Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   2   3   4   5   6   7   8   9   ...   33

 

5 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Aydın Xan (Əbilov), yazıçı-kulturoloq 

 

Xorxe Luis Borxes: XX əsr ədəbiyyatının sirli mayakı 



 

Esse 

 

İşıqlı dünyaya elə sənətkarlar gəlib, yaşayıb-yaradıb, bəşəriyyətin ədəbi-mədəni, ictimai-fəlsəfi 



düşüncəsində pozulmaz iz buraxıblar ki, onların mənəvi-ruhi, poetik-kulturoloji təsiri əbədi 

enerjiyə çevrilib. Zərdüşt, Musa, İsa, Budda, Konfutsi, Homer, Sokrat, Məhəmməd  peyğəmbər, 

Firdovsi, Nizami, Şekspir, Füzulu, Dante, Servantes, Höte, Axundov, Cavid... daha neçə-neçə 

dühaların ədəbi-fəlsəfi nəfəsi   

insanlıq durduqca, qəlbləri isidəcək. 

   Belə böyük sənətkarlardan biri də XX əsr dünya ədəbiyyatının ustad sənətkarı, zəngin 

yaradıcılığıyla özündən əvvəl gələnlərlə,  zamandaşlarını və gələcək nəsillərin ruhunu 

birləşdirməyə qadir olmuş sirli-sehrli Xorxe Luis Borxesdir. Xorxe Luis Borxes: Kimsə ona şair 

deyir, kimsə esseist,  biblioqraf, mifoloq, nasir, kitabxanaçı, kulturoloq, filoloq, filosof, tənqidçi, 

ədəbiyyatşünas, naşir, antologiya tərtibçisi, yeni ədəbi janr və  istiqamətlərin banisi... 

   Mənsə, ancaq onu bilirəm ki, tanıyandan sonra Borxesi bir neçə dəfə itirdim; onun kiçik bir 

hekayəsini üç dəfə tərcümə etdim: ilk dəfə  birbaşa kompyuter disketinə yazdığım mətn pozuldu, 

başqa vaxt kompyuterin yaddaşına virus düşdü, sonunucu kərə isə, sadəcə, özüm  həvəsdən 

düşdüm. 


   O zaman Tanrıya çox yalvardım ki, Borxesi yenidən mənə qaytarsın. 

   Dünyanın qaranlıqlarını, şərini görməməsi üçün Yaradan Borxesi dünya işığından məhrum 

etmişdi. İndi isə onu başqa bir bəndəsinə  mənə «qısqanırdı». Ancaq yaratdığını sevən Yaradan 

havaxtsa Borxesi mənə qaytarmalı idi və elə də oldu... 

   Adəmdən indiyənə bu ağlı-qaralı dünyamıza təşrif buyurmuş milyardlarla insandan biri kimi 

24 avqust 1899-cu ildə Buenos-Ayresdə doğulmuş (bəlkə də o dünya üçün ölmüş) Xorxe Luis 

Borxes 14 iyun 1986-cı ildə bu dünyadan köçəndə (həm də o dünya üçün təzədən doğulanda) 

bilsəydi ki, minilliyin sonunda onun haqqında Azərbaycanda da danışmağa başlayacaqlar, (bəli, 

məhz danışmağa: həqiqi yazıçılar haqqında yazmaq onları anlamaq qə­dər çətin bir iş 

olduğundan, o yükün altına girməyə heç vaxt ürək eləmirəm), inanın, bəlkə də ölməzdi (məgər o, 

ölüb?)... 



 

6 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

   Sirli-sehrli Borxes həm də çox soyuq (bəlkə də İlahi) bir yazar, mütəfəkkir və kulturoloqdur. 

Onun əsərlərini oxuyanda, adamı soyuq (ilahi)  tər basır. Lakin sonra hiss edirsən ki, bu 

soyuqluq, əslində, sənin qəlbinə od salıb: ardınca isə şiddətlənən sənət atəşində, heç özün də hiss  

etmədən, alışıbyanmağa başlamısan... 

   Tarixin dövran səhnəsində yenicə getmiş XX əsrdə bəşər mədəniyyətinə - ümumdünya 

ədəbiyyatına Borxes qədər kulturoloji (anlamın geniş mənasında) təsir edən ikinci bir sənətkar 

tapmaq bir az çətindir. 

   Borxesin yaradıcılığı kimi, şəxsiyyəti və dünyagörüşü də az qala mifə çevrilib. Elə belə də 

olmalıydı: axı bu adam bütün yaradıcılığını və özünüdərkdən sonrakı olan-qalan ömrünü 

mifologiyaya, mifləri öyrənməyə, daha sonra isə sənət mifləri yaratmağa sərf edib. O mənada 

həm Borxes, həm də onun bir çox ədəbi surətləri - hekayə qəhrəmanları dünya mədəniyyətində 

elə bir iz qoydu ki, bu “çapıqlarsız” çağdaş   

kulturoloji durum belə inkişaf etməzdi, bəlkə də yerində çabalayardı... 

   Dünya ədəbiyyatında kor kitabxanaçı (Argentinanın Milli Kitabxanasının direktoru təyin 

ediləndə Borxesin gözləri tutulmuşdu) surətlərinin sayı-hesabı yoxdur - Umberto Ekonun 

“Qızılgülün adı” romanındakı baş (mənfi) qəhrəmanı - Xorxeri xatırlayaq. Lakin həyatı ilə 

obrazları arasında bu qədər yaxınlığı heç bir yazarın yaradıcılığında müşahidə etmək mümkün 

deyil. 

   Borxesin qəhrəmanları - müxtəlif obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər 



(“Telyon, Ukbar, Obris Tertius” - “Üçüncü Dünya”), ya da qəhrəmanlarının özləri kimlər 

tərəfindənsə yazılmış ədəbi surətlər olurlar (“Alovun dairəsi”). 

   Xəfiyyəni hansısa tələyə salmaq üçün caniyə kompyuter proqramına - İnternet şəbəkəsinə 

oxşar düşünülmüş məntiqli konstruksiya - sənət labirinti yaratmaq lazım gəlir (“Babil 

Kitabxanası”)... 

   İlk baxışdan Borxesin yaratdığı əsərlərin mövzusunu bir cümləylə ifadə etmək mümkündür, 

çünki özü kimi, yazdıqları da qur­uluşca sadə, mənaca mürəkkəb, sonluğuna görə 

gözlənilməzdir. 

   Əslində, onun həyatı ilə yaradıcılığı bir-birinə elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: 

«Borxes, bəlkə də bizim özümüz - hamımız deməkdir...» 

   Ustadın ruhu inciməsəydi, həm də belə demək mümkündür: Bəlkə də o, heç kimdir - sadəcə, 

İlahi sənətkardır, içimizdə hər gün qətlə yetirdiyimiz ruhumuz, düşüncəmizdə zorladığımız 

intellektimizdir... 



 

7 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

   ...Ustad Borxes bu dünyada olmasa da, əsərləri bizimlədir, yaxud bizdədir: əslində, sevimli-

sehrli yazar və onun bizə hələ də yaxşı tanış olmayan yaradıcılığı həm mənim, həm də 

hamımızın ruhuna qovuşub, özü də lap çoxdan - dünya yaranandan... 

 

P. S. Dünya yazarları arasında ən çox sevdiyim mütəfəkkir yazıçı hələ neçə on il bundan əvvəl 

İnternetin obrazını necə ustalıqla yaradıb... Hiper kitab - virtual dünya - İnternet haqqında bu 

qədər dahiyanə heç nə oxumadım... Oxumamışdan əvvəl mütləq psixi və ruhu sakitləşin, çünki 

sinirləri zəif olanlara çox dəhşətli təsir edə bilər... 

    

 

http://medeniyyet.az/new/?name=content&content=1272



  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə