Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 

22 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

istəyirdim. Fikirləşirdim ki, itlər və atlar insanın verdiyi ayrı-ayrı əmrləri anlaya bilirlər. Bəzi 

quşlar, məsələn, tutuquşu isə hətta bütöv sözləri və cümlələri təkrarlayır. İnsan ağlı nə qədər 

ibtidai və cilalanmamış olsa da, hər halda şüursuz məxluqların bacardıqlarından böyük şeylərə 

qadirdir.  

Vəhşi o qədər miskin və zavallı vəziyyətdə idi ki, mənə „Odisseya”dakı zəiflikdən can verən 

qoca və xəstə iti-Arqusu xatırlatdı. Öz-özlüyümdə onu Arqus adlandırdım və heç olmazsa, adını 

öyrətməyi qərara aldım. Lakin nə qədər çalışsam da, hər dəfə uğursuzluğa düçar olurdum. Bütün 

cəhdlərim boşa gedirdi. Səbrliliyim, sərtliyim, onu nəyəsə məcbur etməyə çalışmağım heç bir 

fayda vermirdi. Hərəkətsizliyi, donuq baxışları ilə tamam başqa bir aləmdə idi. Az qala qulağına 

qışqırdığım sözlərin heç birini eşitmirdi. O, yaxında dayanmışdı, amma həm də çox uzaqda idi. 

O, elə bil lavadan düzəldilmiş balaca, dağılıb getməkdə olan sfinks kimi qumun üzərində 

uzanmışdı və göylərin sübh şəfəqlərini qürub qızartıları ilə əvəz etməsinə laqeydliklə baxırdı. 

Qəti əmin idim: vəhşi nə istədiyimi başa düşməyə bilməzdi. Yadıma efioplarla bağlı bir məsələ 

düşdü. Onlar meymunların yalnız işə buyrulmamaq üçün qəsdən danışmadıqlarına ürəkdən 

inanırlar. Arqusun sükutunu da mən həmin qorxu və inamsızlıqla izah edirdim. Sonra ağlıma 

daha qeyri-adi fikirlər gəldi. Bəlkə biz Arqusla tamamilə başqa-başqa dünyanın adamlarıyıq, hər 

şeyi eyni şəkildə qəbul etsək də bütün bunlar Arqusda tamamilə fərqli asossasiya doğurur? Bəlkə 

də onun təsəvvüründə heç bir şey mövcud deyil, sadəcə bunların yerini ani təəssüratların 

başgicəlləndirici və arasıkəsilməz oyunu tutur? Fikirləşdim ki, bu yaddaş və zaman 

anlayışlarının itirildiyi bir dünya ola bilər. İsimlərin mövcud olmadığı, yalnız fellərin və hər 

hansı şəkilçi qəbul etməyən epitetlərin işləndiyi bir dili təsəvvürümdə canlandırmağa çalışdım. 

Beləcə günlər, onların ardınca isə illər biri-birini əvəz edirdi. Və bir səhər xoşbəxtliyə bənzəyən 

hadisə baş verdi. Yağış yağdı, arasıkəsilməz və güclü yağış... 

Gecələr səhrada hava bəzən soyuq olur. Həmin gecə isə elə bil tonqal qalanmışdı. Qarabasmanın 

təsiri ilə düşünürdüm ki, məni bu qızmar səhradan götürüb aparmaq üçün üstümə böyük bir çay 

axır (bir zamanlar o çaydan tutduğum balığı qaytarıb yenidən suya atmışdım). Sarı qumda uzanıb 

başımı qara daşın üstünə qoymuşdum. Xəyalımdakı çayın mənə yaxınlaşmasını, məni ağuşuna 

alıb aparmasını gözləyirdim. Göy üzünün birdən-birə açılması və yağışın şıdırğı səsi xəyallarımı 

yarıda qırdı. Lüt anadangəlmə halda daldalandığım mağaradan bayıra çıxdım. Artıq dan 

sökülürdü. Özlərini məndən heç də az xoşbəxt hiss etməyən tayfa əhli çılpaq bədənlərinin yağış 

damlaları ilə təmasından az qala dəli olmaq dərəcəsinə gəlmişdilər. Arqus ilahi lütfə nail olmuş 

Kibela kahinləri kimi gözlərini səmaya zilləyərək yavaşca zarıyırdı. Onun sifətindən üzü aşağı 

axan damlaların yalnız yağış suyu deyil, həm də göz yaşı olduğunu sonralar öyrənə bildim. 

Arqus!-deyə üzümü ona tərəf tutub qışqırdım: - Arqus! 



 

23 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Və elə bu zaman Arqus sevinc içərisində sanki çoxdan yerini unutduğu, itirdiyi bir şeyi tapıbmış 

kimi dalbadal bu sözləri dedi: Arqus! Ulissin iti. Sonra isə mənə baxmadan əlavə etdi: Zibilliyə 

atılmış köpək. 

Biz reallığı çox asanlıqla qəbul edirik. Bəlkə də ona görə ki, intuitiv şəkildə heç nəyin əslində 

mövcud olmadığının fərqindəyik. Arqusdan „Odisseya” haqqında nə bildiyini soruşdum. 

Yunanca danışmağa çətinlik çəkirdi. Sualımı bir də təkrarlamalı oldum.  

Çox az şey bilirəm,- dedi. -Hətta ən istedadsız rapsoddan da az! Bu dastanı yazdığım dövrdən 

min yüz ildən də çox vaxt keçib. 

 

IV 



 

Hər şey elə həmin gün aydın oldu. Sən demə Ölməzlər troqloditlərin özləri, boz-bulanıq sulu 

qumlu irmaq isə atlının axtardığı həmin çay imiş. Şöhrəti Qanqa qədər gedib çıxan Şəhər doqquz 

əsr bundan əvvəl dağıdılıbmış. Onun qalıqlarından, tör-töküntülərindən elə həmin yerdə 

içərisində olduğum əcaib tikilini ucaltmışdılar. Bu artıq Şəhər deyil, ona parodiya idi. Bu 

dünyanı idarə edən ağılsız allahların şərəfinə tamam baş-ayaq ucaldılmış bir məbəd də sayıla 

bilərdi. Bizə bəlli olan bir şey vardısa o da həmin allahların insanlara bənzəməmələri idi. 

Gördüyüm tikili isə Ölümsüzlərin əllərinin toxunduğu sonuncu rəmz idi. Bundan sonra yeni 

mərhələ başlanırdı. Artıq hər cür iş və hərəkətin mənasızlığı fikrinə gələn Ölümsüzlər bütün 

vaxtlarını yalnız fikirləşməyə, yalnız ətraf aləmin seyrinə dalmağa sərf etmişdilər. Onlar əzəmətli 

tikilini başa çatdırmış, sonra isə yerli-dibli unutmuşdular. Məhz bu səbəbdən də yaşamaq üçün 

təkrar mağaralara qayıtmışdılar. Sonra bütünlüklə inzivaya çəkilərək ətraf aləmi dərk etmək 

qabiliyyətini itirmişdilər.  

Bütün bunları Homer körpə uşağa nağıl danışırmış kimi mənə danışdı. Özünün qocalıqdakı 

həyatını anlatdı. Ulissin səyahətinə bənzəyən son səyahətindən, dənizin mövcudluğundan 

xəbərsiz qalan, əti duzlamadan yeyən, avarın nə olduğunu bilməyən adamları axtarıb tapmaq 

arzusundan söhbət açdı. Yüz ildən çox Ölümsüzlər Şəhərində yaşamışdı. Şəhər dağıdılandan 

sonra həyətində dayandığım əcaib tikilinin inşası da onun ideyası olmuşdu. Burada qeyri-adi nə 

isə axtarmağa lüzum yoxdur. Homerin əvvəlcə Troya müharibəsini, sonra isə siçanlarla 

qurbağaların savaşını tərənnüm etməsi tarixdən bəllidir. O da eyni ilə əvvəlcə Kainatı, sonra isə 

Xaosu yaradan Allah kimi hərəkət etmişdi.  

Ölməzlərin həyatı başdan-başa boşluqdan ibarətdir. Əslində insandan başqa bütün canlı varlıqlar 

ölümsüzdürlər. Çünki onların ölüm haqqında təsəvvürləri yoxdur. Özünü ölümsüz hiss etmək isə 

həm ilahi duyğudur, həm də dəhşətdir, ağlasığmaz bir şeydir. Mən fikir vermişəm ki, dini 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə