Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   25   26   27   28   29   30   31   32   33

 

75 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Mən özüm özümün tənqidçisiyəm. Mən özüm özümün hüduduyam. Mən mənəmliyin 

yüksəkliyini və əvəzolunmazlığını təsdiq edirəm. Mənəmlik həmişə novatorun və üsyankarın 

mənəvi məziyyətlərindən birincisi olmuşdur və birincisidir”. Bu deyimdə bütün modernist insan 

konsepsiyaları üçün səciyyəvi olan bir şəkildə, nəyin bahasına olursa-olsun, amansız 

kataklizmlər dönəmində “Mən”i qorumaq əzmi ilə bunun qeyri-mümkünlüyündən doğan 

ümidsizlik hissi birləşib üzvi vəhdət təşkil edir. 

 

Postmodernizm isə mübarizədən imtinadır, böhranla barışıqdır. Postmodernizmin insan 



konsepsiyasının mahiyyətini səciyyələndirərək A.Turen belə hesab edirdi ki, əgər modernizm 

“Mən”in müstəsna dəyərə malik olması ideyasını bəyan edirdisə, postmodernizm onun 

parçalanması fikrini ön plana çəkir. Postmodernistlərin fikrincə, “Mən” fenomeninin özü tarixin 

müəyyən mərhələsində meydana gəlmişdir və məhz buna görə də keçici xarakter daşıyır. 

Bununla bağlı M.Fuko özünün məşhur “Sözlər və şeylər” əsərində yazırdı: “Əgər biz nisbətən 

qısa xronoloji kəsimi və qısa coğrafi üfüqü - XVI əsr Avropa mədəniyyətini götürsək, inamla 

demək olar ki, insan bu yaxınlarda edilmiş kəşfdir. Yalnız bir əsr yarım bundan əvvəl başlanmış 

və ola bilsin ki, bu yaxınlarda başa çatacaq bir dövr insan obrazını ortaya qoymuşdur. Və bu heç 

də son dönəmlərin oyatdığı narahatlıq hissindən xilas olmaq, minillik qayğıdan gözqamaşdırıcı 

aydınlığa keçid deyildi. Bu, sadəcə, biliklərin məqsədlərinin dəyişməsinin nəticəsi idi. Əgər bu 

məqsədlər meydana gəldikləri kimi də yoxa çıxsalar, əgər hər hansı bir hadisə (bu hadisənin 

forma və məzmunu haqqında təsəvvürə malik olmadan biz yalnız onun mümkünlüyünü fərz edə 

bilərik), XVII əsrin sonlarına yaxın klassik düşüncə tərzi dağılıb məhv olduğu kimi, “Mən”i ön 

plana çəkən məqsədləri yox edəcək və onda - buna tam zəmanət vermək olar - insan sahildə 

qumun üstündə çəkilmiş sima kimi silinib gedəcək”. 

 

U.Eko özünün “Yenilik və təkrar. Modern və postmodern estetikası arasında” məqaləsində 



modernizm və postmodernizm arasında estetik planda mövcud olan münasibətlərin dialektikasını 

mümkün qədər hərtərəfli açıqlamağa cəhd göstərmişdir. Özü həm sənətkar, həm də alim 

qismində dünyagörüş və dünyaduyum baxımından modernist kimi formalaşmış U.Eko sonralar 

böyük daxili sarsıntılar hesabına (bu həm adını çəkdiyim məqalənin, həm də yazıçının məşhür 

“Qızıl gülün adı” romanının kontekstindən hiss olunur) tədricən postmodernist mövqeyə 

keçmişdir və öz elmi və yaradıcılıq prioritetlərini dəyişdirməsini ümumən estetik fikir sahəsində 

paradiqmanın dəyişməsinin labüdlüyü ilə izah etmişdir. 

 



 

76 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

İtalyan aliminin fikrincə, modernizmin əsas paradoksu onunla bağlıdır ki, bütün modernist bədii-

estetik konsepsiyalar daim təkrarsızlığa, mütləq yeniliyə, nabələdlər və cahillər üçün qıfıllanmış, 

yalnız onların ifadə tərzlərinin bütün incəliklərinə bələdlər üçün açıq olan ezoterik dildə 

danışmağa cəhd edirlər, amma nədənsə onların kəşfləri dərhal ən bəsit dəyərlərin daşıyıcısı olan 

kitç tərəfindən bayağılaşdırılaraq mənimsənilir və elə bu şəkildə də istehlakçıya ötürülür. 

Zahirən yüksək sənət əsərini xatırladan, lakin daxilən bayağı olan, hər hansı bir dəyərdən 

məhrum məmulatlar istehsal etməklə məşğul olan kitç bütün modernist cərəyanların genetik 

mərəzidir, onların qanını soran tüfeylidir. Avanqard (modernizm) ağır-ciddidir, kitç yüngüldür, 

amma ciddilik iddiasındadır. Avanqard yaradıcıdır, kitç yaradıcılıqdan məhrumdur; o bunu 

gizlətmir, əksinə, bununla fəxr edir. Kitç avanqardın yaratdığı dəyərləri konsistensiyadan 

məhrum edir, yüngülləşdirir, ən geniş kütlənin başa düşməsi və çətinlik çəkmədən həzm etməsi 

üçün bəsit dilə çevirir. Lakin arada bədii nümunənin kvintessensiyası da yoxa çıxır - bir növ, 

F.Nitsşenin fövqəlbəşər insanı bayağı Amerikan filmlərinin supermen qəhrəmanına dönür. 

 

Avanqardla kitç daim qarşılıqlı şəkildə bir-birini rədd edirlər, amma bir-birisiz keçinə bilmirlər; 



kitç olmasa, avanqard insanlarla ünsiyyətini itirər, tədricən xarici impulsdan məhrum olub 

sısqalaşar və məhv olub gedər. Avanqard olmasa, kitç təqlidetmə qaynağından məhrum olar və 

yoxa çıxar. 

 

Kitçin ciddilik iddiası onun bayağılığını qabarıq şəkildə üzə çıxarır, odur ki, intellektual 



auditoriya ikrah hissi ilə ona arxa çevirir.  

 

Avanqardın dəyərlər yaratmaq və kitçin bu dəyərləri kütləviləşdirmək qabiliyyətlərini nəzərə 



alaraq postmodernizm onları barişdırmağa, əl-ələ verib birgə fəaliyyətdə bulunmaqlarına rəvac 

verməyə çalışır. Məhz bu məqamda postmodernizmin öz qaynaqlarına ambivalent münasibəti 

ortaya qoyulur: postmodernizm bir tərəfdən avanqard ilə kitç arasında fərqi görür və bu fərqi 

vurğulayır, digər tərəfdən, onları barışdırmağa cəhd göstərir; bir tərəfdən avanqardı və kitçi 

təsdiq edir, digər tərəfdən inkar edir. Postmodernist istehzaya köklənmiş bu ambivalentlik 

postmodernizmə, kitçdən fərqli olaraq, intellektual auditoriyanın diqqətini cəlb etmək imkanı 

verir. Kitç kimi postmodernizm də bu və ya digər bədii nümunənin bu və ya digər səviyyədə 

mexaniki “hazırlanma” aktının nəticəsi olduğunu gizlətmir, əksinə, onun açıq və yaxud 

üstüörtülü sitatlardan, iqtibaslardan, işarələrdən ibarət olduğunu nəzərə çarpdırır, lakin bütün bu 

vurğulama, nəzərə çarpdırma prosesi istehza ilə müşayiət olunduğuna görə intellektual auditoriya 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə