Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.

səhifə4/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

 



 

olur,  və  bununla  həzz  hissini  süni  üsulla  dahada  artırılır.  Məsələn,  amfetamin 

bilavasitə  dopaminin  azad  olmasına,  onun  transportuna  təsir  edir.    Kokain, 

psixostimulatorlar  dopaminin  geri  tutmasının  təbii  mexanizmlərini  blok  edirlər  və 

sinaptik  məkanda  onun  konsentrasiyanı  artırırlar.  Morfiy  və  nikotin  təbii 

neyromediatorların təsirini imitasiya edirlər, alkoqol isə dopaminin antoqonistlərinin 

təsirini blok edir. Limbik dopaminergik sistemdə başlanan prosess sonradan beyinin 

başqa  hissələrini  modifikasiya  edir,  məsələn,  ventral  qapaq  sahəsini.

   

Siçanlar 



 

üzərində tədqiqatlar göstərir ki, iki həftə ərzində kokaindən  istifadə, ventral qapaq 

sahədə  uzunmüddətli  dəyişikliklər  yaradır.

6

 Narkotikdən  alınan  həzz  effekti 



davranışı  gücləndirir  və  sonra  bu  davranış  vərdiş  formasını  alır.  Əvvəlcədən  bu 

proses striatumun ventral hissəsində baş verir, əsasən, nucleus accumbens, sonra isə 

dəyişikliklər  dorsal  striatumda  –striatumun  yuxarı  hissəsində    inkişafını  davam 

etdirir.  

Narkotik  asılılığın  yaranmasına  yönəlişliyə  bir  neçə  faktor  təsir  edir.                         

Əsasən,  burada  baş  beynin  prefrontal  qabığının  rolu  var  ki,  o  riski  gözə  almağa, 

impulsivliyə cavab verir. Bu araşdırma uşaqların niyə narkomaniya və alkoqolizmə 

yönəlişli olmasınının cavabını verir.  

2.    Addiktiv  davranışın  inkişafı  fiksasiyadan  başlayır  ki,  bu  fiksasiya  hafizədə 

qalıcı effekt daşıyır, emosional, koqnitiv (düşüncə) və davranış səviyyəsində təsirini 

göstərir.  

Fiksasiyanın təsiri yenidən təkrarlama hissini yaradır və bu arzu hər dəfə daha da 

güclənir.  

Fiksasiyadan  başlanan  davranış  sonralar  şəxsi  xüsusiyyətlərdən  asılı  olaraq 

inkişaf edir: 

1.

 



Zəif inkişaf etmiş Super Eqo PAM-dən asılılığa tutulmaq riskini artırır. Əsas 

motiv  həzz  prinsipini  artırmaqdır.  Utanmaq,  özünüanaliz,  günahkarlıq  hissi  az 

inkişaf edir.   

                                                           

6

 

Kauer,  J.A.;R.C.  Malenka  (2007).  «Synaptic  plasticity  and  addiction». Nature  Reviews:  Neuroscience: 



p.844-858 

 

 




11 

 

 



 

Addiksiyanın  inkişafı  Eqonun  strukturunda  baş  verən  patologiyadan  irəli  gəlir. 

Eqoda  olan  çatışmamazlıqlar  sosial  vərdişlərin  formalaşmasında,  iradə 

funksiyalarının  yaranmasında  problemlər  yaradır.  Addiktiv  realizasiyaya  yol  açan 

amillərdən  biridə  şüursuz  olan  psixoloji  diskomfortdur.  Bu  diskomfort,  əsasən, 

cəmiyyətlə bağlı davra- 

nış  formalarından  həzz  almamaqdır.  Addiktiv  davranışın  realizasiyası  nəticəsində 

onlar  cəmiyyətdəki  rollardan  birazda  olsa  uzaqlaşırlar.  Praqmatik  reallıqdan 

uzaqlaşma baş verir və fundamental tələbatların ödənişi həyata keçir.  

2.

 



Addiktiv proses psixi vəziyyətlərə şüursuz komplekslərin təsirinin nəticəsində 

də  yarana  bilər.  Şüursuz  yaranan  komplekslər  insanda  distimik  vəziyyət,    təşviş, 

narahtçılıq yaradır. 

3.

 



Addiktiv  davranış  sosial  fobiya,  sosial  kontaktları  yaratmamaq  bacarığı, 

boşluq-ekzistensial vakuum, dilxorluq hissi, təklik hissi ilə çağırıla bilər. 

4.

 

Emosional  dəstək  olmayan  ailədə,  adekvat  tərbiyə  almayan  insanda, 



valideynlərlə anormal münasibət olan insanlarda addiktiv davranışın yaranması daha 

çox  ehtiml  edilir.  Doğumdan  sonra  bağlılıq  kompleksinin  yaranmamasıda 

alüdəçiliyin inkişafına yol açır. 

5.

 



Emosional qeyri-stabillik, ailədə bütövlük hissinin olmaması, cəmiyyətə olan 

inamsızlıq- hamısı asılı şəxsiyyətin formalaşmasına gətirib çıxara bilər. 



 

 

1.2. Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları  



 

Spirtli  içkinin  miqdarınından  və  individual  xüsusiyyətlərindən  asılı  olaraq 

müxtəlif  növ kəskin alkoqol sərxoşluğu müşahidə olunur. Diaqnoz XBT-10 uyğun 

olan meyarlar əsasında müəyyənləşir (F10).  

Sərxoşluğun  yüngül  formaları  ürək  döyüntüsü,  göz  bəbəklərinin,  dəri 

damarlarının  genişlənməsi,  əsasəndə,  üz  nahiyəsinin.  Eyni  zamanda,  əhval-ruhittə 

qalxır,  insanlar  şən,  zarafatçıl  olur,  danışdıqlarını  bilmirlər,  problemlər  qeyri-ciddi 

gəlir, ətraf mühitin kəskin qavraması enir. 




12 

 

 



 

Sərxoşluq  dərinləşdikcə  davranışa  nəzarət  dahada  azalır.  Sərxoşluq  vəziyyətində 

insan  yüngül  formada  öz  və  özgə  sirrlərini  aça  bilər,  lovğa,  inamlı,  nəğmə 

oxuyurlar, rəgs edirlər, ətrafdakıların  gülməyinə fikir vermirlər.motorika pozulur. 

Sərxoşluq  şəklində  yaranan  eyforiya  fonunda  ağlamaq,  zəiflik,  qıcıq,  gərginlik, 

inciklik yüksəlir. İnsan hər şeyə “ilişən”, sözləşməyə, dava-dalaşa, ictimai qaydaları 

pozmağa meylli olur. 

Güclü  intoksikasiya  zamanı  nitq  əlaqəsiz  olur,  perseverasiyalar  yaranır. 

Jestikulasiya  disharmonik  və  koordinasiyasız  olur.  Belə  formalı  sərxoşluq,  əsasən, 

yuxu ilə sona çatır.Yüngül və orta ağırlıqda olan sərxoşluqda, oyandıqdan sonra baş 

verən  hər  bir  şey  yada  salına  bilər.  Ağır  formada  isə,  davranış  yadda  qalmır. 

Alkoqol sərxoşluq müvəqqəti psixi pozuntudur. 

Spirtli içkindən sərxoşluğun obyektiv xüsusiyyətləri az miqdarda qəbuldan sonra 

özünü artıq büruzə verir.  

Bu  sahədə  tədqiqatları  ilk  1892-ci  ildə  Krepelin  aparıb.  Insanlara  17  gün  əzində 

25-60 qr. spirtli içki vererek psixoloji tədqiqat aparıb. Əvvəl, içkinin təsirindən ətraf 

mühitə reaksiya kəskinləşir, sonra isə azalır.

7

 



Böyük  dozalarda  qəbul  edildikdə  sürətlənmə  müşahidə  edilmir.  Əzələ  aktivliyi, 

koqnitiv  göstəricilər  (sayda  çaşma,  təfəkkürün  analiz-siztez  prosesslri  mümkün 

olmur) azalır. 

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, alkoqol təsiri altında retikular 

formasiyanın  aktivliyi  tükənir  və  beyin  qabığının  elektrik  aktivliyi  yüksəlir.  Çox 

yüksək  dozalar  qəbul  edildikdə  beyin  qabığının  gərginliyi  subnormal  göstəricilərə 

enir.  Neyrofizioloji  baxımdan  kəskin  alkoqol  intoksikasiyası  normal  qabıq  və 

qabıqaltı münasıbətlərin pozuntusunun səbəbidir. 

Bəzi  mənbələrə  istinadən  demək  olarki,  alkoqol  intoksikasiyası  nəsildə  sinir 

sisteminin  organik  patalogiyası  yaranır.  Belə  vəziiyət  cinsiyyət  hüceyrələrinin 

zədələnməsi ilə bağlıdır. 

                                                           

7

 

А. А. Портнов, Д. Д. Федотов Психиатрия Медицина. 1971. с.283-284



 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə