Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə14/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

 
48
-Obrazlı ifadə vasitəsi kimi işlənir. Beyrək  şülən 
yeməginin üzərinə  gəldi. Qarnın toyurduqdan sonra qazanları 
dəpdi-dökdi, çevirdi. Yəxninin kimini sağına, kimini solına 
atar. Sağdan gedəni sağ alur, soldan gedəni sol alur. Haqluya 
həqqi dəgə, haqsuza yüzi qaraluğı dəgə (III b., s. 64). 
«Kitabi-Dədə Qorqud»un dilində mürəkkəb cümlələrin (və 
bəzən mətnlərin) başlanğıcı ilə sonunu əlaqələndirən sinonim–
dubletlər və ya cütlüklər işlənir. Sinonim cütlüklərin işlənməsi 
mətnin özünü və  tərkib hissələrini xüsusi formaya salır və 
spesifik sintaktik quruluş əmələ gətirir. Mətn vahidlərində belə 
sinonim cütlüklər ikili vəzifə yerinə yetirir. Cütlüyün iştirakı 
həm sintaktik vahidin – cümlənin (tabeli mürəkkəb cümlənin), 
bəzi hallarda isə 
mətnin sintaqmatik hüdudlarını 
müəyyənləşdirir; onu başlayır və qapayır, həm də  ədəbi-
kommunikativ funksiyalılıq baxımından xüsusi vəzifə daşıyır. 
Yəni sinonim cütlüyün birinci tərəfi obrazın nitqi ilə bağlıdırsa, 
ikinci tərəfi – yekunlaşdırıcı hissə müəllif təhkiyəsi ilə 
əlaqəlidir. Başqa sözlə, obrazın təhkiyəsini (məsələn, Qılbaş 
ayıtdı: «Sən qarındaşısan, sən var; XII b., s. 125) müəllif 
təhkiyəsi (-dedi; XII b., s. 125) müşayiət edir və tamamlayır. 
(Cümlə bütöv halda bu cür ifadə olunur: Qılbaş ayıtdı: «Sən 
qarındaşısan, sən var!» -dedi; XII b., s. 125). 
 Sinonim  cütlüklər, bir qayda olaraq, xəbəri üçüncü şəxsin 
təkində olan cümlələrdə özünü göstərir və həm şəxsə, həm də 
kəmiyyətə görə bir-biri ilə uzlaşır. Qanturalı aydır: «Qızların 
yolu əvvəldir, sən at!» -dedi (YI b., s. 93). Birinci tərəf (ayıt- 
feli) birinci şəxsdə işlənsə də, ikinci tərəf (de- feli), bir qayda 
olaraq, birinci şəxsin təkində  işlənmir. Qılbaşa ayıtdım ki, 
qaçan ki, Qazan evin yağmaladardı, Taş  Oğuz bəgləri bilə 
yağmaladardı; bəglər gəlür, Qazanı  səlamlar, gedərdi –dedi 
(XII b., s. 124). Aydır – dedi cütlüyü bəzən üçüncü şəxsin 
cəminə  də aid olur. Ol qırq namərd dəxi bunı gördilər, 
ayıtdılar: «Gəlün, varalım, şol yigidi tutıb gətürəlim», -dedilər 
(I b., s. 40). Sinonim cütlüklər kəmiyyətcə uzlaşmaya da bilir. 


 
49
Yigitləri aydır: «Buğadan qurtıldı, aslandan necə qurtula?» –
dedilər (YI b., s. 88). 
«Kitabi-Dədə Qorqud» şerlərində işlənən sinonim cütlüklər 
konstruktiv funksiya da daşımalı olur; mətn vahidi hesab edilən 
şerlərin başlanğıcı ilə sonunu əlaqələndirməklə, mətn 
komponentlərini bir-birinə bağlayır, onların bütöv sintaktik 
vahid kimi təşkilinə xidmət edir. Odur ki, cütlüklərin  əhatə 
etdiyi belə  şerləri tabeli mürəkkəb cümlədən çox mətn hesab 
etmək daha məqsədəuyğundur. 
Məgər sultanım, Dərsə xanın xatunı tuymış, oğlancuğına 
qarşu varub, soylamış, görəlim, xanım, nə soylamışAydır:  
Görərmisin, ay oğul, nələr oldı?! 
Sarp qayalar oynanmadı, yer oyruldı. 
Eldə yağı yoğkən sənin babanın üstinə yağı gəldi. 
Ol qırq naməd – babanın yoldaşları babanı tutdılar. 
Ağ əllərin ardına bağladılar,  
Qıl sicim ağ boynına taqdılar,  
Kəndülər atlu, babanı yayaq yüritdilər.  
Alubanı qalın kafər ellərinə yönəldilər.  
Xanım oğul! Qalqubanı yerindən urı turğıl!  
Qırq yigidin boyına alğıl!  
Babanı ol qırq namərddən qurtarğıl
Yüri oğıl!  
Baban sana qıydısa, sən qıymağıl! –dedi (I b., s. 40). 
 
«Kitabi-Dədə Qorqud»un dilində  mətn təşkili üçün zəruri 
elementlərdən biri üslubiliyə xidmət edən dil detallarından 
istifadə edilməsidir. Belə ki, ümumişlək olmayan – köhnəlmiş 
söz və ifadələr semantik təyinatını dəyişmiş şəkildə üslubiliyə 
xidmət göstərə bilir. «Kitabi-Dədə Qorqud»un dilində elitar 
təbəqəyə  mənsubluğu bəg termini ifadə edir. Qızlar aydır: 
«Vallah sultanım, bu yigit yüzi niqablu yaxşı yigitdir. Bəg oğlı 
bəg imiş», -dedilər (III b., s. 54). Dövlətin başçısı  bəzən xan, 
bəzən də  bəg titulu ilə  təyinlənir. Qazan bəg baqub tamaşa 


 
50
edərdi (III b., s. 63). Baybörə  bəg aydır: «Xan Qazan, necə 
ağlamıyayın, necə bozlamıyayın? Oğulda ortacım yoq, 
qardaşda qədərim yoq! Allah-təala məni qarğayıbdır. Bəglər 
tacım-təxtim üçün ağlaram. Bir gün ola, düşəm, öləm, yerimdə, 
yurdımda kimsə qalmıya», -dedi (II b., s. 52). Bir nəfərə 
ünvanlanmış ali hakimiyyətə mənsubluğu bildirmək üçün İran 
modelində xanlar xanı  (şahənşah) ifadəsindən istifadə olunur. 
Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib oğuz bəglərin 
qonaqlardı (I b., s. 34). Qədim türk cəmiyyətində xaqan 
institutunun başçısını bildirən kağan sözü isə «Kitabi-Dədə 
Qorqud»un dilində mənaca deformasiyaya uğrayaraq, semantik 
yönümünü dəyişir; mifik obrazı – mifonimi təyinləndirməyə 
xidmət edir. Ol üç canvərin biri qağan aslandı, biri qara 
buğaydı, biri dəxi qara buğra idi (YI b., s. 85). Canvərlər 
sərvəri qağan aslan qıran, Ala köpək itinə  kəndözin taladırmı 
(YI b., s. 88). Qağan aslan gəldügində belin bükmiş, Qara 
buğra gəldigində  nə kiçikmiş?! –deyələr (YI b., s. 89). Anam 
adın sorar olsan, -Qaba Ağac, Atam adın deirsən, -Qağan Aslan 
(YIII b., s. 102). Qağan aslan qopdı  Təpəgöz, Qalın sazlarda 
çevirdim, alımadım, Basat! (YIII b., s. 100). Bununla belə, hər 
iki sema arasında ümumi yaxınlıq müşahidə olunur; birincisi 
insanların yuxarı  təbəqə nümAyəndəsini, iyerarxik pillə üzrə 
yuxarıda dayananı, ikincisi, mifik dünyagörüşə görə, heyvanlar 
aləmində yuxarı iyerarxik pilləyə sahib olanı bildirir.  
Epos mətninin bədii təsir gücünü artıran atalar sözlərini də 
iki şəkildə qruplaşdırmaq mümkündür: kontekstlə bağlı olan və 
kontekstlə bağlı olmayan atalar sözləri. Birincilər məzmun 
etibarilə hər hansı kontekstlə bağlanır. Məsələn: 
• İyəgülü ulalur, qabırğalu böyür. Məgər xanım, Uşun 
Qocanın kiçi oğlı Səgrək eyü bəhadır alp, dəlü yigit qopdı. Bir 
gün yolı bir dərnəgə  uğradı, qondı. Yemək-içmək etdilər. 
Səgrək məst oldı. Tışra ayaq yolına çıqdı. Gördi kim, oksüz 
oğlan bir qızanı çəkişür. «Mərə noldınız» deyü bir şillə birinə, 
bir şillə birinə urdı. Əski tonın biti, öksüz oğlanın dili acı olur. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə