Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə23/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

 
79
Eyni cümlə daxilində müxtəlif tipli samit səsləşmələri 
müşahidə edilir. Qalın Oğuz  bəgləri  bənim  başıma qaqınc 
qaqarlar (II b., s. 46; b və q səsləşmələri). Bəg babamın, qadın 
anamın yüzin görmədin bu gərdəgə girərsəm (YI b., s. 90; b və g 
səsləşmələri). 
«Kitabi-Dədə Qorqud»un dilindəki cümlələrdə söz əvvəlinin 
ahəngi, bir qayda olaraq, aşağıdakı sami səsləşmələri ilə 
müşayiət edilir: 
səsləşməsi - Və ya buğanın buynuzında ilişəm (YI b., 
s. 87). Adı bəllü bəglərlə sən yortmadın (YII b., s. 95). Basduğın 
bəlürtmiyən bəllü tənri (YII b., s. 96); 
səsləşməsi - Ya qağan aslanın qaynağında didiləm (YI 
b., s. 87). Qaqduğın qəhr edən qəhhar tənri (YII b., s. 96); 
səsləşməsi - Götürdügin gögə yetürən görklü tənri (YII 
b., s. 96);  
h  səsləşməsi - Haqluya  həqqi dəgə,  haqsuza yüzi 
qaraluğı dəgə (III b., s. 64); 
səsləşməsi - Qalın Oğuz içində Ulaş oğlı Salur Qazanı 
sorar olsam, sağmı, arğış (III b., s. 58);  
ş  səsləşməsi - Bu yana Şökli Məlik kafərlərlə  şən-
şadman yeyüb-içüb oturardı (II b., s. 46); 
t  səsləşməsi - Tülü quşun yavrısı!  Türküstanın dirəgi! 
(III b., s. 63);  
səsləşməsi - Yettügimdə yel yetməzdi, yeddi urğunım, 
Yeni Bayırın qurdına bənzərdi  yigitlərim (YII b., s. 95). Hey 
qırq eşim, qırq yoldaşım! Yügrək olsa, yarışsam (YI b., s. 87).  
Q samit səsləşməsindən ibarət olan alliterasiya «Kitabi-Dədə 
Qorqud»un dilində daha çox müşahidə edilir. 
Sait səsləşmələri arasında isə dodaqlanan  saitlərin ahəngi 
xüsusi effekt yaradır.  Umanana-usanana aş yedirdim (IY b., s. 
73). Assonans «Kitabi-Dədə Qorqud»un dilində  aşağıdakı sait 
səslərin ahəngi ilə də müşayiət edilir: 
ö  səsləşməsi - Qırq yigit bir bəg oğlilə bir qızdan  ötrü 
ölmək nolur (YI b., s. 87-88); 


 
80
səsləşməsi- Urdığın ulatmıyan ulu tənri (YII b., s. 96);  
a  səsləşməsi - Aslanın  alnın közədüb bir yumruq eylə 
urdı kim, yumruq çənəsinə toqundı, ovatdı (YI b.. s. 89). 
Həm də  sətribaşı alliterasiya şer mətnlərdə  bədii mətnin 
kontekstual hüdudlarının müəyyənləşməsində xüsusi əhəmiyyət 
kəsb edir. Bu, təxminən  şerdəki sətir sonu qafiyələnmənin 
oynadığı rola bərabərdir. Alliterasiyanın assonansla bir yerdə 
işlənməsi bu funksional təyinatı bir qədər də möhkəmləndirir. 
Onlar mətnin daxilində (komponentlərin içərisində) gəldikdə isə 
bu vəzifə  təyinatı  dəyişir, effektlilik, emosionallıq yaratmaq 
məqsədi güdür:  
b, ə səsləşmələri - Adı llü glərlə sən yortmadın (s. 
95);   
y, q, a, ğ  səsləşmələri - Ya qağan  aslanın  qaynında 
didiləm (YI b.,s. 87;); 
b, e, i səsləşmələri - Qanturalı altunlu incə  kətan  bezi
belinə sardı (YI b., s. 87); 
b, u, a, n, ı səsləşmələri - Və ya buğanın  buynuzında 
ilişəm (YI b., s. 87); 
b, u səsləşmələri - Boyı uzuBurla bunı eşitdi, yürəgilə 
canına odlar düşdi (s. 46);  
d, ə səsləşmələri - vəyə bir pmə urdı. və bağırdı. 
Bir xi urdı. və ayağı üzərinə turamadı (YII b., s. 90); 
q,  ı  səsləşmələri - rq yerdə  zıl ala gərdək dikdirdi 
(YII b., s. 90); 
g,  ə  səsləşmələri - Qanturalıyla qızı  türüb  rdə 
qoydılar (YII b., s. 90); 
ö, l səsləşmələri - Savaşalım, dögüşəlim, ölənimiz ölsün, 
diri qalanımız odaya gəlsün (YII b., s. 91); 
g, ö    və      d,  ə, r səsləşmələri - Bir yüksək yerə  çıqdı, 
zlədi,  rdi kim, bir dərənin içində toz gah dərilür, gah 
tağılur (YII b., s. 91). 

 


 
81
§5. BƏDİİ MƏTN: NƏSR VƏ ŞEİR 
 
F
ormaca bədii mətn, bir qayda olaraq, nəsr, yaxud şeir 
şəklində olur. İstər nəsr mətnlərin, istərsə  də  şeir mətnlərin 
informativ strukturunda əsas informasiya nüvə rolunu oynayır. 
Qalan informasiyalar isə yardımçı xarakter daşıyır.  Əsas və 
yardımçı informasiyalardan birinin digərinə olan nisbəti şeir və 
nəsr mətnlərdə bərabər səviyyədə deyil. Bu informAsiyalardan 
hər biri hər iki mətn formasının struktur informativ 
komponentinə daxil olur və yalnız çoxluğun bu və ya digər tə-
rəfə meyl etməsi ilə seçilir. Məsələ ondadır ki, yardımçı infor-
masiyalar nəsr mətnlərdə nisbətən az, şeir mətnlərdə nisbətən 
çoxdur. Bu nisbi üstünlük şeir mətnlərdəki bədiilik moment-
lərinin nisbətən güclü, nəsr mətnlərdə isə nisbətən zəif məqam 
kimi səciyyələnməsi ilə bağlıdır. Bu hesabla, nəsr mətnlərdəki 
predikativliyə, modallığa, bitmə intonasiyasına malik  sintaktik 
vahidlərin – cümlələrin hər biri ən azı bir informasiya (əsas 
informasiya), şeir mətnlərdə isə bir neçə və ya bütün sintaktik 
vahidlər birlikdə yalnız bir informasiya (əsas informasiya) 
ifadə edə bilir.  
«Kitabi-Dədə Qorqud»un mətni üzərindəki müşahidələr 
göstərir ki, nəsr mətnlərdə yardımçı informasiya zəruri kompo-
nent olmaya bilir, şeir mətnlərdə isə əsas informativ nüvəni o, 
mütləq müşayiət etməlidir.  
Şeir mətnlərin özündə  də  əsas və yardımçı informasiyalar 
arasındakı tarazlıq onlardan birinin xeyrinə  dəyişə bilir. Belə 
vəziyyət bu və ya digər kontekstlə bağlı olaraq yaranır. 
 
 
…«Aqar» ayıda qarğamağıl, 
 Qazlıq tağının suyının günahı yoqdır.         
 «Bitər» ayıda otlarına qarğamağıl,  
 Qazlıq tağının suçı yoqdır. 
 Qaçar 
keyiklərinə qarğamağıl, 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə