Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə19/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   68

 
66
 Quluncığım aldırmışam, kişnəyəyinmi?  
 
Ağayılda ağca qoyun bundan keçdi,  
 Quzucığı mənrişib belə keçdi,   
 Quzucuğım aldırmışam, mənriyəyinmi? 
 «Oğul» deyü bozlıyayınmı? -dedi (IY b., s. 73). 
 
Mətn mərkəzləri: qaytaban-qızıl dəvə-torum-bozla- (I); 
qaraquc – Qazlıq at – quluncıq – kişnə – (II); ağayıl – ağca 
qoyun – quzucıq – mənriş – (III). 
-mürəkkəb sintaktik bütöv dörd mərkəzli və iki 
elementli olur;  
 
 Qarşu yatan qara tağını aşmağa gəlmişəm. 
 Aqındılı görklü suyını keçməgə gəlmişəm. 
 Gen 
ətəgünə, tar qoltuğına qısılmağa gəlmişəm. 
 
Tənrinin buyruğilə, peyğəmbərin qövlilə 
       aydan arı gündən görkli qız qardaşın Banıçiçəgi 
       Bamsı Beyrəgə diləməgə gəlmişəm (III b., s. 56). 
 
Mətn mərkəzləri: qara tağını - aşmağa (I); görkli suyını-
keçməgə  (II);  ətəgünə, qoltuğına-qısılmağa (III); Banıçiçəgi-
diləməgə (IY). 
-mürəkkəb sintaktik bütöv dörd mərkəzli və üç 
elementli olur;       
 
 
Mən Qazanın nemətini çoq yemişəm
 bilməzsəm, gözümə tursun! 
 Qaraqucda 
Qazlıq atına çoq yilmişəm, 
 bilməzsəm, mana tabut olsun! 
 Yaxşı qaftanların çoq geymişəm, 
bilməzsəm, kəfənim olsun!  
Ala bargah otağına çoq girmişəm, 
bilməzsəm, mana zindan olsun (XII b., s. 124). 
 


 
67
Mətn mərkəzləri: Qazanın nemətini-yemişəm-gözümə 
tursun (I); Qazlıq atına-yilmişəm-tabut olsun (II); qaftanların-
geymişəm-kəfənim olsun (III); otağına girmişəm-zindan olsun 
(IY). 
-mürəkkəb sintaktik bütöv beş mərkəzli və iki elementli 
olur; 
 
 Qarşu yatan qara tağlar qarısa, otı bitməz, el yaylamaz. 
 Aqındılı görkli sular qarısa, qara taşmaz. 
Qaytabanlar qarısa, kürüm verməz. 
Qaraquclar qarısa, qulun verməz. 
Ər yigitlər qarısa, oğlı toğmaz, 
Baban qarı, anan qarı, 
səndən yegrək qadir bizə oğul verməz… (IY b., s. 76).  
 
Mətn mərkəzləri: qara tağ-otı bitməz (I); görkli sular-qara 
taşmaz (II); qaytabanlar-kürüm verməz (III); qaraquclar-qulun 
verməz (IY); ər yigitlər-oğlı toğmaz (Y). 
-mürəkkəb sintaktik bütöv altı mərkəzli və iki elementli 
olur;  
 
 Marə Şökli Məlik! 
Dünlügi altun ban evlərimi gətürüb durursan, 
                                                                     sana kölgə olsun! 
 
Ağır xəzinəm, bol aqçam götürüb durursan,  
                                                                   sana xərclıq olsun! 
 
Qırq incə bellü qızla Burla xatunı götürüb durursan,  
                                                                      sana yesir olsun! 
 
Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, 
                                                                             qulun olsun! 
 Tavla-tavla 
şahbaz atlarım gətürüb durursan, 
                                                                     sana binət olsun! 
 Qatar-qatar 
dəvələrim gətürüb durursan,  
                                                                   sana yüklət olsun! 


 
68
                                                                            (II b., s. 48) 
 
Mətn mərkəzləri: ev-kölgə (I); xəzinə-aqça-xərclıq (II); 
Burla xatun-yesir (III); Uruz-qulun (IY); atlar-binət (Y); 
dəvələr-yüklət (YI). 
Bədii mətnin formaca təşkilinə xidmət edən qafiyələnmə 
həm nəsr mətndə, həm də şeir mətndə özünü göstərir və fərqli 
paradiqma nümayiş etdirir. Nəsr mətnlərdəki qafiyələnmə 
adətən epizodik xarakterdə olur, yəni mətn boyu müşahidə 
edilmir və bədii effekt yaratmaq (və ya gücləndirmək) məqsədi 
daşıyır.  
Ol gəldi ki, yağı basılmışdı. Gördi, oğlanın ala gözlü qırq yi-
gidi qırılmış, bədəvi atı  oğlanın oxlanmış yatır. Leş arasında 
oğlancığı leşin bulımadı. Altunlıca qamçısın buldı. Yəqin bildi 
kim, oğlı kafərə tutsaqdır, ağladı: «Qaratağım yüksəgi oğul! 
Qanlu suyım taşqunı oğul! Qocalığım vəqti aldırduğım yalnuz 
oğul!» -dedi, bozladı. Kafərin izin izlədi. Qanlu qara Dərvənd-
də kafər dəxi qonmış idi. Oğlana qara kəpənək geydirmişlərdi. 
Qapu eşigi üzərində arqurı yer qomışlardı. Girən basar, çıqan 
basardı: «Qarı düşmən, tatar oğlı əlümizə girmişkən cəza ilə öl-
dürəlim!» Qapu eşigi üzərindən arqurı qomışlardı ki, bu 
məhəldə xan Qazan yetdi. Qonur atın oynatdı. Kafər Qazanın 
gəldügin gördi, ürkdi. Kim atın binər, kim cövşən geyər. Oğlan 
başını qaldırdı. Aydır: «Mərə kafər, nə haldır?» Kafər aydır: 
«Baban gəldi, «tutalım» deriz». Oğlan aydır: «Aman, mərə 
kafər, aman! Tənrinin birliginə yoqdur güman!» Kafərlər oğ-
lana aman verdilər, əlin çözdilər, gözin açdılar (YI b., s. 74). 
Nümunə  gətirdiyimiz mürəkkəb sintaktik bütöv on doqquz 
cümlə vahidindən ibarət olduğu halda, cəmi beş cümlədə söz 
sonluqlarının qrammatik formaya görə uzlaşması müşahidə 
olunur, iki ayrı-ayrı cümlə öz aralarında qafiyələnir, üç 
sintaktik vahiddə isə cümlədaxili qafiyələnmə müşahidə 
olunur. 


 
69
Bəzi hallarda nəsrlə yazılmış sintaktik mətnlərin bütün 
tərkib hissələri də qafiyələnə bilir. Yegnək babasilə görüşdi. 
Əldən qalan bəglər görüşdi. Pəs bir uğurdan bəglər hasara 
yüriş etdilər, yəğmaladılar. Babasilə Yegnək gizlü yaqa tutuban 
yiləşdilər. Eki həsrət bir-birinə bulışdılar. İssiz yerin qurdı kibi 
ulaşdılar. Tənriyə  şükrlər qıldılar. Qələnin kəlisasın yıqub, 
yerinə məscid yapdılar. Əziz tənri adına qudbə oqıtdılar. Quşun 
ala qatını, qumaşın arusını, qızın gögçəgini, toquzlama çırğab 
çuqa Bayındır xana pəncek çıqardılar. Baqisin ğazılara bəxş 
etdilər. Döndilər, evlərinə gəldilər (YII b., s. 97).  
Şeir mətnlərdə isə cümlə (sətir) sonluqlarının qafiyələnməsi 
nisbətən sistemli xarakter daşıyır və bütün sintaktik mətni 
müşayiət edir.  
 
 
Ağzın içün öləyim, oğul!    
 Dilün içün öləyim, oğul!  
 Qarşu yatan qara tağın yıqılmış idi, yucaldı, axır! 
 Aqındılı görkli suyın sovğılmışdı, çağladı, axır! 
 Qaba 
ağacda tal budağın qurımışdı, 
                                                      yaşarıb gögərdi, axır! 
 Qalın Oğuz bəgləri izinə varsa, sən varğıl! 
 Ol 
yigidə yetdügində ağ-boz atın üzərindən yerə engil! 
 
Əl qavşırıb, ol yigidə səlam vergil! 
 
Əlin öpüb boynın qucğıl! 
 Qara 
tağım yüksəgi qartaş degil! 
 
Nə turarsan oğul, yortğıl! (X b., s. 111) 
 
Verilmiş nümunədə I və II misralar bir-biri ilə, III, IY, Y 
misralar bir-biri ilə və YI, YII, YIII, IX, X misralar bir-biri ilə 
qafiyələnirlər. 
Aşağıda verdiyimiz başqa bir nümunədə isə I, II, III, IY, Y 
misraların sonluğu bir-biri ilə, YI, YII misralar isə öz aralarında 
qafiyələnir:  
 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə