Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


MÖVZU 8. Məktəbəqədər tərbiyə müəssələrində didaktik prinsiplərin həyata kecirilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   44
PEDAQOGIKA-2

MÖVZU 8. Məktəbəqədər tərbiyə müəssələrində didaktik prinsiplərin həyata kecirilməsi 
yolları.
 
PLAN:
1. T
əlimdə ideyalılıq prinsipi və alınmış bilik, bacarıqların həyatla, əməklə
əlaqələndirilməsi prinsipi 
2. T
əlimdə elmilik və müvafiqlik prinsipi 
3. T
əlimin inkişafetdirici və tərbiyəedici prinsipi 
4. T
əlimdə əyanilik və sistematiklik prinsipi 
5. T
əlimdə fərdi yanaşma və şüurlülüq və fəallıq prinsipi 
1. Uşaq bağçasında təlimin ümumi didaktik prinsipləri aşağıdakılardır: 1.Təlimdə ideyalılıq 
prinsipi; 2. İnkişafetdirici təlim prinsipi; 3. Alınmış bilik və bacarıqların həyatla, əməklə 
əlaqələndirilməsi prinsipi; 4. Təlimdə elmilik prinsipi; 5.Təlimin tərbiyəedici prinsipi; 6. Təlimdə 
müvafiqlik prinsipi; 7. Təlimdə sistematiklik prinsipi; 8. Təlimdə şüurluluq və fəallıq prinsipi; 9. 
T
əlimdə əyanilik prinsipi; 10. Təlimdə fərdi yanaşma prinsipi.
M
əktəbəqədər yaşlı uşaqlara ideyalılıq adı altında mürəkkəb hadisələri görməyə səy etmək 
z
ərərlidir. Uşaqlar ictimai həyatla tanışlıq prosesində bəzi mühüm məsələləri sadə və anlaşıqlı 
dild
ə nəqletmə prosesində başa düşürlər. Əqli tərbiyənin əsas vəzifəsi uşaqları ideyalılıq 
ruhunda t
ərbiyələndirməkdir. Uşaqlar ətraf aləm, təbiət, adamların əməyi, bir sıra tarixi ictimai 
hadis
ələr, əşyaların nəyə lazım olması haqqında sadə biliklərə əqli təhsil vasitəsilə yiyələnirlər. 
Uşaqlar məşğələlərdə ictimai həyatla və əmək adamları ilə tanışlıq prosesində Vətənə, öz 
xalqına məhəbbət, başqa xalqlara rəğbət və hörmət ruhunda tərbiyə olunurlar. Tərbiyəçi 
m
əşğələlər zamanı yeri gəldikcə uşaqlara yaş və anlaq səviyyələrinə uyğun erməni 
mill
ətçilərinin törətdikləri ağır cinayətlər, onların ədalətsiz torpaq təmənnaları, Azərbaycanın bu 
günü və gələcəyi haqqında sadə məlumatlar da verməlidirlər.
Biliyin 
əməklə, həyatla əlaqələndirilməsi bir tərəfdə uşaqlarda əməyə, əmək adamlarına 
r
əğbət hissi yaradır, onlarda əmək məhsullarının qədir-qiymətini bilmək, ondan qənaətlə istifadə 
etm
ək bacarığı formalaşdırır, digər tərəfdən onların biliyinin artmasına kömək edir. Biliyin 
h
əyatla əlaqələndirilməsi məktəbəqədər yaşlı uşaqlarda öyrənmə marağı və bacarığına müsbət 
t
əsir göstərir ki, bununla onlar ictimai həyatda baş verən hadisələrlə daha yaxından tanış olurlar. 
Biz uşaqları biliklərlə silahlandırmaqla yanaşı onlara ətraf mühiti öyrənmək üçün hazır olmağı 


öyrətməliyik. Bununla yanaşı, məktəbəqədər yaşlı uşaqlar əmək adamlarının fəaliyyətində 
gördüklərini öz əməli fəaliyyətlərində tətbiq etmək kimi mühüm bacarığa yiyələnməlidirlər. 
Veril
ən biliklərin əməklə, həyatla əlaqələndirilməsi uşaqları məktəb həyatına həzırlayır.
