Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə10/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

 
33
nigarlı  məhbub kafər qızları Qalın Oğuz bəglərinə sağraq 
sürüb içərlərdi (II b, s. 42). 
Verilmiş  mətndə  hər biri ayrı-ayrılıqda informasiya 
daşıyıcıları olan cümlələrin rabitəsi miqdar saylarının hesabına 
daha davamlı olur. Yəni giriş cümləsindən başqa sonrakı 
cümlələrdə  işlənmiş toqsan, səksən, toquz saylarının məna 
funksionallığı (miqdar ifadə etməsi)  əlaqə radiusunu həmin 
sintaktik vahidlər çərçivəsinə salır. Odur ki, bu sintaktik 
bütövlərin diapazonu yeni komponent hesabına genişlənsə idi, 
mütləq həmin tərkib hissədə başqa bir miqdar sayı  işlənməli, 
əvvəlki struktur təkrar olunmalı idi.  
Mətnin daxili rabitəsi sintaktik quruluşun mürəkkəb sin-
taktik bütöv boyu təkrarına əsaslanır. Buradakı sintaktik təkrar-
lar ikili funksiya daşıyaraq həm mətn komponentlərinin əlaqə-
lənməsini təmin edir, həm də  bədii effekt yaratmaq məqsədi 
daşıyır. Odur ki, sintaktik quruluşun təkrarı ilə müşayiət olunan 
mürəkkəb sintaktik bütövlərə  şer-mətndə  də, nəsr-mətndə  də 
rast gəlmək olur.  
 
  Mərə, dini yoq, əqlsiz kafər! 
  Ussı yoq dərnəksiz kafər! 
  Qarşu yatan qarlı qara tağlar qarıyıbdur, otı bitməz. 
  Qanlu-qanlu ırmaqlar qurıyıbdır, suyı gəlməz.  
  Şahbaz-şahbaz atlar qarıyubdur, qulun verməz. 
  Qızıl-qızıl dəvələr qarıyubdur, köşək verməz. 
  Mərə kafər, Qazanın anası qarıyubdur, oğul verməz. 
                                                                (II b., s. 49) 
 
«Kitabi-Dədə Qorqud»un dilində  mətnlər bəzən dialoqlar 
şəklində qurulduğundan dialoji nitq strukturu da mürəkkəb 
sintaktik bütövlərin komponentlərini əlaqələndirir.  
Əzrayıl aydır: «Mərə, dəli qavat, mana nə yalvararsan, 
allah-təalaya yalvar. Mənim də  əlümdə  nə var. Mən dəxi bir 
yumuş oğlanıyam» -dedi


 
34
Dəli Domrul aydır: «Ya pəs can verən, can alan allah-
təalamıdır?» 
«Bəli oldur!» -dedi
Döndi Əzrayilə: «Ya pəs sən nə eyləməkluqdasanSən aradan 
çıqğılmən allah-təala bilə xəbərləşim», -dedi (Y b., s. 80-81). 
Komponentlərin bir-birinə bağlanmasında tematik və rematik 
informasiyaların (tema və rema) bir-birini izləməsi mühüm rol 
oynayır. Ancaq belə mətnlər «Kitabi-Dədə Qorqud»un dilində azlıq 
təşkil edir. Təsadüf edilənlər isə sintaktik bütöv boyu deyil, mətnin 
ayrı-ayrı hissələrində işlənirlər. 
Dirsə xan oğlana bəglik verdi,  təxt verdi.  Oğlan təxtə  çıqdı
babasının qırq yigidin anmaz oldıOl qırq yigid həsəd eylədilər (I 
b., s. 36). 
Mətndən nümunə gətirdiyimiz parçadakı tərkib hissələrin tema-
rema quruluşundan asılı olaraq, birinci cümlənin reması («təxt 
verdi») ikinci cümlənin temasına («təxtə  çıqdı»), ikinci cümlənin 
reması («qırq yigit») üçüncü cümlənin temasına çevrilir.  
Bu məhəldə sultanımSalur Qazanla Qaraca çoban çapar yetdi
Çobanın üçyaşar tana dərisindən sapanının ayasıydı,  üç keçi 
tüyindən sapanının qollarıydıbir keçi tüyindən çatlağucıydıHər 
atanda on iki batman taş atardıAtdığı taş yerə düşməzdiYerə dəxi 
düşsə,  toz kibi savrılardı (III b., s. 48). Verilmiş parçanın tema-
rema quruluşunu aşağıdakı cədvəldən daha aydın görmək olar: 
                                                                       cədvəl 2 
Mətndə cüm-
lənin sıra sayı 
İnformasiyanın 
növü 
Cümlənin semantik 
mərkəzi 

II 
rema 
tema 
Qaraca çoban 
Qaraca çoban 
II 
III 
rema 
tema 
sapan 
sapan 
III 
IY 
rema 
tema  
taş 
taş  
IY 

rema 
tema  
yer 
yer  


 
35
  
Mətnin tema-rema quruluşu başqa bir məsələni – mətn kom-
ponentlərinin sıralanma qaydasını doğurur. Yeni və köhnə in-
formasiyaların  əvəzləndiyi mürəkkəb sintaktik bütövlərdə  tərkib 
hissələr, bir qayda olaraq, ardıcıl birləşirlər. Yəni birinci cümlənin 
sonu (yeni informasiya) ikinci cümlənin  əvvəlində  (köhnə 
informasiya), ikinci cümlənin sonu üçüncü cümlənin  əvvəlində, 
üçüncü cümlənin sonu dördüncü cümlənin  əvvəlində  və s. 
təkrarlanır, daxili rabitəni möhkəmləndirir.  
Dəpəgöz bildi kim,  Basat mağaradadır  (1).  Mağaranın 
qapusın alub bir ayağın bir qapunın bir yanına,  birin dəxi bir 
yanına qodı, aydır: «mərə qoyun başları ərkəcbir-bir gəlkeç!» -
dedi (2). Bir-bir gəlüb keçdi (3). Hər birinin başların sığadı (4). 
«Toqlıcıqlar,  dövlətim saqar qoc, gəl keç!» -dedi (5). Bir qoç 
yerindən qalqdı, gərinüb sündi (6). Dəfi Basat qoçı basub 
boğazladı, dərisini yüzdi, quyruğilə başını dəridən ayırmadı, içinə 
girdi (7). Basat Dəpəgözün öginə gəldi (8). Dəpəgöz də bildi kim, 
Basat dəri içindədir  (YIII b., s. 101). 
Mətndə paralel sıralanmanı reallaşdıran semantik mərkəzlər 
aşağıdakı kimi düzümlənir:  
[(1) mağara (2)]  

  
[(2) bir-bir gəl keç (3),  (4)]
 →
   
[(5) qoç (6), (7)]  

 
[(7) Basat (8)] 
→  
             
 
 
[(8) Basat, Dəpəgöz (9)] 
Tərkib hissələrin paralel birləşməsində isə bu cür ardıcıllıq 
olmur. Burada paralel termini qeyri-ardıcıl  əlaqələnməni ifadə 
etmək üçün şərti mənada işlədilir. Məsələn:  
Basatın xəncəri vardı. Ədügini yardı, içindən çıqdı. Aydır: «Mərə 
qocalar, munın ölümi nədəndir?» Ayıtdılar: «Bilməziz. Amma 
gözündən qeyri yerdə  ət yoqdır», -dedilər. Basat Dəpəgözün başı 
ucına gəldi. Qapaq qaldırdı. Baqdı gördi kim, gözi ətdir. Aydır: 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə