Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
M a d d ə
 136. 
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd
 
  
136.0. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin 
nəqliyyat  vasitəsinin  rəsmiləşdirilməsi  haqqında  sənəd  verilməzdən  əvvəl  həmin  şəxs 
aşağıdakı tələbləri yerinə yetirməlidir:
 
136.0.1. yola düşmə haqqında məlumatı onu təsdiq
 
edən sənədlərlə birlikdə gömrük 
orqanlarına təqdim etməli;
 
136.0.2.  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  nəqliyyat  vasitəsi,  onun 
heyət  üzvləri,  sərnişinləri,  yükü,  nəzərdə  tutulan  hərəkət  istiqaməti,  marşrutu  barədə 
verilən sualları cavablandırmalı;
 
136.0.3.  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  nəqliyyat  vasitəsi,  onun 
heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb 
olunan sənədləri təqdim etməli;
 
136.0.4.  nəqliyyat  vasitəsi,  onun  heyət  üzvləri,  sərnişinləri,  yükü,  nəzərdə  tutulan 
hərəkət istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik 
aktlarının tələblərinə əməl etməlidir.
 
  
M a d d ə
 137. 
Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə daxilolma
 
  
Gömrük  ərazisindən  yola  düşən  nəqliyyat  vasitəsinə  görə  məsul  şəxs  gömrük 
orqanlarının vəzifəli şəxslərinin tələbi ilə onların həmin nəqliyyat vasitəsinə daxil olmasına 
bütün mümkün vasitələrdən istifadə etməklə imkan yaratmalıdır.
 
  
M a d d ə
 138. 
Nəqliyyat  vasitəsinin  rəsmiləşdirilməsi  haqqında  sənədin  təqdim 
olunması
 
  
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat vasitəsinə 
görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin sənədi yoxlamaq 
üçün  onlara  təqdim  etməli,  nəqliyyat  vasitəsi,  onun  heyət  üzvləri,  sərnişinləri,  yükü, 
nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı suallarını cavablandırmalıdır.
 
  
M a d d ə
 139. 
Nəqliyyat vasitəsinin gömrük sahəsindən yola düşməsi
 
  
139.1. Gömrük orqanları tərəfindən əvvəlcədən icazə verildiyi hallar istisna olmaqla, 
bütün digər hallarda gömrük sahəsindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs 
nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədi aldıqdan sonra onun dərhal, yalnız 
müəyyən edilmiş gömrük sahəsindən yola düşməsini təmin etməlidir.
 
139.2.  Bu  Məcəllənin  139.1
-
ci  maddəsi  fors
-
major  hallar  ilə  əlaqədar  gömrük 
ərazisinə qayıtmağa məcbur olan nəqliyyat vasitələrinə şamil edilmir.
 
  
 
M a d d ə
 140. 
Nəqliyyat vasitəsində istifadə və istismar üçün e
htiyatlar 
  
140.1. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün 
ehtiyatlarla bağlı aşağıdakıları müəyyən edir:
 
140.1.1.  gömrük  ərazisindən  kənar  əraziyə  yola  düşməyə  hazırlaşan  nəqliyyat 
vasitəsinin  heyət  üzvlərinin,  xidmətedici  heyətinin,  sərnişinlərinin  istifadəsi  və  nəqliyyat 
vasitəsinin  istismarı  üçün  ehtiyatlar  hesab  olunan  malların  nomenklaturasını,  çeşidini  və 
miqdarını;
 
140.1.2.  qanunvericilikdə  nəzərdə  tutulmuş  gömrük  rüsumlarından  və  vergilərdən 
azadolma şərtləri
ni. 


140.2. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün 
ehtiyatların bəyan edilməsi qaydalarını müəyyən edir.
 
  
  
FƏSİL 22
 
ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA 
DÜŞMƏSİ
 
  
M a d d ə
 141. 
Şəxslərin gömrük ərazisinə daxil olması
 
  
Bu  Məcəllədə  başqa  hallar  nəzərdə  tutulmadıqda,  şəxslər  müvafiq  icra  hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  hallarda  və  qaydada  gömrük  ərazisinə  daxil  olduqları  andan 
etibarən dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməlidirlər.
 
  
M a d d ə
 142. 
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindən düşmə
 
  
142.1. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindəki şəxslər həmin nəqliyyat 
vasitəsindən  düşmə  ilə  əlaqədar  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  b
ütün 
göstərişlərinə əməl etməlidirlər.
 
142.2.  Bu  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş hallar istisna olmaqla, gömrük ərazisinə daxil olmuş nəqliyyat vasitəsindən düşən 
şəxslər  gömrük  orqanlarının  vəzifəli  şəxslərindən  başqa  göstəriş  almadıqda,  gömrük 
nəzarəti zonasına getməli və gömrük nəzarətinin həyata keçirildiyi müddət ərzində orada 
qalmalıdırlar.
 
  
M a d d ə
 143. 
Şəxslərin gömrük ərazisindən yola düşməsi
 
  
Bu  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş 
hallar istisna olmaqla, şəxslər gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan və 
gömrük sahəsindən keçmədən gömrük ərazisindən yola düşə bilməzlər.
 
  
M a d d ə
 144. 
Nəqliyyat vasitəsinə daxilolma
 
  
Gömrük  ərazisindən  yola  düşmək
 
məqsədi  ilə  nəqliyyat  vasitəsinə  daxil  olmağa 
hazırlaşan  şəxslər  bununla  bağlı  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  göstərişlərinə 
əməl etməlidirlər.
 
  
M a d d ə
 145. 
Baqajın gömrük orqanlarına təqdim olunması
 
  
145.0.  Bu  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş hallar istisna olmaqla, gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən 
düşən, yaxud həmin zonadan çıxmağa hazırlaşan nəqliyyat vasitəsinə minən şəxs:
 
145.0.1.  ona  məxsus  müşayiət  olunan  baqajın  gömrük  orqanlarının  vəzifəli  şəxsləri 
tərəfindən yoxlanılmasına şərait yaratmalı;
 
145.0.2.  ona  məxsus  müşayiət  olunan  baqajın  gömrük  nəzarəti  zonası  daxilində 
hərəkəti  və  ya  nəqliyyat  vasitəsindən  götürülüb  gömrük  nəzarəti  zonasına  aparılması  ilə 
bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
 
  
 
 
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə