Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 

70 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Onların hamısı qiymətsizdi. 



 

S. Z.: İndi məhz hansı ədəbi janrla məşğul olmaq istərdiniz? 

 

X.L.B.: Elə işlədiyim janrla. Mən kiçik şeirlər və hekayələr yazıram.  



 

Bunlar xoşuma gəlir, amma bir daxili tələbat da hiss edirəm ki, indi özümü yalnız 

bu janrlara həsr etməliyəm, yoxsa onlar məni qarabaqara izləyəcəklər.  

 

Və yalnız bu işi bitirəndən sonra bir başqasına keçə bilərəm. Tezliklə “Zəmanət” 



adlı kitabım nəşr olunacaq ki, oraya 30-40 qısa həcmli əsərim daxil olacaq. Amma 

bilmirəm – yaxşı çıxacaqlarmı? İddialı görünməyəcəklər ki? 

 

S.Z.: Sizin həmişə qısa həcmli janrlardan xoşunuz gəlib…  



X.L.B: Bir dəfə Edqar Po demişdi ki, təbiətdə ümumiyyətlə uzun şeir olmur. 

 

S.Z.: Amma, uzun əhvalata bənzər bir şey də var. Adına “roman” deyirik… 



 

X.L.B.: Bir qayda olaraq, mən bu janra “güc gələ” bilmirəm. “Don Kixot”u, 

Konradı və Dikkensi çıxmaq şərtilə. Hətta məşhur romanlara, məsələn, Tekkerey 

və Floberin romanlarına “tab gətirə” bilmədim. Amma, heyif… 

 

S.Z: Bizim dövrümüzün ən heyrətamiz fenomenlərindən biri də yapon 



ədəbiyyatına olan kütləvi maraqdır.  

 

X.L.B.: Bəli, razıyam. Mən hal-hazırda yapon dilini öyrənməyə çalışıram.  



 

Amma elə mürəkkəb dildir ki… Bizim qərb dillərimiz yapon dilindən çox uzadır – 

ispan dili quarani dilindən uzaq olduğu qədər.  

 

Yapon dilli – sözün çoxlu məna çalarının olması ilə zəngindir.  



 

Elə buna görə də, bir hokkunun bir neçə tərcüməsini oxuya və hər birini fərqli və 

dəqiq tərcümə hesab etmək olar.  

 

Çünki, orijinal heç vaxt – müdrikcəsinə birmənalı olmur.  



 

Henri Ceymsin nəsri kimi. 

 

S.Z.: Yapon ədəbiyyatında ən maraqlı məqam, mənim fikrimcə, miniatürizasiya 



cəhdləridir. 

 



 

71 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

X.L.B.: Bir də hər anın dəyərini anlamaq cəhəti.  

 

Bu hər hokkuda diqqəti çəkir. Sanki, onların məqsədi – anı saxlamaqdır. Və bir də 



mən yapon ədəbiyyatında metaforanın yoxluğuna diqqət etmişəm.  

 

Belə təəssürat yaranır ki, yaponlar üçün, hər bir əşya və hadisə unikaldır, müqayisə 



etmək olmaz. Amma, təzad yaratmaq istəyirsənsə – buyur.  

 

S.Z: Siz demək istəyirsiniz ki, metaforanın vəzifəsi anı uzatmaqdır? 



 

X.L.B.: Əlbəttə! Özü də belə təsəvvür yaranır ki, bu, yapon ədəbiyyatının anı 

saxlamaq çabalarıyla ziddiyyət təşkil edir.  

 

S.Z.: Yazıçıların çoxu yazmağın çətinliyindən gileylənir… 



 

X.L.B.: Yox, yox. Yazmamaq daha dəhşətli olardı. Mənim üçün bu demək olar ki, 

qeyri-mümkündür. 

 

S.Z.: Şübhəsiz ki, Borxes istisnadır. Mən tez-tez düşünürəm ki, yazıçılıq çox nadir 



və qəribə qabiliyyətdir.  

 

Haqqında bildiyim yazıçıların demək olar ki hamısı, o cümlədən mən özüm, hələ 



lap uşaq vaxtından kim olacağımızı bilmişik… 

 

X.L.B.: Hər halda Konrad və De Kuinsi bunu bilirdilər. Elə mən də (müqayisə 



mənasında demirəm) həmişə bilirdim ki, taleyim ədəbiyyatla bağlı olacaq Bilirdim 

ki daim ədəbiyyatla bağlı olacam – ya yazıçı kimi, ya da oxucu kimi. 

 

S. Z.: Siz nə vaxtsa dərc edəcəyiniz kitablar barədə düşünürdünüzmü? 



 

X.L.B.: Xeyr, heç zaman bu barədə düşünməmişəm. Məni yalnız oxumaq və 

yazmaq həzzi düşündürürdü. Dərc etmək… Heç zaman! 

 

S. Z.: Siz də Emili Dikinson kimi, sağlığında heç bir şey dərc etdirməmiş yazıçı ola 



bilərdinizmi? 

 

X.L.B.: Bəli. Amma, artıq ağılsız addım atılıb. Bir dəfə, mən əsərlərimizi nə üçün 



nəşr etməyimiz barədə Alfonso Reyesə sual verdim.  

 

O isə, cavabında: “Biz öz əsərlərimizi ona görə çap edirik ki, həyatımızı 



qaralamalara sonu bilinməyən düzəlişlər etməyə sərf etməyək.” – dedi.  

 



 

72 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Məncə, o haqlı idi. Hər hansı bir kitabım işıq üzü görərkən mən onunla baş verən 

heç bir şeylə maraqlanmıram.  

 

Onun haqqında nə yazılır, necə oxunur, tələbat varmı… Mən sadəcə başqa arzuyla 



yaşamağa başlayıram – yeni kitab yazmaq. Özü də tamam fərqli kitab. Amma, bir 

qayda olaraq hər növbəti kitabım əvvəlikinə bənzər olur. 

 

S.Z.: Bir dəfə, Valeridən soruşmuşdular ki, şeirin artıq tamamlandığını nə vaxt 



bilmək olar? O da cavab vermişdi ki, “O vaxt ki həmin şeiri naşir gəlib aparır”. 

X.L.B.: Hər dəfə söz yekun redaktə məfhumundan düşəndə, mən çox 

təəccüblənirəm.  

 

Məgər güman etmək olarmı ki, hansısa müəllif nə naxtsa, hansısa düzəlişi – 



nöqtəni, yaxud epiteti yersiz hesab edər? Bu absurddur.  

 

S.Z.: Bütün yazdıqlarımı yenidən yazmaq arzusunu mən də özümdə hiss edirəm. 



 

X.L.B.: Mənsə, bütün yazdıqlarımı məhv etmək istərdim. Amma, mənə yalnız bir 

kitabımı, “Qum kitabı”nı xilas etmək xoş olardı.  

 

Və yəqin ki, bir də “Gizli yazı”nı. Qalanları isə, unudula bilər və unudulmalıdır da.  



 

S.Z.: Borxes nəsr və nəzm arasındakı fərq barədə nə düşünür? 

 

X.L.B.: Mən düşünürəm ki, əsas fərq oxucudan gəlir. Nəsr səhifələrindən oxucu 



xəbərlər, məlumat, mülahizə gözləyir. Amma, nəzm oxucusu bilir ki, şeir onun 

hisslərinə təsir etməlidir.  

Tekstin özündə heç bir fərq yoxdur, fərq oxucuda, onun yanaşmasındadır.  

Mən düşünürəm ki, klassika necəsə xüsusi tərzdə yazılmış yox, xüsusi şəkildə 

oxunmuş kitablardır.  

S.Z.: Yəni, siz oxucu müxtəlifliyinə həqiqətən də inanırsınız? 

X.L.B.: Dünyada nə qədər oxucu varsa, o qədər də oxucu növü var. Mən həm də 

inanıram ki, hər nəsr və ya nəzm səhifəsi özlüyündə təkraredilməzdir.  

S.Z.: O zaman, gəlin, oxucu toplumunun genişlənməsi üçün əməkdaşlıq edək. 

X.L.B.: Bəli. Çünki, bu insan kateqoriyası məhv olmaq üzrədir. Məhz buna görədir 

ki, yazıçı çoxdur, amma oxucu tapılmır. Gəlin, Oxucu sektası və ya Gizli Oxucu 

Cəmiyyəti yaradaq.  

 

 

 



Tərcümə etdi: Rüfət Əhmədzadə 

 

 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə