Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   25   26   27   28   29   30   31   32   33

 

85 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından başlayaraq bəşəriyyətin guya taleyinə təsir 



göstərə biləcək hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi ehtimalının sıfıra düşməsi 

ilə bağlı tarixin öz hərəkətini başa vurması va onun posttarix (tarixsonrası) mərhələyə qədəm 

basması haqqında müxtəlif kontekstlərdə mülahizələr söylənilməsi ilə nəticələndi. Fransız 

postmodernist fikrinin erkən nümayəndələrindən olan M.Blanşo yazırdı: “Biz bu və ya digər 

dərəcədə ömrünü başa vurmuş tarixin kontekstində yaşayırıq, hamımız yanımızdan axıb keçmiş, 

artıq qurumuş çayın qırağında hərəkətsiz oturmuşuq”. 

 

Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə yayğın, blr-birilə əlaqəsi olmayan dağınıq 



hadisələri bir araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa cəhd göstərən mifdən 

başqa bir şey deyildir. Bədii fikir sahəslndə isə roman analoji funksiyanı yerinə yetirir və bir növ 

tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi bağlılıq olması haqqında illüziyasını bədii 

obrazlar vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna görə də “tarix əsri eyni zamanda roman 

əsri” (J.Bodriyar) hesab oluna bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki, tarixin və romanın 

məhz XIX əsrdə - bəşər nəslinin ən çox illüziyaya qapıldığı yüzillikdə - inkişaf etməsi təsadüfi 

deyildir. 

 

Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti şərhindən, tarixi prosesin hər hansı 



bir məntiqə və məqsədə malik olması ideyasından qəti imtinadır. 

Müasir amerikan filosofu F.Fukuyama bir qədər də qabağa gedərək belə hesab edir ki, əgər tarix 

dövründə brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir məntiqə sığmayaraq gah 

gözlənilmədən bir-birini inkar, gah da təsdiq edən hadisələrin cərəyan etməsi müşahidə 

olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam durğunluğun hökm sürməsi ilə xarakterizə 

olunur. Alimin fikrincə, indən belə bəşər nəslinin taleyinə əhəmiyyətli şəkildə təsir göstərə 

biləcək hər hansı bir hadisənin meydana gəlməsi ehtimalı istisna olunur. 

 

Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər mədəniyyət tarixini üç mərhələyə bölür: 



birincisi, mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi təsəvvürlərin formalaşdırdığı 

dövr və nəhayət, üçüncüsü, postmodernist dövr. 

Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə boyu hərəkəti xatırladır; eyni hadisələr 

dönəm-dönəm, il-il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman çevrəsinin hüdudlarını 

aşmaq, bir-birini təkrar-təkrar izləyən hadisələrin təsbit olunmuş nizamını qırmaq qeyri-

mümkündür. 




 

86 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri xətt boyu hərəkəti yada salır; hər bir 



hadisə cəmisi bircə dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini ardıcıl şəkildə izləyən 

hadisələr muncuq sayağı düz xətt kimi uzanıb gedən sapın üzərində düzülür. 

 

Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə oldugu klmi, bəşər nəslinin keçmişin 



tabeçiliyində olması iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür olunur; keçmişdə 

baş vermiş muncuq-hadisələr hara gəldi səpələnir, “əvvəl-sonra”, məntiqi ardıcıllıq prinsipinə 

tabe olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti düzümü bərpa etmək - zamanın 

qırılmış sapını düyünləmək qeyri-mümkün olur. 

 

Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən modernist zaman təsəvvürlərinə uyğun deyil. 



Eyni zamanda, postmodernizmin ənənəvi zaman konsepsiyasından imtinası mifoloji çevrə 

təsəvvürlərinin də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə münasibət ayrı-ayrı, 

bir-birindən təcrid olunmuş, bir-birilə əlaqəsi olmayan hadisələri şərh etmək, onları sitata 

çevirmək şəklində özünü büruzə verir ki, bu da onun zaman konsepsiyasının elmi-ənənəvi və 

modernist konsepsiyaları arasında orta mövqe tutmasından xəbər verir. 

 

Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-birinə bağlı olan hadisələrdən ibarət 



keçmişi itirmiş postmodernist zaman konsepsiyası şaquli məhvərdən məhrum olur, indiki zaman 

hüdudları ilə kifayətlənməyə məcbur olur. Çağdaş dövrdə insan “diaxron yox, sinxron zamanda 

yaşayır” (Ceymison). 

 

Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası təkcə zamanın xəttilik prinsipinin təsdiqi 



deyil; bu konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq bir sonu olması) prinsiplərinin 

təsbit olunmasına gətirib çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə malik olması ideyasının 

təsdiqi ilə nəticələnir. 

 

Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə həm diaxron, həm də sinxron kəsimlərdə 



vahid məntiq axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də gələcəyini bütövlükdə 

ehtiva edərək əvvəlcədən müəyyən edilmiş istiqamətə aparmasını iddia etmək kökündən səhvdir. 

Fransız postmodernist fikrinin ən görkəmli nümayəndələrindən biri olan M.Fuko yazırdı: 

“Dünya bir-birindən doğmayan, bir-birini izah etməyən, bir-birini tamamlamayan hadisələrin 

çulğalaşmasıdır. Onun əvvəlini-axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə gəlir ki, bizim 



 

87 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

bugünkü durumumuz dəruni niyyətlərə, əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb 

edirik ki, bizi buna inandırsınlar. Bu qətiyyən mümkün deyil; biz, əslində, ilkin koordinatlardan 

məhrum saysız-hesabsız hadisələrin içərisində yaşayırıq”. 

 

Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin içərisində yaşamağa, daim onlarla 



üzləşməyə məhkum olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə çalışır. 

 

Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan halda bəşər nəslinin artıq keçdiyi və 



bundan sonra keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini müəyyən etmək qeyri-

mümkündür. 

 

Vaxtı ilə Hegelin “dünya idrakının hiyləgərliyi” kimi dəyərləndirdiyi “tarixin istehzası” 



fenomeni, postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının tarixi proseslərə 

əvvəlcədən düşünülmüş və məntiqi baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək 

cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək niyyətləri daim boşa çıxır. 

 

Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə xidmət etməsi illüziyasından heç cür 



yaxa qurtara bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə idarə edə bilər. Platondan 

bəri saysız-hesabsız utopiyalar, XX əsrdə yaranmış bütöv bir futurologiya elmi məhz bu zəmində 

təşəkkül tapmışdır. Halbuki tarix bizi daim barmağına dolayır, hadisələr təşəkkül tapan kimi 

dərhal nəzarətimizdən çıxır, əvvəlcədən onlara sırıdığımız məntiqə tabe olmayaraq 

gözlənilmədən, bəzən bir-birini təsdiq, bəzən də inkar və rədd edir, ağlımıza belə gəlməyən 

kombinasiyalar əsasında bir-blrilə birləşirlər. Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara 

bəslədiyi ümidləri dogrultmur, heç vaxt sonda əldə olunan nəticələr bizim ilkin niyyətlərimizlə 

üst-üstə düşmür. Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər problemin həllinin 

mümkünlüyü ilə bağlı əvvəlcə illüziya yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir və 

gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin qarşısını alır. 

Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni bir ideyanın, yaxud konsepsiyanın 

yaranmasını qeyri-mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün sözlər deyilmiş, bütün 

insan düşüncələri və hissləri ifadə olunmuşlar. Biz təkrar-təkrar vaxtı ilə artıq baş vermiş 

hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, deyilmiş sözləri deməyə məhkumuq. Bu isə 

postmodernist dönəmdə yaşayan insanı keçmişdən tam asılı vəziyyətə salır. 

 



 

88 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto Eko belə hesab edir ki, postmodernizm 

modernizmdən fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir; əgər bu gün baş verən və 

yaxud sabah baş verə biləcək hər hansı bir hadisəni dəyişdirmək və hətta ləğv etmək olarsa, 

keçmişi məhv etmək qəti qeyri-mümkündür… Belə olan halda, keçmişi nəzərə almamaq, onun 

təsir dairəsindən yan keçmək olmur. Keçmiş daim bizim həyatımıza müdaxilə edir, hisslərimizi 

və düşüncələrimizi istədiyi kimi dəyişdirir. Onun təcavüzündən yaxa qurtarmaq, onu 

neytrallaşdırmaqdan ötrü həzm-rabedən keçirmək, onu özününküləşdirmək lazımdır. Bu isə 

yalnız keçmişi eyni zamanda həm inkar, həm təsdiq etmək, ona həm ciddi, həm də qeyri-ciddi 

münasibət bəsləmək əsasında mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza əsasında 

köklənə bilər. İstehzanın postmodernist fəlsəfi-estetik və bədii fikirdə struktur və münasibət 

formalaşdıran funksiyası bununla izah olunur. 

 

Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki üsulu kimi hələ Sokrat tərəfindən geniş 



şəkildə istifadə olunan istehza zaman-zaman transformasiyaya uğramış, hadisələrə ikili, 

haçalanmış münasibət prinsipinə riayət etmək şərtilə müxtətif, bəzən diametral şəkildə bir-birinə 

əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Postmodernist istehza onların hamısı ilə 

bu və ya digər dərəcədə baglıdır və həmin ənənələrə əsaslanır. Lakin bununla yanaşı, 

postmodernist istehza ilk növbədə XVIII əsrin əvvəllərində alman estetik fikrində təşəkkül 

tapmış romantik istehza konsepsiyasının bədii-fəlsəfi inkişaf spiralının yeni, çağdaş burumunda 

qayıdışı kimi dəyərləndirilə bilər. Məlum olduğu kimi, alman romantizmində (Şlegel 

qardaşlarının, müəyyən mənada Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin mahiyyətinin 

açıqlanmasının və həmçinin guya antik dövrdə mövcud olmuş, lakin sonralar Avropa 

sivilizasiyası tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün və universallığının bərpa olunmasının 

əsas bədii vasitəsi hesab olunurdu. 

 

Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual planla “romantik istehza”nın əleyhinə 



çıxış edərək belə hesab edirdi ki, istehza son nəticə etibarilə “mən”in özünə qapanması, onun 

bütün ətraf aləmlə əlaqələrinin qırılması vasitəsinə çevrilir. Həm dünyaduyum forması, həm də 

bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-estetik fikirdə tamamilə yeni hadisə olsa 

da, Hegelin vaxtı ilə romantik istehzanın özgələşdirici təbiəti ilə bağlı söylədiklərini ona da şamil 

etmək olar. Əhatə dairəsi etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron kəsimlərdə 

mövcud olan bütün dəyərlərə təsdiqedici - inkaredici mövqedən yanaşan postmodernist istehza 

total özgələşmə üçün şərait yaradır. 

 



 

89 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Postmodernist istehza konsepsiyasının hadisələrə təsdiqedici-inkaredici münaslbəti bəzən ilk 

baxışdan onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri izah və həll etməyə yardım edir. 

Esselərinin birində Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə ənənəvi olaraq öz adı ilə 

“möhür basması”nı sənətkar şəxsiyyətinin ikiləşməsi kimi yozur. Mən isə bir vaxtlar bu faktı 

şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. Bu ilk baxışdan bir-birinə zidd 

mülahizələrdən görəsən hansı dogrudur? Axı həqiqətən də sənətkar bir tərəfdən öz adını 

çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, məhz ona - Füzuliyə məxsus olduğunu 

vurğulayır. Lakin digər tərəfdən bu əməllyyatla şair iki cür düşünən, iki müxtəlif dünyagörüş 

mövqeyində dayanan, biri müraciət edən, digəri birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır - 

özünütəsdiq özünüinkara çevrilir. Göründüyü kimi, hər iki konsepsiyada həqiqət var, lakin eyni 

zamanda, onlar bir-birinə ziddir. Yalnız postmodernist istehza işığında bu iki mövqe arasında 

ziddiyyət yoxa çıxır; onlar çulğalaşır, birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist 

ruhunda istehzalı münasibət bəsləyir. Məhz sənətkarın özünə bu cür münasibəti ona aciz, 

məhdud Füzulini ilahi məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində təsvir etmək 

imkanı verir. Yeri gəlmişkən, Füzuli yaradıcılığının postmodernist konsepsiya baxımından şərhi 

onun ilk baxışdan birölçülü və birtərəfli ciddi görünən əsərlərində tamamilə yeni semantik ovqat 

laylarının aşkarlanmasına gətirərdi. 

 

U.Eko postmodernist situasiyanı, daha doğrusu, postmodernnizmin dünya mədəniyyətinə 



diaxron-sinxron planda münasibətini komplekssiz intellektual kişinin intellektual qadına 

məhəbbətini izhar etməsinin mümkün formasının timsalında izah etməyə cəhd edir: “Kişi bilir ki, 

qadına “mən səni dəlicəsinə sevirəm” sözləri ilə müraciət edə bilməz. Çünki o bilir ki, bu 

sözlərin artıq Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın da bilir ki, kişi bundan 

məlumatsız deyil.) Amma buna baxmayaraq, bu vəziyyətin özündə də çıxış yolu mövcuddur. 

Kişi deyə bilər ki, “Liala demişkən, mən səni dəlicəsinə sevirəm”. Bax, beləcə kişi saxta 

məsumluqdan yan keçərək və aydın şəkildə indən belə məsum söhbətlərin alınmayacağını ifadə 

edərək eyni zamanda qadını sevdiyini, hətta məsumluğun yoxa çıxdığı zamanda belə sevməkdə 

davam etdiyini bildirir. Onların hər ikisi bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv 

edilməsi qeyri-mümkün olan keçmişin onlara meydan oxumasını qəbul edirlər. Onların hər ikisi 

şüurlu şəkildə və məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin bununla onlar bir daha 

məhəbbət haqqında danışmaq imkanı əldə edirlər”. 

 

Beləliklə, postmodernist sənətkar dünyaya total istehza münasibət üsulundan istifadə edərək 



oxucunu iqtibas etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında məlumatlandırmağa, hər halda, 


 

90 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

dediklərinin ona məxsus olmadığını bildirməyə, həm də eyni zamanda, həm sitat gətirdiyi yaxud 

iqtibas etdiyi müəllifi, həm potensial oxucularının hamısını, həm də xüsusilə özünü barmağına 

dolayıb ələ salmalı olur. Oxucu da bütün sözü gedən mənbələrə və özünə analoji münasibət 

bəsləməyə məcbur olur. Bununla ciddilik müasir dünyanın strukturundan sıxışdırılıb çıxarılır və 

total istehza bərqərar olur. 

 

Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik və qəti inkara çevrilmir. Məhz buna 



görə də satiradan fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, yaradıcı potensiala 

malikdir. 

 

Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün deyilsə, əgər biz vaxtı ilə kimlərinsə 



dediklərini sitat gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu və ya digər müəllifə 

məxsus olması haqqında təsəvvürlərin özləri də köklü şəkildə dəyişməlidir. Ənənəvi tənqiddə 

əsərin müəllifi onun bütün məzmununu, bütün mümkün məna variantlarını müəyyənləşdirən, özü 

isə əsərin hüdudlarından kənarda yerləşən xarici instansiyadır, bir növ yaratdığı “bədii dünyanın 

Allahıdır” və eyni zamanda, əsərinin bu gün və gələcəyin istənilən məqamında çıxarılan və 

çıxarıla biləcək bütün nəticələr üçün məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən xarici 

instansiya rolunu oynamasını və Allah statusunu nəzərə alaraq R.Bart yazırdı: “Xarici səbəb 

bütün başqa səbəblərdən daha artıq səbəbdir”. 

 

Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər oxucu (sonralar öz əsərini yenidən 



nəzərdən keçirən sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış prosesində yeni, son 

dərəcə rəngarəng məna çalarları, ağlasığmaz məzmun kəsb edib gözlənilməz assosiasiyalara 

rəvac verə bilər. 

 

Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum olmuş sənətkar əslində 



əsər yox, mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması postmodernizmin aparıcı 

kateqoriyalarından biri olan dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida tərəfindən təklif 

olunan bu neologizm “destruksiya” (”dağıtma”, “sökmə”) və “konstruksiya” (”quraşdırma”, 

“tikmə”) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində meydana gəlmişdir. Dekonstruksiya 

prinsipi oxucuya mətni bütün mümkün müstəvilərdə - kompozisiya, süjet, üslub, psixologiya və 

sairə baxımdan sökmək və özümlü şərh əsasında yenidən yığmaq imkanı verir. Əslində hər bir 

oxucu mətnin yaradıcısı statusunu qazanır. Məhz buna görə də “hər bir mətn daim (oxucu 

tərəfindən. - Q.Q.) burada və indi yazılır”„. (R.Bart). 




 

91 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində, 



postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən qoyulmuşdur; 

tədqiqatçı F.Dostoyevskinin “polifonik” (çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun 

əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud olan mətnlərlə dialoqa 

girməsi fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən görkəmli nümayəndəsi 

H.Gadamer də özünün “Həqiqət və metod” əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə 

yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir yerdə həqiqəti ortaya qoyur. 

Filosofun terminologiyasında “deyim” və “mətn” sinonim anlayışlar olduqlarına görə, onun da 

mətnin yalnız başqa mətnlərin kontekstində mövcud olması ideyasından çıxış etməsi nəticəsinə 

gələ bilərik. Bu faktların əsasında fransız postmodernist fikrinin nümayəndəsi Y.Kristeva 

“intertekstuallıq” anlayışını irəli sürmüş və göstərmişdir ki, “hər bir söz (mətn) başqa sözlərin 

(mətnlərin) kəsişdiyi yerdir”. Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər 

mətnlərin eklektik toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar 

etdikləri meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif 

semantik qəlpələrin çulğalaşıb üzvi vəhdət təşkil etdir...  

 

Qaynaq: 


http://xariciedebiyyat.azeriblog.com/2008/12/13/qorxmaz-quliyev-filoloji-elmler-

doktoru


   

 

 



 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə