Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

98.6. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən 
olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.
 
98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir.
 
98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin 
yazılı  qərarı  əsasında  həyata  keçirilir.  Gömrük  orqanının  ümumi  gömrük  auditi
nin 
aparılması  barədə  qərarının  surəti,  auditin  sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların 
vahid  məlumat  reyestrində  qeydiyyata  alınması  barədə  çıxarış  və  auditi  aparan  şəxsin 
xidməti  vəsiqəsi
 
audit  keçirilməmişdən  əvvəl  barəsində  gömrük  auditi  aparılacaq
 
şəxsə 
təqdim olunmalıdır.
  
98.9. 
Auditin  aparılması  şəxsin  istehsal  və  kommersiya  fəaliyyətinin  həyata 
keçirilməsinə  mane  olmamalıdır.  Eyni  mallara  dair  təkrar  ümumi  gömrük  auditinin 
aparılmasına icazə verilmir.
  
98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin 
yazılı  qərarı  əsasında  həyata  keçirilir.  Gömrük  orqanının  xüsusi  gömrük  auditinin 
aparılması  barədə  qərarının  surəti,  auditin  sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların 
vahid  məlumat  reyestrində  qeydiyyata  alınması  barədə  çıxarış  və  auditi  aparan  şəxsin 
xidməti  vəsiqəsi
 
audit  keçirilməmişdən  əvvəl  barəsində  gömrük  auditi  aparılacaq  şəxsə 
təqdim olunmalıdır.
 
98.11. Xüsusi gömrük auditi aşağıdakı hallarda həyata keçirilir:
 
98.11.1. xarici ticarət iştirakçılarına münasibətdə 

ümumi gömrük auditinin və ya bu 
Məcəllə  ilə  müəyyən  olunmuş  gömrük  nəzarətinin  başqa  formalarının  tətbiqi  nəticəsində 
gömrük  rəsmiləşdirilməsi  üçün  təqdim  olunan  məlumatların  qeyri
-
dəqiqliyini  təsdiq  edən 
dəlillər  aşkar  olunarsa  və  yaxud  mallar  üzərində  sərəncam  verilməsi  və  ya  onlardan 
istifadə  edilməsinə  dair  müəyyən  olunmuş  tələblərin  və  məhdudiyyətlərin  pozulması  ilə 
həyata  keçirilərsə  və  bunun  nəticəsində  gömrük  rüsumlarının,  vergilərin  ödənilmə 
qaydasının  pozulması,  həmçinin  Azərbaycan  Respublikasında  xarici  ticarətin  dövlət 
tənzimlənməsini təmin edən qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət 
və qadağalara əməl olunmaması faktı aşkar olunarsa;
 
98.11.2.  gömrük  brokerlərinə,  müvəqqəti  saxlanc  anbarlarının  sahiblərinə,  gömrük 
anbarlar
ının  sahiblərinə  və  gömrük  daşıyıcılarına  münasibətdə 

gömrük  sərhədindən 
keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud bu 
Məcəllə  ilə  müəyyən  olunan  müvafiq  fəaliyyət  növünün  həyata  keçirilməsinin  bu  və  ya 
digər tələb
 
və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.
 
98.12. Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11
-
ci  maddəsində  göstərilən  şəxslər  barəsində  aşağıdakı  hərəkətləri  yerinə  yetirmək 
hüququna malikdirlər:
 
98.12.1.  göm
rük  ərazisinə  gətirilən  mallarla  aparılan  əməliyyatlara  dair  sənədlər  və 
məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) tanış olmaq;
 
98.12.2.  barəsində  gömrük  auditi  aparılan  şəxsin  sərəncamında  və  ya  istifadəsində 
olan ərazilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı 
ilə malları yoxlamaq və baxış keçirmək;
 
98.12.3. qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək.
 
98.13. 
Çıxarılıb
 
98.14.  Xüsusi  gömrük  auditinin  eyni  şəxsə  və  eyni  mala  münasibətdə  təkrarən 
aparılmasına icazə verilmir.
 
98.15.  Xüs
usi  gömrük  auditinin  aparılması  məqsədi  ilə  gömrük  orqanları  mallar 
barəsində  səlahiyyəti  olan  və  ya  malların  saxlancını  həyata  keçirən  şəxslər,  həmçinin 
dövlət 
nəzarəti 
tədbirlərini 
həyata 
keçirən 
orqanlar 
tərəfindən 
aparılmış 
inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib 
olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər.
 
  


M a d d ə
 99. 
Gömrük  nəzarətinin  həyata  keçirilməsi  üzrə  hərəkətlərin  icraatı 
zamanı tərtib edilən protokola dair ümumi tələblər
 
  
99.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi 
üzrə  hərəkətlərin  yerinə  yetirilməsi  zamanı  protokollar  tərtib  olunur.  Protokollar 
Azərbaycan  Respublikasının  dövlət  dilində  tərtib  edilir.  Protokolların  formasını 
bu 
Məcəllənin 82.6
-
cı, 99.2
-
ci və 99.3
-
cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir.
 
99.2. Protokolda aşağıdakılar göstərilir:
 
99.2.1. protokolun adı;
 
99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;
 
99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı;
 
99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
 
99.2.5.  barəsində  müvafiq  hərəkət  aparılan  şəxsin,  hal  şahidlərinin
 
(yalnız  hal 
şahidlərinin  iştirak  etdiyi  halda)
 
və  hərəkətin  həyata  keçirilməsində  iştirak  edən  digər 
şəxslərin  adı,  soyadı,  atasının  adı,  habelə  onların  doğulduğu  il,  ay,  gün  və  yer, 
vətəndaşlığı,  təhsili,  iş  yeri,  məşğuliyyət  növü  və  ya  vəzifəsi,  yaşadığı  və  qeydiyyatda 
olduqları ünvan, Azərbaycan Respublikasının dövlət dilində danışa bilib
-
bilməməsi;
  
99.2.6.  barəsində  müvafiq  hərəkət  aparılan  şəxsə,  hal  şahidlərinə
 
(yalnız  hal 
şahidlərinin  iştirak  etdiyi  halda)
 

 
hərəkətin  həyata  keçirilməsində  iştirak  edən  digər 
şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
 
99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi;
 
99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı;
 
99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan 
faktlar və hallar.
 
99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu 
Məcəllənin 99.2
-
ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:
 
99.3.1. götürülən malların,  prob və nümunələrin sayı,  ölçüsü, çəkisi, fərdi əlamətləri 
və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri;
 
99.3.2. götürülən sənədlərin növü və rekvizitləri.
 
99.4. 
Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən 
videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına 
çatmış  azı  2  (iki)  hal  şahidinin  iştirakı  məcburidir.
 
Şəxsi  yoxlama  və  götürmə  zamanı 
şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu 
halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən 
olan şəxslərin iştirakı ilə aparılır.Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətlə
ri, 
onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
  
99.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi 
üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki 
vasitələrdən  istifadə  edildikdə  müvafiq  yazılar,  fotoşəkillər,  çəkiliş  lentləri  və  ya  başqa 
məlumat daşıyıcıları protokola əlavə edilir.
 
99.6.  Protokol,  barəsində  müvafiq  hərəkət  aparılan  şəxs,  hal  şahidləri
 
(yalnız  hal 
şahidlərinin  iştirak  etdiyi  halda)
 
və  hərəkətin  həyata  keçirilməsində  iştirak  edən  digər 
şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi 
həmin  şəxslər  tərəfindən  imzalanır.  Onlar  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu 
barədə protokolda müvafiq qeyd aparılır.
 
99.7.  Barəsində  müvafiq  hərəkət  aparılan  şəxsin,  hal  şahidlərinin
 
(yalnız  hal 
şahidlərinin  iştirak  etdiyi  halda)
 
və  hərəkətin  həyata  keçirilməsində  iştirak  edən  digər 
şəxslərin  izahatlar  və  protokolun  məzmunu  barəsində  öz  mülahizələrini  təqdim  etmək,
 
habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. 
Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
 
99.8. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə