Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

dövriyyəsi  qadağan  edilmiş,  məhdudlaşdırılmış  və  nəzarət  edilən
 
narkotik  vasitələrin, 
psixotrop  maddələrin,  habelə  Azərbaycan  Respublikasının  ərazisində  idxalına,  ixracına, 
tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların 
siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 
qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya 
bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs 
üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və 
ya  aparılmasına  qadağa  qoyan,  yaxud  məhdudlaşdırılan  qanunun  və  digər  normativ 
hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.
 
82.6.  Bu  Məcəllənin  82.5
-
ci  maddəsində  göstərilən  siyahılardakı  malların  gömrük 
ərazisinə  gətirilməsinə  və  ya  bu  ərazidən  aparılmasına  məhdudiyyət  qoyan  vəzifəli  şəxs 
həmin  malları  gömrük  sərhədindən  keçirən  şəxsə  bu  barədə  müvafiq  normativ  hüquqi 
aktın  adını,  maddəsini  (bəndini)  və  qəbul  edilmə  tarixini  əks  etdirən  protokolun  surətini 
verməlidir.
 
82.7.  Bu  Məcəllənin  82.5
-
ci  maddəsində  göstərilən  siyahılarda  nəzərdə  tutulmayan 
malların  gömrük  ərazisinə  gətirilməsinə  və  ya  bu  ərazidən  aparılmasına  məhdudiyyət 
qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər.
 
82.8.  Şəxs  barəsində  gömrük  nəzarətinin  müəyyən  formalarının  tətbiq  olunmaması 
və ya onlardan azadetmə onu bu Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, 
beynəlxalq müqavilələrə riayət etmək vəzifəsindən 
azad etmir. 
  
M a d d ə
 83. 
Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarəti  altında  olma 
müddəti
 
  
83.1.  Gömrük  ərazisinə  gətirilən  mallar  və  nəqliyyat  vasitələri  gömrük  sərhədini 
keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında 
olurlar: 
83.1.1. sərbəst dövriyyəyə buraxılanadək;
 
83.1.2. məhv edilənədək;
 
83.1.3. dövlətin xeyrinə imtina olunanadək;
 
83.1.4.  malların  dövlət  mülkiyyətinə  keçirilməsi,  yaxud  bu  Məcəllənin  330
-cu 
maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək;
 
83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.
 
83.2.  İxrac  gömrük  proseduru,  daxili  tranzit  və  ya  xaricdə  emal  xüsusi  gömrük 
prosedurları  üçün  bəyan  edilən  daxili  mallar  və  nəqliyyat  vasitələri  müvafiq  g
ömrük 
bəyannaməsi  gömrük  orqanı  tərəfindən  təsdiq  olunduğu  vaxtdan  başlayaraq,  gömrük 
ərazisindən  aparılana,  dövlətin  xeyrinə  imtina  ya  məhv  edilənə,  yaxud  gömrük 
bəyannaməsinin  bu  Məcəllənin  154
-
cü  maddəsinə  uyğun  olaraq  ləğvinədək  gömrük 
nəzarəti altında
 olurlar. 
83.3.  Son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar  bu 
Məcəllənin  195
-
ci  maddəsində  nəzərdə  tutulmuş  müddətdə  gömrük  nəzarəti  altında 
olurlar. 
83.4.  Gömrük  nəzarəti  altında  olan  mallar  və  nəqliyyat  vasitələrindən  istifadə 
olu
nmasına  və  onlar  barəsində  sərəncam  verilməsinə  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş 
qaydada və şərtlər daxilində yol verilir.
 
83.5.  Əvvəllər  gömrük  ərazisindən  çıxarılmış  malların  və  nəqliyyat  vasitələrinin, 
yaxud  emal  məhsullarının  gömrük  qanunvericiliyinə  əsasən  mütləq  qaydada  geri 
qaytarılması  nəzərdə  tutulduğu  hallarda,  gömrük  orqanları  həmin  malların  və  nəqliyyat 
vasitələrinin,  yaxud  emal  məhsullarının  geri  gətirilməsinə  dair  öhdəliklərin  şəxslər 
tərəfindən  bu  Məcəllədə  göstərilən  qaydada,  gömrük  prosedurlarının  şərtlərinə  uyğun 
olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.
 
  
 
 


M a d d ə
 84. 
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə
 
  
84.1. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu Məcəllə, gömrük işi 
üzrə digər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur.
 
84.2. Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin 
şəxsi baqajı gömrük yoxlamasından azaddır.
 
84.3. Xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbayc
an 
Respublikası  Baş  nazirinin,  onun  müavinlərinin,  Azərbaycan  Respublikası  müvafiq  icra 
hakimiyyəti orqanlarının rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 
və  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın)  şəxsi 
baqajları gömrük yoxlamasından azaddır.
 
84.4. Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də 
digər  hərbi  texnikanın  gömrük  yoxlamasından  azad  edilməsi  dövlətlərarası  sazişlərlə 
tənzimlənir.
 
84.5.  Beynəlxalq  müqavilələrə  uyğun  olaraq  gömrük  nəzarətinin  müəyyən 
formalarından  azadetmə  bu  sazişlər  təsdiq  edildikdən  (ratifikasiya  olunduqdan)  sonra 
həyata keçirilir.
 
  
M a d d ə
 85. 
Gömrük  nəzarətinin  həyata  keçirilməsində  texniki  nəzarət 
vasitələrindən istifadə
 
  
85.1.  Gömrük 
nəzarətinin  səmərəliliyinin  artırılması  və  həyata  keçirilmə  müddətinin 
azaldılması  məqsədi  ilə  gömrük  orqanları  siyahısı  və  istifadə  qaydaları  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən olunan texniki vasitələrdən istifadə edirlər.
 
85.2. Bu Məcəllə
nin  84.1-
ci maddəsində nəzərdə tutulan texniki vasitələr insanların, 
bitkilərin,  heyvanların  həyatı  və  sağlamlığı  üçün  təhlükəli  olmamalı,  şəxslərə,  mallara  və 
nəqliyyat vasitələrinə ziyan vurmamalıdır.
 
  
M a d d ə
 86. 
Gömrük  nəzarəti  həyata  keçirilərkən  gömrük  orqanları  tərəfindən 
dəniz (çay) və hava gəmilərindən istifadə
 
  
86.1.  Azərbaycan  Respublikasının  daxili  sularında  və  Xəzər  dənizinin  (gölünün) 
Azərbaycan Respublikasına mənsub olan bölməsində və gömrük sərhədinə yaxın ərazidə 
olan mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının sərəncamında 
olan  dəniz  (çay)  və  hava  gəmilərindən  istifadə  edilməklə,  bu  Məcəlləyə  müvafiq  olaraq 
həyata keçirilir.
 
86.2.  Gömrük  orqanlarının  dəniz  (çay)  və  hava  gəmilərindən  istifadə  olunmaqla 
gömrük  nəzarətinin  həyata  keçirilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.
 
  
M a d d ə
 87. 
Malların,  nəqliyyat  vasitələrinin,  binaların  və  başqa  yerlərin 
eyniləşdirilməsi
 
  
87.1. Gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu 
və  ya  ola  biləcəyi  nəqliyyat  vasitələri,  binalar  və  digər  yerlər,  həmçinin  icrasına  nəzarət 
gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti 
altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər.
 
87.2.  Eyniləşdirmə,  plombların  qoyulması,  rəqəmlə,  hərflə  nişanlama,  markalama, 
eyniləşdirmə  işarələri,  möhürlərin  və  ştampların  vurulması,  prob  və  nümunələrin 
götürülməsi,  malların  və  nəqliyyat  vasitələrinin  təsviri,  çertyojların  çəkilməsi,  miqyaslı 
təsvirlərin,  fotoşəkillərin,  illüstrasiyaların  hazırlanması,  malların  müşayiətedici  və  başqa 
sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə