Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

125.5. Bu Məcəllənin 125.3
-
cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsi, 
təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə 
tutulan  mallar  gömrük  sərhədinə  çatmamışdan  əvvəl  də  kağız  üzərində  yazılı  və  ya 
elektron formada gömrük orqanına təqdim edilə bilər.
 
125.6. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
M a d d ə
 126. 
Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və 
onların gömrük rəsmiləşdirilməsi
 
  
126.1. Gömrük ərazisindən aparılan mallar bu Məcəllənin 83
-
cü maddəsində nəzərdə 
tutulmuş müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2
-
ci maddəsi 
ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir.
 
126.2.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda,  gömrük  ərazisindən  aparılan 
malların gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:
 
126.2.1. ixrac gömrük rüsumlarının tutulması;
 
126.2.2.  milli  təhlükəsizliyin,  ictimai  asayişin,  əhalinin  mənəviyyatının,  insanların 
həyat  və  sağlamlığının,  mülkiyyət  hüququnun,  o  cümlədən  əqli  mülkiyyət  hüquqları 
obyektlərinin,  heyvanların  və  bitkilərin,  ətraf  mühitin,  xalqların  mədəni,  tarixi  və
  arxeoloji 
sərvətlərinin qorunması baxımından müəyyən edilmiş qadağalar.
 
126.3.  Malların  aparılmasına  o  şərtlə  icazə  verilir  ki,  aparılan  mallar  bu  Məcəllənin 
125.3-
cü  maddəsində  nəzərdə  tutulmuş  gömrük  bəyannaməsinin,  təkrar  ixrac  bildirişinin 
və ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman olduğu 
vəziyyətdədir.
 
  
  
FƏSİL 19
 
İXRAC, TƏKRAR İXRAC VƏ MÜVƏQQƏTİ İXRAC
 
  
M a d d ə
 127. 
Daxili malların ixracı
 
  
127.1.  Gömrük  ərazisindən  kənarda  daimi  qalması  üçün aparılan daxili  mall
ar  ixrac 
gömrük proseduru altında yerləşdirilir.
 
127.2. Bu Məcəllənin 127.1
-
ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:
 
127.2.1.  son  istifadə  və  ya  xaricdə  emal  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilmiş mallara;
 
127.2.2.  daxili  tranzit  xüsusi  gömrük 
proseduru  altında  yerləşdirilmiş  və  ya  bu 
Məcəllənin 130
-
cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan 
mallara. 
  
M a d d ə
 128. 
Xarici malların təkrar ixracı
 
  
128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini 
həyata  keçirmək  üçün  şəxs  tərəfindən  səlahiyyətli  gömrük  orqanına  təkrar  ixrac  bildirişi 
verilir.  
128.2. Bu Məcəllənin 128.1
-
ci maddəsi aşağıdakı mallara tə
tbiq edilmir: 
128.2.1.  gömrük  ərazisindən  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək keçirilən mallara;
 
128.2.2.  sərbəst  zona  daxilində  bir  nəqliyyat  vasitəsindən  digərinə  boşaldılıb 
yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;
 
128.2.3.  müvəqqəti  saxlanc  yerlərindən  birbaşa  təkrar  ixrac  edilən,  müvəqqəti 
saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
 


128.3. Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar 
ixrac  o
lunan  mallar  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  şərtlərə  cavab 
verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır.
 
128.4.  Malların  təkrar  ixrac  gömrük  proseduru  altında  yerləşdirilməsi  qaydalarını 
müvafiq 
icra hakimiyyəti orqanı müəyyən edir.
 
  
M a d d ə
 129. 
Qısa ixrac bəyannaməsi və ona düzəlişlərin edilməsi
 
  
129.1.  Gömrük  ərazisindən  malların  aparılması  üçün  gömrük  bəyannaməsi  və  ya 
təkrar  ixrac  bildirişinin  tələb  olunmadığı  hallarda  gömrük  orqanlarına  qısa
  ixrac 
bəyannaməsi təqdim edilməlidir.
 
129.2.  Riskin  təhlili  və  gömrük  nəzarətinin  düzgün  tətbiqi  üçün  zəruri  olan 
məlumatları özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edi
r. 
129.3.  Qısa  ixrac  bəyannaməsi  məlumatların  elektron  emalı  üsulundan  istifadə 
olunmaqla, elektron sənəd formasında təqdim edilir.
 
129.4. Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da 
təqdim  edilə  bilər.  Həmin  bəyannamə  risklərin  idarə  olunmasını,  məlumatların  gömrük 
orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə analoji 
səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
 
129.5.  Qısa  ixrac  bəyannaməsi  aşağıdakı  şəxslərdən  biri  tərəfindən  təqdim  edilə 
bilər:
 
129.5.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh 
olan şəxs;
 
129.5.2.  malları  ixrac  edən  və  ya  göndərən,  yaxud  bu  Məcəllənin  129.5.1
-ci 
maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;
 
129.5.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan 
istənilən şəxs.
 
129.6.  Bu  Məcəllənin  129.7
-
ci  maddəsində  göstərilən  hallar  istisna  olmaqla,  qısa 
ixrac  bəyannaməsi  təqdim  edildikdən  sonra  onu  təqdim  edən  şəxsin  müraciəti  əsasında 
həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.
 
129.7.  Aşağıdakı  hallarda  qısa  ixrac  bəyannaməsinə  düzəlişlərin  edilməsinə  icazə 
verilmir: 
129.7.1.  gömrük  orqanları  qısa  ixrac  bəyannaməsini  təqdim  etmiş  şəxsə  malları 
yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
 
129.7.2.  gömrük  orqanları  qısa  ixrac  bəyannaməsindəki  məlumatların  düzgün 
olmadığını müəyyənləşdirdikdən sonra;
 
129.7.3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra.
 
  
 
M a d d ə
 130. 
Müvəqqəti ixrac
 
  
130.1.  Təkrar  idxal  üçün  nəzərdə  tutulmuş  daxili  mallar  müvəqqəti  ixrac  proseduru 
altında  yerləşdirilir.  Bu  mallardan  bu  Məcəllənin  130.2
-
ci  maddəsində  nəzərdə  tutulmuş 
qaydalara  uyğun  olaraq  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə,  yaxud  qismən 
azad  edilməklə,  habelə  ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən  gömrük  ərazisindən 
kənarda istifadə olunur.
 
130.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
bu  Məcəllənin  tələbləri  nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir. 
Həmin  qaydalarda  malların  müvəqqəti  ixrac  gömrük  proseduru  altında  yerləşdirilməsi 
şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə