Аzərbаycаn rеspubliкаsinin məRKƏZİ banki



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix17.09.2018
ölçüsü2,45 Mb.
#69074
1   2   3   4   5   6   7   8

Bank sektorunun fəaliyyət göstərdiyi mühit

6

Son  qlobal  maliyyə  böhranı  ölkələr  arasında 



böyük  həcmdə  kapital  hərəkətinin  iqtisadiyyatlara 

əhəmiyyətli təsirə malik olduğunu bir daha sübut etdi. 

Belə  ki,  əsasən  ilkin  mərhələdə  qabaqcıl  ölkələrin 

iqtisadiyyatlarında  yaranmış  böhran  vəziyyəti 

kapitalın  inkişaf  etməkdə  olan  ölkələrə  (İEOÖ) 

axması  ilə  nəticələndi.  Qlobal  maliyyə  sisteminin 

tərkib  hissəsi  olan  bu  proseslər  maliyyə  sisteminin 

dayanıqlığının təmin olunmasını ön plana çəkdi.

BVF-nin  hesablamalarına  görə,  İEOÖ

1

-ə 



yatırılmış  portfel  investisiyalarının  dəyəri  2  trln. 

dollar  həcmindədir  ki,  bunun  yalnız  84%-ə  yaxını 

inkişaf  etmiş  10  ölkə  tərəfindən  yatırılmışdır. 

Həmçinin İEOÖ-in banklarına olan tələblərin həcmi 

4 trln. dollar təşkil edir ki, bunun da 3.4 trln. dollar 

həcmində məbləği (ümumidə 71.5%) AB ölkələrinin 

payına düşür.

BVF-nin  qiymətləndirmələrinə  görə,  pul  siyasəti 

işləmədiyi  hallarda  prudensial  siyasət  vasitəsilə 

kapitalın  hərəkətinə  təsir  etmək  mümkündür.  Belə 

ki,  həyata  keçirilən  yumşaq  pul  siyasəti  kapitalın 

hərəkətində  risklərin  artması  ilə  nəticələnir  ki,  bu 

risklər də prudensial siyasət alətləri vasitəsilə aradan 

qaldırıla bilər.



Kapitalın  Hərəkətinin  İdarə  olunması  (KHİ) 

mexanizminin  kapitalın  hərəkətinə  təsiri.  Kapitalın 

Hərəkətinin İdarə olunması mexanizmi administrativ, 

vergi  və  prudensial  siyasətlə  müqayisədə  daha 

effektiv hesab olunur.

Belə olan vəziyyətdə, İEÖ-də həyata keçirilən pul 

siyasəti  və  kapitalın  hərəkətinə  nəzarət  mexanizmi 

İEOÖ-ə  yönəlmiş  maliyyə  axınlarının  həcminə 

əhəmiyyətli təsir edir.



İEÖ-də  həyata  keçirilən  pul  siyasətinin  kapitalın 

hərəkətinə  təsiri.  2009-cu  ildən  başlayaraq  bir  çox 

mərkəzi  banklarda  pul  siyasətinin  yumşaldılması 

İEOÖ-ə  kapital  hərəkətinə  təsir  etmişdir.  Əsasən 

ölkə  daxilindəki  məcmu  tələbə  istiqamətlənmiş  pul 

siyasəti  birbaşa  olmasa  da  dolayı  yolla  kapitalın 

hərəkətinə  təsir  göstərir.  Belə  ki,  həyata  keçirilən 

siyasət qiymətli kağızlar üzrə olan faiz dərəcələrinə 

təsir  etməklə  yanaşı,  iqtisadi  artımı  canlandırmaqla 

İEOÖ-ə kapital axınını sürətləndirmişdir. 

İEOÖ-də  disbalans  yaradan  amilləri  (inflyasiya, 

məzənnə  möhkəmlənməsi  və  qəfil  dayanış)  aradan 

qaldırmaq  məqsədilə  tətbiq  olunan  bu  mexanizm 

böyük həcmdə ölkəyə daxil olan maliyyə axınlarını 

tənzimləmək  üçün  istifadə  oluna  bilər.  BVF-nin 

qiymətləndirmələrinə  görə,  bu  mexanizmin  tətbiqi 

daha  çox  eyni  xarakterə  malik  ölkələr  üçün  daha 

effektiv olur. 

Haşiyə 1.  Pul siyasətinin və nəzarət mexanizmlərinin ölkələr arasında kapitalın hərəkətinə təsirləri

Mənbə: “The Multilateral Aspects of Policies Affecting Capital Flows”, BVF, 2011

1

 



Əsasən G-20-yə daxil olan 15 İEOÖ nəzərdə tutulur.


Bank sektorunun fəaliyyət göstərdiyi mühit

İnkişaf  etmiş  ölkələrdə  zəif  iqtisadi  artım  və 

qeyri-müəyyənlik  maliyyə  və  ticarət  kanalları 

vasitəsilə  inkişaf  etməkdə  olan  ölkələrə  də 

təsir  göstərir.  Belə  ki,  Çində  iqtisadi  artımın 

zəifləməsinin  əsas  səbəbi  məhz  ixracın  

azalmasıdır.  

Yüksək gəlirli ölkələrdə xüsusilə, Avrozonada 

inflyasiya  təzyiqləri  artır.  Belə  ki,  avqust 

ayında  Avrozonada  inflyasiya  pik  səviyyəyə 

çatmışdır.  Buna  səbəb  zəifləyən  iqtisadi 

aktivliyi  canlandırmaq  üçün  həyata  keçirilən 

tədbirlər  (iqtisadiyyata  likvidliyin  verilməsi, 

mərkəzi bankların yumşaq pul siyasəti və s.) və 

eyni zamanda əmtəə bazarlarındakı qiymətlərin 

artmasıdır. Onu da qeyd etmək lazımdır ki, Şərqi 

Asiya  və  Sakit  Okean  ölkələri  istisna  olmaqla 

cari  ilin  4-cü  rübündə  bir  çox  ölkələr  üçün 

inflyasiya hədəflərindən imtina etmədən iqtisadi 

artımı  qoruyub  saxlamaq  çətin  olacaqdır.  Belə 

ki,  ərzaq  və  əmtəə  qiymətlərinin  yüksəlməsi, 

məcmu  tələbin  gözlənilən  artımı  gələn  rübdə 

inflyasiyanın  məqbul  səviyyədə  saxlanmasını 

çətinləşdirəcəkdir.  Cari  ilin  yanvar-sentyabr 

aylarında  qlobal  əmtəə  bazarlarında  əmtəə 

qiymətləri  indeksi  1.7%,  ərzaq  qiymətləri 

indeksi  isə  12.6%  artmışdır.  Ərzaq  qiymətləri 

əsasən  taxıl  və  şəkər  qiymətləri  hesabına 

yüksəlmişdir.  Qiymət  artımının  əsas  səbəbləri 

iqlim  şəraiti  (quru  hava)  və  ərzaq  üzərində 

investor iştahasının yüksəlməsidir.  

Avropa  Mərkəzi  Bankı  və  Federal 

Ehtiyat  Sisteminin  likvidliyin  genişlənməsi  

proqramları,  Avropa  Sabitlik  Mexanizminin 

Almaniya  konstitusiya  məhkəməsi  tərəfindən 

dəstəklənməsi  və  digər  müsbət  amillər  cari 

ilin  3-cü  rübündə  qlobal  maliyyə  bazarlarında 

aktivliyi  artırmışdır.  İnvestorların  riskdən  qaç-

ma göstəricisinin yaxşılaşması ilə yanaşı, inkişaf 

etməkdə olan ölkələrin kredit defolt svoplarının 

spredi

2

 də daralmışdır. Spredlərdə ən çox azalma 



Avropa və Latın Amerika periferiyasında qeyd 

olunmuşdur. 

Maliyyə  və  iqtisadi  vəziyyətin  qeyri-

sabitliyi bank aktivlərinin keyfiyyəti və kapital 

üzərindəki təzyiqləri artırmışdır. Maliyyələşmə 

kanallarına  çıxışın  çətinləşməsi,  suveren  stress 

və  zəif  iqtisadiyyat  bankların  gəlirliliyini  də 

azaldır.


İEÖ-də  büdcə  konsolidasiyası,  kövrək 

maliyyə  sistemi  və  qeyri-müəyyənlik  iqtisadi 

artımın  növbəti  ildə  də  zəif  olması  ehtimalını 

artırır.  Beynəlxalq  Valyuta  Fondunun  2013-cü 

il  üçün  proqnozlarında  qeyd  olunur  ki,  İEÖ-

Mənbə: Beynəlxalq Valyuta Fondu

7

Mənbə: Beynəlxalq Valyuta Fondu

2

 

Kredit defolt svopu (credit default swap, CDS) — kredit derivativi və ya razılaşmasıdır. Razılaşmaya əsasən “Alıcı” birdəfəlik və ya mütəmadi qaydada CDS-n “Satıcı”sına 



komissiya (mükafat) ödəyir. “Satıcı” isə qabaqcadan müəyyən olunmuş “Kredit hadisəsi” baş verdikdə “Alıcının” üçüncü tərəfə verdiyi krediti ödəmək öhdəsini öz üzərinə 

götürür.  



Mənbə: Beynəlxalq Valyuta Fondu


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə