Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ


Xarici dildə olan sənədlər (məlumatlar)



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
M a d d ə
 72. 
Xarici dildə olan sənədlər (məlumatlar)
 
  
Xarici  dildə  olan  sənədlər  (məlumatlar)  onları  gömrük  orqanına  təqdim  edən  şəxsin 
vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.
 
  
M a d d ə
 73. 
Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb 
saxlanılması
 
  
73.1.  Qanunla  başqa  müddət  müəyyən  edilmədikdə,  gömrük  orqanlarının  vəzifəli 
şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs 
tərəfindən  təqdim  edilməsi  tələb  olunan  sənəd  və  məlumatları
 1(bir) 
günədək  müddətə 
götürüb saxlamaq hüququna malikdirlər.
 
  
73.2.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  bu  Məcəllənin  tələblərinə  əsasən  sənəd 
və  məlumatları  götürüb  saxladığı  halda,  həmin  sənəd  və  ya  məlumatlara  hüququ  olan 
şəxsin  müraciəti əsasında həmin  şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş 
surətini verirlər.
 
73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin 
əsli kimi istifadə oluna bilər.
 
  
M a d d ə
 74. 
Sənədlərin gömrük auditi
 
  
Gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98
-ci 
maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
 
  
M a d d ə
 75. 
Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması
 
  
75.1.  Gömrük auditi aparıldığı  zaman yoxlanılan sənədlər bu Məcəllənin  və gömrük 
işi  üzrə  digər  qanunvericilik  aktlarının  tələblərinin  pozulması  faktını  ehtimal  etməyə  əsas 
verdikdə,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  həmin  sənədlərin  surətlərinin  çıxarılması 
məqsədi ilə 1 (bir) günədək müddətinə götürmək hüququna malikdirlər.
 
75.2.  Surəti  çıxarıldıqdan  sonra  sənədlər  onlar  üzərində  hüquq  sahibi  olan  şəxsə 
qaytarılır.
 
  
M a d d ə
 76. 
Gömrük  auditi  zamanı  əldə  edilmiş  məlumatların,  sənədlərin  və 
malların götürülüb saxlanılması
 
  
76.1.  Gömrük  auditi  aparıldığı  zaman  yoxlanılan  məlumatlar,  sənəd  və  mallar 
bu 
Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını 
ehtimal  etməyə  əsas  verdikdə,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  həmin  məlumatları, 
sənədləri və malları götürüb saxlayırlar.
 
76.2.  Gömrük  orqanlarının  gömrük  auditini  aparan  vəzifəli  şəxsləri  sənəd  və 
məlumatları  götürüb  saxladığı  halda,  bu  həmin  sənəd  və  ya  məlumatlara  hüququ  olan 
şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş 
surətini verirlər.
 
76.3. Malların müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, 
yaxud  sənədlərin  və  malların  maddi  sübut  olması  halları  istisna  edilməklə,  götürülmüş 
sənədlər, məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır.
 
  
 
 


M a d d ə
 77. Gömrük  orqan
larının  vəzifəli  şəxsləri  tərəfindən  fiziki  qüvvə, 
xüsusi vasitələr və odlu silahdan istifadənin şərtləri və hüdudları
 
  
77.1  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəzifələrini  yerinə  yetirərkən  bu 
Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  fiziki  qüvvə,  xüsusi  vasitələr  və  odlu 
silah tətbiq etmək hüququna malikdirlər.
 
77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu 
silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli, b

sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm yoxlanılmalıdırlar.
 
77.3.  Fiziki  qüvvəni,  xüsusi  vasitələri  və  odlu  silahı  tətbiq  edərkən,  gömrük 
orqanlarının vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar:
 
77.3.1.  tələblərinin  yerinə  yetirilməsi  üçün  şəxsə  kifayət  qədər  vaxt  verməklə  fiziki 
qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək 
(bunların  tətbiqində  ləngimənin  şəxslərin  həyatı  və  sağlamlığı  üçün  birbaşa  təhlükə 
yaratdığı,  digər  ağır  nəticələrə  səbəb  ola  biləcəyi,  qəfil  və  ya  silahlı  basqın,  döyüş 
texnikası  və  nəqliyyat  vasitələrindən  istifadə  etməklə  hücum  zamanı,  yaxud  yaranmış 
vəziyyətdə  xəbərdarlıq  edilməsi  yersiz  və  ya  qeyri
-
mümkün  olduğu  başqa  hallar  istisna 
edilir); 
77.3.2. 
bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;
 
77.3.3.  hüquqpozmanın  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsindən,  həmçinin 
göstərilən  müqavimətin  qüvvəsindən  asılı  olaraq,  təhlükənin  aradan  qaldırılması  zamanı 
vurulan ziyanın
 
minimum olmasına çalışmaq.
 
77.4.  Fiziki  qüvvənin,  xüsusi  vasitələrin  və  ya  odlu  silahın  bu  Məcəllədə  nəzərdə 
tutulmuş  hallarda  tətbiqi  yaranmış  təhlükəyə  mütənasib  olmalıdır.  Gömrük  orqanlarının 
vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər 
bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu hərəkətlərinin 
qanunauyğunluğu barədə rəy verilməlidir.
 
77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük 
orqanlarının  vəzifəli  şəxsləri  dərhal  gömrük  orqanının  rəhbərinə  və  ya  onu  əvəz  edən 
şəxsə,  sonuncu  isə,  hadisə  baş  verən  andan  24  (iyirmi  dörd)  saat  ərzində  bu  barədə 
müvafiq prokurora məlumat verməlidir.
 
77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən 
gömrük  orqanlarının  vəzifəli  şəxsləri  qanunvericiliklə  müəyyən  edilmiş  məsuliyyət 
daşıyırlar.
 
  
M a d d ə
 78. 
Fiziki qüvvənin tətbiqi
 
  
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  hüquqpozmalarının  qarşısını  almaq, 
onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya 
tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan 
binaya,  əraziyə  daxil  olmaqla,  mallara  və  nəqliyyat  vasitələrinə  yaxın  düşməyə  mane 
o
lmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane 
olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa 
üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.
 
  
M a d d ə
 79. 
Xüsusi vasitələrin tətbiqi
 
  
79.1.  Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəzifələrini  yerinə  yetirərkən 
aşağıdakı  hallarda  əl  qandalları,  rezin  dəyənəklər,  gözyaşardıcı  maddələr,  binaların 
açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və digər 
xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə