Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

IX BÖLMƏ
 
 
NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI 
VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ
 
  
FƏSİL 20
 
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI
 
  
M a d d ə
 131. 
Nəqliyyat  vasitələrinin  gömrük  ərazisinə  daxil  olması  haqqında 
məlumatın gömrük orqanlarına təqdim edilməsi
 
  
131.1. Gömrük 
ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul 
şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, 
elektron  formada)  aşağıdakılar  barədə  məlumatları  gömrük  orqanlarına  əvvəlcədən 
təqdim
 
etməlidir
:  
131.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
 
131.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
 
131.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
 
131.1.4.  təyinatından  və  gətirilmə  məqsədlərindən  asılı  olmayaraq,  gömrük 
ərazisində boşaldılacaq yük;
 
131.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
 
131.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.
 
131.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:
 
131.2.1.  nəqliyyat  vasitəsi  gömrük  ərazisinin  müəyyən  olunmuş  gömrük  sahəsinə 
daxil olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;
 
131.2.2.  g
ömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  icazə  verilənədək  heç  bir 
şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;
 
131.2.3.  nəqliyyat  vasitəsinin  gömrük  sahəsi  daxilində  hərəkəti,  malların  nəqliyyat 
vasitəsindən
 
boşaldılması,  heyətin  və  başqa  şəxslərin  nəqliyyat  vasitəsindən 
düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.
 
131.3.  Nəqliyyat  vasitəsinin  gömrük  ərazisinə  daxil  olduqdan  sonrakı  1  (bir)  saat 
müddətində  gömrük
 
orqanlarına  daxilolma  haqqında  məlumat  verilməlidir.  Nəqliyyat 
vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda, 
bu  məlumat  onların  növbəti  iş  vaxtı  başlandıqdan  sonrakı  1  (bir)  saat  müddətində 
verilməlidir.
 
131.4. 
Bu Məcəllənin 131.1
-
ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına 
nəqliyyat  vasitəsinə  görə  məsul  şəxslərin  adından  onların  nümayəndəsi  tərəfindən  də 
təqdim oluna bilər.
 
131.5.  Nəqliyyat  vasitələri  gömrük  ərazisinə  yüksüz  və  şərnişinsiz  daxil  olarkən,  bu 
Məcəllənin  tələbləri  nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
 
  
M a d d ə
 132. 
Nəqliyyat 
vasitələrinin 
sahiblərinə, 
heyət 
üzvlərinə 
və 
sərnişinlərinə dair tələblər
 
  
Gömrük  ərazisinə  daxil  olan  nəqliyyat  vasitələrinin  sahibləri,  heyət  üzvləri  və 
sərnişinləri  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  nəqliyyat  vasitəsi,  onun  hərəkət 
marşrutu, təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını cavablandırmalı, 
bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməlidirlər.
 
  
 
 


 
M a d d ə
 133. 
Gömrük ərazisinə daxil olan gəminin dayandırılması
 
  
133.1.  Gömrük  ərazisinə  daxil  olan  gəmiyə  görə  məsul  şəxs  gömrük  orqanlarının 
vəzifəli şəxslərinin tələbi ilə gəmini lövbərə qoymalı, gəminin yoluna davam etməsi barədə 
müvafiq göstəriş olmayana qədər onun dayanmasını təmin etməlidir.
 
133.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərini  və  digər  səlahiyyətli  şəxsləri  daşıyan 
gəminin üzərində onun dövlət xidmətində olmasını təsdiq edən
 
müvafiq nişanlar olmalıdır.
 
133.3. Gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin və ya digər 
səlahiyyətli  şəxslərin  onun  göyərtəsinə  qalxmaları  üçün  bütün  mümkün  vasitələrlə  şərait 
yaratmalıdır.
 
133.4.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  göstərişindən  sonra,  gəmiyə  görə 
məsul şəxs həmin gəminin gömrük ərazisini dərhal tərk etməsini təmin etməlidir.
 
  
M a d d ə
 134. 
Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli 
sahəyə daxil olması
 
  
134.1. Qəza, fövqəladə və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində 
müəyyən gömrük sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və 
başqa  formada  daxil  olmaq  məcburiyyəti  qarşısında  qalan  nəqliyyat  vasitələrinə  bu 
Məcəllənin 131.2.2
-
ci maddəsi şamil edilmir.
 
1
34.2.  Müəyyən  olunmuş  gömrük  sahəsindən  fərqli  sahəyə  daxil  olan  nəqliyyat 
vasitəsinə görə məsul olan şəxs:
 
134.2.1. bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat verməli;
 
134.2.2.  nəqliyyat  vasitəsində  daşınan  malların  boşaldılmasına,  heyət  üzvlərinin  və 
başqa  şəxslərin  nəqliyyat  vasitəsinin  dayandığı  yerdən  uzaqlaşmasına  gömrük 
orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli;
 
134.2.3.  nəqliyyat  vasitəsində  olan  mallar,  onun  heyəti  və  başqa  şəxslər  barədə 
gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir.
 
  
  
FƏSİL 21
 
NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNDƏN YOLA DÜŞMƏSİ
 
  
M a d d ə
 135. 
Gömrük 
ərazisindən 
yola 
düşən 
nəqliyyat 
vasitəsinin 
rəsmiləşdirilməsi
 
  
135.1.  Gömrük  ərazisindən  yola  düşməsi  nəzərdə  tutulan  nəqliyyat  vasitəsinə  görə 
məsul  şəxs  bu  barədə  məlumatları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada  və  formada  (o  cümlədən,  elektron  formada)  gömrük  orqanlarına  əvvəlcədən 
təqdim edə bilər.
 
135.2.  Gömrük  orqanı  bu  məlumatı  qeydə  almaqla,  sonrakı  rəsmiləşdirmənin 
aparılması üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.
 
135.3.  Nəqliyyat  vasitələri  gömrük  ərazisindən  yüksüz  və  sərnişinsiz  yola  düşərkən 
bu  Məcəllənin  tələbləri  nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
 
135.4.  Gömrük  orqanları  gömrük  ərazisində  olan  nəqliyyat  vasitəsinin 
rəsmiləşdirilməsi aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.
 
135.5.  Bu  maddənin  müddəaları  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən 
dəniz, çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və 
hava gəmiləri barəsində tətbiq edilmir.
 
  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə