Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

44.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  müraciətin  təmin  edilməməsi  barədə  qərar 
qəbul  etdikdə,  ərizəçiyə  təqdim  olunan  bildirişdə  müraciətin  təmin  olunmamasının 
səbəbləri göstərilməlidir.
 
44.4.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə  razı  olmayan  ərizəçi  həmin 
qərardan  bu  Məcəllənin  10
-
cu  fəslinə  uyğun  olaraq  inzibati  qaydada  və  (və  ya) 
məhkəməyə şikayət edə bilər.
 
  
M a d d ə
 45. 
İstifadəçilər üçün müəyyən edilmiş şərtlər
 
  
45.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  istifadəçi,  istifadəçilər  qrupu  və  ya  bütün 
istifadəçilər  üçün  bu  Məcəllənin  42.2
-
ci  maddəsində  nəzərdə  tutulmuş  qaydalarda 
göstərilən şərtlər müəyyən etmək hüququna malikdir.
 
45.2. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 45.1
-
ci maddəsində qeyd olunan 
şərtlər  barədə  aidiyyəti  istifadəçiyə  (istifadəçilərə)  yazılı,  o  cümlədən  elektron
 formada 
bildiriş  verməlidir.  İstifadəçi  (istifadəçilər)  tərəfindən  bu  Məcəllənin  45.3
-
cü  maddəsinə 
uyğun olaraq şikayət verilmədiyi təqdirdə, şərtlərə aşağıdakı tarixdən əməl olunmalıdır:
  
45.2.1. istifadəçi (istifadəçilər) üçün müəyyən edilmiş şərtlər barədə bildirişin verildiyi 
tarixdən etibarən iyirminci iş günündən;
 
45.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi daha sonrakı tarixdən.
 
45.3.  Müəyyən  edilmiş  şərtlərlə  razı  olmayan  istifadəçi  (istifadəçilər)  m
üvafiq  icra 
hakimiyyəti  orqanının  qərarından  bu  Məcəllənin  10
-
cu  fəslinə  uyğun  olaraq  inzibati 
qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
 
  
M a d d ə
 46. 
İstifadəçinin təsdiqinin ləğvi
 
  
46.1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bildiriş  göndərməklə,  gömrük  orqanlarının 
elektron  məlumat  sistemindən  istifadə  edən  şəxsin  istifadəçi  kimi  təsdiqini  aşağıdakı 
hallarda ləğv edir:
 
46.1.1. istifadəçi bu Məcəllə ilə üzərinə qoyulmuş öhdəliklərə əməl etmədikdə;
 
46.1.2.  istifadəçi bu Məcəllənin  45.1
-
ci maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş 
şərtləri yerinə yetirmədikdə;
 
46.1.3. istifadəçi gömrük orqanlarının elektron məlumat sisteminə qeyri
-qanuni  daxil 
olmağa  və  ya  müdaxiləyə  görə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  təqsirli 
bilindikdə.
 
46.2. Şəxsin istifadəçi kimi təsdiqinin ləğvi barədə müvafiq icra hakimiyyəti orqanının 
bildirişində bunun səbəbləri göstərilməlidir.
 
46.3.  Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  ilə  razı  olmayan  istifadəçi  həmin 
qərardan  bu  Məcəllənin  10
-
cu  fəslinə  uyğun  olaraq  inzibati  qaydada  və  (və  ya) 
məhkəməyə şikayət edə bilər.
 
  
M a d d ə
 47. 
Məlumatların qeydiyyatı
 
  
47.1. Gömrük orqanları istifadəçi tərəfindən verilən və ya qəbul edilən məlumatların 
qeydiyyatını aparır.
 
47.2.  Bu  Məcəllənin  47.1
-
ci  maddəsində  göstərilən  qeydiyyat  barədə  müv
afiq 
materiallar məlumatın verilmə və ya qəbul edilmə tarixindən etibarən 3 (üç) il müddətində 
saxlanmalıdır.
 
 
 
 
  
  


IV BÖLMƏ
 
GÖMRÜK ORQANLARININ QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ
 
  
FƏSİL 9
 
GÖMRÜK ORQANLARININ QƏRARLARI
 
  
M a d d ə
 48. 
Ümumi müddəalar
 
  
48.1.  Gö
mrük  orqanlarının  qərarları  onların  öz  təşəbbüsü,  yaxud  maraqlı  şəxslərin 
yazılı,  o  cümlədən  elektron
 
formada  müraciəti  əsasında  qəbul  olunur.  Həmin  şəxslər 
gömrük  orqanlarını  müvafiq  qərarların  qəbulu  üçün  zəruri  olan  məlumatlarla  təmin
 
etməlidirlər.
 
48.2
.  Gömrük  orqanlarının  qərarları  bir  şəxs  və  ya  şəxslər  qrupu  barəsində  qəbul 
olunur. 
 
 
48.3.  Bu  Məcəllədə  başqa  müddət  nəzərdə  tutulmadıqda,  qərar  şəxsin  yazılı
,  o 
cümlədən elektron
 
formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün 
ərzində  qəbul  edilməlidir.  Qərarların  qəbulu  ilə  əlaqədar  inzibati  icraat  “İnzibati  icraat
 
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
 
48.4.  Gömrük  orqanları  tərəfindən  qərarların  qəbul  edilməsi  haqqında  məlumatın 
maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və 
“İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  tənzimlənir.  Qərar 
müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli 
və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ 
haqqında məlumat verilməlidir.
 
48.5. Gömrük orqanının qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir.
 
48.6.  Gömrük  orqanının  qərarı  yazılı  formada  qəbul  olunur  və  bütün  gömrük 
ərazisində hüquqi qüvvəyə malikdir.
 
48.7.  Gömrük  orqanları  tərəfindən  qərara  düzəlişlərin  və  əlavələrin  edilməsi,  onun 
etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə tənzimlənir.
 
48.8.  Şəxsin  (şəxslərin)  gömrük  orqanının  qərarından  bu  Məcəllənin  10
-
cu  fəslinə 
uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır.
 
  
M a d d ə
 49. 
Şəxsin  xeyrinə  çıxarılmış  qanuni  qərarın  ləğvi  və  ona  dəyişiklik 
edilməsi
 
  
49.1.  Gömrük  orqanının  şəxsin  xeyrinə  çıxardığı  qərar  aşağıdakı  halların  hamısı 
olduqda ləğv edilir:
 
49.1.1. qərar qeyri
-
dəqiq və ya natamam məlumat əsasında qəbul edilmişdirsə;
 
49.1.2. şəxs təqdim etdiyi məlumatın qeyri
-
dəqiq və ya natamam olduğunu bilirdi və 
ya bilməli idi

49.1.3. şəxsin təqdim etdiyi məlumat düzgün və tamam olsaydı, qərar fərqli olardı.
 
49.2.  Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin  49.1
-ci 
maddəsində nəzərdə tutulan ləğvetmə barədə qərar, ilkin qərar qüvvəyə mindiyi tarixdən 
e
tibarən qüvvəyə minmiş sayılır.
 
49.3. Şəxsin xeyrinə çıxarılan qərar onun icra edilməsi üçün orada nəzərdə tutulmuş 
bir və ya bir neçə öhdəliyin yerinə yetirilmədiyi təqdirdə də ləğv edilir və ya ona dəyişiklik 
edilir.  Bir  neçə  şəxsin  xeyrinə  çıxarılmış  qərar  yalnız  bu  qərarla  əlaqədar  öhdəliyi  yerinə 
yetirməyən şəxslə bağlı hissədə ləğv olunur və ya ona dəyişiklik edilir.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə