Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə11/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

 
36
«Mərə qocalar, sügiligi ocağa qoun, qızsun!» -dedi. Sügiligi 
ocağa bıraqdılar, qızdı (YIII b., s. 101).  
Tədqiqatçılara görə, hər bir mətn üç  hissədən ibarətdir: baş-
lanğıc (tema), orta (inkişaf), sonluq (nəticə) [1, s. 441; 6]. «Kitabi-
Dədə Qorqud»un dilində mürəkkəb sintaktik bütövlərin 
komponentlərini struktur-semantik kompozisiya baxımından üç 
tipə ayırmaq olar:  
a) mürəkkəb sintaktik bütövün başlanğıcı; 
b) mürəkkəb sintaktik bütövün inkişafı;  
c)  mürəkkəb sintaktik bütövün sonu. 
Aslanı qoyu verdilər. Sürdi gəldi; Qanturalı bir kəpənəgi 
qapağına toladı. Aslanın pəncəsinə sunı verdi. Adı görklü 
Məhəmmədə salavat gətürdi. Aslanın alnın közədüb bir yumruq 
eylə urdı kim, yumruq çənəsinə toqundı, ovatdı. Süksünindən 
tutdı, belüni üzdi. Andan götürüb yerə urdı. Xurd oldı. Təkur 
öginə  gəldi. Ayıtdı: «Yarın qızını mana vergil!» -dedi (YI b., s. 
89). 
Burada birinci cümlə sintaktik mətnin başlanğıcını, ikinci-
səkkizinci cümlələr tam sintaqmların sintaktik mətnə doğru 
inkişafını, sonuncu cümlə isə sintaktik mətnin sonunu bildirir, 
mətn sonuncu cümlə ilə qapanır. 
Mürəkkəb sintaktik bütövün sonunu (sonluğu) bildirən cümlə 
ilk və başlanğıc cümlə tiplərindən fərqli olaraq, müxtəlif məzmun 
çalarları  yarada bilir: 
a) təsviredici məzmun çaları; 
Bir gün Ulaş oğlı Tülü quşun yavrusu, bizə miskin umudı, Amit 
soyının aslanı, Qaraçuğın qaplanı, Qonur atın iyəsi, xan Uruzın 
ağası, Bayındır xanın göygüsi, Qalın Oğuzın dövləti, qalmış yigit 
arxası Salur Qazan yerindən turmuşdı. Toqsan başlu ban evlərin 
qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək 
döşəmişdi. Səksən yerdə badyələr qurulmışdı. Altun ayaq 
sürahilər düzülmüşdi. Toquz qara gözlü, xub yüzlü, saçı ardına 
urulu, köksi qızıl dügməli,  əlləri biləgindən qınalı, barmaqları 


 
37
nigarlı məhbub kafər qızları Qalın Oğuz bəglərinə sağraq sürüb 
içərlərdi (II b., s. 42). 
b) yekunlaşdırıcı məzmun çaları; 
İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın istisi çıqdı. 
Qaba dizi üzərinə çökdi, ayıtdı: «Ünim anlan, bəglər, sözüm 
dinlən, bəglər! Yata-yata yanımız ağrıdı. Tura-tura belümiz 
qurudı. Yüriyəlim, a bəglər! Av avlıyalım, quş quşlıyalım, sığun, 
keyik yığalım, qayıdalım, otağımıza düşəlim: yeyəlim, içəlim, xoş 
keçəlim!»  
Qıyan Selcük oğlı  Dəli Tondaz aydır: «Bəli,  xan Qazan
məsləhətdir». 
Qaragünə oğlı Qarabudaq aydır: «Ağam Qazanməsləhətdir». 
Anlar öylə digəc at ağuzlu Aruz Qoca iki dizinin üstinə çökdi, 
aydır: «Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, 
ordun üstinə kimi qorsan?». 
Qazan aydır: «Üç yüz yigidlən oğlum Uruz mənim evim üstinə 
tursun» -dedi.  Qonur atın çəkdirdi, bütün bindi. Təpəl-qaşqa 
ayğırına Tondaz bindi. Gög bədəvisin tutdurdı, Qazan bəgün 
qarındaşı Qaragünə bindi. Ağ bədəvisin çəkdirdi, Bayındır xanın 
yağısın basan Şir  Şəmsəddin bindi. Barasarın Bayburd 
hasarından parlayıb Beyrək boz ayğırına bindi. Qonur atlu 
Qazana «keşiş» deyən bəg Yegnək Turu ayğırına bindi. Saya 
varsam, dükənsə, olmaz Qalın Oğuz bəgləri bindi. Ala tağa ala 
ləşkər ava çıqdı (II b., s. 42). 
c) nəticə-məzmun çaları;  
Ol gün cigərində olan ər yigitlər bəlürdi (1). Ol gün 
müxənnətlər sapa yer közətdi (2). Ol gün bir qiyamət savaş oldı, 
meydan tolu baş oldı, başlar kəsildi top kibi (3). Şahbaz-şahbaz 
atlar yügürdi, nalı düşdi (4). Ala-ala köndərlər süsəldi (5). Qara 
polat üz qılıclar çalındı, yılmağı düşdi (6). Üç yelənli qayın oqlar 
atıldı, dəmrəni düşdi (7). Qiyamətin bir güni ol gün oldu (8). Bəg 
nökərindən, nökər bəgindən ayrıldı (9) (II b., s. 50).   
Bəzən bir mürəkkəb sintaktik bütövün komponentlərinin 
bağlanmasında bir deyil, bir neçə  əlaqə forması özünü göstərir. 


 
38
Yuxarıda nümunə  gətirdiyimiz mətnin birinci, ikinci, üçüncü və 
səkkizinci cümlələrini açar söz əlaqələndirir. Dördüncü, beşinci, 
altıncı, yeddinci cümlələr bir sintaktik quruluşun – dördüncü 
cümlənin ikinci tərəfinin modelində formalaşır. Doqquzuncu 
cümlə isə giriş ilə başlanmış informasiyanı tamamlayan yekun 
cümlədir. Mətn komponentlərinin formal əlaqələnmə üsuluna 
görə qruplaşdırılmanı sxemlə bu cür ifadə etmək olar:  
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxemə  əsasən verilmiş mətn komponentləri aşağıdakı kimi 
qruplaşdırıla bilər: 
Ы ъцмля 
ЫЫ ъцмля
ЫЫЫ ъцмля
ЫЙ ъцмля
Й ъцмля
ЙЫ ъцмля 
ЙЫЫ ъцмля
ЙЫЫЫ ъцмля
ЫХ ъцмля


 
39
• açar sözə görə: I, II, III, YIII cümlələr
• sintaktik quruluşa görə: IY, Y, YI, YII cümlələr; 
• başlanğıc: I cümlə; 
• sonluq: IX cümlə. 
Oğuz zəmanında Uşun Qoca deərlər bir kişi vardı (1). 
Ömründə eki oğlı vardı (2). Ulu oğlının adı  Əgrək idi (3). 
Bəhadır, dəlü, yaxşı  yigid idi (4). Bayındır xanın divanına 
qaçan istəsə, varır-gəlürdi (5). Bəglər bəgi olan Qazan 
divanında buna heç qapu-baca yoğdı (6). Bəgləri basub Qazan 
ögində oturardı (7). Kimsəyə iltifat eyləməzdi (8) (X b., s. 110). 
Mətnin komponentləri idi bağlamasının  əlaqələndirici 
funksiyasına görə bir şəkildə  (əvvəlincidən sonuncuya qədər 
bütün tərkib hissələr bir-biri ilə), açar sözün iştirakına görə 
başqa  şəkildə  əlaqələnir. Mətnin birinci, ikinci, üçüncü 
cümlələrini Uşun Qoca deərlər bir kişi ifadəsi, dördüncü, 
beşinci, altıncı, yeddinci, səkkizinci cümlələrini başqa açar söz 
(və ya funksiyaca buna bərabər tutulan) – Əgrək idarə edir. Hər 
iki komponentin sxemlə ifadəsi bu cürdür:  
  
I  variant (idi bağlamasının iştirakına görə)  
               
 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə