37
stereotiplərin bərkişməsi (köhnə stereotiplərin korreksiyası, yenilərin yaranması),
münasibətlərin yaranması.
PAM-dən uzaqlaşma məqsədi eyni zamanda digər məqsədlərə nail olmaqla
reallaşa bilər: öz şəxsiyyəti, situasiya və xəstəlik arasında əlaqəni
müəyyənləşdirmək, şəxsiyyətini dərindən öyrənmək, özünüqiymətləndirməni
artırmaq, yeni-sağlam insanlarla münasibətlərin dəyərini müəyyənləşdirmək, yeni
emosiyalarla tanış olmaq, onlarla yaşamağa öyrənmək, öz pozitiv obrazını yaratmaq
və onu qəbullanmaq, keçmiş emosional təcrübəni yenidən analiz edib, qəbullanmaq,
yeni adekvat davranış stereotiplərini formalaşdırmaq.
Bu probleblemlərin həllinin hamısı qrup terapiyası zamanı söhbət və müzakirə
əsnasında reallaşır. Bu zaman xüsusi bağlılıq münasibətləri yaranır ki, hər bir
xəstənin motivasiyasını dahada artırır. Hər bir çətin anda qrup pasientin yanında
olur, onu problemlərlə tək buraxmır, residiv yaranan zaman xəstə qrupun köməyi ilə
bu vəziyətdən çıxış yolu axtarır. Qrupun dəstəyi ilə hər bir iştirakçı asılılıqdan yeni
çıxış yolları axtarır.
“Qrup dinamikası” anlayışı əsas rollardan birini oynayır. Bu anlayış qrupp
üzvlərinin və psixoterapevtin eyni zamanda münasibətlərinin dəyişməsi və inkişafını
özündə ehtiva edir. Buraya qrupun inkişafı, təlim-təhsil prosesləri, asüdə vaxtı
aiddirlər. Bütün kiçik qrup xüsusiyyətlərini ardıcıl olaraq qrupda müşahidə etmək
mümkündür. Qrup terapiyalarının seansları əsasən həftədə 3-5, bəzən hər gün
keçirilir. Seans müddəti 2-3 saat olur. Pasientlərin (qrup üzvlərinin sayı) 10 artıq
olmamalıdır. Bəzən görüşlər bir neçə qrupu daxil edildir ki, belə iclaslar bir ayda və
ya iki ayda bir dəfə keçirilir.
Psixoterapevtik üsullar sırasına qrup diskussiyaları, psixogimnastika, art-terapiya
elementləri,psixodramalar və s. daxil edilir. Qrupp terapiyası keçirilən zaman
qruppanın normaları və tələbləri müəyyənləşirki, onlara riayət etmək hamının
borcudur. Qrup terapiyası zamanı qrupun strukturu yaranırki, burada kiçik
qruplarıda yaranır. Əgər qrup üzvləri arasında fikirlər üst-üstə düşmürsə qruppdaki
gərginlik artır.
38
Bu günkü gündə, addiktologiya sahəsində psixoterapiyadan istifadə artıq böyük
nailiyətlər qazanır. Hal-hazırdaki terapiya qeyri-direktiv, pasientin passiv deyil aktiv
inkişafa yönəlmiş pozisiyada çıxışı, individual terapiya ilə yanaşı həmdə ailə
psixoterapiyası, yalnız individual deyil qrup terapiyalarının təşkili, komanda
şəklində iş (narkoloq, psixoterapevt), simptomlarla mübarizə deyil- xəsətəliyi
bütövlüklə kökündən mübarizə formasında keçirilir.
Psixoterapiyanın köməyi ilə dünya üzərində 10 milyondan artıq insan PAM-dən
və ümumiyyətlə asılılıqdan azad olublar.
3.3.Qrup psixoterapiyası
Qrup terapiyası həm normal, həmdə psixi pozuntulardan əziyyət çəkinlər üçün
müəyyən olunub. Qruo terapiyasının əsas məqsədi eyni problemlı olan insanları bir
yerə yığmaqdır. Qrupda problem daha dərindən öyrənilir, informasiya transferi daha
aktiv formada reallaşır, dünyanı qavrayış stereotipləri dəyişir, xəsətliyi münasibət
daha pozitiv olur, sağalmağa motivasiya daha yüksəlir. Psixoterapevtin rolu qrup
üzvlərini düzgün yönləndirmə və mövzuları qoymaqdır. Psixokorreksion qruppların
yaranması Amerikada XX əsrin əvvəlinə Cozef Pretin repressiv-ruhlandıran qrup
terapiyasının yaranmasına aiddir. Vaxta qənaət etmək məqsədi ilə vərəm xəstələrini
bir yerə yığaraq Pret gördüki, bir birini dəstəkləyən və anlayan pasientlər daha yaxşı
özlərini hiss edirdilər. Əsasən J.Dejerinin nevrotik xəstələrlə aparılan inandırma
texnikasında istifadə edilirdi.
Psixokorreksion qruplar əsasən psixoterapiya üsulundan istifadə edərək böyük
nailiyytlər qazanır. Məqsəd və vəzifələrdən asılı olaraq bir neçə qruplar ayırd etmək
olar: görüş qrupları, geştalt qrupları, psixodrama, bədən terapiyası qrupları, art-
terapiyaları və s.
Qrup psixoterapiyasınının əsas məqsədləri, əlbətdəki, müxtəlif yanaşmalar və
nəzəri strukturlara uyğun olaraq dəyişir. Lakin bəzi məqsədlər ümumi bütün
qruplara aiddirlər: 1. Hər bir qrup üzvünün problemini müəyyənlişdirmək. Bununla
39
dekompensasiyanı ortadan qalxızmaq olar və xəstəliyin simptomatikasının
azalmasına nail olmaq olar.
2. Şəxsiyyətin kompetentliyini yüksəltmək, cəmiyyətə adaptasiyanı artırmaq, özü və
başqaları haqda bilikləri və təsəvvürləri artırmaq, qrup münasibətlərini düzəltmək.
3. Şəxsiyyətin inkişafını tezləşdirmək, qrup terapiyası insanı yaradıcı tərəflərini
tapmağa kömək edir. Məsuliyyət anlayışını formalaşdırmaq.
5. Şəxsiyyətin individual və qrup şəklində fərqli tərəflərini tapmaq.
6. Məqsədlərinə və yaradıcı potensialını reallaşdırmaq üçün şəxsiyyətin cəmiyyəti
düzgün anlamasını inkişaf etdirmək.
Qrup psixoterapiyası güzgülər sistemidir ki, insanda özü haqqında həcmli
formada biliklər formalaşdırır, seçim diapazonunun genişləndirir və əvvəl həllini
tapmayan problemlər indi həllini tapır.
Qrup terapiyasının bəzi ənənələri-tələbləri vardırki,onlara riayət etmək mütləqdir.
1.
Qiymətləndirməmək, yalnız hisslərin təsvirini etmək lazımdır.
2.
Emosional vəziyyətini ətraflı formada aydınlaşdıraraq cavab vermək.
3.
Yalnız öz emosional vəziyyətini deyil, həmdə qrup üzvlərinin emosiyalarını
hiss eləmək bacarığını inkişaf elətdirmək.
4.
Qrup üzvünün müəyyən davranışına ehtimali motivlərin gətirilməsi.
5.
Qrup əlbətdəki “burada və indi” prinsipinə cavab verərək çalışır.
Qrup terapiyasının üstünlükləri: emosional istilik alma tələbatının ödənməsi,
qrupda əldə edilən təcrübə insana gələcəkdə kömək olur, insanın suallara cavab
tapmaq imkanı, başqa üzvlərlə identifikasiyanın mümkünlüy, iqtisadi baxımdan
individual psixoterapiyadan daha ucuz başa gəlir, cəmiyyətin hər üzvünə uyğun bir
terapiyadır.
3.4.12 addım proqramı. Anonim Alkoqoliklər və Anonim Narkomanlar
Cəmiyyətləri
Anonim Alkoqoliklar beynəlxalq təşkilatdır ki, 1935 ildə Bil Vilson və Dr. Bob
Dostları ilə paylaş: |