Azərbaycan respublikasinin göMRÜk məCƏLLƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix01.09.2018
ölçüsü0,86 Mb.
#66194
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

49.4.  Barəsində  qərar  çıxarılmış  şəxs  həmin  qərarın  ləğv  edilməsi  və  ya  ona 
dəyişiklik  edilməsi  haqqında  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırılır.
 
  
M a d d ə
 50. 
Məcburi qərarlar
 
  
50.1.  Şəxs  konkret  mallar  və  əməliyyatlarla  əlaqədar  malların  təsnifatını,  gömrük 
dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək 
məqsədilə  gömrük  orqanına  yazılı,  o  cümlədən  elektron
 
formada  müraciət  edə  bilər. 
Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların
 
təsnifatının,  gömrük  dəyərinin,  mənşə  ölkəsinin  və  gömrük  ödənişlərinin  məbləğinin 
müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.
 
50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış 
şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük 
orqanları üçün məcburidir.
 
50.3.  Bu  Məcəllənin  50.1
-
ci  maddəsində  nəzərdə  tutulan  qərarlar  yalnız  həmin 
qərarlar  qüvvəyə  mindikdən  sonra  gömrük  rəsmiləşdirilməsi  tamamlanan  mallara 
münasibətdə gömrük orqanları üçün məcburidir.
 
50.4.  Bu Məcəllənin  50.5
-ci  m
addəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, 
malların  təsnifatına,  mənşə  ölkəsinə  dair  məcburi  qərarlar  qüvvəyə  mindiyi  tarixdən 
etibarən  3  (üç)  il  müddətində,  malların  gömrük  dəyərinə  və  gömrük  ödənişlərinin 
məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində 
qüvvədə olur.
 
50.5. Məcburi qərarlar aşağıdakı hallarda ləğv edilir:
 
50.5.1. bu Məcəllənin 49.1
-
ci maddəsində nəzərdə tutulmuş halda;
 
50.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi 
və  gömrük  ödənişləri  ilə  bağlı  məsələləri  tənzimləyən  gömrük  qanunvericiliyində  qərarla 
ziddiyyət yaradan dəyişiklik edildikdə.
 
  
FƏSİL 10
 
GÖMRÜK ORQANLARININ, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINDAN, 
HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏRƏKƏTSİZLİYİNDƏN ŞİKAYƏTVERMƏ
 
  
M a d d ə
 51. 
Şəxsin şikayətvermə hüququ
 
  
Maraqlı  şəxslər  hüquqlarını,  azadlıqlarını  və  qanunla  qorunan  maraqlarını  müdafiə 
etmək  məqsədi  ilə  gömrük  orqanlarının,  onların  vəzifəli  şəxslərinin  qərarlarından, 
hərəkətlərindən  və  ya  hərəkətsizliyindən  bu  Məcəlləyə,  Azərbaycan  Respublikasının 
İnzibati  Prosessual  Məcəlləsinə,  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər.
 
  
M a d d ə
 52. 
Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları
 
  
52.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən 
və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.
 
52.2. İnzibati qaydada şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 
Qanununa uyğun olaraq verilir.
 
52.3. Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə 
ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə  qərar qəbul edilməlidir. 
Şikayətin  araşdırılması  ilə  əlaqədar  əlavə  sənədlər  və  materiallar  tələb  olunduqda, 
şikayətə  baxan  gömrük  orqanının  rəhbəri  tərəfindən  bu  müddət  daha  15  (on  beş)  gün 
uzadılır.
 


52.4. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir.
 
52.5. Şikayətçi gömrük orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada 
məlumatlandırılmalıdır.  Qərar  müraciət  edən  şəxs  üçün  əlverişsiz  olduqda,  onun  qəbul 
edilməsinin  səbəbləri  yazılı  formada  göstərilməli  və  şəxsə  qərarla  bağlı  yuxarı  gömrük 
orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.
 
52.6.  Bu  Məcəllənin  52.3
-
cü  maddəsində  nəzərdə  tutulmuş  müddət  ərzində  qərar 
qəbul edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət 
edilə bilər.
 
52.7.  Gömrük  orqan
larının  qərarlarından  məhkəmə  qaydasında  şikayət  (inzibati 
iddia)  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi  ilə  müəyyən  olunmuş 
qaydada verilir. 
  
 
  
V BÖLMƏ
 
GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ
 
  
FƏSİL 11
 
GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQİ STATUSU, DÖVLƏT 
VƏ SOSİAL MÜDAFİƏSİ
 
  
M a d d ə
 53. 
Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu
 
  
53.1.  Təhsil  səviyyəsinə,  peşəkarlığına,  səhhətinə,  işgüzar,  fiziki  və  mənəvi 
keyfiyyətlərinə  görə  gömrük  orqanlarına  həvalə  edilmiş  vəzifələri  yerinə  yetirə  bilən  və 
Azərbaycan  Respublikasının  dövlət  dilini  sərbəst  bilən  Azərbaycan  Respublikasının 
vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.
 
53.2. Gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikasının 
vətəndaşları  aşağıdakı  məzmunda  and  içirlər:  “Mən  Azərbaycan  Respublikası  gömrük 
orqanının vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının 
Konstitusiyasına  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  sözsüz  riayət  etməyə, 
Azərbaycan  Respublikasının  iqtisadi  suverenliyini  və  təhlükəsizliyini  müdafiə  etməyə,  öz 
xidməti  vəzifələrimi  vicdanla  yerinə  yetirməyə  və  gömrük  xidməti  intizamının  tələblərinə 
əməl etməyə and içirəm”.
 
53.3. Andiçmə mərasimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
keçirilir. 
53.4. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və 
onların  verilməsi  qaydaları  “Gömrük  orqanlarında  xidmət  haqqında”  Əsasnamə  ilə 
müəyyən edilir.
 
53.5. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. 
Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, 
onlarla  təchizat  normalarını  müvafiq  icra  hakimiyyəti  orqanı,  xüsusi  geyim  formasının 
daşınması  qaydalarını  isə  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Xüsusi  geyim 
forması və fərqlənmə nişanları pulsuz verilir.
 
53.6.  Bu  Məcəllənin  53.4
-
cü  və  53.5
-
ci  maddələrinin  müddəaları  müvafiq  icra 
hakimiyyəti orqanının  strukturuna daxil olan digər qurumların  vəzifəli şəxslərinə də şamil 
edilir. 
53.7. Gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən bu 
Məcəllə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktları  ilə  müəyyənləşdirilmiş 
səlahiyyətlərdən istifadə edirlər.
 
53.8.  Gömrük  orqanl
arının  vəzifəli  şəxsləri  hüquqazidd  qərarlarına,  hərəkətlərinə, 
hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə