Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


MÖVZU: 9. Təlimin məktəbəqədər tərbiyə müəssəsində metod və tərzlərin həyata



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
PEDAQOGIKA-2

MÖVZU: 9. Təlimin məktəbəqədər tərbiyə müəssəsində metod və tərzlərin həyata 
kecirilm
əsi yolları. 
 
PLAN: 
 
1. T
əlimdə əyani metodlar 
2. Şəkil və illüstrativ materialların nümayiş etdirilməsi 
3. Uşaq bağçasında texniki vasitələrin tətbiqi 
4. T
əlimin praktik metodları 
5. T
əlimin şifahi metodu
1. Uşaq bağçasında təlimin metodları məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və 
v
ərdişlərinin müvəffəqiyyətlə həyata keçirilməsi və öyrənmə marağının inkişaf etdirilməsinə 
xidm
ət edir. Uşaq bağçasında təlimin metodları əyani, şifahi, praktik və oyun növlərinə bölünür. 
Uşaq bağçasında əyani metodlar geniş yer tutur. Əyani metoddan yeni biliyin öyrədilməsində 
daha çox istifadə olunur. Əyani metoda natural obyektlər (əşya və hadisələr), əyani vəsaitlər ( 
şəkil, heyvan və quş müqəvvaları, model nümunələri və s.) daxil olur. Texniki vasitələrin tətbiqi 
əyani təlimdə mühüm yer tutur.
Müşahidə ətraf mühitdəki cisim və hadisələri məqsədyönlü, planlı, qısa və uzunmüddətli 
qavrama prosesidir. Onun m
əqsədi cisim və hadisələri, sadəcə göstərmək deyil, ətraf mühitdə 
baş verən dəyişmələri uşaqlara müşahidə etdirməkdir. Uşaqlar yaşlıların əməyini, nəqliyyatın 
h
ərəkətini, heyvanların xarakteri və həyat tərzini, bitkilərin inkişafını müşahidə etməklə çox şey 
öyrənirlər. Tərbiyəçi uşaqları tədricən müşahidə etmək bacarığına və qabiliyyətinə yiyələndirir. 
Müşahidənin səmərəliliyini, onun öyrədici, inkişafetdirici və tərbiyəedici xarakterini təmin etmək 
üçün tərbiyəçi aşağıdakı tələblərə əməl etməlidir: 1. Müşahidəni keçirmək üçün uşaqların 
qa
rşısında aydın və konkret məqsəd qoyulmalı, məqsəd motivləşdirilməlidir. 2. Uşaqların yaş 
xüsusiyyətlərindən asılı olaraq müşahidə edilən obyektin məzmunu uşaqların əvvəlki 
t
əsəvvürləri ilə bağlı olmalıdır. 3. Keçirilən müşahidə uşaqların əqli fəallığına və müstəqilliyinə 
kömək etməlidir. 4. Müşahidə dəqiq və konkret sözlərlə müşayiət edilməli, obyekti düzgün 
qavramağa, uşaqda tam təsəvvür yaratmağa və söz ehtiyatının artmasına müsbət təsir 
göstərməlidir.


Əşyaların göstərilməsi daha çox yayılmış təlim ətrzlərindən biridir. Uşaqlar ətrafdakılara 
baxır, oyuncaqları, ev əşyalarını, əmək alətlərini, şəkil, yapma və quraşdırma vasitələrini 
müşahidə edir, bu zaman bilmədikləri bir çox əlamət və hadisələri öyrənirlər.
2.
Şəkil və illüstrativ materialların nümayiş etdirilməsi metodundan ətraf mühitlə tanışlıqda 
v
ə nitqin inkişaf etdirilməsində istifadə edilir.
Şəkildə müəyyən hadisələr təsvir oluna bilər.”Payız fəsli”, “Dənizdə dalğa”, “Ayı ağaca 
dırmaşıb, arıların topladığı balı yeyir” və s. Şəkil bütün uşaqlar görsün deyə böyük olmalı və 
daha 
əlverişli yerə qoyulmalıdır. Şəkillərin nümayiş etdirilməsi uşaqların əvvəlki bilik və 
t
əsəvvürlərini dəqiqləşdirir, onların yeni bilik və praktik vərdişlərə yiyələnməsini təmin edir, ətraf 
mühiti öyrənməyi asanlaşdırır, nitqin inkişafına və yeni sözlərin öyrənilməsinə kömək edir. 
T
ərbiyəçi əvvəlcə uşaqların diqqətini şəklin əsas məzmununa yönəltməli, sonra onun hissələri 
haqqında söhbət keçirməlidir. O, əsas əlamətlər haqqında uşaqların fikrini öyrənməlidir. Şəkil 
uşaqların biliyini zənginləşdirir, görmədiklərini görməyə şərait yaradır və öyrəndiklərini şüurda 
möhkəmləndirir.
3. T
əlim prosesində texniki vasitələrdən əyani vəsait kimi istifadə olunur. Təlim zamanı 
videofilml
ər, maqnitofon yazıları, televerilişlər və kompüter texnikasından istifadə etməklə 
yüksək müvəffəqiyyətlərə nail olmaq olar.Texniki vasitələrdən istifadə təlim prosesini cəzbedici 
v
ə maraqlı edir, uşaqları ətraf mühitlə tanış etmək üçün geniş imkan yaradır. Bu yolla tərbiyəçi 
otağa gətirilməsi mümkün olmayan şeyləri və hadisələri nümayiş etdirir. Məsələn, “Heyvanlar 
al
əmində” verilişi, “Pambıq tarlası”, “Milli ordumuz” və s. kimi filmlərlə uşaqları tanış edir. Filmlər 
uşaqlarda maraq, yeni-yeni hisslər yaradır. Filmə baxarkən onlar öyrənirlər ki, çörəyin 
hazırlanması çoxlu əmək tələb edir, buna görə də onun qədrini bilmək lazımdır.
M
əşğələlərdə videofilmlərin nümayiş etdirilməsi 9-10 dəqiqədən artıq olmamalıdır. Filmlər 
b
əzən tərbiyəçinin izahı ilə müşaiyət edilməlidir. Filmdən sonra şərait yaratmaq lazımdır ki, 
uşaqlar öz təəssüratlarını bölüşdürsünlər. Filmlər uşaqların biliklərinin möhkəmlənməsinə 
kömək edir, öyrəndiklərini ümumiləşdirməyə imkan verir, onların estetik tərbiyəsində mühüm rol 
oynayır. Filmlərin göstərilməsində aşağıdakı metodik tələblərə əməl edilməlidir: 1. Uşaqlarla ilkin 
söhbət. Bu uşaqların diqqətini göstəriləcək filmə cəlb edir. 2. Filmdən sonra fikir mübadiləsi 
yaratmaq üçün müsahibə keçirmək. Belə müsahibə uşaqlara qaranlıq qalanları aydınlaşdırır və 
biliyi ümumiləşdirməyə kömək edir.
4. Uşaq bağçasında təlimin praktik metodlarına çalışmalar, oyun metodu, elementar 
t
əcrübə və modelləşdirmə daxildir. Çalışmalar uşaqlara verilmiş tapşırıqları praktik cəhətdən 
t
ətbiq etməklə dönə-dönə təkrarıdır. Çalışmalar zamanı uşaqlar zehni fəaliyyətin müxtəlif 
formalarına yiyələnir, onlarda praktik vərdişlər formalaşır, bilik daha da möhkəmlənir. Bir qayda 
olaraq uşaqların hamısı tapşırığı icra edir. Nəticə isə tərbiyəçi və uşaqların özü tərəfindən 


yoxlanılır. Bacarıq və vərdişlərə yiyələnmə uzunmüddətli prosesdir. O çoxlu müxtəlif tərzli təkrar 
t
ələb edir.
T
ərbiyəçi elə tapşırıqlar müəyyənləşdirə bilər ki, onların icrası prosesində uşaqlarda 
müstəqillik və fəallıq daha da inkişaf etsin. Uşaq bağçasında təqlidi-icraçılıq, konstruktiv və 
yaradıcı tapşırıqlardan çox istifadə olunur. Təqlidi-icraçılıq təmrinlərində, adətən, uşaqlar 
verilmiş nümunə əsasında işi ardıcıl görməklə müəyyən bacarıq və vərdişlərə yiyələnirlər. 
Konstruktiv t
əmrinlər əvvəlkilərə nisbətən daha mürəkkəb olur, uşaqların yiyələndikləri bacarıq 
v
ə vərdişlərin dərinləşməsinə kömək edir. Yaradıcı xarakterli təmrinlərdə uşaqlar yiyələndikləri 
bilik, bacarıq və vərdişləri yeni şəraitdə tətbiq edir, fəaliyyətin yeni növü üzərində işləyirlər.
Oyun 
metodunun başlıca məqsədi uşaqlarda təsəvvür yaratmaqdır. Məsələn, uşaqların 
nitqini inkişaf etdirmək üçün oyuncaq mağazasına aid oyun keçirmək faydalıdır. Uşaqlar satıcı 
v
ə alıcı rolunda bir-birilə münasibətdə olurlar. Çox vaxt uşaqlar oyun zamanı müəyyən oyuncaq
v
ə oyun materialına uyğun hərəkət edirlər. Oyun metodunun tətbiqində tərbiyəçi proqram üzrə 
t
əlimin məqsədini, oyun və praktik fəaliyyətin xarakterini müəyyən edir və tapşırığın icrası üçün 
nümunə göstərir. Tərbiyəçi uşaqlar tərəfindən buraxılan səhvləri aydınlaşdırır. Oyun metodu 
bütün yaş dövrü üçün əlverişli olmaqla uşaq bağçasında təlimin səmərəli keçməsinə imkan 
yaradır.
Oyun metodlarından biri didaktik oyunlardır. Bu oyun zamanı uşaqlar oyunun qaydası ilə 
tanış olur və onun həyata keçirilməsində əlavə məlumata yer verilmir. Oyun zamanı bilik tətbiq 
olunur v
ə onun təkmillışməsi təmin edilir. Didaktik oyunlar biliyin möhkəmləndirilməsinə kömək 
edir, onu sistem
ə salır və inkişaf etdirir.
Uşaq bağçasında elementar təcrübə metodunun da özünəməxsus rolu var. Bu metod 
əsasən orta yaş qrupundan başlayaraq həyata keçirilir. Elementar təcrübə cisim və hadisələrin 
daxilind
əki qapalı əlamətləri, onların arasındakı əlaqələrin dəyişilmə səbəblərini öyrənmək üçün 
t
ətbiq olunur. Məsələn, bitkilərin həyatında işığın rolunu öyrənmək üçün uşaqlar təcrübəyə cəlb 
edilirl
ər. Bir bitki daha işıqlı yerə, ikinci nisbətən zəif işıqlı, üçüncü isə qaranlıq yerə qoyulur. 
Uşaqlar həmin bitkilərin üzərində müşahidə aparırlar və ya əşyaların suda batıb-batmamasını 
yoxlamaq üçün müxtəlif əşyalar üzərində təcrübə aparırlar. Təcrübənin iikinci mərhələsi həyata 
keçirilmiş işin təhlili ilə əlaqədar olur, uşaqlar məlumla naməlumları müəyyənləşdirir. Təcrübənin 
sonuncu m
ərhələsi alınmış nəticənin təhlili ilə bağlı olur. Bu zaman uşaqlar təcrübənin gedişini 
əvvəldən sona kimi yaddaşlarında canlandırırlar. Bu metod uşaqlarda təfəkkür fəaliyyətini, 
müqayisə etmək, qarşı-qarşıya qoymaq, nəticə çıxarmaq bacarığını inkişaf etdirir.
Modell
əşdirmə müəyyən modelin uşaqlar tərəfindən düzəldilməsi, bu prosesdə əşyanın 
keyfiyy
əti, quruluşu, digər obyektlərlə əlaqəsi haqqında biliyə yiyələnmək deməkdir. Bu metodun 
üstün cəhəti odur ki, uşaqlar əyani olaraq cisim və hadisələrin əlamətini qavrayır, hafizələrini 


faktik bilikl
ərlə zənginləşdirirlər. Modelləşdirmə əyani-praktik metod kimi bir sıra tələblərə cavab 
verm
əlidir: 1. Model düzəldilən əşyanı olduğu kimi əks etdirməlidir, öyrənilən obyektin aparıcı 
əvəzi olmalıdır. 2. Qavrama üçün yararlı, eləcə də onun düzəldilməsi uşaqların anlaq 
s
əviyyəsinə uyğun olmalıdır. 3. Uşaqlara mühüm keyfiyyətləri elə aydın və dəqiq çatdırmaq 
lazımdır ki, onların köməyi ilə cisim və hadisələr başa düşülsün. 4. Öyrənilən mürəkkəb sahələri 
nisb
ətən asanlaşdırmaq lazımdır.
Didaktikada üç növ model müəyyənləşdirilmişdir: 
I.Fiziki konstruksiyadan ibar
ət predmet modeli (predmeti hissələrə ayırmaq)
II.Predmet-sxematik model ( 
əlavə hissələr və sxemlərdən istifadə olunur) 
III.Qrafik model ( I uşaqlar modeli tanımalı, sonra onun hissələrini öyrənməli, sonra quraşdırma 
işi ilə məşğul olunmalıdırlar)
5. T
əlimin şifahi metodu uşaqların ətraf aləmi öyrənməsində, biliyi ümumiləşdirməsində və 
sistem
ə salmasında mühüm rol oynayır. Şifahi metodun növləri bunlardır: tərbiyəçinin nəqli, 
t
ərbiyəçinin bədii əsər oxuması, müsahibə və s.
T
ərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı bir əşya və hadisə haqqında uşaqlarda 
aydın və dəqiq təsəvvür yaratmaqdır. Nağılda qəhrəmanın dili ilə danışmaq uşaqların diqqətini 
daha çox cəlb edir və onlarda dərin maraq hissi oyadır. Nəqletmə uşaqların ağlına, hiss və 
t
əsəvvürlərinə güclü təsir edir. Tərbiyəçinin nitqi ifadəli, təsirli və emosional olmalıdır. Yeri 
g
əldikdə o, əyaniləşdirmədən istifadə etməklə söhbəti əşyanın özü, şəkli, modeli üzərində 
qurm
alıdır. 
Uşaqların nəqletməsi başlıca metodlardan biri kimi onların biliyini təkmilləşdirir, düşünmə və 
danışıq bacarığını gücləndirir. Uşağın nağılı öz yaşıdlarına danışmasının da böyük əhəmiyyəti 
var. Bu, uşaqlarda nəqletmə texnikasına yiyələnmək, aydın və maraqlı danışmaq həvəsi 
yaradır. Uşaqların yaş və anlaq səviyyəsinə uyğun qurulan nağıletmə metodu bütün qruplarda 
t
ətbiq edilir.
Uşaqlara bədii ədəbiyyatın oxunması ətraf mühit haqqındakı biliyi zənginləşdirir və 
genişləndirir. Onlarda bədii ədəbiyyatı başa düşmək və onun tərbiyəvi mahiyyətini duymaq 
qabiliyy
əti formalaşdırır. Onlarda əsərin qəhrəmanının hərəkətlərini duymaq, müsbət 
c
əhətlərindən sevinmək, uğursuzluqlara kədərlənmək və s. kimi hisslər oyadır. Bunun üçün 
şəkillərdən istifadə etmək, əsər haqqında nəqletmə bacarığı, oyun metodu ( səhnələşdirilmiş 
oyun), söhbət və s. metodlardan istifadə edilməlidir.Oxudan sonra müsahibə təşkil edilir. 
Müsahibənin məqsədi əsərin məzmununu daha aydın başa salmaq, uşaqlarda estetik təəssüratı 
d
ərinləşdirməkdən ibarətdir.


Müsahibə əsasən yuxarı qruplarda keçirilir. Müsahibə biliyi dürüstləşdirmək, ümumiləşdirib 
sistem
ə salmaq məqsədi ilə keçirilir. Müsahibə zamanı uşaqlar nəinki sualı dinləməyi bacarmalı, 
h
əm də müsahibənin gedişində fəal iştirak etməlidirlər.
Müsahibə didaktik məzmununa görə iki yerə bölünür: 
1) İlkin müsahibə; 2) Yekun və ya ümumiləşdirici müsahibə 
İlkin müsahibədə tərbiyəçi cisim və hadisələri uşaqlara ilk dəfə öyrədir. İlkin müsahibə ilə 
uşaqların əvvəlki bilikləri aşkar edilir. Bu zaman uşaqların nəyi bilmələri aydınlaşdırılmalı, eyni 
zamanda hansı yeni biliklərə sahib olacaqları qabaqcadan onlara catdırılmalıdır. Bu müsahibə 
qısa, çox da çətin olmayan məzmunda orta qrupda keçirilir. Yekun və ya ümumiləşdirici 
müsahibə biliyi sistemə salmaq, onu daha da dərinləşdirmək və ya aydın başa salmaq üçün 
keçirilir. Belə müsahibənin keçirilməsində əyani vəsaitdən geniş istifadə olunur. Müsahibədə 
mürəkkəb əqli fəaliyyət tələb olunur. Müsahibə mövzunun məzmununu başa düşmək, 
müsahibəni dinləmək, fikri təhlil etmək bacarığı tələb edir. Yekun müsahibə uşaqların yaş və 
anlaq s
əviyyəsinə uyğunlaşdırılmaqla böyük qrupda keçirilir.
T
əlimin gedişində tərbiyəçi təlimin şifahi tərzlərindən ( priyomlarından) də istifadə edir. Tərz 
bu v
ə ya digər metodun elementinə, hissəsinə deyilir. Belə tərzlərdən aşağıdakıları göstərmək 
olar: nümayiş etdirmə (göstərmə), izahetmə, aydınlaşdırma, pedaqoji qiymətləndirmə və s.
Aydınlaşdırma və izah təlimin tərzi kimi hadisələri müşahidə edərkən, əşyalara, şəkillərə 
baxark
ən, tapşırıq və çalışma üzərində iş zamanı, təcrübə keçirərkən, bu və ya digər metoddan 
istifad
ə edərkən tətbiq olunur. Bəzən izah zamanı tərbiyəçi yeni-yeni fakt və əlavə 
materiallardan da istifad
ə edir. İzahın belə növlərindən biri göstərişdir. Göstəriş mövzunu 
uşaqların aydın dərk etməsinə kömək edir.
İzah və aydınlaşdırmadan əşyaların göstərilməsində geniş istifadə olunur. Əyani vəsaitin 
nümayiş etdirilməsində, hərəkətlərin göstərilməsində, əşyaların daxili mədəniyyətini açmaq və 
uşaqlara öyrətməkdə təlimin bu tərzləri geniş istifadə olunur. Ayrı-ayrı hallarda göstərmədən 
t
əlim tapşırığının icrası zamanı istifadə olunur.
Pedaqoji qiym
ətləndirmə təlimin mühüm priyomlarından biridir. Qiymətləndirmədən məşğələnin 
yekununda istifad
ə olunur. Qiymətləndirmə fərdi və kollektiv formada həyata keçirilir. Uşağın 
bacarıq və vərdişlərinin səviyyəsini uşağa çatdırmaq üçün onun fəaliyyətini qiymətləndirmək çox 
faydalıdır. Bu zaman uşaqmüsbət cəhətini və nöqsanını bilir, müsbət fəaliyyətini inkişaf etdirir, 
qüsurlarını isə aradan qaldırır.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə