Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə28/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   68

 
97
müəyyənləşdirir, bədii, ya qeyri-bədii mətnə  mənsub edir. 
Bədii mətnin struktur-forma elementləri hər hansı 
informasiyanın bədii mətn detalı kimi cilalanıb formaya 
salınmasında, morfemin, sözün, söz birləşməsi və cümlənin 
bədii dil vahidinə çevrilməsində yardımçı olan vasitələri, bədii 
təsvir və ifadə vasitələrini, mürəkkəb sintaktik bütövlərin bəzi 
quruluş ünsürlərini, onun tərkib hissələrini bağlayan bəzi 
vasitələri, habelə bədii dil fiqurlarını, obrazlı ifadə vasitələrini 
və s. səciyyələndirir. Onların bəziləri ayrı-ayrılıqda, bəziləri bir 
yerdə assosiasiya təşkil edərək, bədii mətnə  məxsus struktur-
forma elementi funksiyasını yerinə yetirirlər.          
17. Bədii mətnin formaca təşkilinə xidmət edən ünsürlər 
nəsr və şer mətnlərdə fərqli paradiqma nümayiş etdirirlər. Ritm 
yaradan vasitələr – qafiyələnmə, leksik təkrar, sintaktik təkrar 
mətn mərkəzinə  əsaslanan üçlük (ikilik, dördlük və s. tipli) 
modeldən ya ayrı-ayrılıqda istifadə edilməsi bədii mətnin 
formaca təşkilinə xidmət edir, ya da hamısı birlikdə bədii mətn 
hüdudunu müəyyənləşdirir. Alliterasiya qədim dövrdə olduğu 
kimi, orta əsrlərdə də türk bədii mətninin (və onun şer qolunun) 
təşkilinə xidmət edən formal vasitə rolunu oynayır. O, şer və 
nəsr mətnlərində komponentlərin daxili əlaqələnməsini təmin 
etməklə, mətn vahidlərinin bədii emosionallığını da artırır. 
18. Sabit dil ifadələrini də xüsusi işlənmə situasiyaları tələb 
edir və onlar bu və ya digər vəziyyətlərə təhkim olunurlar. Ona 
görə  də eyni və ya oxşar situasiyada eyni ifadə vasitəsi 
təkrarlana-təkrarlana bədii dil fiquruna çevrilir.     
19. Əvvəlki qədim türk (runik) yazılı abidələri üçün spesifik 
olan cümlə quruluşları (budaq cümlənin baş cümlə içərisində 
yerləşdiyi, habelə, xəbəri dedi, aydır felləri ilə ifadə edilmiş iki 
baş cümlənin tamamlıq budaq cümləsini dövrəyə aldığı 
sintaktik quruluşlar) orta əsrlər türk ədəbi dilində - «Kitabi-
Dədə Qorqud»un mətnində  də tez-tez təkrarlanan sabit 
sintaktik konstruksiyalara çevrilir.  


 
98
20. Nəsr və şer mətnlərinin informativ strukturunda əsas və 
yardımçı informasiyalar iştirak edir. Bədiilik momentləri  şer 
mətnlərdə nisbətən güclü, nəsr mətnlərdə nisbətən zəif 
olduğundan yardımçı informasiyalar nəsr mətnlərdə nisbətən 
az,  şer mətnlərdə nisbətən çoxdurlar. Ona görə  də  nəsr 
mətnlərdəki cümlələrin hər biri ən azı bir informasiya, şer 
mətnlərdə isə bir neçə sintaktik vahid və ya bütün sintaktik va-
hidlər birlikdə yalnız bir informasiya ifadə edə bilərlər. Nəsr 
mətnlərdə yardımçı informasiya zəruri komponent olmaya 
bilir,  şer mətnlərdə isə  əsas informativ nüvəni o, mütləq mü-
şayiət etməlidir. 
21. Həm informativ tutumundakı  məlumatın növünə görə, 
həm də forma amili baxımından  şer və  nəsr mətnlər bir-
birindən fəprqlənə bilir:  
-Nəsr mətnin funksional planında daha çox konkretlik, şer 
mətnin funksional planında daha çox ümumilik nəzərə çarpır.  
-Emosionallıq, ekspressivlik nəsr mətndən fərqli olaraq şer 
mətndə daha güclü formada təzahür edir. 
-Dialoji nitq forması  nəsr mətnlərdə normal kommunikativ 
vasitə olduğu halda, şer mətnlərdə normativ ünsiyyətə xidmət 
etməyə bilir.  
-Şer mətnlər nəsr mətnlərdən fərqli olaraq xüsusi forma 
strukturu ilə xarakterizə olunur. 
-Şer mətndə kontekstual əhatə, bədiilik potensiyası  nəsr 
mətndə olduğundan daha güclü şəkildə üzə çıxır. 
 
 
 
 
 
 
 
 
 


 
99
 
Ədəbiyyat 
 
1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir 
Azərbaycan dili. Bakı, 1985 
2. Əliyev Y.V. «Kitabi-Dədə Qorqud»un dilində mürəkkəb 
cümlə.  Bakı: Nurlan, 2004 
3. Füzuli. Seçilmiş əsərləri: 2 cilddə,  II cild, Bakı, 1988 
4.Hacıyev T.İ. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: 
Elm, 1999 
5. Kitabi–Dədə Qorqud (Tərtib, transkripsiya, sadələşdiril-
miş variant və müqəddimə F.Zeynalov və S. Əlizadənindir). 
Bakı: Yazıçı, 1988 
6. Novruzova N. Mətn sintaksisi. Bakı, 2002 
7. Bx - Bilgə kağan şərəfinə abidə; Rəcəbov Ə. Məmmədov 
Y. Orxon-Yenisey abidələri. Bakı, 1993 , s. 91-109.  
8. Klt - Kültiqin şərəfinə abidə; Malov S.E. Pamətniki drev-
netörkskoy pisğmennosti. M-L., 1951, s.19-33.  
9. Mç - Moyun Çor şərəfinə abidə; Rəcəbov Ə., Məmmədov 
Y. Orxon-Yenisey abidələri. Bakı, 1993, s. 134-153. 
10. Ton - Tonıkuk şərəfinə abidə; Rəcəbov Ə., Məmmədov 
Y. Orxon-Yenisey abidələri. Bakı, 1993, s. 111-126. 
     11. Veliev K. Linqvistiçeskaə pogtika. Baku, 1993
 
12. Tekstoloqiə. Moskva: Vısşaə  şkola, 1966 
 
İxtisarlar 
Şm - Şimal; 
C - Cənub; 
Q - Qərb; 
Ş - Şərq

 
 
 
 


 
100
 
 
TAPŞIRIQLAR
 
 
Tapşırıq 1.
  
Verilmiş mətndə açar sözü müəyyən edin
Bir gün Ulaş  oğlı Tülü quşun yavrusu, bizə miskin umudı, 
Amit soyının aslanı, Qaraçuğın qaplanı, Qonur atın iyəsi, xan 
Uruzın ağası, Bayındır xanın göygüsi, Qalın Oğuzın dövləti, 
qalmış yigit arxası Salur Qazan yerindən turmuşdı. Toqsan 
başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə 
ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyələr qurulmışdı. 
Altun ayaq sürahilər düzülmüşdi. Toquz qara gözlü, xub yüzlü, 
saçı ardına urulu, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, 
barmaqları nigarlı  məhbub kafər qızları Qalın Oğuz bəglərinə 
sağraq sürüb içərlərdi (II b., s. 42). 
 
Tapşırıq 2.
 
Mətn mərkəzlərini tapın
Qaytabanda qızıl dəvə bundan keçdi,  
Torumları bundan bozlayıb belə keçdi, 
Torumcığım aldırmışam, bozlıyayınmı? 
Qaraqucda Qazlıq atı bundan keçdi, 
Quluncığı kişnəyüb belə keçdi, 
Quluncığım aldırmışam, kişnəyəyinmi?  
Ağayılda ağca qoyun bundan keçdi,  
Quzucığı mənrişib belə keçdi,   
Quzucuğım aldırmışam, mənriyəyinmi? 
«Oğul» deyü bozlıyayınmı? -dedi (IY b., s. 73). 
 
Tapşırıq 3.
 
Verlmiş mürəkkəb sintaktik bütövün başlanğıc, orta və soluq 
hissələrini göstərin


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə