Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


MÖVZU:10. Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   44
PEDAQOGIKA-2

MÖVZU:10. Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsi.
 
PLAN:
 1
. Əqli tərbiyənin əhəmiyyəti
2.
Əqli tərbiyənin vəzifələri
3.
H
ərtərəfli inkişafda əqli tərbiyənin rolu 
4.
Əqli tərbiyəinin məzmunu və formaları, ətraf həyatla tanışlıq 
5.
M
əktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsində valideynlərin rolu 
1. Əqli tərbiyə zamanı uşaqlar tədricən planlı şəkildə bəşəriyyətin əldə etdiyi bilik, bacarıq 
v
ə vərdişlər sisteminə, ictimai-siyasi təcrübəyə yiyələnirlər. Bu, böyüklər tərəfindən müxtəlif 
prinsipl
ər, metod və təmrinlərədn istifadə edilərək həyata keçirilir. Uşaqların əqli inkişafı təlim 
t
ərbiyə və ətraf aləmin təsiri altında formalaşır. Formalaşma prosesində uşaqıarda hər şeyi 
bilm
ək həvəsi, müşahidəçilik, habelə əqli işin ilk vərdişləri tərbiyə edilir.
Uşağın əqli inkişafı onda psixi proseslərin, xüsusən də duyğuların inkişafından, qavrayışın 
t
əkmilləşməsindən, yəni ətrafdakı əşya və hadisələrin hisslərlə əks etdirməsindəın başlanır. 
Ətraf aləmin duyğular vasitəsilə dərk edilməsi insanın əqli cəhətdən təkmilləşməsinə səbəb olur. 
Uşaqlar təlim məşğələləri vasitəsilə ətraf mühiti dərk edir, onlar tədricən mühitə və burada 
əmələ gələn dəyişikliklərə uyğunlaşırlar.
Uşağın əqli fəaliyyəti onun təxəyyülünə, təsəvvürünə, mühakiməsinə özünəməxsus 
r
əngarənglik verən emosiya ilə sıx bağlıdır. Bütün yeniliklər uşaqlarda təəccüb əmələ gətirməklə 
b
əzən heyrət, sevinc, bəzən vahimə, qorxu yaradır. Bu emosiyalar hafizədə saxlanılaraq, elə bil 
h
əmin əşyanın və ya hadisənin keyfiyyəti kimi əks olunur. Uşaqalrın əqli inkişası öz tutumu, 
xarakteri v
ə biliyinin məzmununa görə fərqlənir. Daim axtarışda olan, bilmədiyini öyrənməyə 
h
əvəs göstərən uşaqda fəallıq daha üstün olur.
Əqli fəaliyyətin mühüm keyfiyyətlərindən biri də tənqidlikdir. Əqlin tənqidlik bacarığı keyfiyyəti 
öyrənmə bacarığı kimi qiymətləndirilir. Belə ki, fəaliyyət zamanı adamda qarşıya çıxan çətin 
m
əsələni həll etmək, nəticə çıxarmaq və mühakimə yürütmək qabiliyyəti formalaşır. Əşya və 
hadis
ələr arasında qarşılıqlı əlaqəni tapmaq, ona münasibət göstərmək, biliyi ümumiləşdirmək 
əqli inkişafın göstəicilərindəndir. Yetişən nəsildə əqli inkişafın səviyyəsi öyrənmə marağına, 
biliy
ə yiyələnmək, biliyi dərk etmək qabiliyyəti və s. sahələrdə özünü göstərir. Bu da uşağın 


h
əyat tərzi və onu əhatə edən mühitdən çox asılıdır. Uşaqlarda əqli inkişafın ardıcıllığını təmin 
ed
ən başlıca faktor onun tərbiyəsi ilə müntəzəm məşğul olmaqdır.
2. Uşaqlar kiçik yaşlarından təbiət və cəmiyyət hadisələri haqqında müəyyən biliklərə 
yiy
ələnməklə əqli cəhətdən də inkişaf edirlər. Əqli inkişaf əxlaq tərbiyəsi ilə sıx bağlıdır. Əxlaq 
t
ərbiyəsi insanda müəyyən ideya istiqaməti və əqidə formalaşdırır ki, bu da biliyə yiyələnmədə 
mühüm əhəmiyyət kəsb edir. Ətraf mühit praktik, elmi-nəzəri və estetik cəhətdən dərk edilə 
bil
ər. Bu keyfiyyətlər bir-birilə sıx bağlıdır.
Əqli cəhətdən formalaşma həm də fiziki tərbiyə ilə əlaqəlidir. Uşağın əqli inkişafı onun 
sağlamlığından çox asılıdır. Fiziki cəhətdən sağlam olan uşaq hadisələrə sürətlə münasibət 
bildirir, düzgün fikirləşməyi bacarır, normal böyüyür və gələcək cəmiyyətdə öz layiqli yerini 
tutmaq üçün müvəffəqiyyətlə irəliləyir. Fiziki tərbiyə sahəsindən düzgün baş çıxaran tərbiyəçi 
əqli inkişafın da zəruriliyini aydın dərk edir. Belə ki, iradi keyfiyyətlərin formalaşması 
(dözümlülük, cəsarətlilik, qətiyyətlilik, mərdlik və s.) əqli davranış formaları ilə sıx bağlıdır.
Uşağın əqli inkişafı estetik, əmək tərbiyəsi ilə də əlaqəlidir. Bütün pedaqoji proseslərdə 
olduğu kimi uşaqların əqli tərbiyəsində də həlledici rol tərbiyəçilərin və valideynlərin üzərinə 
düşür.
3. M
əktəbəqədər tərbiyə müəssisələrində əqli tərbiyənin vəzifələri aşağıdakılardır: 1. 
C
əmiyyət və təbiət haqqında elmi anlayışları formalaşdırmaq, real elmi dünyagörüşü yaratmaq;
2. Əqli fəaliyyəti inkişaf etdirmək məqsədilə öyrənmə marağı, qabiliyyəti və əqli fəaliyyətin digər 
r
əngarəng növlərini formalaşdırmaq; 
3. Müstəqil öyrənmə meyli, mədəni əqli iş tərbiyə etmək.
Əqli tərbiyənin birinci və əsas vəzifəsi uşaqların ətraf aləm, təbiət, əmək, ictimai hadisələr, 
müxtəlif əşyalar, onların keyfiyyətləri və xüsusiyyətləri haqqında sadə biliklərə yiyələnməsini 
t
əmin etməkdir. Kiçik yaşlı uşaqlar fəaliyyət prosesində yaxın adamlarla, onları əhatə edən 
əşyalarla tanış olurlar. Sonra bu əşyaların əsas əlamətlərini ayırmağa, onlar arasındakı əlaqəni 
anlamağa, müxtəlif təbiət və həyat hadisələrinin başvermə səbəblərini öyrənməyə başlayırlar.
Ətraf mühit haqqında biliklər uşaqların əxlaq və estetik tərbiyəsində də mühüm rol oynayır. 
T
ərbiyəçinin bu sahədə başlıca vəzifəsi uşaqlara bilik vermək, bunun əsasında onların 
marağını, öyrənmək həvəsini, diqqətli olmasını inkişaf etdirməkdir.
Kiçik yaşlı uşaqların hafizəsi də sürətlə inkişaf edir, bilikləri artır, düşüncəli yadasalma və 
yaddasaxlama qabiliyy
əti formalaşır. Bu yaş dövründə uşaqlarda məqsədli yaddasaxlama 
sistemini gücləndirmək lazımdır. Məktəbəqədər yaş dövründə ixtiyari hafizəni inkişaf etdirmək 
mühüm vəzifələrdən biridir.


Əqli tərbiyənin əhəmiyyətli vəzifələrindən biri də uşaqlarda təxəyyülün inkişafı qayğısına 
qalmaqdır. Təxəyyülün düzgün tərbiyəsi uşağın həyatı dərk etməsinə çox kömək edir. 
T
əxəyyülün ilk əlamətləri uşaqlarda əsasən həyatının üçüncü ilindən başlanır. Sonrakı illərdə 
yaradıcı təxəyyül tədricən inkişaf edir ki, bu da oyun prosesində, rəsm və s. məşğələ növlərində 
özünü göstərir.
Əqli tərbiyənin əsas vəzifələrindən biri də məktəbəqədər yaş dövründə uşaqlarda əyani-
əməli təfəkkürün, duyğu və qavrayışın, diqqətin inkişafına xüsusi qayğı göstərmək və düzgün 
istiqam
ətləndirməkdir.
4. H
ər bir demokratik ölkənin tərbiyə ocaqlarında müntəzəm olraq ahəngdar inkişaf etmiş 
adamlar yetişdirilməlidir. Bu məqsədlə tərbiyə müəssisələrində uşaqların mənəvi cəhətdən 
normal inkişafı üçün hər cür şərait yaratmaq lazımdır.
Uşaq bağçasının proqramında ətraf həyatla tanışlığın əsas bölmələri - təbiətlə, müxtəlif 
ixtisaslı əmək adamları ilə, bir sıra ictimai hadisələrlə, əşyalarla, onların keyfiyyət və 
xüsusiyyətləri ilə tanışlıq verilmişdir.
Birinci üç ildə uşaqlara əşyalar, onların keyfiyyəti haqqında məlumat verilir. Uşaqlar müxtəlif 
əşyaların adlarını bilməli və onları nitqdə düzgün işlətməlidirlər.
Uşaqların ətraf mühitlə tanışlığında tərbiyəçi müstəsna rol oynayır. O, uşaqları öz işi ilə və 
ətraf mühitlə tanış edir. Tərbiyəçi böyük qrup uşaqlarına öz evlərinin və bağçanın ünvanını 
öyrədir, evə, yaxud parka və ya meşəyə gedən yolu tanıtdırır. Bununla o, uşaqlarda 
müşahidəçilik , müstəqillik və özünə inanmaq bacarığı formalaşdırır. Təbiətlə tanışlıq 
t
ərbiyəçinin diqqət mərkəzində olur. Kiçik qrup uşaqları havanın vəziyyətini, orta və böyük qrup 
uşaqları fəsli, hər fəslin əlamətlərini öyrənir, bu sahədə öz təsəvvürlərini genişləndirirlər. Eləcə 
d
ə kiçik qrup uşaqları ev heyvanları haqqında müəyyən biliklər əldə edir və onların verdiyi 
faydanı öyrənirlər. Böyük qrup uşaqalrı isə ev heyvanlarını qruplaşdırır, Azərbaycanın zəngin 
s
ərvətləri haqqında müəyyən məlumata yiyələnirlər.
T
əbiətlə tanışlıq uşaqların dünyagörüşünə də müsbət təsir göstərir. Qışda Xəzəri müşahidə 
ed
ən uşaqlar ağ qağayılara tamaşa etməkdən doymurlar. Çayın, gölün sahilində buzu müşahidə 
ed
ən uşaqlar yayda bu xüsusiyyətlərə rast gəlmir və bunun səbəbini öyrənməyə çalışırlar. 
Heyvanxanada ayını, fili, canavarı, şiri, pələngi görən uşaqlar onların haradan gətirilməsi 
haqqında düşünürlər. Tərbiyəçi təbiətin belə sirlərini uşaqların anlaq səviyyəsinə uyğun olaraq 
onlara izah etm
əlidir.
T
əbiətlə tanışlıqda yaranan müsbət hisslər torpağa məhəbbət və vətənpərvərlik tərbiyəsində 
müstəsna rol oynayır. Vətənə kiçik yaşlarından fayda vermək hissi, öz yaşına uyğun işləri 
görmək uşaqlarda işgüzarlığın yaranmasını gücləndirir.


Uşaq bağçasında vətənpərvərlik tərbiyəsi əmək işləri ilə sıx vəhdətdə aşılanır. Məktəbəqədər 
yaşlı uşaqlar ailədə valideynlərinin, bağçada aşpazın, xadimənin, tərbiəyçi köməkçisinin əməyini 
müşahidə edir və onda əmək adamlarına hörmət hissi yaranır. Əməyin keyfiyyətli, sistemlə 
h
əyata keçirilməsi, əmək alətlərinin adını və funksiyasını bilmək, görülən işin məzmununu dərk 
etm
ək onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.
Doğma təbiətlə təmas, onun sirlərinə bələd olmaq uşaqların əqli və əxlaqi tərbiyəsində, 
estetik zövqünün formalaşmasında misilsiz təsir qüvvəsinə malikdir. Ətraf aləm, ictimai mühit 
uşaq həyəcanlarının, düşüncə və hisslərinin əsas mənbəyi olmaqla yanaşı, həm də uşaqların 
r
əsm və əmək işlərinin başlıca ilham mənbəyinə çevrilir.
5. Uşaqların əqli tərbiyəsində valideynlərin rolu böyükdür. Ev şəraitində, valideynlərlə gəzinti 
zamanı uşaqlar cisim və hadisələr haqqında çox şey öyrənirlər, onların dünyagörüşü 
z
ənginləşir, nitqi inkişaf edir, öyrənmə marağı artır. Tərbiyəçinin vəzifəsi valideynləri uşaqalrın 
əqli tərbiyəsinə köməklik göstərməyə hazırlamaqdır. O, valideynləri tərbiyənin məzmunu ilə 
tanış edir, uşaq bağçasında təlimin qoyuluşu, məişət işlərində uşağın dünyagörüşünü 
z
ənginləşdirmək imkanları ilə silahlandırır. Bunula uşaqlar bağçada aldıqları bilik və 
bacarıqlarını ailədə valideynlərinə danışmaqla təkrar edir, seri əzbərdən deyirlər. Hesab və 
quraşdırma işlərini valideynlərinin müşahidəsi altında təkrar icra edirlər.
G
əzinti zamanı valideyn uşağa rast gəldikləri cisim və hadisələr haqqında danışır, onun 
suallarına cavab verir, təbiət, hündür binaların tikilməsi, avtobus, metro haqqında söhbətlər bu 
yaşda uşaqların əqli inkişafına səbəb olur.
Valideynl
ərin uşaqlar üçün kitab oxuması da çox faydalıdır. Valideynlər uşaq üçün kitab oxusu 
v
ə nağıl danışmaq texnikasına yiyələnməlidirlər. Belə metodiki işlər barəsində tərbiyəçilər 
valideyn yığıncağında danışmalı və fərdi söhbətlər aparmalıdırlar.
Bağçanın və ailənin müntəzəm və səmərəli əlaqəsi uşaqların əqli tərbiyəsində mühüm 
əhəmiyyət kəsb edir. Buna görə də bağça ailəni pedaqoji cəhətdən müntəzəm 
m
əlumatlandırmalıdır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə