Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Malların gömrük orqanlarına təqdim edilməsi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

  
M a d d ə
 121. 
Malların gömrük orqanlarına təqdim edilməsi
 
  
121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların 
sənədləri isə gömrük orqanlarına təqdim edilir.
 
121.2.  Mallar  gömrük  ərazisinə  gətirildiyi  andan  etibarən  1  (bir)  saatdan  gec 
olmayaraq,  gömrük  orqanının  iş  vaxtından  kənar  vaxtda  gətirildikdə  isə  iş  vaxtı 
başlandıqdan  sonra  1  (bir)  saatdan  gec  olmayaraq  gömrük  orqanlarına  məlumat 
verilməlidir.
 
121.3. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti 
olan  şəxslər  və  ya  onların  nümayəndələri  malları  müvafiq  gömrük  proseduru  altında 
yerləşdirmək  üçün  gömrük  orqanlarının  icazəsi  ilə  onlardan  prob  və  nümunələr  götürə 
bilərlər.
 
121.4. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, 
onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır.
 
121.5.  Gömrük  nəzarəti  zonasında  saxlanılan  malların  ilkin  yerlərinin  dəyişdirilməsi, 
nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların 
açılması  və  yenidən  qablaşdırma,  eyniləşdirmə  vasitələrinin  (əlamətlərinin,  nişanlarının) 
dəyişdirilməsi,  qoparılması  və  ya  məhv  edilməsi,  sərnişinlərin  düşürülməsi  kimi 
əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər.
 
121.6.  Bu  Məcəllənin  121.1
-
ci  maddəsində  göstərilən  tələblərə  riayət  etməyən 
daşıyıcı bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin 
daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
 
121.7.  Bu  Məcəllənin  121
-
ci  maddəsində  nəzərdə  tutulmuş  hərəkətlərlə  əlaqədar 
daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir.
 
121.8.  Şəxsin  müraciəti  və  gömrük  orqanlarının  icazəsi  ilə  mallar  gömrük 
yoxlamasına həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna 
bilər.  Belə  hallarda  həyata  keçirilən  gömrük  prosedurları  ilə  bağlı  bütün  xərclər  şəxs 
tərəfindən ödənilir.
 
121.9.  Gö
mrük  ərazisinə  gətirilən  mallar  gömrük  orqanlarına  aşağıdakı  şəxslərdən 
biri tərəfindən təqdim oluna bilər:
 
121.9.1. malları gömrük ərazisinə gətirmiş şəxs;
 
121.9.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;
 
121.9.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul 
olan şəxs;
 
121.9.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;
 
121.9.5.  saxlanc  yerlərinin  təsis  edilməsi  üçün  verilmiş  lisenziyanın  sahibi  və  ya 
sərbəst zonada fəaliyyət göstərən şəxs.
 
121.10. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal 
bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir.
 
  
 
M a d d ə
 122. 
Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi
 
  
122.1.  Mallar  yalnız  gömrük  orqanlarının  icazəsi  ilə  və  nəzarəti  altında,  onların 
müəyyənləşdirdiyi  yerlərdə  gömrük  ərazisinə  gətirilmə  üçün  istifadə  olunan  nəqliyyat 
vasitəsindən boşaldıla  və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat  vasitəsinə 
yenidən yüklənə bilər.
 
122.2
.  Malların  və  ya  onların  bir  hissəsinin  təcili  boşaldılmasını  zəruri  edən  təhlükə 
yaranarsa,  gömrük  orqanlarının  icazəsi  tələb  olunmur.  Lakin  bu  barədə  gömrük 
orqanlarına təcili məlumat verilməlidir.
 
122.3. 
Çıxarılıb
 


122.4.  Gömrük  orqanları  tələb  etdikləri  məlumatların  ətraflı  qeyd  olunduğu  istənilən 
kommersiya  və  ya  nəqliyyat  sənədini  malların  yenidən  yüklənməsi  üçün  gömrük 
bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların müvafiq 
məqsəd üçün qəbul edilməsi barədə qeydiyyat aparılır.
 
122.5.  Gömrük  orqanları  yenidən  yüklənən  malları,  onları  daşıyan  nəqliyyat 
vasitələrini  yoxlamaq,  mallardan  prob  və  nümunələr  götürmək  məqsədi  ilə  malların 
boşaldılmasını və açılmasını tələb etmək hüququna malikdirlər.
 
122.6.  Gömrük  orqanlarına  təqdim  edilmiş  mallar  gömrük  orqanlarının  icazəsi 
olmadan təqdim edildiyi
 
yerdən çıxarıla bilməz.
 
 
 
M a d d ə
 123. 
Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi
 
  
123.1. Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq 
gömrük proseduru altında yerləşdirilməlidir.
 
123.2.  Bu  Məcəllənin  214
-cü 
və  215
-
ci  maddələrində  nəzərdə  tutulan  hallar  istisna 
olmaqla,  bəyannaməçi  malları  mənşə  ölkəsindən,  xassələrindən,  miqdarından  asılı 
olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.
 
  
M a d d ə
 124. 
Malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
hesab edilməsi
 
  
124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada 
yerləşdirildiyi  hallar  istisna  olmaqla,  gömrük  orqanlarına  təqdim  edilmiş  xarici  mallar  bu 
Məcəllənin 178
-
ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük  proseduru 
altında yerləşdirilmiş hesab edilir.
 
124.2.  Gömrük  orqanlarına  təqdim  edilmiş  xarici  mallar  üzrə  qısa  idxal 
bəyannaməsinin  verilmədiyi  müəyyənləşdirildikdə,  onların  sahibi  bu  bəyannaməni  dərhal 
gömrük orqanlarına təqdim etməlidir.
 
  
  
FƏSİL 18
 
MALLARIN GÖMRÜK ƏRAZİSİNDƏN APARILMASI
 
  
M a d d ə
 125. 
Malların  gömrük  ərazisindən  aparılmazdan  əvvəl  bəyanetmə 
öhdəliyi
 
  
125.1.  Gömrük  ərazisindən  aparılması  nəzərdə  tutulan  mallar  həmin  ərazidən 
aparılmazdan əvvəl bəyan edilməlidir.
 
125.2. Bu Məcəllənin 125.1
-
ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından 
və  hava  məkanından  dayanmadan  keçən  nəqliyyat  vasitələrində  daşınan  mallara  şamil 
edilmir. 
125.3.  Bu  Məcəllənin  125.1
-
ci  maddəsində  nəzərdə  tutulmuş  bəyanetmə  aşağıdakı 
for
malarda ola bilər:
 
125.3.1.  gömrük  ərazisindən  aparılan  mallar  gömrük  bəyannaməsi  tələb  olunan 
gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;
 
125.3.2. bu Məcəllənin 128
-
ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi;
 
125.3.3. 
gömrük  bəyannaməsi  və  təkrar  ixrac  bildirişi  tələb  olunmadığı  hallarda,  bu 
Məcəllənin 129
-
cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.
 
125.4.  Mallar  gömrük  ərazisindən  aparılmazdan  əvvəl  təqdim  olunan  gömrük 
bəyannaməsində  ən  azı  qısa  ixrac  bəyannaməsi  üçün  tələb  olunan  məlumatlar  əks 
olunmalıdır.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə