Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

53.9.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  əxlaq  prinsipləri  və  etik  davranış 
qaydaları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Etik Davranış Kodeksi və digər 
normativ hüquqi aktlarla tənzimlənir.
 
53.10.  Gömrük  orqanlarında  xidmətə  qəbul,  xidmət  keçmənin  qaydaları  və  gömrük 
orqanlarının  vəzifəli  şəxslərinin  hüquqi  statusunun  əsasları  bu  Məcəllə,  “G
ömrük 
orqanlarında xidmət haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir.
 
  
M a d d ə
 54. 
Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi
 
  
54.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəzifələrini  yerinə  yetirərkən
 
hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar.
 
54.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  əməyinin  ödənilməsi,  maddi
-
məişət 
təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.
 
  
M a d d ə
 55. 
Gömrük orqanlarının vəzifəli şəxslərinin  xidməti vəzifələrini  lazımi 
səviyyədə yerinə yetirmələri üçün təminat
 
  
55.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəzifələrini  yerinə  yetirərkən  bu 
Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tu
turlar. 
55.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəzifələrini  yerinə  yetirərkən 
birbaşa rəhbərlərinə tabedirlər.
 
55.3. Qanunvericiliklə səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri 
istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə edə 
bilməz.
 
55.4.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  sahibkarlıq  fəaliyyəti,  o  cümlədən 
təsərrüfat  subyektlərinin  idarəçiliyində  birbaşa  və  ya  dolayısı  ilə  (nümayəndədən, 
vasitəçidən  istifadə  etməklə)  iştirakı,  gömrük  məsələləri  üzrə  üçüncü  şəxslərin  müvəkkili 
kimi  çıxış  etməsi,  əvəzçiliklə  istənilən  haqqı  ödənilən  işi  yerinə  yetirməsi  (elm
-
tədris  və 
yaradıcılıq  fəaliyyətindən  başqa),  gömrük  işi  ilə  əlaqədar  mülki
-
hüquqi  xarakterli  işləri 
müqavilə əsasında yerinə yetirməsi, vəzifə səlahiyyətlərindən sui
-
istifadə etməsi, tətillərin 
təşkili  və  onların  keçirilməsində  iştirakı,  siyasi  partiyalar  yaratması,  yaxud  onların  işində 
iştirak etməsi qadağandır.
 
55.5.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinə  xidməti  vəzifələrini  yerinə  yetirərkən 
hədə
-
qorxu  gəlinməsi,  onlara  müqavimət  göstərilməsi,  bununla  əlaqədar  həyatına, 
sağlamlığına  və  əmlakına  zorakılıq  və  ya  qəsd  edilməsi  qanunla  müəyyən  edilmiş 
qaydada məsuliyyətə səbəb olur.
 
  
  
FƏSİL 12
 
GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SƏLAHİYYƏTLƏRİ
 
  
M a d d ə
 56. 
Keşik çəkmə (patrulluq) və müşahidə
 
  
56.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  bu  Məcəllənin  və  gömrük  işi  üzrə  digər 
qanunvericilik aktlarının müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti 
vəzifələrini  yerinə  yetirərkən,  gömrük  nəzarətinin  bu  Məcəllənin  92.2.7
-
ci  maddəsində 
nəzərdə  tutulmuş  formasından  istifadə  etməklə,  gömrük  ərazisində  aşağıdakı  hərəkətləri 
həyata keçirmək hüququna malikdirlər:
 
56.1.1.  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 
bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və 
gömrük  nəzarəti  altında  olan  digər  ərazilərdə  keşik  çəkmə  (patrulluq)  və  müşahidə 
aparmaq; 


56.1.2. dəmiryol vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil olmaq, 
həmin  ərazidə,  habelə  dəmir  yolunun  müəyyən  olunmuş  hissələrində,  ehtiyat  yollarında 
keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;
 
56.1.3.  aeroportlara,  aerodromlara,  orada  yerləşən  tikililərə,  təyyarələrin  uçuş
-
enmə 
zola
ğına daxil olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada qalmaq.
 
56.2.  Bu  Məcəllənin  56.1
-
ci  maddəsində  göstərilən  məqsədlər  üçün  zəruri  hesab 
edilən digər yerlərdə də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər.
 
56.3.  Qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  gömrük  orqanlarının 
vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla 
bilməz.
 
56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və 
müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
 
M a d d ə
 57. 
Nəqliyyat vasitələrinə daxilolma
 
  
57.1. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan 
nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər:
 
5
7.1.1. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə daxil 
olduqda; 
57.1.2. nəqliyyat vasitəsi gömrük ərazisindən kənara çıxdıqda;
 
57.1.3. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün gömrük 
ərazisindən tranzitlə keçdikdə;
 
57.1.4. gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat  vasitəsində gömrük ödənişləri 
ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların daşınmasını ehtimal 
etdikdə;
 
57.1.5. gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda.
 
57.2.  Nəqliyyat  vasitəsinə  görə  məsul  şəxs  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin 
nəqliyyat  vasitəsinə,  yaxud  onun  hər  hansı  hissəsinə  təhlükəsiz  daxil  olmasını  və  tərk 
etməsini,  lazımi  hallarda  onları  orada  qalmaq  uçun  münasib  yerlə  öz  vəsaiti  hesabına 
təmin etməlidir.
 
  
M a d d ə
 58. 
Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması
 
  
58.1.  Aşağıdakı  hallardan  birinin  və  ya  bir  necəsinin  mövcudluğuna  dair  əsası 
olduqda,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  nəqliyyat  vasitəsini  yoxlam
a  aparmaq 
məqsədi ilə dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə 
həmin nəqliyyat vəsitəsini saxlayır:
 
58.1.1. nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya 
gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda;
 
58.1.2.  nəqliyyat  vasitəsində  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi 
qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda;
 
58.1.3.  nəqliyyat  vasitəsində  qanunvericiliyə  zidd  olaraq  idxalı  və  ya  ixracı  nəzərdə 
tutulan mallar olduqda; 
58.1.4. bu Məcəllənin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması 
faktları barədə məlumatlar olduqda;
 
58.1.5.  malların  qanunvericiliyə  zidd  qaydada  idxalına  və  ya  ixracına  cəhdlə  bağlı 
digər əsaslı dəlillər olduqda.
 
58.2. 
Nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli 
şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən edilmiş 
qaydada fiziki qüvvədən,  gömrük  orqanlarının sərəncamında olan xüsusi vasitələrdən və 
b
u Məcəllədə 80.2.5
-
ci maddəsində müəyyən edilmiş hallarda odlu silahdan istifadə oluna 
bilər.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə