Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

58.3.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  bu  Məcəllənin  57.1
-
ci  maddəsində 
göstərilən hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər.
 
58.4. Nəqliyyat vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin 
bu  Məcəllənin  58.1.1 
-  58.1.5-
ci  maddələrində  göstərilən  halların  mövcudluğuna  əsaslı 
şübhəsi  olduqda,  nəqliyyat  vasitəsinin  istənilən  hissəsinə  daxil  ola,  oradakı  bütün 
bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər.
 
58.5.  Qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  gömrük  orqanlarının 
vəzifəli şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri məhdudlaşdırıla 
bilməz.
 
58.6.  Yoxlama 
nəticəsində bu Məcəllənin 58.1.1 
- 58.1.5-
ci maddələrində göstərilən 
hallar  aşkar  olunmadıqda,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  nəqliyyat  vasitəsinin 
marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər.
 
  
M a d d ə
 59. 
Nəqliyyat vasitələrində olan malların mühafizəsi
 
  
Bu  Məcəllə  ilə  müəyyən  edilmiş  səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə  əlaqədar 
nəqliyyat  vasitəsinə  daxil  olub,  yoxlama  aparan  gömrük  orqanlarının  vəzifəli  şəxsləri 
oradakı malların mühafizəsini təmin etməlidirlər.
 
  
M a d d ə
 60. 
Şəxslərin sorğu
-
sual edilməsi
 
  
60.0.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  ərazisinə  daxil  olan  və  ya  bu 
ərazini tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə 
və  ya  malların  müvəqqəti  saxlandığı  ərazidə  olan  şəxsləri  bu
 
Məcəllənin  92.2.5
-ci 
maddəsinə  müvafiq  olaraq  aşağıdakı  məsələlər  barədə  sorğu
-
sual  etmək  hüququna 
malikdirlər:
 
60.0.1.  həmin  şəxsdə  gömrük  ödənişləri  ödənilməmiş,  gətirilməsi  və  ya  aparılması 
qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu;
 
60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, 
nəzərdə tutulan təyinat yeri;
 
60.0.3.  şəxsin  və  ya  onun  təmsil  etdiyi  idarə,  müəssisə  və  təşkilatın  bu  Məcəllə  ilə 
müəyyən edilmiş ödənişlər üzrə gömrük bo
rcunun olub-
olmaması;
 
60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği.
 
  
M a d d ə
 61. 
Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət sənədi 
və digər məsələlər barədə sorğu
-
sual edilməsi
 
  
61.1.  Məcəllənin  bu  maddəsi  gömrük  ərazisinə  daxil  olan  nəqliyyat  vasitəsindən 
düşmüş  və  ya  düşdüyü  ehtimal  edilən,  həmçinin  gömrük  ərazisinə  daxil  olması  faktını 
gizlətmiş və ya gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir.
 
61.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  bu  Məcəllənin  61.1
-
ci  maddəsində 
göstərilən şəxsləri aşağıdakı məsələlər barədə sorğu
-
sual etmək hüququna malikdirlər:
 
61.2.1. şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;
 
61.2.2. şəxsin yaşadığı ünvan;
 
61.2.3. şəxsin səyahətinin məqsədi və marşrutu;
 
61.2.4. şəxsin səyahət sənədi;
 
61.2.5. 
şəxsin  düşdüyü  və  ya  düşməsi  ehtimal  edilən  və  gömrük  ərazisindən  yola 
düşməyə cəhd göstərdiyi və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi.
 
61.3.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  eyni  zamanda  nəqliyyat  müəssisələrinin 
sahiblərini və onların işçilərini də sorğu
-
sual etmək hüququna malikdirlər.
 
  
 


M a d d ə
 62. 
Sorğu
-
sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması
 
  
62.1.  Şəxs,  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  sorğu
-
sual  aparılması  üçün  bu 
Məcəlləyə uyğun olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir.
 
62.2.  Şəxsin  təqdim  etdiyi  sənədlər  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən 
dərhal yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır.
 
  
M a d d ə
 63. 
Köməkçi vasitələrdən istifadə etməklə, şəxslərin ilkin yoxlanılması
 
  
63.1. Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində 
ilkin yoxlama keçirmək hüququna malikdirlər.
 
63.2.  İlkin  yoxlama  xidməti  itlər,  rentgen  aparatı,  surətçıxaran  avadanlıq,  mexaniki, 
elektrik, elektron ci
hazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır.
 
  
M a d d ə
 64. 
Şəxsi yoxlama
 
  
64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə 
qadağan  edilmiş,  yaxud  məhdudlaşdırılmış,  habelə  barəsində  gömrük  ödənişləri 
ödənilməmiş  malları,  bu  Məcəllənin  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarının 
müddəalarının  pozulması  faktını  təsdiq  edən  əşyaları  üzərində  gizlətməsi  və  daşıması 
barədə  əsaslı  şübhə  yarandıqda,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  onu  saxlayır  və 
gömrük  nəzarətinin  müstəsna  forması  kimi,  bu  Məcəllənin  92.2.2
-
ci  maddəsinə  müvafiq 
olaraq üzərində şəxsi yoxlama aparırlar.
 
64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama 
sanitar-
gigiyenik  tələblərə  cavab  verən  təcrid  olunmuş  yerdə  aparılır.  Şəxsi  yoxlama 
zamanı  videoçəkilişdən  istifadə  edilmədikdə  azı  2  (iki)  hal  şahidinin  iştirakı  məcburidir. 
Şəxsi  yoxlama  zamanı  şəxsin  soyundurulması  zərurəti  yarandığı  halda  videoçəkilişdən 
istifadəyə yol verilmir.
  
64.3.  Fiziki  şəxsin  bədənində  narkotik  vasitələri  və  psixotrop  maddələri  gizlətməsini 
müəyyən  etmək  məqsədilə  tibbi  müayinə  tibb  işçisi  tərəfindən  müvafiq  icra  hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.
 
64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən 
yoxlanılmalıdır.
 
64.5.  Gömrük  orqanlarının  şəxsi  yoxlama  aparan  vəzifəli  şəxsləri,  hal  şahidləri,  bu 
prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.
 
64.6.  Şəxsi  yoxlama  zamanı  fiziki  şəxs  üzərində  gizlətdiyi  malları  (əşyaları)  könüllü 
surətdə  təqdim  etmədikdə,  gömrük  orqanlarıının  vəzifəli  şəxsləri  bu  Məcəllənin  77
-
ci  və 
78-
ci  maddələrində  nəzərdə  tutulmuş  qaydada  fiziki  qüvvə  tətbiq  etmək  hüququna 
malikdirlər.
 
64.7. Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) 
bu  Məcəllənin  64.1
-
ci  maddəsində  göstərilənlərə  aid  olması  barədə  kifayət  qədər  əsas 
olduğu
 
halda,  həmin  mallar  və  əşyalar  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən 
qanunla nəzərdə tutulmuş qaydada götürülür.
 
64.8.  Şəxsi  yoxlama  aparılması  haqqında  bu  Məcəllənin  99
-
cu  maddəsinin  tələbləri 
nəzərə  alınmaqla  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  formada  protokol 
tərtib olunur.
 
64.9. Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, 
hal  şahidləri,  narkotik  vasitələr  və  psixotrop  maddələr  gizlədilməsini  müəyyən  etmək 
məqsədilə  tibbi  müayinə  aparıldıqda
 
və  ya  fiziki  şəxsin  bədən  üzvləri  yoxlanıldıqda  tibb 
işçisi tərəfindən imzalanır.
 
  
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə