Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

   
FƏSİL 15
 
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
 
  
M a d d ə
 100. 
Ümumi müddəalar
 
  
100.1.  Gömrük  işində  risklərin  idarə  edilməsi  (risk  menecmenti)  məlumatların 
toplanması,  məlumat  bazasının  yeniləşdirilməsi,  risklərin  təhlili,  müvafiq  proseslər  və 
onların  nəticələrinin  mütəmadi  monitorinqi  yolu  ilə  risklərin  müəyyən  edilməsi,  onların 
təhlükəlilik  ehtimalının  və  dövlətin  iqtisadi,  sosial  və  digər  maraqlarına  dəyəcək  ziyanın 
dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması 
məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata 
keçirilən tədbirlərdir.
 
100.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  təhlükələrin  təhlili  mexanizmini,  nəzarət 
formala
rının  seçilməsini,  həmçinin  daha  səmərəli  iş  üsullarının  müəyyən  edilməsini 
özündə cəmləşdirən risklərin idarə edilməsi sistemini yaradır və avtomatlaşdırır.
 
100.3. Gömrük işində risklərin idarə edilməsi sistemi aşağıdakı məqsədlər üçün tətbiq 
olunur: 
100.
3.1.  gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsi  zamanı  diqqətin  yüksək  riskli 
sahələrə  yönəldilməsi  və  gömrük  orqanlarının  sərəncamında  olan  vasitələrdən  səmərəli 
istifadənin təmin edilməsi;
 
100.3.2.  gömrük  işi  sahəsində  hüquqpozmaların  aşkar  olunması  imkanlarının 
artırılması;
 
100.3.3.  gömrük  qanunvericiliyinə  riayət  edən  şəxslərə  məxsus  olan  malların  və 
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şərait yaradılması.
 
  
M a d d ə
 101. 
Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının
 
fəaliyyəti
 
  
101.1. Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və 
şəxsləri,  habelə  bu  cür  yoxlamanın  dərəcəsini  müəyyən  etmək  üçün  gömrük  orqanları 
riskləri  təhlil  edir  və  bu  təhlilin  nəticəsinə  əsaslanaraq,  gömrük  nəzarətinin  formasını 
müəyyən edir.
 
101.2.  Gömrük  orqanları  sistemində  risklərin  idarə  edilməsi  sisteminin  tətbiqi 
qaydaları və formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
 
101.3.  Risklərin  təhlilinin  adekvatlığını  təmin  etmək  məqsədilə,  müv
afiq  icra 
hakimiyyəti  orqanı  gömrük  orqanlarından,  o  cümlədən  müvafiq  beynəlxalq  müqavilə 
əsasında  digər  ölkələrin  gömrük  xidmətlərindən  malların  və  nəqliyyat  vasitələrinin 
göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.
 
101.4. Beynəlxalq ticarət
-
təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, 
informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq 
məqsədi  ilə  gömrük  orqanları  arasında  risklərin  idarə  edilməsi  üzrə  razılaşma  sistemi 
yarad
ılır.  Bu  razılaşma  sistemi  gömrük  orqanlarına  riskləri  daha  səmərəli  idarə  etmək, 
beynəlxalq ticarət
-
təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya əldə etmək 
imkanı verir.
 
101.5. “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və 
nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi  üçün  xarici  ticarət  iştirakçılarının 
risk  qruplarının  müəyyənləşdirilməsi meyarları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
müəyyən edilir.
  
  
 
 
 


VII BÖLMƏ
 
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ
 
  
FƏSİL 16
 
GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ DAİR ƏSAS MÜDDƏALAR
 
  
M a d d ə
 102. 
Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası
 
  
102.1.  Gömrük  rəsmiləşdirilməsi  bu  Məcəllə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik 
aktları ilə müəyyən edilmiş qaydada aparılır.
 
102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə 
bağlanılan  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  bir  sıra  dövlətlərdə  gömrük 
rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.
 
102.3. Bu Məcəlləyə əsasən ayrı
-
ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə 
bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən 
edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.
 
102.4. Bu Məcəlləyə əsasən ayrı
-
ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə 
bağlı  gömrük  orqanının  icazəsinin  verilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.
 
  
M a d d ə
 103. 
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri
 
  
103.1. 
Gömrük 
rəsmiləşdirilməsinin 
həyata 
keçirilməsinin 
xüsusiyyətləri 
aşağıdakılardan asılı olaraq fərqləndirilir:
 
103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;
 
103.1.2.  gömrük  s
ərhədindən  keçirilmə  üçün  istifadə  olunan  nəqliyyat  vasitəsinin 
növünə görə;
 
103.1.3. malları keçirən şəxsə görə.
 
103.2.  Malların  mənşəyindən,  göndərilmə  və  təyinat  ölkəsindən  asılı  olmayaraq, 
gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.
 
  
M a d d ə
 104. 
Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması
 
  
104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların 
və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  ilə  bağlı  bəyannamə  və  ya  müvafiq 
sənədləri  təqdim  etdiyi,  yaxud  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  gömrük 
rəsmiləşdirilməsini  həyata  keçirmək  barədə  niyyətini  şifahi  formada  gömrük  orqanına 
bildirdiyi vaxtdan başlanır.
 
104.2.  Malların  müvafiq  gömrük  proseduru  altında  yerləşdirilməsinə  dair  tələblərə 
uyğun  olaraq  zəruri  gömrük  əməliyyatları  yerinə  yetirildikdən  və  bu  Məcəllədə  nəzərdə 
tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
 
  
M a d d ə
 105. 
Gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan,  nəqliyyat 
vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi
 
  
105.1.  Bu  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla,  gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və 
nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.
 
105.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış 
mallardan  və  nəqliyyat  vasitələrindən  istifadə  edilməsi  və  onlar  barəsində  sərəncam 
verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən
 edir. 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə