanınır: 
Dərsə xan oğlana bəglik verdi, təxt verdi. Oğlan təxtə  çıqdı, 
babasının qırq yigidin anmaz oldı. Ol qırq yigit həsəd eylədilər. 
Bir-birinə söylədilər: «Gəlün oğlanı babasına quvlıyalum. Ola 
kim, öldürə, genə bizim izzətimiz, hörmətimiz anın babası 
yanında xoş ola, artıq ola», -dedilər (I b., s. 36). Ancaq «qırq 
yigit» nominasiyalı ünvan öz bədii obraz həllini tapandan, 
onun bədii obraz yükü sabitləşəndən sonra nominasiyasını 
dəyişir. Vardı, bu qırq yigidin yigirmisi bir yana, yigirmisi dəxi 
bir yana oldı.  Əvvəl yigirmisi vardı. Dirsə xana bu xəbəri 
gətürdi, aydır: «Görürmisin, Dirsə xan, nələr oldı!? 


 
54
Yarımasun-yarçımasun. Sənin oğlın kür qopdı,  ərcəl qopdı. 
Qırq yigidin boyına aldı. Qalın Oğuzun üstinə yüriş etdi. Nə 
yerdə gözəl qopdısa, çəküb aldı. Ağ saqallu qocanın ağzın 
sögdi. Ağ birçəklü qarının südin tutdı. Aqan turı sulardan 
xəbər keçə, arqurı yatan Ala tağdan xəbər aşa, xanlar xanı 
Bayındıra xəbər vara. «Dirsə xanın oğlı böylə bidət işləmiş» 
deyələr. Gəzdigindən öldigin yeg ola. Bayındır xan səni çağıra, 
sana qatı qəzab eyləyə. Böylə oğıl sənin nənə gərək? Böylə oğıl 
olmaqdan olmamaq yegdir. Öldürsənə!» -dedilər (I b., s. 37). 
Elə ki, bu baş verir, «Qırq yigit» «Qırq namərd»ə çevrilir; 
surətin tekstual (bədii mətndəki) adı  dəyişir: Dərsə xan istədi 
kim, oğlancuğın üstinə körəlib düşəydi, ol qırq namərd qomadı 
(I b., s. 37). 
Əski mifoloji detallar, nağıl, dastan elementləri «Kitabi-
Dədə Qorqud»un dilində  ənənəvi məzmununu qoruyub 
saxlamaqla bərabər, yeni mahiyyət kəsb edir. «Kitabi-Dədə 
Qorqud»da qurda qarşı  həm köhnə pozitiv münasibətin izləri 
özünü hiss etdirir (Məsələn: «Qurd yüzi mübarəkdir, qurdlən 
xəbərləşəyim», -dedi, II b., s. 45; Qaranqu axşam olanda güni 
toğan, Qar ilə yağmur yağanda ər kibi turan! Ordumın xəbərin 
bilürmisin, degil mana, Qara başım qurban olsun, qurdum, 
sana! II b., s. 45; Qazan bəg burada dəxi soylamış, aydır: 
…Əzvay qurd ənigi erkəgində bir köküm var, XI b., s. 118-
119; Babasilə Yegnək gizlü yaqa tutuban yiləşdilər. Eki həsrət 
bir-birinə bulışdılar. İssüz yerin qurdı kibi ulaşdılar, YII b., s. 
97), həm də yeni, qeyri-pozitiv münasibət müşahidə olunur 
(Qaraquç atları kişnəşdirən! Qızıl dəvə gördügində bozlaş-
dıran! Ağca qoyun gördügində quyruq çırpub qamçılayan! 
Arqasını urıb, bərk ağılın ardın sökən! Qarma bükəc simüzin 
alub tutan! Qanlu quyruq üzüb çap-çap yudan! Avazı qaba 
köpəklərə Qoğa salan! Çaqmaqluca çobanları dünlə yügürdən! 
II b., s. 45). Sonuncu detallar türk epik təfəkkürünün yetirdiyi 
qədim dastanlardakı qurd (börü) obrazından, xüsusilə, Oğuz 
xaqan dastanında Oğuz xaqanın qoşununa yol göstərən xüsusi 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə