Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   2   3   4   5   6   7   8   9   ...   33

 

8 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Xorxe Luis Borxes 

 

Qum kitabı 

 

(hekayə-pritça) 

“Sənin qum kanatın...”  

Corc Herbert 

 

    Xətt  saysız-hesabsız  nöqtələrdən  ibarətdir:  külli-miqdarda  xəttlərdən  müstəvi,  sonsuz 

müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur...   

Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən yaxşı – geometrik – vasitə deyil. Hər 

hansı  bir  uydurulmuş  hadisə  belə  duruşların  ədalətliliyini  sübut  edə  bilər.  Mənim  indicə 

danışdıqlarım isə heç də uydurma deyil... 

Buenos-Ayresin  Belqrano  küçəsindəki  binaların  birinin  dördüncü  mərtəbəsində  mənzil 

kirayələyib tək yaşayıram. Bir neçə ay bundan öncə axşamdan azca keçmiş qapının döyüldüyünü 

eşitdim. Qapını açdım və astanada tanımadığım bir adam gördüm. Bu, ucaboylu üzünün çizgiləri 

ilə başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, mən yaxını pis görürdüm deyə, 

onun simasındakı cizgiləri qarışdırdım. Əlində boz çamadan, əynində boz rəngli paltar geyinmiş 

bu adam çox təvazökar görsənirdi. Beləcə, mən o dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir. 

Əvvəlcə  naməlum  şəxs  mənim  gözümə  qoca  görsəndi:  lakin  bir  qədər  sonra  onun  az-az  rast 

gəlinən,  lap  skandinaviyalılar  kimi  parıldayan  işıqlı  simasına  və  saçlarına  aldandığımı  başa 

düşdüm. Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm üçün aydınlaşdırdım ki, onun əsli 

Orkney adlarındandır.  

   Mən  yad  adamı  içəri  çağırıb  oturmağa  stol  təklif  etdim.  Danışmazdan  əvvəl  o,  nəyə  görəsə 

bir qədər susdu. Nədənsə çox kədərli görünürdü: indi mən də elə o vəziyyətdəyəm. 

-  Mən “Bibliya” satıram, - qəfildən o dilləndi. 

-  Bu  evdə,  Con  Viklif  tərəfindən  ilk  dəfə  nəşr  edilən  də  daxil  olmaqla,  bir  neçə  ingilisdilli 

“Bibliya” var, – həddindən artıq vasvasılıqla qeyd etdim, - mən hələ Kiprianno de Valerin bədii 

nöqteyi-nəzərdən  ən  pisi  sayılan  Lüteran  və  Vulqatın  Latınca  “Bibliya”larını  demirəm. 

Göründüyü kimi, mənim siz düşündüyünüz qədər də, “Bibliya”ya ehtiyacım yoxdur.  

Bir qədər susandan sonra dedi:  

- Mən, sadəcə, “Bibliya” satmıram. Sizə Bikaner ətrafında əlimə düşən müqəddəs bir kitabı da 

göstərə bilərəm. Çox güman ki, həmin kitab sizin marağınıza səbəb olar. 




 

9 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

O,  çamadanından  kitabı  çıxardı  və  masanın  üstünə  qoydu.  Bu,  kətan  üz-qabıqlı  inoktavonun 

hansısa bir cildi idi. Şübhə etməyə dəyməzdi ki, bu kitabın çoxsaylı sahibi olmuş və o, əldən-ələ 

keçmişdi.  

Kitabın üz-qabığında bu sözlər həkk edilmişdi: 

 “Müqəddəs yazılar” və bir qədər aşağıda isə qeyd olunmuşdu: “Bombey” 

- Yəqin XIX əsrə aiddir, - soruşdum. 

- Bilmirəm, - o, cavab verdi, - düzü, heç özüm də müəyyənləşdirməmişəm. 

Mən  sadəcə  maraq  xatirinə  kitabı  açdım.  Səhifələrdəki  hərflər  gözümə  çox  qəribə  görsəndi. 

Lap “Bibliya”dakı kimi, köhnəlmiş səhifələrdə səliqəsiz yığılmış şiriftlər iki cərgə aşağı gedirdi: 

kiçik  hərflər  qısa  sətirlərə  düzülmüşdü.  Mən  müşahidə  edib  gördüm  ki,  sol  səhifənin  nömrəsi, 

tutalım, 40514 qeyd edilmişdirsə, əks tərəfdə yəni sağ səhifənin nömrəsi 999 göstərilmişdi. Tez 

səhifəni çevirdim – burada artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.  

Burada,  həmçinin,  lüğətlərdəki  rəsmləri  xatırladan,  sanki  hansısa  məktəblinin  yöndəmsiz  əl 

işinə oxşar – pero və mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.  

Bu zaman yad adam dilləndi:  

- Şəkilə diqqətlə baxın. Siz onu bir də heç vaxt görməyəcəksiz. 

Səhifənin nömrəsini yadımda saxlayaraq kitabı bağladım və dərhal onu təzədən açdım. Lövbər 

şəklini tapmaq məqsədilə mənasız yerə səhifəni səhifənin arxasınca çevirdim. 

 -  Görünür  bu  Müqəddəs  Yazıların  hind  dilinin  ləhcələrinin  birinə  edilmiş  tərcüməsidir,  elə 

deyilmi? – özümü itirdiyimi gizlətməyə çalışaraq soruşdum. 

- Xeyr, -  kişi cavab verdi. Sonra sanki hansısa dəhşətli bir sirri mənə açmaq istəyirmiş kimi, 

səsini alçaldaraq əlavə etdi: - Uzaqlarda yerləşən şəhərcikdə bir ətək rupi və təptəzə “Bibliya”ya 

dəyişərək bu kitabı əldə etmişəm. Kitabın yiyəsi oxumağı bacarmırdı.  Güman edirəm ki, həmin 

adam bu Kitablar Kitabını cadu hesab edirdi. O, aşağı kastadan çıxmışdı və məhz buna görə də 

yuxarı  sinfin  toxunulmazları  özlərini  ləkələməkdən  qorxmadan  onun  kölgəsini  tapdalaya 

bilərdilər.  Mənə  dedi  ki,  onun  kitabı  Qum  Kitabı  adlanır,  çünki  kitabın  da,  qumun  da,  nə 

başlanğıcı, nə də ki, sonu var... 

Naməlum qonaq məndən xaiş etdi ki, kitabın ilk səhifəsini tapım. 

Sol  əlimi  cildin  üz-qabığına  qoydum  və  baş  barmağımla  titul  səhifəsini  sıxaraq  kitabı  açdım. 

Sonra  bir  də  çalışdım.  Ancaq  bütün  cəhdlərim  boşa  çıxırdı.  Hər  dəfə  üz-qabıqla  barmağım 

arasında bir neçə vərəq peyda olurdu: sanki onlar kitabdan yenicə yaranırdılar.  

- İndi isə sonuncu səhifəni tapın. 

Mən yenə də uğursuzluğa düçar oldum.  

“Bu, ola bilməz”, - özüm də öz səsimi tanımadan mızıldandım.  



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə