Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə17/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

 
59
71). 
 2.  Adəmilər  əvrəni Dəli 
Domrul əlin əlinə çaldı, qas-
qas güldi. Aydar: «Yi-
gitlərim,  Əzrayilin gözini 
elə qorxutdum ki, gen qa-
puyı qodı, tar bacadan qaç-
dı» (Y b., s. 80) 
 2. Əzrayil bir gögərçin oldı, 
pəncərədən uçdı–getdi (Y 
b., s. 80)  
 3.  Yegnək ardından yetdi. 
Hasar qapusına girmişkən 
qara polat uz qılıca  ənsəsi-
nə eylə çaldı kim, başı tob 
kibi yerə düşdi (YII b., s. 
96). Növbət kafərə dəgdi. Ol 
altmış batman gürzlə 
Qazılıq qocayı  dəpərə tutıb 
çaldı. Yalan dünya başına 
tar oldı. Düdük kibi qan şor-
ladı (YII b., s. 94).  
 3.  Kafərin çigninə bir qılıc 
urdı. Geyimini – kecmini 
doğradı. Altı parmaq dərin-
ligi zəxm irişdirdi. Qara qa-
nı  şorladı. Qara sığırı soq-
manı tolu qan oldı. Qara ba-
şı bunaldı, bunlu oldı (YII 
b., s. 96).   
 4. Qazan aydır: «Ayağına ət 
tuşağın urun!» -dedi (X b., 
s. 112). 
 4.Yauqlısı vardı, tez dü-
gün-diring etdilər (X b., s. 
112).  
 5.  Dəli Domrul qırq yigid 
ilən yeyüb-içüb otururkən 
nagahandan  Əzrayil çıqa 
gəldi. Əzrayili nə çavuş gör-
di, nə qapuçı. Dəli Domru-
lun görər gözi görməz oldı, 
tutar əlləri tutmaz oldı. Dün-
ya-aləm Dəli Domrulun gö-
zünə qarannu oldı (Y b., s. 
79). 
 5. …Döndi evinə  gəli yü-
rürkən  Əzrayil atının gözi-
nə göründi. At ürkdi. Dəli 
Domrulı götürdi. Yerə urdı. 
Qara başı bunaldı, bunlu 
qaldı. Ağ köksinin üzərinə 
Əzrayil basub qondı. Baya 
mırlardı,  şimdi xırlamağa 
başladı (Y b., s. 80) 
 


 
60
    Bədii mətnin struktur-forma elementlərinə  hər hansı 
informasiyanın bədii mətn detalı kimi cilalanıb formaya 
salınmasında, morfemin, sözün, söz birləşməsi və cümlənin 
bədii dil vahidinə çevrilməsində yardımçı olan vasitələr, bədii 
təsvir və ifadə vasitələri, mürəkkəb sintaktik bütövlərin bəzi 
quruluş ünsürləri, tərkib hissələrini bağlayan bəzi vasitələr, 
habelə, bədii dil fiqurları, obrazlı ifadə vasitələri və s. daxildir. 
Onların bəziləri ayrı-ayrılıqda, bəziləri bir yerdə assosiasiya 
təşkil edərək, həmin funksiyanı yerinə yetirirlər.  
Qədim türk (runik) yazılı abidələri ilə müqayisədə orta 
əsrlər türk ədəbi dilində bədii təfəkkür məhsullarını ifadə edən 
nitq vahidlərinin həcmi böyüyür, artır.  Əgər Orxon-Yenisey 
abidələrində bədii təfəkkür nümunəsi olan nitq vahidinin həcmi 
bir cümlə ilə  məhdudlaşırdısa (məsələn, Kültiqin şərəfinə 
abidədə: Kanım kağan süsi börü teq er1mis, yağısı koy teq 
ermis – «Atam xaqanın qoşunu qurd kimi, yağı qoşunu qoyun 
kimi imiş»; Öd tenri yasar, kisi oğlı kop ölüqli törümis – 
«Vaxtı, taleni tanrı müəyyən edir; insan oğlu ölümlü törənmiş» 
və s.), sonrakı dövr yazılı abidələrində, məsələn, «Kitabi-Dədə 
Qorqud»un dilində bu, on-on iki cümləyə  qədər (bəzən daha 
çox) genişlənir. «Kitabi-Dədə Qorqud»un dilindəki söyləmələr 
(şerlər) buna əyani sübutdur.  
Bədii mətndə ilk cümlə kimi, son cümlə də xüsusi tekstual 
əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, son cümlə teksti 
ümumiləşdirərək məzmunca və  həm də forma etibarilə 
tamamlayır. Odur ki, bədii mətn ünsürü olmaq etibarilə son 
cümlə  də ilk cümlə kimi xüsusi informasiya daşıyıcısına 
çevrilir. 
 Son cümlənin məzmun təyinatı müəllif haqqında informA-
siya ilə bağlı olur. Bu baxımdan  qədim türk (runik) yazılı abi-
dələri ilə «Kitabi-Dədə Qorqud» boylarının sonluğu üst-üstə 
düşür.  
Kültiqin  şərəfinə abidədə: Bunça bitiq bitiqme Kültiqin 
atısı Yolığ tiqin bitidim. Yiqirmi kün olurıp bu taşka bu tamka 


 
61
kop Yolığ tiqin bitidim. Iğar oğlanınızda, tayğunınızda keqide 
iqidür ertiqiz, uça bardığız. Tenri tiriq edkiçe (KltC-Ş; Bunca 
yazı yazan  Kültiqinin qohumu Yolığ tiqin yazdım. İyirmi gün 
oturub, bu daşa bu damğanı bütünlüklə Yolığ tiqin yazdım. Sa-
diq oğlanınızdan, övladınızdan yüksəldir idiniz, vəfat etdiniz. 
Göylərdə diri edilənəcən).  
Bilgə kağan  şərəfinə abidədə: Bunça barkığ, bediziq uzığ 
kağan atısı Yolığ tiqin men ay artukı tört kün olurıp bitidim, 
bediztim (BxC-Q; Bunca sərdabəni, naxışı, heykəli xaqanın 
qohumu mən-Yolığ tiqin bir ay dörd gün oturub yazdım, 
bəzədim). 
Tonıkuk  şərəfinə abidədə: Türk bilqe kağan iline bitidim 
ben bilqe Tonıkuk (TonŞ. 58; Türk müdrik xaqan dövləti üçün 
yazdım mən – müdrik Tonıkuk). 
«Kitabi-Dədə Qorqud» boylarında:  
-Dədəm Qorqud gəldi,  şadlıq çaldı. Boy boyladı, soy 
soyladı, qazı ərənlər başına nə gəldügin söylədi. «Bu Oğuzna-
mə Beyrəgin olsun!» - dedi (III b., s. 67).  
-Dədəm Qorqud boy boyladı, soy soyladı, bu 
Oğuznaməyi düzdi- qoşdı… (I b., s. 41). 
-Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı, «bu 
boy Dəli Domrulun olsun; Məndən sonra alb ozanlar söyləsün! 
Alnı açuq comərd ərənlər dinləsün!» -dedi (Y b., s. 83). 
-Dədəm Qorqut gəlübən boy boyladı, soy soyladı. Bu 
Oğuznamə Yegnəgin olsun! -dedi (YII b., s. 97). 
-Dədəm Qorqut gəlüb  şadlıq çaldı, boy boyladı, soy 
soyladı. Ğazi ərənlər başına nə gəldügin söylədi (YI b., s. 93). 
-Dədəm Qorqud gəlübən  şadlıq çaldı, bu Oğuznaməyi 
düzdi-qoşdı, «Bəkil oğlı Əmranın olsun!» -dedi. Ğazilər başına 
nə gəldügin söylədi (IX b., s. 109).   
-Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı (X 
b., s. 115). 
Ancaq bədii mətnin fərqli informativ təyinatlara malik olan 
ilk və son cümlələri funksiya, vəzifə etibarilə də fərqlənə bilir. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə