Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə24/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

 
82
 Qazlıq tağının günahı yoqdır. 
 Arslanla 
qaplanına qarğamağıl, 
 Qazlıq tağının suçı yoqdır, 
 Qarğarsan, babama qarğa
 
Bu suç, bu günah babamdandır, -dedi… (I b., s. 39). 
 
Verilmiş  şeir nümunəsindəki məlumatlardan ancaq biri - 
sonuncu cümlənin ifadə etdiyi semantik tutum əsas informA-
siyanı bildirir. Qalan cümlələrin verdiyi bilgilər isə yardımçı 
informasiyalar hüququndadır. 
Aşağıda verilmiş başqa bir nümunədə isə  əksinə  vəziyyət 
özünü göstərir: 
 
…Sarp qayalar oynanmadı, yer oyruldı. 
 Eldə yağı yoğkən sənin babanın üstinə yağı gəldi. 
 Ol 
qırq namərd - babanın yoldaşları babanı tutdılar. 
 
Ağ əllərin ardına bağladılar. 
 
Qıl sicim ağ boynına taqdılar. 
 
Kəndülər atlu, babanı yayaq yüritdilər. 
 Alubanı qanlı kafər ellərinə yönəldilər. 
 Xanım oğul! Qalqubanı yerindən urı turğıl! 
 
Qırq yigidin boyına alğıl! 
 Babanı ol qırq namərddən qurtarğıl! 
 Yüri, 
oğıl! 
 Baban 
sana 
qıydısa, sən babana qıymağıl!  
                                                                            (I b.,s. 40) 
 
Şeir parçasındakı cümlələrin ancaq biri (ikinci misra) yar-
dımçı informasiyanı, yerdə qalan sintaktik vahidlər (misralar) 
isə əsas informasiyanı ifadə edir. 
Mətn mərkəzinin iştirak etdiyi şeirlərdə hər iki növdən olan 
informasiyalar çoxkomponentli ola bilir. Bu zaman kon-
tekstdəki hər bir informasiya növü iki, üç və daha artıq (mətn 
mərkəzi elementlərinin sayından asılı olaraq) tərkib hissəyə - 


 
83
mikroinformasiyalara üzvlənir. Başqa sözlə, bir neçə (iki, üç və 
daha artıq) informasiya bir kontekstdə birləşərək, vahid 
informasiyadaxili süjet xəttini əmələ gətirir. 
 
Boynı uzun bədəvi atlar gedərsə, mənim gedər, (1) 
Sənin də içində binədin varsa, yigit, degil mana,(2)                I      
Savaşmadın-uruşmadın alı verəyim, döngil gerü! (3) 
 
Ağayıldan tümən qoyun gedərsə, mənim gedər, (1) 
Sənin də içində şişligin varsa, degil mana,(2)                         II       
Savaşmadın-uruşmadın alı verəyim, döngil gerü! (3) 
 
Qaytabandan qızıl dəvə gedərsə, mənim gedər, (1) 
Sənin də içində yüklətin varsa, yigit, degil mana,(2)            III    
Savaşmadın-uruşmadın alı verəyim, döngil gerü! (3) 
 
Altun başlu ban evlər gedərsə, bənim gedər, (1) 
Sənin də içində odan varsa, yigit, degil mana,(2)                  IY   
Savaşmadın-uruşmadın alı verəyim, döngil gerü! (3) 
 
Ağ yüzlü, ala gözlü gəlinlər gedərsə, bənim gedər,(1)  
Sənin də içində nişanlın varsa, yigit, degil mana,(2)             Y 
Savaşmadın-uruşmadın alı verəyim, döngil gerü! (3) 
 
Ağ saqallu qocalar gedərsə, mənim gedər, (1)  
Sənin də içində ağ saqallu baban varsa,  
                                         yigit, degil mana, (2)                   YI       
Savaşmadın-uruşmadın qurtarayım, döngil gerü! (3) 
 
Altı  ədəd üçlük modelin iştirak etdiyi nümunədə beş  ədəd 
üçkomponentli yardımçı informasiya, bir ədəd üçkomponentli 
əsas informasiya özünü göstərir. 
Şeirlə nəsr informativ tutumundakı məlumatın növünə görə 
fərqləndikləri kimi, forma amilinə görə  də biri digərindən 


 
84
seçilir. Bununla belə, «Kitabi-Dədə Qorqud»un nəsri ilə şeirini 
bir-birinə yaxınlaşdıran əlamətlər yox deyil. Bu səbəbdəndir ki, 
professor T.Hacıyevə görə, «Kitabi-Dədə Qorqud»un nəsrlə 
olan hissələri də  əslində  şeir  şəklindədir: «Qədim ozan üçün 
misradakı sözlərin həcmi yox, hecaların sayı  əsas olmuşdur. 
Ozan dastanı daima musiqinin müşayiəti ilə dediyindən sözləri 
yox, hecaları qruplaşdırmışdır (qədim heca şerini müasir heca 
şerinin eyni kimi almaq tarixiliyə müğayir olardı); Qorqud 
şerində ritm cümlənin (misranın)  əvvəlində  və ya sonunda, 
yaxud ya əvvəlində, ya sonunda daha güclü olur - həmin 
məqamda söz bölgüsü ilə heca qrupu üst-üstə düşür. Bunu 
nəzərə alanda misra-cümlələrin ilk, son sözlərnə diqqət verib, 
üstünlük təşkil edən ritmləyici təkti görmək gərəkdir: 
Qamğan oğlı / Xan Bayındır / öz yeirndən / turmuş idi 
Qara yerin / üzərinə / ağ ban evin / dikmiş idi 
Ala seyvan / gög yüzinə / aşanmışdı 
Bin yerdə i / pək xalçası / döşənmişdi 
İç oğuz  bəg / ləri söhbə / tinə dəril 
Mişdi; yemə- / içmə idi 
[4, s. 170]». 
Əgər nəsr mətndə bir qayda olaraq, bir sintaktik vahidə bir 
informasiya təhkim olunursa, şeir mətnlərdə bir neçə sintaktik 
vahid bir informasiyanı ifadə edə bilir. Yəni nəsr mətnin 
funksional planında daha çox konkretlik, şeir mətnin 
funksional planında daha çox ümumilik nəzərə çarpır.     
Bununla bağlı mühüm fərqləndirici  əlamət emosionallığın, 
ekspressivliyin nəsr mətndən fərqli olaraq şeir mətndə daha 
güclü formada təzahürüdür. 
Yardımçı informasiyalar bloku şeir mətndə daha güclü 
plandadır və daha tez-tez müşahidə edilir. 
 
…Qarşu yatan qara qarlı tağlar 
                      
        qarıyıbdur, otı bitməz. (I) 
Qanlu-qanlu ırmaqlar 
                    qurıyıbdır, suyı gəlməz .(II) 


 
85
Şahbaz-şahbaz atlar  
                     qarıyubdur, köşək verməz. (III) 
Mərə kafər, Qazanın anası 
                     qarıyubdur, oğul verməz. (IY)  
 
Burada I, II, III, IY misra - cümlələr Y misra-cümlədəki 
əsas informasiyaya xidmət edən yardımçı informasiyalar 
blokunu əmələ gətirir. 
Əsas və yardımçı informasiyaların bir-birinə orlan bu cür 
birtərəfli nisbəti şer mətnlərdə çox tez-tez özünü göstərir. 
Maraqlıdır ki, dialoji nitq strukturu nəsr mətnlərdə olduğu 
kimi, şer mətnlərdə də müşahidə edilir. Ancaq nəsr mətnlərdə 
dialoji nitq forması normal kommunikativ vasitə olduğu halda, 
şer mətnlərdə normativ ünsiyyətə xidmət etməyə bilir. 
Qazan kafərə çağırub soylamış, görəlim xanım, nə soylamış. 
Aydır: 
 Marə Şökli Məlik!  
 
Dünlügi altun ban evlərimi gətürüb durursan,  
                                                               sana kölgə olsun!  
 
Ağır xəzinəm, bol aqçam götürüb durursan
                                                               sana xərclıq olsun! 
 
Qırq incə bellü qızla Burla xatunı götürüb durursan, 
                                                               sana yesir olsun! 
 
Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, 
                                                               qulun olsun! 
 Tavla-tavla 
şahbaz atlarım gətürüb durursan, 
                                                               sana binət olsun! 
 Qatar-qatar 
dəvələrim gətürüb durursan, 
                                                               sana yüklət olsun! 
 Qarıcıq anam gətürüb durursan, mərə kafər, 
                                                                   anamı vergil mana 
 Savaşmadın, uruşmadın qayıdayım-gerü dönəyim,  
                                                    gedəyim, bəllü bilgil, -dedi. 
Kafər aydır:  


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə