Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə9/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

 
30
  …Basat aydır: «Yoğ, ağ saqallu əziz baba, vararam»,  dedi. 
Əsləmədi, biləgindən bir tutam oq çıqardı, belinə soqdı. Qılıcın 
həm quşandı. Yayın qarusına bıraqdı.  Ətəklərin qıvardı. 
Babasının-anasının əlini öpdi, həlallaşdı, «xoş qalun» -dedi
Mürəkkəb sintaktik bütöv burada tamamlana bilərdi. Çünki 
informasiyalar və onların həcmi buraya qədər olan hissəni bir 
sintaktik mətn kimi qəbul etməyə imkan verir. Ancaq növbəti 
cümlədə açar-subyektin ifadə olunmaması onu və ondan sonra 
gələn tam sintaqmları  əvvəlki cümlələr ilə formal baxımdan 
bağlayır və mürəkkəb sintaktik bütövün hüdudları genişlənir. 
 
Dəpəgöz oldığı Salaxana qayasına gəldi. Gördi, 
Dəpəgöz günə qarşu arxasın vermiş. Yalnuz çəkdi, belindən bir 
ox çıqardı. Dəpəgözün yağrına bir ox urdı. Ox keçmədi
paralandı. Bir dəxi atdı. Ol dəxi parə-parə oldı. Dəpəgöz 
qocalara ayıtdı: «Bu yerin sinəgi bizi üşəndirdi!» –dediBasat 
bir dəxi atdı. Ol dəxi paralandı, bir parəsi Dəpəgözün öginə 
düşdi. Dəpəgöz sıçradı, baqdı. Basat gördi, əlin-əlinə çaldı; 
qas-qas güldi. Qocalara aydır: «Oğuzdan yenə bizə bir 
türfəndə quzı gəldi», -dedi. Basatı öginə qatdı, tutdı. Boğazdan 
salındırdı. Yatağına gətürdi.  Ədüginin quncına soqdı. Aydır
«Mərə qocalar, ekindi vəqti munı mana çevirəsiz, yiyəm» -dedi. 
Yenə uyıdı (YIII b., s. 101). 
«Kitabi-Dədə Qoqud»un dilində mürəkkəb sintaktik 
bütövün tərkib hissələrini  əlaqələndirən vasitələr içərisində 
qrammatik  şəkilçilər çoxluq təşkil edir. Mənsubiyyət 
kateqoriyasının  əlamətləri mətn komponentlərini bir-birinə 
bağlayır. 
Oğuz zəmanında Qanlı Qoca derlərdi, bir gürbiz ər vardı. 
Yetişmiş bir cilasun oğlı vardı. Adına Qanturalı deirlərdi (YI 
b, s. 85). 
Sintaktik mətndən gətirdiyimiz parçada ikinci cümlənin 
mənsubiyyət  şəkilçisi oğlı sözünü əvvəlki cümlənin  ər 
lekseminə, üçüncü cümlənin mənsubiyyət  şəkilçisi isə adına 
sözünü ikinci cümlənin oğlı isminə bağlayır və  hər iki cütlük 


 
31
bir yerdə təyini söz birləşmələri əmələ gətirirlər. Ancaq ikinci 
və üçüncü cümlələrdə  həmin ismi birləşmələrin (ərin oğlı, 
oğlının adı) birinci tərəfi ifadə olunmadığından üçüncü növ 
təyini söz birləşməsi modelində  təktərəfli birləşmələr yaranır. 
…bir gürbiz ər vardı. 
[Ərin] yetişmiş bir cilasun oğlı vardı. 
[Oğlının] adına Qanturalı deirlərdi. Həm də  mənsubiyyət  şə-
kilçilərinin iştirakı ilə olan bu bağlanmalar ardıcıl (və ya zən-
cirvari) sıralandığından bədii  əsərin dilinə xüsusi effekt verir. 
Kəmiyyət kateqoriyasının əlaməti bu funksiyanı yerinə yetirir. 
Burada cəmlik  şəkilçisinin hansı nitq hissəsi ilə  işlənməsi, 
cümlənin hansı mövqeyində  gəlməsi xüsusi əhəmiyyət kəsb 
edir. Cəmlik şəkilçisi cümlənin içərisində işlənib isimlərə əlavə 
olunduqda ancaq qrammatik məzmun daşıyır, eyni sintaktik 
funksiyalı isimlərə  əlavə edildikdə isə cümlənin həmcins 
üzvlərinin formalaşmasına kömək edir. –lar (-lər)  şəkilçisinin 
bağlayıcı–əlaqələndirici funksiyası, bir qayda olaraq, xəbərlərlə 
işləndikdə özünü göstərir. 
Babasilə Yegnək gizlü yaqa tutuban yiləşdilər. Eki həsrət 
bir-birinə bulışdılar.  İssüz yerin qurdı kibi ulaşdılar. Tənriyə 
şükrlər qıldılar. Qələnin kəlisasın yıqub, yerinə  məscid 
yapdılar.  Əziz tənri adına qudbə oqıtdılar. Quşun ala qatını, 
qumaşın arusını, qızın gögçəgini, toquzlama çırğab çuqa 
Bayındır xana pəncyek çıqardılar. Baqisin ğazılara bəxş 
etdilər. Döndilər, evlərinə gəldilər (YII b, s. 97). 
Burada feli xəbərin cəmlik  şəkilçisi mətndəki  doqquz 
cümlənin bir-birinə bağlanmasına kömək edir. 
Xəbərlərin zamana görə uzlaşması bağlayıcı vasitə rolunu 
oynayır. Bu halda aşağıdakı zaman şəkilçilərinin funksionallığı 
müşahidə edilir: 
 –mətnlərdə qeyri-qəti gələcək zamana görə uzlaşma özünü 
göstərir. 
Oğul, oğul, ay oğul! Ortacım oğul! 
Qarşu yatan qara tağım yüksəgi oğul!     
Qarannulıca gözlərim aydını oğul! 


 
32
Sam yelləri əsmədin Qazan qulağım çınlar. 
Sərimsaq otın yemədin Qazan, içim göynər. 
Sarı yılan soqmadan ağca tənüm qalqar, şişər. 
Qurumışca köksimdə südim oynar, 
Yalnuzca oğul görünməz, bağrım yanar. 
Yalnuz oğul xəbərin, Qazan, degil, mana! 
Deməz olarsan, yana-göynə qarğaram, Qazan,    
                                               sana! (IY b., s. 72); 
 
 –mürəkkəb sintaktik bütövün komponentləri  şühudi 
keçmiş zamana görə uzlaşır və belə uzlaşmaya «Kitabi-Dədə 
Qorqud»un dilində daha çox təsadüf olunur: 
 
Baba oğlancuğın gördi, allaha şükrlər eylədi. Oğlilə, 
gəlinlə Qanlı Qoca Oğuza girdi. Gög ala görkli çəmənə çadır 
dikdi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı, 
dügün etdi. Qalın Oğuz bəglərin ağırladı. Altunluca günlügin 
diküb, Qanturalı  gərdəginə girüb, muradına–məqsudına irişdi 
(YI b., s. 93);         
  
–idi 
bağlaması müxtəlif zaman şəkilçilərinə  əlavə 
olunaraq, mətn komponentlərini formal baxımdan birləşdirir. 
Məgər qız meydanda bir köşk yapdırmış idi. Cəmi yanında 
olan qızlar al geymişlərdi, kəndü sarı geymiş idi. Yuqarıdan 
təmaşa edərdi (YI b, s. 87). 
Qrammatik formalarla yanaşı, leksik vahidlər mürəkkəb 
sintaktik bütövlərin formalaşmasına təsir göstərir. Bir gün Ulaş 
oğlı, Tülü quşun yavrısı, bizə miskin umudı, Amit soyının 
aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzın ağası, 
Bayındır xanın göygüsi, Qalın Oğuzın dövləti, qalmış yigit 
arxası, Salur Qazan yerindən turmuşdı. Toqsan başlu ban 
evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala-qalı 
ipək döşəmişdi. Səksən yerdə badyələr qurulmışdı. Altun ayaq 
sürahilər düzülmüşdi. Toquz qara gözlü, xub yüzlü, saçı ardına 
urulu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə