Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   44
PEDAQOGIKA-2

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Mövzu 6. Məktəbəqədər tərbiyə müəssələrində erkən dövrdən 3 yaşa qədər olan dövrdə 
uşaqların inkişaf xüsusiyyətləri.
 
 
PLAN:
 
1. Uşaqların həyatının birinci ili 
2. H
əyatının ikinci ilində uşaqların xüsusiyyətləri 
3. Uşaqların həyatının üçüncü ili 
1. H
əyatın birinci ilində uşaq böyüklərin köməyinə möhtacdır. Buna görə də bu yaşda 
uşaqların inkişafına kömək etmək üçün onları qorumaq, sağlamlığına xüsusi diqqət yetirmək, 
h
əyatlarını düzgün təşkil etmək, onlarda müsbət keyfiyyətlərin yaranmasına xüsusi fikir vermək 
lazımdır.
Yeni anadan olmuş normal uşağın boyu 50-60, çəkisi isə 2800-4500 qrama qədər olur. 
Birinci yarım ildə hər bir uşağın aylıq çəkisi 600-700qram, boyu isə 2-3 sm artır. İkinci yarım ildə 
is
ə boyun artım sürəti bir az azalsa da, çəki yenə çox yüksək olur. Uşağın aylıq çəki artımı 400 
qr, boy artımı isə 2sm olur.Uşaq doğulandan 10-15 gün sonra anadangəlmə şərtsiz reflekslər 
əsasında xarici mühitlə əlaqədə onda şərti reflekslər əmələ gəlir. Məsələn, 2-ci aydan sonra 
rejim 
əsasında qidalanmağa adət edir, müəyyən edilmiş vaxtda yatır və durur. Bu dövrdə uşaq 
üçün yaradılan rejimin də rolu böyükdür. Rejimin düzgün təşkil olunması, mükəmməl qidalanma, 
t
əmiz havada yatma, ciddi gigiyenik qulluq və s. uşağın normal psixi-fizioloji inkişafını təmin 
ed
ən əsas şərtlərdir.
1-
3 yaş müddətində uşaqda sümüklərin bərkiməsi çox sürətlə gedir. Uşağın dişləri 6 ayından 
çıxmağa başlayır və 1 yaşında normal inkişaflı uşağın 8-ə qədər dişi olur. Uşağın bel sütunu 
qığırdaq halında olur. Ümumiyyətlə, uşağın sümükləri yumşaq və qığırdaq halında olduğu üçün 
onunla fiziki r
əftarda ( bələmə, qucağa götürmə ) bu xüsusiyyətlərə ciddi əməl olunmalıdır.
Uşağın ciyərləri və ürəyi çox sürətlə böyüyür. Uşağı kiçik yaşdan burnu ilə düzgün nəfəs 
almağa alışdırmaq lazımdır. Bunun üçün onları tez-tez təmiz havaya çıxarmaq lazımdır. İlk 
günlərdə uşaqda qoxu və dadbilmə, toxunma və hissetmə, eşitmə ( 2-3 həftə ərzində uşaq heç 
bir s
əs eşitmir), görmə ( uşaq 3 həftədən sonra görməyə başlayır), qavrama çox zəif olur. Uşaq 
5 aylığında kürəyi üstündən qarnı üstə çevrilməyə başlayır.9 aylığında uşaq dayaq ətrafında 
yaxşı gəzməli, 11 aylıqda dayaqsız yaxşı durmalı, 1 yaşında isə gəzməyə başlamalıdır. Uşaq 
h
əyatının birinci ili nitq inkişafına hazırlıq mərhələsidir. Uşaq 2-3 ayında qığıldanmağa başlayır, 


5-
6 ayında hecalar tələffüz edir, 9-10 ayında böyüklərin təklifi ilə sadə sözləri deməyə başlayır. 
1 yaşına kimi uşaq ən azı 10 sözü tələffüz etməyi öyrənməlidir.
Uşağın təbii yolla – ana südü ilə qidalandırılması həmişə təhlükəsiz olmuşdur. Körpə ana 
südü ilə qidalandıqda onlarda xəstəliklərə qarşı immunitet yaranır, mədə-bağırsağı sağlam olur 
v
ə yaxşı inkişaf edir. Erkən yaşda uşağa su verilməsi çox vacibdir. Uşağa gün ərzində bir nüçə 
d
əfə su vermək olar, uşağa ancaq qaynadılmış su vermək lazımdır. Uşağın normal inkişafı onun 
düzgün qidalandırılmasından çox asılıdır. Uşağa gündə 3 dəfə, səhər, nahar və axşam yeməyi 
verilm
əli, hər gün yedizdirmə arası meyvə şirəsi verilməlidir.
Ad
ətən, uşağı yedizdirmədən əvvəl çimdirmək lazımdır. Suyun istiliyi 32-38 dərəcə arasında 
ola bil
ər. Bir yaşa qədər uşağı 5-7 dəqiqə müddətində çimdirib qurtarmaq lazımdır. Uşaqların 
normal inkişafı üçün təmiz havada olması çox vacibdir. 
2. Uşağın həyatının ikinci ili fiziki inkişafın sürətlə getdiyi dövrdür. Bu dövrdə sinir sisteminin 
iş qabiliyyətinin həddi genişlənir. Uşaq yaş yarıma yaxın 3-3,5 saat, ikinci ilin sonuna yaxın 5 
saat oyaq qala bilir, orqanizmin müqavimət göstərmək qabiliyyəti xeyli artır. Bu da xəstəliklərin 
azalmasına səbəb olur.
Skelet h
ələ bərkimədiyindən uşağın müxtəlif hərəkətlərini sakit oyunla əvəz etmək lazımdır. 
Oynamaq üçün uşağa müxtəlif ölçülü toplar, arabacıqlar və s. vermək olar. Bu dövrdə uşaqlarda 
öyrənmə həvəsi artır, müşahidəçilik qabiliyyəti güclənir, görmə həssaslığı xeyli çoxalır. İkinci ilin 
sonuna yaxın uşaq əvvəlki hərəkətlərini daha da təkmilləşdirir. Onlar ailə üzvlərinin hərəkətlərini 
oyunlarında təqlid etməyə başlayırlar. Oyun bu yaşda uşaqların həyatında yüksək əhəmiyyət 
k
əsb edir. Oyun komplektlərinə didaktik oyucaqlardan başqa, süjetli oyuncaqlar: gəlinciklər, 
pişik, xoruz, oyuncaq qaşıqlar, boşqablar və s. daxil edilir.
H
əyatın ikinci ilində uşağın nitqi daha da təkmilləşir. 1,5 yaş dövrü ərzində uşaq cəmi 30-40 
söz öyrənir. İki yaşın sonuna yaxın uşaq 300-ə qədər söz işlədir ki, bunlardan bəziləri hətta 
əşyaların keyfiyyətinə aid olur.
Bu dövrdə uşağa cisim və hadisələrin məzmununu anlatmaqla yanaşı, anladıqlarına aid 
danışmağı da öyrətmək lazımdır. Onun nitqində qısa cümlələr get-gedə geniş yer tutmalıdır. Bu 
dövrdə eyni zamanda uşağın müstəqilliyi artır. Yemək və geyindirmə zamanı buna geniş yer 
verm
ək lazımdır. Bu yaş dövründə olan uşaqlarla hər gün məşğələ və ya xüsusi təşkil olunmuş 
oyunlar keçirilir: 1. nitqin inkişafı və mühitə bələdliyi genişləndirmək üçün; 2. hərəkətin inkişafı 
üzrə; 3. əşya ilə hərəkətin inkişafı üzrə; 4. oyunlar-əyləncələr; 5. musiqi məşğələləri. Bu dövrdə 
uşaqlara əşyaların adlarını deməklə göstərilməsi, bu adların düzgün tələffüzü nitqin inkişafına 
müsbət təsir göstərir. Hərəkətlərin inkişafı üzrə məşğələ-oyunlar, gimnastik və mütəhərrik 
oyunlar şəklində aparılır.


3. H
əyatın üçüncü ilində uşağın fiziki inkişafı ləng gedir. Bir ildə orta hesabla uşağın çəkisi 2-
2,5 kq, boyu is
ə 7-8 sm artır, lakin onlar artıq daha möhkəm və dözümlü olurlar. Sinir sisteminin 
iş qabiliyyəti bu yaşda daha da artır. Fasiləsiz olaraq o, 6 saatdan 6,5 saata kimi oyaq qala bilir.
Bu dövrdə yerimək müntəzəm xarakter alır. Üç yaşa yaxın müstəqil geyinir, soyunur, əl-
üzünü yuyur, karandaşla işləyir və s.Üç yaş içərisində olan uşaqda nitqin əhəmiyyəti yüksəlir, 
xatir
ələr danışır, nəticə çıxarır, təbiət hadisələrinə öz münasibətini bildirir, göy guruldayanda 
“yağış yağacaq” deyir.
Üç yaşda uşaqda lüğət ehtiyatı zənginləşir, 1200-1300 sözdən istifadə edir, öyrəndiyi şeri 
yadda saxlayır. Bu yaş dövründə uşaqların nitq inkişafını, ətraf mühitə münasibətini 
formalaşdırmaq üçün didaktik vəsait komplektindən istifədə etmək çox faydalıdır. Bu komplektdə 
aşağıdakı vəsaitlər olmalıdır: a) mürəkkəb hərəkətləri inkişaf etdirmək üçün arabacıq, top, 
yell
əncək, velosiped və s. oyuncaqlar; b) nitqin inkişafı üçün şəkillər, tablolar, oyuncaq 
heyvanlar, meyv
ələr və s.; c) süjetli oyunlar üçün kuklalar; d) təsviri fəaliyyət üçün taxta, təbaşir, 
r
ənglər və s. Uşaqlarda əhval-ruhiyyə yaratmaq üçün əyləncəli oyunlardan, o cümlədən 
“Gizlənpaç” oyunundan da geniş istifadə etmək lazımdır.
Uşaqların ümumi inkişafını, xüsusən nitqini inkişaf etdirmək üçün gəzinti və ekskursiyaya 
getm
ək, şəkil və tablolar üzrə söhbət keçirmək, heyvanlar haqqında qısa şer öyrənmək və s., 
yaddaşı və təsəvvürü inkişaf etdirmək üçün tapmaca xarakterli oyunlardan da istifadə etmək 
s
əmərəlidir.
Konstruktiv oyunları keçirmək üçün tərbiyəçi əvvəlcə nümunə göstərməli (kubikdən ev 
düzəltmək) , sonra uşaqları işə qoşmalıdır. Uşaqların yaxşı işi tərbiyəçi tərəfindən təriflənməli , 
b
əzən də tərbiyəçi uşaq fəaliyyətində çatışmazlıqları aradan qaldırmaq üçün suallar verir: 
“Tikdiyin evin qapısı hanı?” “O biri pəncərəni hara qoyacaqsan?” və s. Karandaş və kağızla iş 
bu yaş dövründə daha çox kollektiv xarakter daşıyır. Uşaqlar tərbiyəçinin göstərişi və nümunəsi 
əsasında ağac, ev, quş şəkli çəkir, çəkdiklərini müqayisə edirlər.
T
ərbiyəvi tədbirlər zamanı hər bir uşağın fərdi xüsusiyyəti tərbiyəçi tərəfindən düzgün 
n
əzərə alınmalıdır.
4. M
əktəbəqədər yaşlı uşaqların bağça dövrü dörd qrupa bölünür: 3-cü yaş dövrü kiçik qrup;
4-
cü yaş dövrü orta qrup; 5-ci yaş dövrü böyük qrup; 6-cı yaş dövrü məktəbə hazırlıq qrupu. 
H
ər qrupa daxil olan uşaqların özünəməxsus yaş xüsusiyyətləri olduğu kimi, hər bir uşağı 
başqalarından ayıran fərdi xüsusiyyətləri də vardır. Bağça yaşlarında uşağın orqanizminin daha 
da möhkəmlənməsinə, inkişafına, həmçinin, onun zehni, əxlaqi, fiziki və estetik tərbiyəsinə ciddi 
diqq
ət yetirilir.


Uşaq bağçasında uşaqların tərbiyəsini həyata keçirmək üçün aşağıdakı məsələlərə ciddi 
əməl olunmalıdır: a) uşaqların sağlamlığı qayğısına qalınmalı, bağçada bütün şərait və rejim 
gigiyenik s
əhiyyə tələblərinə müvafiq surətdə təşkil olunmalı, oyunlar keçirilməli, fiziki təmrinlər 
yerin
ə yetirilməlidir; b) əyləncəli oyunlar və məşğələlər, bədii söz, nəğmə, təbiətə ekskursiyalar 
v
ə gəzintilər, ətraf həyatla tanışlıq vasitəsilə uşaqlar zehni və bədii cəhətdən tərbiyə 
edilm
əlidirlər; c) oyun prosesində və əmək tapşırıqlarının icrasında gücləri çatan qədər iştirak 
etm
əklə uşaqlara kollektivdə özünü aparmaq bacarığı öyrətmək lazımdır; d) uşaqların başa 
düşəcəyi maraqlı misallarla onlarda müstəqil Azərbaycan dövlətinə, xalqımıza, Vətənimizə, Milli 
Ordumuza m
əhəbbət hissi tərbiyə olunmalıdır. Uşaq bağçası bu vəzifələri yerinə yetirməklə 
uşaqları məktəbə hazırlayır. 
6 yaşlı uşağın fiziki inkişafında böyük dəyişikliklər əmələ gəlir. Onun skeletində kalsium 
duzları artsa da, hələ sümüyün tərkibində elastiklik çox olur. Bu dövrdə uşağın boyu və çəkisi 
sürətlə artır ( çəkisi 14 kq-dan 22 kq-a qədər, boyu isə 92 sm-dən 116-sm-ə qədər). Uşağın fiziki 
qüvvəsinin artması ona bir sıra yüngül məişət işlərində iştirak etməyə imkan verir.
Bu yaşda uşaqların təfəkkürləri sadə və daha konkret olur. Lakin bu yaşda uşaq artıq əşyaları 
müqayisə etməyi, onlarda oxşarlıq və fərqi tapmağı, ümumi cəhətləri görməyi bacara bilər, çünki 
onda a
rtıq ümumi təsəvvürlər var. Təfəkkürlə yanaşı uşaqda nitq də inkişaf edir. 6 yaşında uşaq 
artıq bütöv cümlələrlə sərbəst danışır və rabitəli nitq qurmağa başlayır.
Bağça yaşlı uşaqların yaddaşı hələ ixtiyari deyildir, lakin asanlıqla başa düşülən fikirləri, 
nağılları çətinlik çəkmədən yadda saxlaya bilir.
M
əktəbəqədər yaşlı uşaqlarda diqqət də əsasən qeyri-ixtiyari xarakter daşıyır. O çox 
davamsız olur və asanlıqla yayılır.
6 yaşlı uşaqların təxəyyülü çox canlı və parlaq olur. Təxəyyül əsasən uşağın oyunlarında 
t
əzahür edir 
M
əktəbə hazırlıq qrupunun uşaqlarında inad göstərmək, qorxuya qalib gəlmək və s. kimi iradi 
keyfiyy
ətlər inkişaf etməyə başlayır. Beləliklə, uşaqlarda xarakterin əmələ gəlməsi üçün bu 
yaşda bünövrə qoyulmağa başlayır. Buna görə də tərbiyə işində uşaqların yaşlar üzrə inkişaf 
xüsusiyyətləri həmişə nəzərə alınır.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə