43
deyilmişdir. 12 addım proqramında “dibə enmək” anlayışı varki, burada alkoqolikin
və narkomanın ən pis anları mənasını daşıyır. 12 addım proqramının üzvlərinin
xüsusi adət ənənələri və duaları var: məqsədimiz sağlamlığımızdır, əsas rol Allaha
aiddir, insanlar yalnız köməkçidirlər, AA və AN üzvü olmaq üçün istək lazımdır-
içkini və ya narkotiki atmaq istəyi, hər qrup azaddır, əsas məqsədimiz hələdə içən və
ya narkotik qəbul edəni yanımıza çəkmək, AA və ya AN adından reklam etməmək,
AA və ya AN öz gücünə inanmalıdır, AA və AN qeyri-professional təşkilat olaraq
fəaliyat göstərir, idarə sistemi çox ağır olmamalıdır, siyasi, sosial proseslərə
qarışmamaq şərti ilə aktivliyimizi avam etdirək, biz yalnız öz maraqlarımızı irəli
sürməliyik, anonimlik bizim ən böyük silahımızdır. Dualar 12 addım proqramında
hazır formada xəstəyə verilir, lakin alüdəçi özüdə dua yaza bilər özü üçün.
Məsələn: “Anlama haqqında dua”, “ikiqat göndəriş”.
Bu proqram, əsasən, hazırlıq keçmiş əvvəllər özləri bu proqram üzrə müalicə keçmiş
və remissiyası 2 ildən az olmayan alkoqoliklər tərəfindən keçirilir. Məlumatlar
əsasən hər görüş zamanı baş verir. Məsələn, “ilk qədəh fenomeni” haqqında bu
görüşlər zamanı motivasiyanın sıfıra endiyini öyrənmək olur. Və ya alkoqolikin
daxilində iki şəxsiyyət omağı haqqında nəzəriyyə AA və AN üzvləri arasında çox
qəbul edildiyindən çox effekti olur. Remissiya müddətinin çox olması qrup
üzvlərinə, əlbətdə ki, pozitiv təsir edir. AA və AN-dən başqada özünü-dəstəkləmə
qruplarıda fəaliyət göstərirlər. ABŞ-də “Alkoqoliklərin böyük övladları” adlı
qruplar, Rusiyada isə “Narkomanların anaları” adlı qruplar aktiv formada inkişaf
edir.
Psixoloq –addiktoloqun və ya psixoterapevtin belə təşkilatlarda rolu son illərdə
dahada böyüyüb. Stress faktorların artması narkomaniya və alkoqolizm xəstəliyi ilə
bərabər başqa psixi pozuntuların yaranması psixoterapiyanın vacibliyini ön plana
çıxarır. Burada psixoterapiya yalnız alüdəçi ilə deyil, həmdə onun ailəsi ilə
keçirilməlidir. Ailə üzvlərinin ikinci dərəcəli PAM-dən qurban sayılırlar. Hər dəfə
asılı şəxsiyyətin PAM qəbul edərkən ailə üzvlərinin yaşadığı stress və təşviş
sonradan öz neqativ müxtəlif somatik, psixoloji və nevroloji pozuntulara tutula
bilər.
44
IV
FƏSİL.
PSİXOAKTİV
MADDƏLƏRDƏN
İSTİFADƏ
EDƏN
İNSANLARIN
ŞƏXSİYYƏTİNDƏ
BAŞ
VERƏN
PATOLOJİ
DƏYİŞİKLİKLƏRİN
(PSİXOPATİZASİYANIN)
EKSPERİMENTAL
TƏDQİQİ
4.1. Tədqiqatda istifadə olunan material və metodlar
4.1.1.Tədqiqat iştirakçıları
Tədqiqat iki mərhələdə keçirilmişdir. Tədqiqatda ilkin mərhələdə 100 nəfər asılı
pasient iştirak etmişdir (tədqiqatda yalnız kişi cinsinə aid pasientlər iştirak edirdilər).
Tədqiqatın 2-ci mərhələsində 45 nəfər iştirak etmişdir- əsas qrup. Tədqiqatın ikinci
mərhəlisində 12 addım proqrammında psixoterapiya keçirildiyinə görə hər pasient
iştirak edə bilməmişdir. 5 pasient müəyyən səbəblərə görə tədqiqatdan
uzaqlaşdırılmışdırlar. Əsas qrup təmsilçiləri eyni zamanda individual konsultasiya
ala bilərdilər. Tədqiqata cəlb olunanlar “Bərpa” Psixiatrik xəstəxanaya müraciət
edən xəstələrdən ibarətdir. Araşdırmaya cəlb olunanlar 18-50 yaş arası insanlar
təşkil edir. Psixoaktiv maddələrdən istifadə stajı 1ildən 30 ilədək təşkil edirdi. Hər
bir pasientə tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın
istənilən mərhələsində iştirak etməkdən imtina etmək imkanının da olduğu izah
edilmişdir. Eyni zamanda hər bir məlumatın yalnız tədqiqat üçün istifadə olunduğu
və anonim qalmağı barədə infirmasiya verilmişdir. Beləliklə, tədqiqatda iştirak
edənlər məlumatlı razılıq vermişdilər. Xəstələrin seçilməsi prosesi zamanı aşağıdakı
meyarlar əsas götürülmüşdür:
1.Pasientlər ən azı 1 il müddətində PAM-dən istifadə etməlidirlər;
2.Pasientlər sualları adekvat cavablandıra bilməlidirlər;
3.Yaş həddi 18-50 təşkil etməlidir;
4.Bu xəstələr əvvəllər başqa psixi pozuntudan əziyyət çəkməyiblər (eyni zamanda
şəxsiyyət pozuntusundan əziyyət çəkməyiblər).
45
4.1.2.İstifadə olunmuş metodikalar
Tədqiqatın həyata keçirilməsi üçün ilk öncə PAM-dan asılı xəstələri üçün xüsusi
anket- suallar hazırlanmışdır. Xüsusi işlənib hazırlanmış anket vasitəsilə
psixoterapiya zamanı sosio-demoqrafik və klinik göstəricilərin dəyişiklikləri qeydə
alınmışdır. Klinik- psixopatoloji müsahibə əvvəlcədən müəyyən edilmiş intervü
formasında keçirilirdi (mövzuya uyğun sualların əlavə olunması ilə). Pasientlərin
seçilməsi zamanı yuxarıda saydığımız meyarlar nəzərə alınmaqla tədqiqatda iştirak
edən bütün xəstələr bu anketə əsasən qeydiyyatdan keçmişdilər. Nəticələr hər bir
pasientə uyğun olan xüsusi xəritəyə keçirilirdiki, orada ona aid bütün məlumatlar
yerləşdirilir.
Xəstələrdə rast gəlinən psixi pozuntuların mövcudluğu Psixi və
Davranış Pozuntularının Beynəlxalq Təsnifatının (XBT-10) kriteriyaları əsasında
qeyd olunmuşdur. “Ocean” –5 faktorlu şəxsiyyəti müəyyət edən metodika başqa cür
Böyük beşlik (Big five) adlanır. Bu metodika R. MakKraye və P.Kosta tərəfindən
1983-1985 illərdə hazırlanmışdır. Daha sonra bu metodika üzərində yeni işləmlər
aparılmışdır və o Neo-şəxsiyyət kitabçası və ya NEO-Pİ-R adlandırıldı.
(ingiliscədən neyrotizm, ekstraversiya, təcrübəyə açıqlıq – sual kitabçası).
Kitabçanın avtorları R. MakKraye və P.Kosta əmindilər ki, 5 müstəqil amillər
insanın şəxsiyyətini təsvir etmək üçün kifayətdir.
Beş-faktorlu test-sual kitabçası 75 cüt bir birinin əks mənasını verən sualdan
ibarətdir. Suallar əsasən anlayışdardan ibarətdir ki, onlar insan davranışı təsvir
edirlər. Stimul materialı beş ballıq qiymətləndirmə şkalası ilə ölçülür ki, (-2;-
1;0;1;2) hər beş faktorun hansı daha çox ifadə olunduğunu müəyyən etmək üçün:
1.
ekstraversiya- introversiya. Özü eyni zamanda passivlik-aktivliyi, tabelik hissi
– dominantlığı, qapanılıq- ünsiyyətçilliyi, təsüratlardan qaçış – təsurat axtarışını,
diqqətdən qaçış – diqqəti cəlb etmək amillərini ehtiva edir.
2.
bağlılıq – ayrılma. Özü eyni zamanda biganəlik – istilik hissini, rəqabət -
əməkdaşlıq, şübhə hissi – inamı, anlamamaq – anlamağı, özünə hörmət –
başqalarına hörməti ehtiva edir.