2. Elmilik prinsipi t
ələb edir ki, elmin son nailiyyətləri məktəbəqədər yaşlı uşaqların yaşına 
v
ə anlaq səviyyəsinə uyğun şəkildə maraqlı faktlar əsasında şərh edilsin. Yeni-yeni əmək 
növləri, onların insan həyatında roluna dair tərbiyəçinin maraqlı və inandırıcı söhbəti uşaqları 
daha çox cəlb edir. Xüsusilə təbiət, canlı aləm, heyvanların və bitkilərin yaşayış tərzinə aid elmi 
m
əlumatlar nağılvari söhbətlərlə uşaqlara çatdırıldıqda onlar belə söhbətləri uzun müddət yadda 
saxlayırlar. Çaylarda suyun daşması səbəbləri, göy gurultusu, yayda istilərin artması və s. 
hadis
ələr məktəbəqədər yaşlı uşaqları daha çox maraqlandırır. Təbiətin eyni hadisələrini ildən-
il
ə müşahidə etdikcə uşaqlar onları daha yaxşı dərk edirlər. Kiçik qrup uşaqları havanın 
d
əyişməsini, göyə qara bulud gəlməsi ilə yağışın yağmasını müşahidə edir, orta və böyük 
qruplarda uşaqlar ilin hansı fəsli olduğunu bilir, hər fəslin əlamətinə aid müəyyən təsəvvürlərə 
yiy
ələnirlər. Təbiəti müşahidə edərkən uşaq çox hadisələr üzərində fikirləşir və müəyyən 
n
əticələrə gəlir. Belə sadə elmi məlumatlarla uşaqlar ilkin təsəvvürlərə yiyələnirlər.
Müvafiqlik əsasən təlimin məzmununda və təlim metodlarının seçilməsində öz ifadəsini 
tapır. Bu prinsip təlim prosesində uşağın bilik, yaş və anlaq səviyyəsindən asılı olaraq verilən 
tapşırıqların öhdəsindən gələ bilməsini nəzərə almaq, təlimi uşağın inkişaf səviyyəsinə 
uyğunlaşdırmağı tələb edir. Qeyd etmək lazımdır ki, həmişə yaş səviyyəsi ilə anlaq səviyyəsi 
uyğun gəlmir. Belə ki, eyni yaşlı uşaqlar bəzən müxtəlif duymaq, qavramaq, anlamaq 
s
əviyyəsinə malik ola bilirlər. Buna görə müvafiqlik prinsipi uşağın bilik dərəcəsini, gücünü, 
el
əcə də yaş və anlaq səviyyəsini ciddi nəzərə almağı tələb edir. Əgər uşaq bağçasında 
t
ərbiyəçi bu prinsipə riayət etməzsə, onun verdiyi bilik başa düşülməz və əməyi hədər gedər. 
T
əlimin məzmunu tədris planları, proqram, dərslik və xüsusən uşaq bağçası üçün yazılmış 
metodik v
əsaitlərdə əks olunur. Bu sənədlərin hazırlanmasında da müvafiqlik prinsipi özünü 
qabarıq göstərir. 
T
əlimin müvafiqlik prinsipi 4 mühüm didaktik qaydada ifadə olunur: 1) məlimdan-məchula; 2) 
asandan-
çətinə; 3) sadədən-mürəkkəbə; 4) ümumidən-xüsusiyə. 
3. T
əlim qarşısında duran vəzifənin müvəffəqiyyətlə həll edilməsi üçün birinci növbədə o 
inkişafetdirici olamlıdır. İnkişafetdirmə uşağın ümumi intellekt səviyyəsinin formalaşması ilə 
bağlıdır. Yəni təlim prosesi uşağın nitqinə, fikri izahetmə qabiliyyətinə, qavrama imkanına, 
t
əxəyyülünə, təfəkkür fəaliyyətinə və sərbəst inkişafına kömək göstərməlidir. Bu prinsipin 
başlıca mahiyyəti ondan ibarətdir ki, təlim ancaq əldə edilmiş müvəffəqiyyətlər səviyyəsində 
qala bilm
əz. O daim inkişaf etməlidir ki, uşaq yeni materialı öyrənə bilmək üçün qüvvə sərf edə 


bilsin. İnkişafetdirici təlim prinsipi tələb edir ki, uşaq yaş və anlaq səviyyəsinə uyğun olaraq 
əvvəlki bilik, bacarıq və vərdişləri əsasında düşünüb sadə də olsa plastilindən fiqurlar düzəltsin. 
R
əsm məşğələlərində əvvəlki bilik və bacarığından istifadə edib gördüyü şeyləri təsəvvüründə 
canlandırıb kağız üzərində çəkə bilsin,”yarada” bilsin və s.
T
əlimin tərbiyəedici xarakteri pedaqoji qanunauyğunluqdur. Təlim uşaqları yalnız biliklərlə 
silahlandırmır, həm də onların mənəvi dünyasına, əqidəsinə, əməksevərliyinə, estetik 
baxışlarına və fiziki kamilliyinə müsbət təsir göstərir. Təlim və tərbiyə bir-birindən ayrılmaz 
prosesdir. T
ərbiyəçi məşğələnin məzmununu müəyyən edərkən onun tərbiyəvi mahiyyətini də 
aydınlaşdırmalıdır. Uşaq bağçasında təlimin başlıca məqsədlərindən biri uşaqları ictimai mühitlə 
tanış etməkdir. Bu zaman tədiət, ictimai mühit, ictimai həyatda adamların gördüyü işlər uşaqların 
diqq
ətini daha çox cəlb edir. Təbiətlə tanışlıq zamanı Vətən torpağının bir parçasını müşahidə 
etm
əklə Vətən haqqında şüurun formalaşmasına böyük təsir göstərir. Uşaqların əmək adamları 
il
ə tanışlığı onların əməksevərlik tərbiyəsində mühüm rol oynayır. Məşğələlərdə əməklə tanışlıq, 
əmək adamları ilə ünsiyyət, Vətənə, xalqa məhəbbət, başqa xalqlara hörmət tərbiyəsinə kömək 
edir. Uşaqlar öyrənirlər ki, onların valideynləri işlədiyi yerlərdə öhdələrinə düşən işi yüksək 
m
əsuliyyətlə yerinə yetirirlər. Buradan aydın olur ki, uşaq bağçasında keçirilən hər bir məşğələ 
uşaqlara müəyyən bilik, bacarıq və vərdişlər verməklə yanaşı, həm də onların mənəvi aləminə 
güclü təsir göstərir.
4. 
Əyanilik prinsipi təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə 
qavranılan konkret əşyalar və hadisələr üzərində qurmağa deyilir. Y.A.Komenski əyaniliyi təlim 
üçün “qızıl qayda” adlandırırdı. K.D.Uşinski də əyaniliyə yüksək qiymət verərək deyirdi: Siz 
uşağa sadə bir fikri izah edirsiniz, o sizi anlamır, həmin uşağa mürəkkəb bir şəkli izah edin, o 
sizi çox tez anlayar. Əyanilik biliyin asan, möhkəm və tez mənimsənilməsinə kömək 
edir.Əyaniliyin tətbiqi biliklərin hafizədə uzun müddət yaşamasına kömək edir. Məktəbəqədər 
yaşlı uşaqlara təlim prosesində əşyaların özünü, canlı guşədəki heyvanları, quşları və bitkiləri, 
onların şəkillərini göstərmək olar. Məşğələlər zamanı texniki vasitələrin tətbiqi, sxem və 
modeld
ən istifadə etmək çox faydalı olur. Tərbiyəçinin məşğələ zamanı əyani vasitələrdən zəruri 
halda, yerind
ə və bacarıqla istifadə etməsi onun pedaqoji məharətini göstərir.
Sistematiklik prinsipi elmilik prinsipi il
ə sıx əlaqədardır. Sistematikliyə əməl etmədən elmi 
anlayışları uşaqlara mənimsətmək mümkün deyildir. Belə ki, hər bir elm özü müvafiq sistemlə 
qurulmuş biliklərdən ibarətdir. Hər elmin özünün sistemi var və təlim məşğələsi də həmin sistem 
əsasında qurulur. Bu prinsip proqramların və dərsliklərin tələbində özünü göstərdiyi kim, 
t
ərbiyəçinin də təlim işində öz əksini tapır. Bu prinsipə görə bilik uşaqlara elə məntiqi ardıcıllıq 
v
ə sistemlə verilməlidir ki, əvvəlki bilik sonrakı üçün zəncirvari əlaqə rolu oynasın, onun asan və 


möhkəm mənimsənilməsinə kömək etsin. Uşaq bağçası tərbiyəçisinin şərhində də sistematiklik 
prinsipin
ə əməl olunmalıdır. O, bilik, bacarıq və vərdişləri uşaqlara hansı ardıcıllıqla verəcəyini 
qabaqcadan planlaşdırmalıdır. Sistematiklik tək tərbiyəçinin təlim işinə aid deyil, o həm də 
uşağın şüurunda biliklərin, vərdiş və bacarıqların sistemli olmasını tələb edir. Uşinski şüurda 
sistemsiz, 
əlaqəsiz biliklər yığımını səciyyələndirərək yazırdı: “Pərakəndə, əlaqəsiz biliklərlə 
dolu olan baş, hər şeyi qaydasız şəkildə tökülmüş anbara oxşayır ki, burada anbar sahibinin özü 
d
ə heç bir şey tapa bilmir”. 
Uşaq bağçası tərbiyəçisinin şərhində də sistematiklik prinsipinə əməl olunmalıdır. 
5. M
əktəbəqədər qrupda 20-25 nəfər uşağın hər biri özünəməxsus fərdi xüsusiyyətlərə malik 
olur. Onlardan biri görüb-eşitdiklərini tez qavrayır, tez də unudur, digəri isə gec qavrayır, lakin 
öyrəndiyini uzun müddət yadında saxlayır. Birinin görmə, digərinin eşitmə hafizəsi güclü olur. 
Biri diqq
ətini bir işin üzərində xeyli saxlaya bilir, digəri bunu edə bilmir. Tərbiyəçi uşaqların bu 
xüsusiyyətlərini nəzərə almasa, məşğələni lazımi səviyyədə qura bilməz. O, hər bir uşağın 
qüvvətli və zəif cəhətlərini vaxtında öyrənməli, qüvvətli cəhətlərini inkişaf etdirməli və onlara 
istinad 
edib nöqsanları aradan qaldırmalıdır. Beləliklə, fərdi yanaşma həm qüvvətli, həm zəif, 
h
əm də orta səviyyəli uşaqlara tətbiq edilməlidir.
Bilik o zaman möhkəm olur ki, o şüurlu şəkildə mənimsənilsin, başa düşülsün. Şüurluluq və 
f
əallıq olan yerdə fəaliyyət məhsuldar və hərtərfli olur. Biliyi şüurlu mənimsəməyinbir çox şərtləri 
vardır ki, bunlar məktəbəqədər yaşlı uşaqların təlim prosesində də özünü göstərir. Bunlardan 
biri uşaqların biliyi sübutlarla izah edə bilməsidir. Bu, tərbiyəçinin uşaqlara biliyi sübut və 
d
əlillərlə öyrətməsindən, onları aydın izah edib başa salmasından çox asılıdır. Şüurlu biliyin 
mühüm əlamətlərindən biri də onu tətbiq edə bilməkdir. Bağçada uşaq öyrəndiyi qayda və 
qanunları tətbiq edə bilirsə, demək onun biliyi şüurludur. Odur ki, bağçada uşaqların 
öyrəndiklərini tətbiq etməsi tərbiyəçinin diqqət mərkəzində durmalıdır. Biliyin şüurlu 
m
ənimsənilməsinin bir əlaməti də uşağın öz biliyini yoxlaya bilməsidir. Uşaq gördüyü işin 
n
əticəsini yoxlayıb qüsurlarını düzəldirsə, çəkdiyi rəsmi əsli ilə müqayisə edib müsbət və 
nöqsanlı cəhətlərini görürsə, bu da uşağın öyrəndiklərinin şüurluluğuna və fəallığın olmasına 
kömək edir.
Bağçada böyük yaş qruplarında fəallıq və müstəqillik yaratmaq üçün problemli təlim mühüm 
əhəmiyyət kəsb edir. Problemli təlim axtarıcılıq fəaliyyəti ilə bağlı olur. Tərbiyəçi uşaqlarla 
müsahibə keçirməklə, onlara tapşırıqlar verməklə, qoyulan problemi uşaqlarla birlikdə həll 
etm
əklə, uşaqların aldıqları bilikləri təcrübədə tətbiq etmək şəraiti yaratmaqla onları 
f
əallaşdırmalıdır.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə