Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

93.2.  Gömrük  nəzarəti  zonalarının  yaradılması  və  onların  nişanlanması  qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
93.3.  Qanunda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  gömrük  nəzarəti  zonalarında 
istehsal  və  digər  kommersiya  fəaliyyətinin  həyata  keçirilməsinə,  malların,  nəqliyyat 
vasitələrinin,  şəxslərin,  o  cümlədən  dövlət  orqanlarının  vəzifəli  şəxslərinin  bu  zonaların 
sərhədini  keçməsinə  və  daxilində  hərəkətinə  yalnız  gömrük  orqanlarının  icazəsi  ilə  və 
onların nəzarəti altında yol verilir.
 
93.4.  Gömrük  sərhəd  buraxılış  məntəqələrində  “Yaşıl  dəhliz”  və  digər  buraxılış 
sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət 
zolaqları müəyyən ed
ilir.  
  
 
M a d d ə
 94. 
Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar
 
  
94.1.  Gömrük  sərhədindən  malları  və  nəqliyyat  vasitələrini  keçirən,  yaxud  icrasına 
nəzarət  gömrük  orqanlarına  həvalə  olunmuş  fəaliyyəti  həyata  keçirən  şəxslər  gömrük 
nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər.
 
94.2. Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin 
onların  təqdim
 
edilmə  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
edilərək  rəsmi  nəşrlərdə  dərc  olunur  və  müvafiq  icra  hakimiyyəti  orqanlarının  rəsmi 
internet saytlarında yerləşdirilir.
 
94.3.  Gömrük  orqanları  gömrük  nəzarətinin  həyata  keçirilməsi  üçün  g
ömrük 
sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya 
bu  cür  əməliyyatlara  aidiyyəti  olan  digər  şəxslərin,  icrasına  nəzarət  gömrük  orqanına 
həvalə  olunmuş  əməliyyatları  haqqında  müvafiq  təşkilatlardan  məlumatlar  və  arayışlar 
almaq hüququna malikdirlər.
 
94.4.  Hüquq  mühafizə  orqanları,  həmçinin  vergi  və  başqa  dövlət  nəzarəti  orqanları 
gömrük  nəzarəti  üçün  lazım  olan  məlumatları  öz  təşəbbüsləri  ilə  və  ya  qanunvericiliyə 
uyğun olaraq gömrük orqanlarının sorğusu əsasında onlara təqdim edirlər.
 
  
M a d d ə
 95. 
Sənədlərin və məlumatların saxlanılması
 
  
95.1.  Gömrük  nəzarətindən  keçməli  olan  mallara  dair  sənədlərə  və  məlumatlara 
malik  olan  şəxslər  onların  bu  Məcəllə  və  müvafiq  qanunvericilikdə  nəzərdə  tutulmuş 
qaydada saxlanılmasını təmin etməlidirlər.
 
95.2.  Saxlanma  üsulundan  asılı  olmayaraq,  gömrük  sərhədindən  keçirilən  mallara 
dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu 
itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır.
 
95.3
.  Şəxs  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  sənədləri  və  məlumatları  əldə 
etməsinə  şərait  yaratmalı,  bununla  bağlı  onların  suallarını  cavablandırmalı,  tələb 
olunduqda, sənədlərin surətlərini onlara təqdim etməlidir.
 
95.4.  Məlumatlar elektron formada  saxlandıqda,  şəxs  gömrük  nəzarətindən  keçməli 
olan  mallara  dair  sənədlər  və  məlumatlarla  tanışlıq  üçün  gömrük  orqanlarının  vəzifəli 
şəxslərini lazımi avadanlıqla təmin etməlidir.
 
95.5.  Mallar  sərbəst  dövriyyəyə  buraxıldıqda,  yaxud  ixrac  məqsədi  ilə  bəyan 
edi
ldikdə,  bu  Məcəllənin  95.2
-
ci  maddəsində  nəzərdə  tutulan  müddətin  hesablanması 
sərbəst dövriyyə üçün buraxılışla və ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi 
ilin  sonundan  başlanır.  Mallar  digər  gömrük  proseduru  altında  yerləşdirildikdə,  bu 
Məcəllənin 95.2
-
ci maddəsində nəzərdə tutulan müddətin hesablanması müvafiq gömrük 
prosedurunun başa çatdığı ilin sonundan başlanır.
 
  


M a d d ə
 96. 
Gömrük orqanlarının  vəzifəli  şəxslərinin  məlumatlar  və  sənədlərlə 
tanış olmasının təmin edilməsi
 
  
Gömrük  ərazisinə  idxal  edilən  və  ya  bu  ərazidən  ixrac  edilən  malların  daşınmasına 
cəlb olunmuş bütün şəxslər saxlanması tələb olunan məlumatların və sənədlərin gömrük 
orqanlarının vəzifəli şəxsləri tərəfindən nəzərdən keçirilməsini müəyyən olunmuş forma və 
qaydada (o cüm
lədən elektron formada) təmin etməlidirlər.
 
  
M a d d ə
 97. 
Gömrük 
nəzarətinin 
həyata 
keçirilməsinə 
yardım 
üçün 
mütəxəssislərin və ekspertlərin cəlb edilməsi
 
  
97.1. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi 
üçün  digər  dövlət
 
orqanlarının  mütəxəssislərini  və  ekspertlərini  sorğu  əsasında,  hüquqi 
şəxslərin mütəxəssislərini, ekspertlərini isə, onlarla bağlanılan müqavilə əsasında (gömrük 
orqanlarına  həvalə  edilmiş  hüquq  və  vəzifələri  hüquqi  şəxslərə  ötürməmək  şərti  ilə)  cəlb 
etmək hüququna malikdirlər.
 
97.2.  Gömrük  nəzarətinin  həyata  keçirilməsinə  yardım  göstərilməsi  üçün 
mütəxəssisin  və  ya  ekspertin  cəlb  edilməsi  haqqında  gömrük  orqanının  sorğusu  dövlət 
orqanları tərəfindən icra edilməlidir.
 
97.3. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün cəlb olunan 
dövlət orqanlarının mütəxəssislərinin və ekspertlərinin xidməti vəzifələrinə aid olan işlərin 
yerinə yetirilməsi ilə əlaqədar xərclər ödənilmir.
 
97.4.  Gömrük  nəzarətinin  həyata  keçirilməsinə  cəlb  edilən  mütəxəssislər  və 
ekspertlər  onlara  məlum  olan  dövlət  və  kommersiya  sirlərini,  habelə  qanunla  qorunan 
digər konfidensial məlumatları yaymamağa borcludurlar.
 
  
M a d d ə
 98. Gömrük auditi 
  
98.1.  Gömrük  auditi  gömrük  orqanları  tərəfindən,  malların  və  nəqliyyat  vasitələr
inin 
buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən 
məlumatların  düzgünlüyünə  əmin  olmaq,  eləcə  də  şəxsin  mallar  və  nəqliyyat  vasitələri 
barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə,  tələblərə və şərtlərə  riayət  etmək 
öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun 
üçün  gömrük  orqanları  idxalatçının,  ixracatçının,  mal  sahibinin,  bəyannaməçinin,  mallar 
barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və 
nəqliyyat  vasitələri  ilə  əlaqədar  apardığı  əməliyyatlara  və  beynəlxalq  ticarət 
sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar.
 
98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti 
alt
ında  olan  mallar  statusunu  itirməsindən  sonrakı  3  (üç)  il  ərzində  və  yalnız  hüquqi 
şəxslər  və  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər 
barəsində həyata keçirilə bilər.
 
98.3.  Gömrük  auditi  idxalatçının,  ixracatçının,  mal  sahibinin,  bəyannaməçinin,  mallar 
barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, 
ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər.
 
98.4.  Gömrük  auditi  və  onun  nəticələrinin  rəsmiləşdirilməsi  “Sahibkarlıq  sahəsində 
aparılan  yoxlamaların  tənzimlənməsi  və  sahibkarların  maraqlarının  müdafiəsi  haqqında” 
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
  
98.5. Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar 
olunarsa, hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin 
auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları tərəfindən 
inzibati,  yaxud  cinayət
-
prosessual  qanunvericiliyə  uyğun  olaraq  müvafiq  tədbirlər  həyata 
keçirilir. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə