Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 

73 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

ƏLAVƏ 

 

Professor Qorxmaz Quliyev 

 

"Postmodernizm..."  

 

XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə verən inqilablar və dünya müharibələri ilə 



bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi 

prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla 

üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, “həqiqət yalnız 

məndədir” deyə bir-birinin dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və təbii ki, 

bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə inkar və rədd edən, bir-birini kaleydoskopik 

rəngarəngliklə əvəz edən modernist estetik konsepsiyaların meydana gəlməsinə və meydandan 

çıxmasına səbəb oldu. Bütün XX yüzillik ərzində modernist cərəyanların başgicəlləndirici sürəti 

uzun əsrlər boyu formalaşmış estetik dəyərlərin iyerarxiya sisteminin dağılması ilə nəticələndi. 

Mərkəzdənqaçma meylləri cəmiyyətin bütün səviyyələrində, o cümlədən insanlararası 

münasibətlər sahəsində labüd atomlaşmaya aparırdı. Bu prosesin qarşısını almaq üçün, nəyin 

bahasına olursa-olsun, klassik dəyərləri bərpa etmək zəruriyyəti meydana gəlmişdi. Bunun 

üçünsə ən kəsə yol, demək olar ki, bütün modernist estetik konsepsiyalarda aparıcı 

kateqoriyalara çevrilmiş eybəcərlik, disqarmoniya və sairədən imtina edib yenidən gözəllik, 

harmoniya kimi klassik kateqoriyalara qayıtmaqdan keçirdi. Lakin bu da bir həqiqətdir ki, 

müxtəlif modernist cərəyanların yaranmasına rəvac verən humanitar böhran XX əsrin sonlarında 

nəinki səngiməmişdi, bəlkə də burjua insan konsepsiyasının ardınca sosialist insan 

konsepsiyasının da süquta uğraması nəticəsində tarixi perspektivin birdəfəlik itməsi ilə bağlı 

daha da dərinləşmişdi. Əlbəttə ki, belə bir şəraitdə klassik estetik durumu bərpa etməkdən söhbət 

gedə bilməzdi. Odur ki, postmodernizm klassik ənənə ilə hadisələrə və insana modernist 

baxışları çulğaşdırmağa, klassik və modernist ovqatları bardırmağa məcbur idi.  

 

“Postmodernizm” anlayışının məzmunu ilə bağlı heç bir xüsusi təhlil aparmadan elə onun adı 



vasitəsilə mahiyyəti, əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli informasiya əldə etmək 

olar: söz özü haqqında çox şey deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar fikrin 

inkişafında öz yerini modernizmdən sonrakı dövrə (“post”) aid edir. İkincisi, postmodernizm 

modernizmlə münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir: bir tərəfdən 

postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki “modernizm” 



 

74 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların sıra fundamental 

müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm 

arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğunu nəzərə çapdırmazdı. 

 

“Postmodernizm” anlayışı eyni zamanda birbaşa ifadə etməsə də, dolayısı ilə modernizmdən 



əvvəl mövcud olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu ifadə edir. Yeri 

gəlmişkən, bəşər nəslinin bütün tarixi boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən 

keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların aparıcı xüsusiyyəti kimi özünü büruzə 

verir. 


 

Lakin anlayışda “modernizm” sözünün xüsusi olaraq vurğulanması hər halda onun klassik 

ənənələrə nisbətən modernizmə daha yaxın olmasına, onunla daha sıx əlaqədə olmasına dəlalət 

edir. 


 

Heç də təsadüfi deyildir ki, postmodernizmin ən tanınmış ideoloqlarından biri olan J.Liotar 

“Postmodern uşaqlara izah qismində” kitabında postmodernizmin modernizm içərisində 

gizlənərək onun tərkib hissəsinə çevrilməsi faktını vurğulayırdı. 

 

Bununla yanaşı, postmodernizmin ideoloqları öz proqram səciyyəli əsərlərində həm 



ümumfəlsəfi, həm də estetik fikir sahələrində həm klassik, həm də qeyri-klassik (modernist) 

dünyaduyum və dünyagörüş konsepsiyalarından fərqli prinsiplərdən çıxış etdiklərlni iddia 

edirlər. Lakin postmodernistlərin konseptual yönümlü mülahizələrinə fikir verdikdə məlum olur 

ki, postmodernizm dünyagörüş sistemi kimi genetik baxımdan ondan əvvəl bu və ya digər 

kombinasiyalar şəklində modernizmin nəzəri bünövrəsini təşkil etmiş poststrukturalizm, struktur 

psixoanaliz, semiotika, dialoq fəlsəfəsi kimi qeyri-klassik konsepsiyalara əsaslаnır. 

 

Dünyaduyum və dünyagörüş kimi postmodernizmin modernizm ilə yaxınlığı onların ikisinin də 



eyni qaynaqdan - XX əsrin əvvəllərindən başlayaraq get-gedə dərinləşən və kəskinləşən insan 

böhranından bəhrələnməsi ilə bağlıdır. İntəhası, modernizm yeni-yeni özünü büruzə verən 

fəlakətə ilkin reaksiya qismində mübarizədir, barışmazlıqdır, dağılmaqda olan şəxsiyyəti hətta 

onu inkar edərək hər vəchlə xilas etmək cəhdidir. Bu baxımdan “Ultramanifestlər” əsərinin 

müəllifi Q.Torrenin aşağıdakı deyimi səciyyəvidir. “Mən özüm. Sən özün. O özü. Cəm halı rədd 

edərək Mənəmliyi vəsf edək. Bizi təkrar etmək olmaz. Bizi məhdudlaşdırmaq olmaz. Başlıcası 

isə biz tayı-bərabəri olmayan Mənimizdən inadla yapışmışıq. Mən özüm özümün səbəbiyəm. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə