Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

X BÖLMƏ
 
GÖMRÜK PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR
 
  
FƏSİL 23
 
BƏYANETMƏ VƏ GÖMRÜK BƏYANNAMƏSİ
 
  
M a d d ə
 146. 
Malların 
və  nəqliyyat 
vasitələrinin  bəyan  edilməsi  və 
bəyanetmənin yeri
 
  
146.1.  G
ömrük  sərhədindən  keçirilən  bütün  mallar  və  nəqliyyat  vasitələri  onların 
gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.
 
146.2.  Bəyanetmə malların  və  nəqliyyat  vasitələrinin  yerləşdirilməsi  nəzərdə  tutulan 
gömrük  proseduru  h
aqqında,  habelə  gömrük  məqsədləri  üçün  lazım  olan  digər 
məlumatların  müəyyən  olunmuş  formada  (şifahi,  kağız  üzərində  yazılı,  elektron)  gömrük 
orqanlarına verilməsi ilə həyata keçirilir.
 
146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım 
olan  sənədlərin  və  məlumatların  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
müəyyən  edilələk  rəsmi  nəşrlərdə  dərc  olunur  və  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
rəsmi internet saytlarında yerləşdirilir.
 
146.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  orqanlarının  bəyanetmə  ilə  bağlı 
fəaliyyət  zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının 
xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir.
 
  
M a d d ə
 147. 
Daxili malların bəyan edilməsi
 
  
Sərbəst  zona xüsusi gömrük  proseduru  istisna olmaqla, başqa gömrük  prosedurları 
altında  yerləşdirilməsi  nəzərdə  tutulan  daxili  mallar  həmin  gömrük  proseduruna  uyğun 
olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.
 
  
M a d d ə
 148. 
Bəyannaməçi
 
  
148.1.  Gömrük 
sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud 
onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.
 
148.2.  Gömrük  bəyannaməsinin  təsdiq  edilməsi  şəxsin  üzərinə  xüsusi  öhdəliklər 
qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından 
çıxış edən şəxs tərəfindən verilməlidir.
 
148.3.  Malları  və  nəqliyyat  vasitələrini  bəyan  edən  bəyannaməçinin  vəzifələri 
aşağıdakılardır:
 
148.3.1.  malları  və  nəqliyyat  vasitələrini  bu  Məcəllədə  nəzərdə  tutul
an  qaydada 
bəyan etmək;
 
148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;
 
148.3.3.  gömrük  məqsədləri  üçün  lazım  olan  sənədləri  və  məlumatları  gömrük 
orqanlarına təqdim etmək;
 
148.3.4. gömrük ödənişlərini ödəmək;
 
148.3.
5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək.
 
148.4.  Bu  Məcəllədə  nəzərdə  tutulan  hüquqlardan  başqa,  bəyannaməçinin  gömrük 
bəyannaməsini  gömrük  orqanlarına  təqdim  etməzdən  əvvəl  malları  və  nəqliyyat 
vasitələrini  gömrük  nəzarəti  altında  müayinə  etmək,  onları  ölçmək,  həmçinin  gömrük 
orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır.
 
 
 
 


M a d d ə
 149. 
Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti
 
  
149.1.  Gömrük  bəyannaməsi  məlumatların  elektron  emalı  üsullarından  istifadə 
olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında 
yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər.
 
149.2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində 
yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait 
yaradan digər üsullarla da həyata kecirilə bilər.
 
149.3.  Gömrük  ərazisinə  gətirilən  mallara  dair  gömrük  bəyannaməsi  həmin  mallar 
gömrük 
ərazisinə  gətirilən  yerdəki  gömrük  orqanına,  daxili  tranzit  xüsusi  gömrük 
proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on 
beş) gündən gec olmayaraq verilməlidir.
 
149.4.  Bu  Məcəllənin  149.3
-
cü  maddəsində  göstərilən  müddət  bəyannaməçi 
tərəfindən müvafiq  sənədlərin  və  məlumatların  toplanması  üçün  kifayət  etmədikdə,  onun 
əsaslandırılmış  müraciəti  əsasında  gömrük  orqanı  həmin  müddəti  uzadır.  Gömrük 
bəyannaməsinin  təqdim  edilməsi  müddətinin  uzadılmasına  malların  müvəqqəti
  saxlanc 
xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.
 
149.5.  Gömrük  bəyannaməsinin  təqdim  edilməsinin  son  günü  qeyri
-
iş  gününə 
düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.
 
149.6. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar 
gömrük ərazisindən çıxarılarkən verilməlidir.
 
149.7.  Malları  daşıyan  nəqliyyat  vasitələri  bu  Məcəllənin  149.8
-
ci  maddəsində 
göstərilən hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir.
 
149.8. 
Dəniz,  çay  və  hava  gəmiləri  gömrük  ərazisində  daxil  olduqları,  yaxud  yola 
düşdükləri su və hava limanında bəyan edilir.
 
149.9. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan edilir.
 
  
M a d d ə
 150. 
Gömrük  bəyannaməsinin  məzmunu  və  onunla  birgə  təqdim 
olunan sənədlər
 
  
150.1.  Gömrük  bəyannaməsi  malların  bəyan  edildiyi  gömrük  prosedurunun  tətbiqi 
üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir.
 
150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və y

bəyannaməçinin  eyniləşdirilməsinə  imkan  verən  digər  vasitələr  olmalıdır.  Kağız  üzərində 
yazılı  formada  təqdim  olunan  gömrük  bəyannamələri  bəyannaməçi  tərəfindən 
imzalanmalı,  hüquqi  şəxs  olan  bəyannaməçi  tərəfindən  həmçinin  möhürlə  təsdiq 
edilməlidir.
 
150
.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru 
altında  yerləşdirilməsi  üçün  onunla  birgə  təqdim  olunan  sənədlərin  siyahısı  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilələk  rəsmi  nəşrlərdə  dərc  olunur  və  müvafiq 
icr
a hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
 
150.4.  Malların  bəyan  edildiyi  gömrük  prosedurunun  tətbiqi  üçün  tələb  olunan 
elektron,  yaxud  kağız  üzərində  yazılı  formalarda  sənədlər  gömrük  orqanlarına  gömrük 
bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.
 
150.5.  Ayrı
-
ayrı  sənədlər  üzrlü  səbəblərə  görə  gömrük  bəyannaməsi  ilə  birlikdə 
təqdim  edilə  bilmədiyi  hallarda,  bəyannaməçinin  yazılı,  o  cümlədən  elektron 
formada 
müraciəti  əsasında  gömrük  orqanları  həmin  sənədlərin  gömrük  bəyannamə
si 
təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı
-
ayrı sənədlərin 
təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük 
bəyannaməsi  təsdiq  edildiyi  tarixdən  45  (qırx  beş)  gündən  gec  olmayaraq  gömrü

orqanına  təqdim  edilməlidir.  Bəyannaməçi  sənədlərin  vaxtında  verilməsinə  dair  gömrük 
orqanına yazılı, o cümlədən elektron
 
formada öhdəlik təqdim edir.
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə