Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə12/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   68

 
40
II variant (açar sözə görə) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qoca eşidüb şad oldı (1). Gumbur-gumbur davullar çalındı 
(2).  Altun tuc borular ağrıldı (3). Ol gün ala bargah otaqlar 
dikildi (4). Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç 
qırıldı (5). Qoca bəg oğullarına qarşu gəldi (6). Atından endi, 
oğlanlarilə quca-quca görüşdi, «xoş  gəlmisiz, oğullar», dedi 
(7). Günligi altunlıca odasına gəldilər (8). Şadlıq, yemək-içmək 
oldı (9). Ulu oğlına dəxi görkli gəlin gətürdi (10). Eki qardaş 
bir-birinə sağdıc oldılar, gərdəklərinə çapub düşdilər  (11). 
Murada-məqsuda irişdilər (12) (X b., s. 115).  
Mürəkkəb sintaktik bütövün komponentləri  əlaqə üsuluna 
görə üç şəkildə qruplaşır: 
- açar söz (Qoca bəg): I, YI, YII, X cümlələr; 

II 
III 
IY 

YI 
YII 
YIII 


 
41
- sintaktik quruluş: II, III, IY, Y, IX cümlələr;  
- morfoloji yol (xəbərdəki cəmlik  şəkilçisinə görə): 
YIII, XI, XII cümlələr. 
 
  
 
 
 
 


 
42
«Kitabi – Dədə Qorqud»un dilində mürəkkəb sintaktik 
bütövləri  əmələ  gətirən cümlələrin quruluşuna görə  də  mətn 
tiplərini fərqləndirmək mümkündür:  
-mürəkkəb sintaktik bütöv sadə cümlələrdən təşkil 
olunur. Yol üzərində kafərin Aya Sofyası vardı. Keşişlər 
bəklərdi. Ğayət sarb kəlisaydı. Atdan enüb tacir tonın geydilər. 
Bəzırgan surətində qatır-dəvə çəkdilər, gəldilər (XI b., s. 119). 
-mürəkkəb sintaktik bütöv sadə  və tabesiz mürəkkəb 
cümlələrdən ibarət olur. Böylə digəc qırq incə belli qız 
yayıldılar. Tağ çiçəgi döşürdilər. Oğlanın anası  əmcəgin bir 
sıqdı, südi gəlmədi. İki sıqdı, südi gəlmədi. Üçüncidə kəndüyə 
zərb eylədi, qanı toldı. Sıqdı, südlə qan qarışıq gəldi. Tağ 
çiçəgilə südi oğlanın yarasına urdular. Oğlanı ata bindirdilər, 
alubanı ordısına gəldilər. Oğlanı  həkimlərə  ısmarladub Dərsə 
xandan saqladılar (I b., s. 39). 
-mürəkkəb sintaktik bütöv sadə  və tabeli mürəkkəb 
cümlələrdən təşkil olunur. Eylə olsa, xanım, Beyrəgin qanı 
qaynadı. Ədəblə yab-yab gerü döndi. Qızlar keyiki götürdilər. 
Gözəllər şahı Banıçiçəgin öginə gətürdilər. Baqdı, gördi ki, bir 
sultan simüz sığın-keyikdir. Banıçiçək aydır: «Mərə qızlar, bu 
yigit nə yigitdir?» Qızlar aydır: «Vallah, sultanım, bu yigit yüzi 
niqablu yaxşı yigitdir. Bəg oğlı  bəg imiş», -dedilər (III b., s. 
54). 
-mürəkkəb sintaktik bütöv sadə cümlələrlə qarışıq tipli 
mürəkkəb cümlədən ibarət olur. Nagahi bəzırganlar gəldilər. 
Gördilər kim, ol yigit kim, baş  kəsübdür, qan dökübdür, 
Baybörə  bəgin sağında oturar. Bəzırganlar yüridilər. Yigidin 
əlin öpdilər (I b., s. 53-54).  
       Ümumiyyətlə, «Kitabi – Dədə Qorqud»un dilindəki mü-
rəkkəb sintaktik bütövlərdə sadə cümlələr mürəkkəb cümlələrə 
nisbətən çoxluq təşkil edir.  
 
 
 


 
43
§3. BƏDİİ  MƏTN  VƏ  FUNKSİONAL   
MƏZMUN DETALLARI 
 
İ
nformasiya
 
və onun mürəkkəb sintaktik bütövlərlə ifadəsi 
bədii mətnin zəruri struktur-semantik vahidini təşkil edir. 
Mürəkkəb sintaktik vahidlərin bədii mətn vahidi kimi 
formalaşması üçün başqa zəruri keyfiyyət–funksional məzmun 
elementlərinin iştirakı da tələb olunur. Belə elementlər bədii 
mətnin məzmununa aid olub milli təfəkkür enerjisinin yetirdiyi 
funksional dil vahidlərini, ifadə vasitələrini, spesifik obrazlar 
sistemini, din və mifologiya ilə bağlı  təfəkkür elementlərini 
nəzərdə tutur. 
Mətnin məzmun strukturunu səciyyələndirən informAsiyalar 
aşağı  və yuxarı instansiyalara mənsubluq dərəcəsinə görə 
bəzən fərqlənir. Yuxarı elitaya aid obraz ilə aşağı elitanı təmsil 
edən obraz haqqında məlumatlar eyni səviyyədə  təqdim 
olunmur. Müəllif təhkiyəsi, obrazların nitqi, xüsusi isimlər, 
bədii təyin və  bənzətmələr hər iki təbəqə nümayəndələrinə 
münasibətdə fərqlənir. «Kitabi-Dədə Qorqud»un dilində yuxarı 
və  aşağı instansiyalara aid sabitləşmiş ifadələr, epitetlər  əhatə 
dairəsinə görə iki hissəyə    ayrılır: ümumi və  fərdi səciyyə 
daşıyanlar. Yuxarı instansiyaya ünvanlanmış ümumi səciyyəli 
sabit ifadələr «Kitabi-Dədə Qorqud»un mətnində, bir qayda 
olaraq, azlıq təşkil edir. Onların işlənmə potensiyası mətnin hər 
yerində bərabər səviyyədə olmur; daha çox boyların əvvəlində, 
obrazların bir-birinə müraciəti məqamında müşahidə edilirlər.  
Bir gün  Qamğan oğlı xan Bayındır yerindən turmışdı (I b., 
s. 34). 
Alar sabah Dirsə xan qalqubanı yerindən uru turub, qırq 
yigidin boyına alub, Bayındır xanın söhbətinə  gəlürdi (Ib., s. 
34). 


 
44
Xan qızı gördi kim, Qazan gəlür, yumurlanıb yerindən uru 
turdı (IY b., s. 72). 
Bəy yigidim Qazan, qalqubanı yerindən uru turdın (IY b., s. 
72).  
«Kitabi-Dədə Qorqud»un mətnində Qazan xan və Bayındır 
xanla bağlı sabit ifadə  və cümlələr işlənir:  Bir gün Qam Ğan 
oğlı xan Bayındır yerindən turmışdı.  Şami günligi yer yüzinə 
yüzinə dikdirmişdi. Ala sayvanı gög yüzinə  aşanmışdı. Bin 
yerdə ipək xalicəsi döşənmişdi  (I b., s. 34).  
Bir gün Ulaş  oğlı Qzan bəg yerindən turmışdı. Qara yerin 
üzərinə otaxların tikdirmişdi. Bin yerdə ipək xalicəsi döşətmiş 
idi. Ala sayvan gög yüzinə aşanmışdı (IY b., s. 68). 
Fərdi səciyyə daşıyan konstantlar (sabit ifadələr) fərdi obrazlarla 
bağlı olur və biri digərinə aid edilmir. Obrazların bəzisi bir epitet ilə 
təqdim olunur, bir obrazla bağlı  bədii təyinlər isə nisbətən çoxluq 
təşkil edir. 
Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin 
qonaqlardı (Ib., s. 31).  
Bir gün Ulaş  oğlı Tülü quşun yavrısı, bizə miskin umudı, 
Amit soyının aslanı, Qaraçuğın qaplanı, Qonur atın iyəsi, xan 
Uruzın ağası, Bayındır xanın göygüsi, Qalın Oğuzın dövləti, 
qalmış yigit arxası Salur Qazan yerindən turmışdı (II b., s. 42). 
Bunların əksəri feli sifət tərkibi ilə ifadə edilir.  
Qara dərə  ağzında qara buğa dərisindən beşiginin yapuğı 
olan, acığı tutanda qara taşı kül eyləyən, bığın ənsəsində yedi 
yerdə dügən  ərənlər  əvrəni, Qazan bəgin qartaşı Qaragünə 
çapar yetdi (II b., s. 49). 
Varıban peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda 
səhabəsi olan, acığı tutanda bığlarından qan çıqan bığı qanlu 
Bügdüz Əmən çapar yetdi (II b., s. 50).  
Yuxarı instansiyaya aid sabitləşmiş ifadələr təmtəraqlı 
üslubda olur, silsilə epitetlər və  bəzən mübaliğə ilə müşayiət 
edilir.  
Bəzən belə ifadələrdə xalqın etnik təfəkküründə özünə yer 
etmiş zəruri genetik informasiyalar qorunub saxlanır. Məsələn, 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə