Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə13/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   68

 
45
Tülü quşun yavrısı, Türküstanın dirəgi, Amit soyının aslanı, 
Qaraçuğın qaplanı! Qonur atın ayası! Xan Uruzın babası, 
xanım Qazan, ünüm anla, sözüm dinlə (II b., s. 63). Burada 
Türküstanın dirəgi ifadəsi qədim türk birliyinin süqutundan 
sonra (YIII əsrin ikinci yarısı) türk etnoslarının, o cümlədən, 
oğuzların Mərkəzi Asiyada, Türküstanda təmərküzləşməsi, 
Qaraçuğın qaplanı ifadəsi isə  Oğuz yabqu dövləti zamanında 
Sırdərya çayı boyunda oğuzlara mənsub  şəhərlərdən biri – 
Qaraçuq ilə bağlı informasiyanı, yəni Oğuz dövlətinin 
etnogenetik zəminində müəyyənləşmiş informasiyaları  təqdim 
edir. 
Eyni adresata ünvanlanan epitetlər başqa-başqa adresantLar-
dan gələ bilir, dastan müəllifinin, yaxud obrazlardan hər birinin 
fərdi təfəkkürü ilə bağlı olur. Dastan müəllifinə görə, Bayındır 
xan xanlar xanı epiteti ilə  təqdim olunur (Xanlar xanı xan 
Bayındır yildə bir kərrə toy edib, oğuz bəglərin qonaqlardı; I 
b., s. 34) digər adresant (obraz) tərəfindən isə başqa cür 
təyinlənir (Səgrək burada qardaşına soyladı. Aydır: Qaba 
gərdun içində yol azsam, umum Allah! Qaba ələm götürən 
xanımız  Bayındır xan; X b., s. 114). Bu cür paradiqma Qazan 
xana münasibətdə də müşahidə olunur. 
1.Dastan müəllifinə görə:  
 Bir gün Ulaş  oğlı Tülü quşun yavrısı, bizə miskin umudı, 
Amit soyının aslanı, Qaraçuğın qaplanı, Qonur atın iyəsi, xan 
Uruzın ağası, Bayındır xanın göygüsi, Qalın Oğuzın dövləti, 
qalmış yigit arxası Salur Qazan yerindən turmışdı (II b., s. 42). 
2.Burla xatuna görə: 
Bərü gəlgil, Salur bəgi, Salur görgi!  
Başım bəxti, evim təxti! 
Xan babamın göygüsi,  
Qadın anamın sevgisi 
Atam-anam verdügi,  
Göz açuban gördügim! 
Könül verüb sevdügim,  


 
46
Bəg yigidim Qazan! (IY b., s. 72). 
3. Uşun Qoca oğlu Səgrəkə görə:  
Qırış güni öndin dəpər alpımız Salur Qazan! (X b., s.114) və s. 
Türk epik mətnlərində ümumtürk təfəkkür faktları kimi 
sabitləşmiş motiv və ifadələr orta əsrlər türk ədəbi dilinə (türki) 
ötürülür və türkidə yazılan abidələrdə, o cümlədən, «Kitabi-
Dədə Qorqud»un dilində qorunub saxlanır. Belə faktlardan biri 
– yer-göy oppozitivliyi həm qədim türk (runik) yazılı 
abidələrinin dilində, həm də «Kitabi-Dədə Qorqud»un 
mətnində müşahidə olunur. Kültiqin şərəfinə abidədə: Üze kök 
tenri, asra yağız yir kılıntukta ekin ara kisi oğlı kılınmıs. Kisi 
oğlınta üze eçüm, apam Bumın kağan,  İstemi kağan olurmış 
(KltŞ. 1; Tərcüməsi: Yuxarıda mavi səma, aşağıda qonur yer 
yarandıqda, ikisinin arasında insan oğlu dünyaya gəlmiş. İnsan 
oğlunun üzərində Bumın xaqan, İstemi xaqan hakim olmuş). 
«Kitabi – Dədə Qorqud»da: 
-Yucalardan yucasan, kimsə bilməz necəsən! Görkli 
tənri, Çoq cahillər səni gögdə arar, yerdə istər (Y b., s. 83). 
-Ərş tanığ olsun, kürsi tanığ olsun, Yer tanığ olsun, gög 
tanığ olsun (Y b., s. 83). 
-Yedi gün mən Qazana möhlət vergil! Yerdə isə  oğulı 
çıqarayım, gögdə isə endirəyim (IY b., s. 74). 
Şifahi ədəbi dil elementləri yazılı ədəbi dildə iştirak edir. Bu 
isə  ədəbi-kommunikativ sistemlərdən birinin digərinə  təsiri 
kimi özünü göstərir və «Kitabi – Dədə Qorqud»un mətnində 
bir neçə şəkildə üzə çıxır:  
a) nağıl təhkiyəsi formasında;  Sayılmaqla Oğuz bəgləri 
tükənsə olmaz (II b., s. 50). Sonra Əmən deərlərdi, bir kişi altı 
kərrə varub hasarı alımadı (YII b., s. 94); 
b) nağıl, epos detalı kimi; Bir ay baqsun.  Bir ayda 
varmazsam, iki ay baqsunİki ayda varmazsam, üç ay baqsun
Üç ayda varmazsam, öldügimi ol vəqt bilsün! (IY b., s. 70). 
Aydır: «Qız, sən mana bir yil baqğılBir yildə gəlməzsəm, iki 
yil baqğıl!  İki yildə  gəlməzsəm, üç yil baqğıl!  Gəlməzsəm,  ol 


 
47
vəqt mənim öldügimi biləsən…» (IX b., s. 112). Oğlanın anası 
əmcəgin bir sıqdı, südi gəlmədi.  İki sıqdı, südi gəlmədi. 
Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı (I b., s. 39). Bir sordı, 
olanca südin aldı.  İki sordı qanın aldı. Üç sordı, canın aldı 
(YIII b., s. 99).  
Şifahi  ədəbi dilin bu təsiri yazılı  mətnlərdə yeni keyfiyyət 
formalaşdırır; spesifik ifadə  və müqayisələr yaranır: Dört oğlı 
olan birin verdi, üçi qaldı. Üç olan birin verüb, eki qaldı. Eki 
olan birin verdi, biri qaldı (YIII b., s. 99). Ol üç canvərin biri 
qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. 
Buların hər birisi bir əjdərhaydı (YI b., s. 85). İki vardın, bir 
gəlürsən, yavrum qanı (IY b., s. 72). Gördinmi, mən mana 
netdim (YI b., s. 86). «Mərə, sən səni bilürsən, bizim 
halımızdan xəbərin yoq», -dedilər (III b., s. 60) və s. 
Qədm türk mətninin başqa xarakter dil elementi orta əsrlər 
türk yazılı abidələrində ya həmin funksionallıqda, ya da 
dəyişmiş şəkildə müşahidə olunur. Orxon-Yenisey abidələrinin 
mətninə görə  İkinci  Şərqi Türk Xaqanlığının iyerarxik rütbə 
sistemində rütbə sahibləri iki qola ayrılırdı: ictimai təyinatı, 
mənşə  və s. əlamətlərə görə xaqandan sağda və solda 
yerləşənlər. Birye şad apıt beqler, yırya tarkat buyruk beqler 
(KltC. 1; Sağdakı  şad və apa bəyləri, soldakı tarxan, buyruq 
bəyləri). Həmin xüsusiyyətə «Kitabi-Dədə Qorqud»un dilində 
üç formada təsadüf olunur: 
-Qədim türk dövlətinə məxsus iyerarxik sistemin relikt 
şəklində qalmış əlamətini bildirir. Sağda oturan sağ bəglər! Sol 
qolda oturan sol bəglər! Eşikdəki inaqlar! Dibdə oturan xas 
bəglər! Qutlu olsun dövlətinüz! –dedi (III b., s. 63).  
-İyerarxik sistem əlamətinin sonrakı modifikasiyası 
şəklində özünü göstərir. Bir gün Ulaş oğlı Qazan bəg yerindən 
turmışdı… Oğlı Uruz qarşusında yay söykənib turardı. Sağ 
yanında qardaşı Qaragünə otırmışdı. Sol yanında tayısı Aruz 
oturmışdı. Qazan sağına baqdı, qas-qas güldi. Solına baqdı, çoq 
sevindi (IY b., s. 68). 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə