Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   25   26   27   28   29   30   31   32   33

 

83 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

yönümlü problemlərin qoyuluşunun və həllinin aparıcı modeli dəyişdi. Bu, dünyanı dərkin bütün 

sahələrində köklü inqilabi dəyişikliklərin başlanğıcı idi: son dərəcə yaxın, bəzən hətta analoji 

metodoloji prinsiplərə əsaslanan sinergetikanın və postmodernizmin təşəkkülü və inkişafı 

gerçəkliyin bütün hadisələrinə eyni mövqedən nəzər salmağa, onları tamamilə yeni rakursdan 

araşdırmağa və dəyərləndirməyə gətirib çıxartdı. Əsasən təbiət hadisələrində özünütəşkil 

prosesləri və açıq şistemlər haqqında elm olan sinergetika təbiət elmlərində, cəmiyyətlə və bədii-

estetik fikirlə bağlı bütün elmləri əhatə edən postmodernizm humanitar düşüncədə tədricən 

hakim mövqe tutmağa başladılar. Gerçəkliyin hadisələrinə metodoloji münasibət baxımından 

yaxın olan bu elmi konsepsiyalar çox zaman çulğalaşır, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini 

rəhbər tutaraq əvvəlki modernist paradiqmanın əsasında həlli qeyri-mümkün olan bir sıra 

mürəkkəb problemlərin mahiyyətini aydınlaşdırmağa nail olurlar. Gerçəkliyin elmi və bədii-

obrazlı dərki tarixində ilk dəfə vahid paradiqma və yaxud ona çox yaxın olan münasibət tipi 

yarandı. M.A.Mojeyko həm sinergetika, həm də postmodernizm üçün müştərək olan və onların 

ümumi paradiqmasından ötru zəmin yaradan ilkin şərtləri aşağıdakı kimi müəyyənləşdirmişdir: 

 

1. Hadisənin unikal xarakter daşıması (kosmologiyada T0 zamanda “Böyük partlayış”ın baş 



verməsi, biologiyada həyatın əmələ gəlməsi fenomenlərinin analoqunun olmaması, çağdaş 

ekzistensializm və personalizm konsepsiyalarında fərdiyyətin unikallığının təsdiqi); 

2. Dünyanın statik dərkindən onun dinamik dərkinə keçid; 

3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində, həm də humanitar elmlərdə subyektin 

aparıcı rolunun vurğulanması; bədii əsərin qavranılması prosesində oxucunun ön plana 

çıxarılması; 

4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz qarşıdurmanın aradan götürülməsi; 

5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata keçirilməsi; “varlığın vahid düsturu” 

axtarışlarından imtina; 

6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi durum və formanın əvvəlcədən dəqiq 

şəkildə müəyyənləşdirilməsi cəhdləri ideyasından onların mümkün proqnozlarının verilməsi 

ideyasına keçid; 

7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər hadisənin izahı üçün kontekstdən 

istifadənin rolunun artması. 

 

Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının yaranması humanitar yönümlü elmlərə də təsir 



etdi; onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu: predmetin ümumiliyi ilə bir-birilə 

üzvi şəkildə bağlı olan, yalnız analitik metodologiyanın labüd təzyiqi nəticəsində bir-birindən 




 

84 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

aralı düşmüş bir sıra elmlər vahid postmodernist paradiqma əsasında bir araya gəldilər. Məhz 

bunun nəticəsində müxtəlif problemlər vahid görmə bucağından araşdırılmağa və izah olunmağa 

başladılar. “Postmodernist fəlsəfə”, “postmodernist kulturologiya”, “postmodernist sosiologiya”, 

“postmodernist dilçilik”, “postmodernist estetika” anlayışları meydana gəldi. Vahid 

paradiqmanın təsbiti ilə bağlı baş vermiş iki köklü dəyişikliyi xüsusilə qeyd etmək lazımdır. 

Birincisi, müəyyən spesifik məqamlar kənara çıxmaqla bütün humanitar elmlər eyni anlayışlar 

sistemi əsasında, demək olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların yaxınlaşması, əl-

ələ verib müştərək problemləri birgə həll etmək üçün zəmin yaratdı. İkincisi, həm sinergetik

həm də postmodernist dünyadərkin əsasını təşkil edən “asentrizm” (”mərkəzyoxluğu”) prinsipinə 

tam uyğun olaraq hər hansı bir elmi istiqamətin hegemonluq iddiası əsassız hesab olundu. Dünya 

vahid mərkəzdən məhrum olduğu üçün, yaxud onun hər bir nöqtəsi eyni zamanda həm mərkəz, 

həm də periferiya olduğuna görə, bu mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir 

iyerarxiya prlnsipi əsasında düzülüşü qeyri-məqbul hesab olundu. 

 

*** 


 

Bəs bütün XX əsr ərzində get-gedə güclənən mərkəzdənqaçma meyllərin təsiri altında sürətlə 

bir-birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən məhrum olan bu müxtəlif 

istiqamətli elmləri bir araya gətirən paradiqma nə üçün məhz XX əsrin sonu - XXI əsrin 

əvvəllərində meydana gəlmişdir? Mənə elə gəlir ki, bu prosesin bir-birindən doğan, bir-birini 

şərtləndirən, bir-birini tamamlayan səbəbləri çoxdur. Yəqin ki, bu, hər şeydən əvvəl hərə öz yolu 

ilə gedən elmlərin müəyyən inkişaf səviyyəsinə nail olandan sonra gerçəkliyi daha geniş 

perspektivdə görmək ehtiyacları, dar rakurslarından çıxıb bir-biri ilə çulğalaşmaları ilə bağlıdır. 

Artıq bu dövrdə ən müxtəlif elmlər vahid və bütöv dünyanın analoji, ən azı yaxın və oxşar 

metodlarla maksimum geniş perspektivdə tədqiq və izah olunması zərurətini hiss edirlər. 

 

İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist cərəyanların deyil, ümumiyyətlə



modernist dünyanıdərk konsepsiyasının dərin böhrana məruz qalması, cəmiyyətdə mövcud olan 

son dərəcə qarışıq və dolaşıq münasibətlərin keçmişin total inkarı əsasında yalnız indiki zaman 

müstəvisində təqdim olunması və yozulması, insan böhranının səbəblərinin kənara qoyularaq 

yalnız onun nəticələrinin vurğulanması mədəniyyətin özünü “postmodern”, yəni çağdaş 

dönəmdən sonrakı gerçəklik kimi dərk və təqdim etməsinə səbəb oldu. Bu, postmodernizmə total 

inkara əsaslanan modernist konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində klasslk 

ənənələrlə qırılmış əlaqələri yeni, fraqmentar əsasda bərpa etmək imkanı verdi. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə