Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   2   3   4   5   6   7   8   9   ...   33

 

15 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

 

 

Xorxe Luis Borxes 

 

“Ölümsüzlük” 

 

Tərcümə edən: Vilayət Quliyev  

 

Sesiliya İnxenyerosa ithaf olunur 

 

Solomon saith: „There is no new thing upon the earth”. So that as Plato had an imagination 

„that all knowledge was but remembrance”: so Solomon giveth his sentence, „that all novelity 

is but oblivion”. 

 

Francis Bacon, „Essays”, LVIII* 

 

 



 

1929-cu ilin iyun ayinda əslən İzmirdən olan əntiqfüruş Jozef Kartafil Londonda knyaginya 

Lüsenjə Aleksandr Popun „İliada” əsərinin (1715-1720) kiçik formatlı altı cildliyini göstərmişdi. 

Knyaginya tərəddüd etmədən kitabları almışdı. Bu zaman əntiqfüruşla aralarında qısa söhbət də 

olmuşdu. Sonralar knyaginya xatırlayırdı ki, ona qədim kitabları satan adam tamam qocalıb 

əldən düşmüşdü; sifəti cadarlanmış torpağı xatırladırdı. Boz gözləri və bomboz saqqalı vardı. 

Üzü qətiyyən yaddaqalan deyildi. Yozef Kartafil bir neçə dildə eyni dərəcədə asanlıqla və eyni 

səhvlərlə danışmağı bacarırdı. Çox da uzun çəkməyən ünsiyyət zamanı o, ingilis dilindən 

fransızcaya, sonra Salonikidə danışılan ispan dilinə keçmiş, axırda isə söhbəti Makao adasında 

istifadə olunan Portuqal dilində davam etdirmişdi. Oktyabr ayında knyaginya „Zevs” gəmisinin 

bir sərnişinindən Kartafilin İzmirə qayıdarkən öldüyünü və İos adasında dəfn edildiyini 

eşitmişdi. Aşağıda verdiyimiz mətn isə „İliada”nın son cildinə yazılmışdı.  

Orijinal ingilis dilində qələmə alınmışdı və orada çoxlu latın sözləri vardı. Mətnin tərcüməsini 

olduğu kimi təqdim edirik.  

 




 

16 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

 

Yaddaşım məni aldatmırsa, hər şey imperator Diokletionun hakimiyyəti dövründə, Yüzqapılı 



Fivdə, Hekatomfilos bağlarının birində başlanmışdı. Həmin ərəfədə mən yenicə başa çatmış 

Misir müharibələrində uğursuz döyüşdən çıxmışdım. Qırmızı dənizin sahilində, Berenikadakı 

legionlardan birinin tribunu idim. Savaşa can atan, adlarını qılıncla tarixə yazmaq istəyən 

legioner yoldaşlarımın çoxu qızdırma və şər ruhların fitnələri nəticəsində həlak olmuşdu. 

Mavritaniyalılar məğlub edilmişdilər. Əvvəllər üsyankar şəhərlərin nəzarətində olan ərazilər 

həmişəlik Plutonun əlinə keçmişdi. Yenilmiş İskəndəriyyə əbəs yerə Sezardan mərhəmət 

umurdu. Yenidən qələbə çalmaq üçün legionlara yarım ildən də az vaxt lazım oldu. 

__________________ 

*Solomon dedi: „ Yer üzündə heç nə yeni deyil”. Platon isə onun fikrini tamamladı: „Yeni olan 

hər şey sadəcə bir xatirədir”. Ona görə də yeni sayılan hər şeyin yaxşı unudulmuş köhnə olması 

haqqındakı müdrik fikir Solomona məxsusdur. Frensis Bekon. „Təcrübələr”. LVIII (ing.) 

 

Özümə gəldikdə isə müharibə allahı Marsın üzünə ötəri baxa bildim. O, şəfqətini məndən 



əsirgədi. Heç bir uğur qazana bilmədim. Bəlkə elə bu səbəbdən də dərd əlindən başımı götürüb 

ucu-bucağı görünməyən qorxunc səhralardan keçdim və mübhəm Ölümsüzlər Şəhərini 

axtarmağa yollandım.  

Hər şey, dediyim kimi, Fivdəki bağda başlanmışdı. Həmin gecə nədənsə yuxuya gedə bilmədim. 

Səhərə qədər ürəyim narahalıqla döyünürdü. Dan söküləndə ayağa qalxdım. Kölələrim hələ 

yatırdılar. Ay ətrafdakı intəhasız qum səhraları rəngində idi. Şərq tərəfdən qan içində yorğun bir 

süvarinin mənə tərəf çapdığını gördüm. O, bir neçə addımlığımda ölü kimi atdan yerə yıxıldı. 

Latın dilində yalvarış dolu zəif səslə suları şəhər divarlarının dibini yalayan çayın adını soruşdu. 

Misir çayı olduğunu və yağış sularından əmələ gəldiyini dedim. „Mən başqa çay axtarıram, 

insanın həyatından ölümü yuyub aparan çay”-deyə naməlum yolçu kədərlə pıçıldadı. Onun 

sinəsindən tünd rəngə çalan qan axırdı. Atlı Qanqın o biri sahilindəki dağlardan gəldiyini dedi. O 

dağların sakinləri inanırmışlar ki, Yer kürəsinin qərb qurtaracağına qədər gedib çıxa bilsən suyu 

insana ölümsüzlük bəxş edən çayı tapmaq mümkündür. Atlı sonra əlavə etdi ki, orada başdan-

başa amfiteatr və qüllələrdən ibarət Ölməzlər Şəhəri yerləşir. Sübh şəfəqləri söküləndə o, canını 

tapşırdı. Mən isə nəyin bahasına olursa-olsun həmin çayı və şəhəri axtarmaq qərarına gəldim. 

Cəlladın sorğu-sualı nəticəsində naməlum atlının sözlərinin həqiqiliyini təsdiqləyən əsir 

mavritaniyalılar tapıldı. Kimsə dünyanın qurtaracağındakı Yelisey vadisində adamların hədddən 

artıq uzun ömür sürdüklərini xatırladı. Bəziləri ətəklərindən Paktol çayının mənsəbini götürdüyü 

zirvələrdə yüz illərlə yaşayan insanların olduğunu yada saldı. Romada filosoflarla söhbət elədim. 



 

17 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Onlar insanın ömrünü uzatmağın əslində hər kəsin əcələ can verməsini dönə-dönə təkrarlamaq 

olduğunu xatırlatdılar. Uzun ömür yaşayan insan ölümlə də dəfələrlə üz-üzə gəlməli olur. 

Ölməzlər Şəhərinin mövcudluğuna inanıb-inanmadığımı özüm də bilmirdim. O zaman varlığıma 

hər şeydən çox bu şəhəri axtarıb tapmaq fikri hakim kəsilmişdi. Getulidəki prokonsul Flavi 

yardım əli uzatdı, ixtiyarıma iki yüz nəfər əsgər verdi. Özümlə muzdlular da götürdüm. Onlar 

yolu yaxşı tanıdıqlarını deyirdilər. Amma çətinlik üzə çıxan kimi qaçıb dağılışmağa başladılar.  

Az sonra baş verən hadisələr səfərin ilk günləri ilə bağlı xoş xatirələrimizi yerlə yeksan etdi. 

Arsinoydan çıxan kimi qumlu səhraya düşdük. İlan əti yeyən və hələ insan kimi danışmağı 

bacarmayan troqloditlərin, qadınları ümumi, qidaları isə şir əti olan qaramantların, Tartara sitayiş 

edən avqillərin torpaqlarından keçdik. Qumları qapqara rəngə çalan, gündüzün dəhşətli istisindən 

qorunmaq üçün yalnız gecələr yol gedilən digər səhraları da adladıq. Uzaqda dəniz-okeana adı 

verilən dağı gördük. Onun yamacları zəhərin təsirini öldürən moloçay adlı bitki ilə örtülmüşdü, 

zirvəsində isə həyatlarını şəhvətə vermiş kobud və amansız satirlər yaşayırdılar. Ecazkar şəhərin 

belə əcaib varlıqların məskunlaşdığı torpaqlarda olması heç birimizə inandırıcı görünmürdü. 

Çətinliklərə baxmadan yolumuzu davam etdirirdik. Artıq geri çəkilmək şərəfsizlik olardı. 

Bəziləri ağılsızcasına üzlərini aya tərəf çevirərək yatırdılar. Bu da onlara həyatları bahasına başa 

gəldi-qızdırma canlarını aldı. Bəziləri özümüzlə götürdüyümüz, amma artıq iylənmiş, üfunət iyi 

verən suyu içməklə ağıllarını itirib ölümlərini tapdılar. Dəstəmdəki əsgərlər ilk vaxtlar gecə ilə 

qaçıb aradan çıxırdılar. Sonra qiyam qaldırmağa başladılar. Üzümə ağ olanları cəzalandırarkən 

ən amansız üsullardan da çəkinmir və tərəddüdsüz yoluma davam edirdim. Sentruonlardan biri 

üsyançıların çarmıxa çəkilmiş yoldaşlarının qisasını almaq üçün məni öldürmək istədiklərini 

deyənə qədər vəziyyət belə davam etdi. Məsələnin qəizləşdiyini görəndə sədaqətlərinə inandığım 

bir neçə əsgərlə düşərgədən qaçdım. Ancaq gecənin zülmət qaranlığında bir-birimizi itirdik. Tək-

tənha qaldım. Kritlinin atdığı oxa hədəf olub yaralandım. Bir neçə gün su axtara-axtara səhranı 

dolaşdım. Bəlkə də bu cəmisi bir gün sürmüşdü. Lakin dəhşətli bürküdən, susuzluqdan və 

təşnəlik qarşısındakı qorxudan zaman mənə belə uzun görünmüşdü. Atımın başını buraxıb yol 

seçməyi onun öz ümidinə qoymuşdum. Sübh çağı üfüqdə ehramlar və qüllələr göründü. Məni 

qara basırdı. Özümü alçaq tavanlı, səliqəli bir labirintdə hiss edirdim. Onun tən ortasında su dolu 

bardaq qoyulmuşdu. Gözlərim bardağı görürdü, əllərim az qala ona toxunurdu. Lakin labirintin 

dəhlizləri o qədər dolaşıq və məkrli idi ki, artıq suya çatmadan öləcəyim mənə əyan olmuşdu.  

 

II 



 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə