Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Gömrük  nəzarəti  altında  olan  malların  və  nəqliyyat  vasitələrinin



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

  
M a d d ə
 88. 
Gömrük  nəzarəti  altında  olan  malların  və  nəqliyyat  vasitələrinin 
inventarlaşdırılması
 
  
Gömrük  orqanları  gömrük  nəzarəti  altında  olan  malların  və  nəqliyyat  vasitələrinin, 
həmçinin  gömrük  ödənişləri  ödənilməmiş  və  ya  gömrük  güzəştləri  tətbiq  edilmiş malların 
inventarlaşdırılmasını aparmaq hüququna
 
malikdirlər.
 
 
  
M a d d ə
 89. 
Gömrük  nəzarətinin  minimum  müddətdə  həyata  keçirilməsi 
tələbinə riayət olunması
 
  
Gömrük  orqanları,  bəyannaməçi  və  mallar  barədə  səlahiyyəti  olan  digər  şəxslər 
gömrük  nəzarətinin  həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət  etməyə 
borcludurlar. 
  
M a d d ə
 90. 
Gömrük  nəzarəti  həyata  keçirilərkən  qanunsuz  zərər  vurulmasına 
yol verilməməsi
 
  
90.1.  Gömrük  nəzarəti  həyata  keçirilərkən  şəxslərə,  onlara məxsus  olan  mallara  və 
nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına y
ol verilmir. 
90.2.  Qanunsuz  zərər  vurmuş  gömrük  orqanları  və  onların  vəzifəli  şəxsləri 
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
  
M a d d ə
 91. 
Bəyannaməçinin,  mal  sahibinin,  mallar  və  nəqliyyat  vasitələri 
barəsində səlahiyyəti olan digər şəxslərin  və ya onların nümayəndələrinin malların 
və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirakı
 
  
91.1.  Bəyannaməçi,  mal  sahibi,  mallar  və  nəqliyyat  vasitələri  barəsində  səlahiyyəti 
olan  digər  şəxslər  və  ya  onların  nümayəndələri  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin 
tələbi ilə malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara zəruri 
yardım göstərməlidirlər.
 
91.2.  Bəyannaməçi,  mal  sahibi,  mallar  və  nəqliyyat  vasitələri  barəsində  səlahiyyəti 
olan  digər  şəxslər  və  ya  onların  nümayəndələri  gömrük  yoxlamasının  keçirilməsində  öz 
təşəbbüsləri ilə də iştirak etmək hüququna malikdirlər.
 
91.3.  Gömrük  orqanlarının  malları  və  nəqliyyat  vasitələrini  bəyannaməçinin,  mal 
sahibinin,  mallar  və  nəqliyyat  vasitələri  barəsində  səlahiyyəti  olan  digər  şəxslərin  və  ya 
onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ vardır:
 
91.3.1. mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 (on) 
gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə;
 
91.3.2. milli təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və 
bitkilər  aləmi,  ətraf  mühit,  xalqların  mədəni,  tarixi  və  arxeoloji  sərvətləri  üçün  təhlükə 
mövcud olduqda; 
91.3.3. mallar beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə;
 
91.3.4.  mallar 
və  nəqliyyat  vasitələri  gömrük  ərazisində  müvafiq  gömrük  proseduru 
pozulmaqla saxlanıldıqda.
 
91.4.  Bu  Məcəllənin  91.3
-
cü  maddəsində  göstərilən  hallarda  mallar  və  nəqliyyat 
vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılı
r. 
  
  
 
 


FƏSİL 14
 
GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ
 
  
M a d d ə
 92. 
Gömrük nəzarətinin formaları
 
  
92.1.  Gömrük  orqanları  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  ərazisinə  daxil 
olmasını,  bu  ərazidən  çıxmasını,  tranzitini,  daşınmasını  və  son  istifadəsini  tənzimləyən
 
gömrük  qanunvericiliyinə,  həmçinin  icrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  edilmiş 
digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi 
ilə  gömrük  nəzarətini  həyata  keçirirlər.  Gömrük  nəzarəti  həyata  keçirilərkən  müasi

texnologiya və avadanlıqdan istifadə edilir.
 
92.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  nəzarətini  aşağıdakı  formalarda 
həyata keçirirlər:
 
92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması;
 
92.2.2. şəxsi yoxlama;
 
92.2.3.  gömrük  məqsədləri  üçün  lazım  olan  məlumatların,  elektron  və  ya  kağız 
üzərində  yazılı  formalarda  sənədlərin,  o  cümlədən  Azərbaycan  Respublikasının  dövlət 
sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən  malların  baytarlıq,  fitosanitar,  gigiyenik  və 
digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmasının yoxlanılması;
 
92.2.4. gömrük auditi; 
92.2.5. şəxslərin sorğu
-
sual edilməsi;
 
92.2.6.  gömrük  nəzarətindən  keçməli  olan  mallara  və  nəqliyyat  vasitələrinə,  onların 
yerləşdiyi  ərazilərə  və  binalara,  müvəqqəti  saxlanc  və  gömrük  anbarlarında,  sərbəst 
zonalarda  yerləşən  ərazilərə  və  binalara,  həmçinin  icrasına  nəzarət  gömrük  orqanına 
həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;
 
92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin
 
aparılması.
 
92.3.  Beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulduqda,  gömrük  nəzarəti  gömrük 
ərazisindən kənar ərazidə də həyata keçirilə bilər.
 
92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış 
meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması 
üzrə  zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə  olunması təcrübəsinə 
əsaslanmalıdır.
 
92.5.  Gömrük  nəzarəti  formaları  seçilərkən  bu  Məcəllənin  100.2
-
ci  maddəsində 
müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.
 
92.6.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  nəzarətinin  təşkili  məqsədi  ilə  bu 
Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir:
 
92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;
 
92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını;
 
92.6.3.  ümumi  meyarların  və  prioritet  nəzarət  sahələrinin  müəyyən  edilməsi  üzrə 
qaydaları;
 
92.6.4.  aidiyyəti  orqanlarla  birlikdə  risklərə  dair  məlumatların  və  gömrük  kəşfiyyatı 
məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.
 
  
M a d d ə
 93. 
Gömrük nəzarəti zonaları
 
  
93.1.  Gömrük  sahələrində,  gömrük  sərhədi  boyunca,  gömrük  rəsmiləşdirilməsi 
yerlərində,  sərbəst  zonalarda,  gömrük  anbarlarında,  malların  yükləmə
-
boşaltma  və 
müvəqqəti  saxlanc  yerlərində,  gömrük  nəzarəti  altında  olan malların  daşınmasını  həyata 
keçirən  nəqliyyat  vasitələrinin  dayanacağında,  gömrük  orqanlarının  olduğu  yerlərdə  və 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə