Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   25   26   27   28   29   30   31   32   33

 

79 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Alman alimi burada bir tərəfdən XX əsrin sosial kataklizmlərinin, digər tərəfdən humanitar 



düşüncə sahəsində modernizmin inkaredici-dağıdıcı fəaliyyətinin nəticəsində klassik ənənələrə 

söykənən bütün dəyərlərin düşdüyü acınacaqlı vəziyyəti və belə bir şəraitdə fəaliyyətdə 

bulunmağa məcbur olmuş postmodernizmin bu duruma mümkün münasibətinin mahiyyətini 

açıqlayır. Müəllif əmindir ki, modernizm tərəfindən qapıdan qovulan, lakin elə həmin an 

pəncərədən geri qayıdan keçmişsiz keçinmək olmaz. Amma axı, keçmişin bu günə düşməsinin 

səbəbi təkcə modernizmin nəzəri fəaliyyətinin nəticəsi deyil, eyni zamanda XX əsrin ağır 

böhranlarına məruz qalmış insanın özünün artıq dünyanı bütöv kimi dərk etmək qabiliyyətindən 

məhrum olması ilə bağlıdır: artıq bu bir faktdır ki, çağdaş insan üçün keçmiş bütün məqamları 

bir-birinə pərçimlənmiş, bir-birindən törəyən və bir-birini izah edən fasiləsiz və vahid bir proses 

kimi yox, aralarındakı bütün əlaqələr qırılmış, bir-birindən təcrid olunmuş qəlpələr kimi təzahür 

edir. Məhz buna görə də postmodernist dönəmdə keçmişin bütöv bərpası artıq mümkün deyil, 

sitat ona müraciətin əsas formasına çevrilmişdir. 

 

Moderndən sonrakı dövrdə həm diaxron-şaquli, həm də sinxron-üfüqi zaman müstəvilərində 



humanitar sferada bütün mövcud olmuş və mövcud olan hadisələri təhlil süzgəcindən keçirmək 

və təcəssüm etmək niyyəti postmodernizmin semantik dairəsinin sürətlə genişlənməsinə səbəb 

oldu; ümumiyyətlə, ekstensiv inkişaf postmodernizmin özəl xüsusiyyətlərindən biridir. Məhz bu 

cəhət konsepsiyanın tədqiqatçılarından biri olan Q.Künqə postmodernizmin tarixi-ədəbi və 

yaxud nəzəri-memarlıq kateqoriyası olmaqdan daha artıq ümumdünya-tarixi anlayışı olması 

nəticəsinə gəlməsinə əsas vermişdir. Problemi bir qədər başqa rakursdan işıqlandıran Z.Bauman 

postmodernizmi “sosial gerçəkliyin inkişafında yeni dövr olmaqdan daha çox şüurun 

irəliləyişində yeni dönəm” kimi dəyərləndirmişdir. Göründüyü kimi, tədqiqatçı heç də 

postmodernizmin sosial gerçəkliklə bağlı olması faktını inkar etmir, lakin onu bir növ 

“daxililəşdirərək” qnoseoloji aspektini ön plana çəkmişdir. 

 

*** 


 

Məlum həqiqətdir ki, bəşər nəsli bu günə qədər gerçəkliyin cəmisi iki - elmi və bədii dərk 

olunma formalarını kəşf etmişdir. Gerçəkliyin hadisələrinə müxtəlif yönümlərdən yanaşan bu 

izahetmə formaları bir qayda olaraq bu hadisələri fərqli şəkildə görmüş və işıqlandırmışlar; təbiət 

elmləri dəqiq-müşahidə, bədii dərk isə emosional münasibət prinsiplərindən çıxış etmişlər. Bu iki 

qütb arasında qalmış humanitar yönümlü elmlər bir tərəfdən dəqiqliyə meyl etmiş, digər tərəfdən 




 

80 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

emosional münasibət prinsipindən yaxa qurtara bilməmişlər. Bu isə gerçəkliyin eyni 

hadisələrinin müxtəlif, ziddiyyətli, bəzən bir-birini rədd edən təqdimat formalarının yaranmasına 

səbəb olmuşdur. 

 

Halbuki insanın nəzərləri qarşısında dayanan və insandan şərhini tələb edən dünya vahid və 



bölünməzdir. Dünyanın bütövlüyü ilə onun dərk olunması prosesi arasındakı zaman-zaman 

özünü büruzə verən bu haçalanma gerçəkliyin adekvat izahına imkan verməmişdir. Əslində belə 

bir izah heç mümkün də deyil; gerçəkliyin dərk olunması prosesində insan onun dəqiq-doğru 

izahına maksimum yaxınlaşa bilər, lakin heç vaxt tam şəkildə ona nail ola bilməz. Mən burada, 

əlbəttə ki, nisbi adekvat izahı nəzərdə tuturam. 

 

Dünyanın dərkolunma formaları arasındakı bu antinomiyanı aradan qaldırmaq üçün hər iki - həm 



elmi, həm də bədii fikir tərəfindən təşəbbüslər olmuş, onların dünyanı görmə və izahetmə 

bucaqları arasındakı fərqi tamam yox etmək mümkün olmasa da, hələ postmodernist konsepsiya 

təşəkkül tapmazdan əvvəl və onun kontekstindən kənarda onları maksimum yaxınlaşdırmaq, bu 

zəmində də gerçəkliyin adekvat təcəssümünə nail olmaq cəhdləri mövcud olmuşdur. XIX əsrin 

ortalarından başlayaraq bu meyl daha da güclənmişdir. 

 

Düzdür, xüsusilə ilk dövrlərdə dünyanı dərk etmənin bu iki mövcud forması arasında qarşılıqlı 



meyl yox idi və onların münasibətləri birtərəfli hərəkət üçün nəzərdə tutulmuş yolu xatırladırdı: 

təbiət elmləri tərəfindən bədii fikrin nailiyyətləri hesabına zənginləşmək meyli çox da hiss 

olunmurdu. Halbuki, əks istiqamətdə - dünyanın obrazlı dərkindən elmi dərkə doğru intensiv 

hərəkət niyyəti nəzərə çarpırdı. Bədii fikrin təbiət elmlərinin metod və prinsipləri hesabına öz 

dünyanı dərk imkanlarını genişləndirmək əzmini ifadə edən Q.FIober yazırdı:.”Mənə elə gəlir ki, 

böyük sənət elmi və şəxssiz olmalıdır”. 

 

Q.FIoberin bu müddəasını bədii fikrin qeydsiz-şərtsiz prinsipi, harada isə zəmanənin imperativi 



kimi qəbul edən naturalizmin banisi və nəzəriyyəçisi E.Zolya təbiət hadisələrini bütün 

dolğunluğu ilə araşdırmağa can atan elmlərdən, xüsusilə biologiya və fiziologiyadan nümunə 

götürməyə, insanı və cəmiyyəti həmin-elmlərin metod və prinsiplərini rəhbər tutaraq maksimum 

hərtərəfli şəkildə öyrənməyə və inikas etməyə çağırırdı. Naturalizmin “eksperimental roman” 

anlayışı təcrübəni, hərtərəfli təsviri dünyanı dərkin yeganə adekvat forması hesab edən elmi 

təsəvvürlərin təsiri altında formalaşmışdır. 

 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə