Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   2   3   4   5   6   7   8   9   ...   33

 

10 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

- Bu, ola bilməz, lakin o mövcüddür, - yad adam sakitcə dilləndi: - Bu kitabın səhifələrinin sayı 

sonsuzdur – nə az, nə də ki, çox. Burada nə ilk səhifə var, nə də ki, son. Mən onu da bilmirəm ki, 

səhifələr  nə  üçün  təsadüfi  qaydada  nömrələnmişdir.  Bəlkə    də  ona  görə  ki,  külli-miqdarda 

nəhayətsizliyə istənilən  rəqəm daxil ola bilər... 

Sonra o, sanki dərindən fikrə dalaraq, qeyd etdi:  

- Əgər məkan nəhayətsizdirsə, deməli, biz onun istənilən nöqtəsində ola bilərik. 

Onun fikirləri məni yavaş-yavaş hövsələdən çıxarırdı. 

- Siz çox güman ki, dindar adamsız, – deyə xəbər aldım. 

-  Bəli,  mən  presviterianam  (İngiltərədə  və  Amerikada  yayılmış  protestant  məzhəblərindən 

birinin  tərəfdarı,  –  A.  X.),  vicdanım  isə  tərtəmizdir.  Tamamilə  əminəm  ki,  bu  İblis  kitabının 

əvəzinə,  Tanrı  kəlamlarını  özündə  birləşdirən  Müqəddəs  kitab  verməklə,  həmin  yerli  adamı 

heç də aldatmamışam. 

Ona  ürək-dirək  verdim  ki,  vicdan  əzabına  qatlaşmağa  dəyməz:  eyni  zamanda  bizim  tərəflərə 

yolüstü  necə  gəlib  çıxmasıyla  maraqlandım.  Məhz  bu  zaman  mən  bildim  ki,  o,  əslən  Orkney 

adalarından  olan  şotlandiyalıymış.  Mən  vurğuladım  ki,  Stivensonla  Yumu  sevirəm  və  özümdə 

ruhən Şotlandiyala möhkəm bağlılıq hiss edirəm. 

- Siz yəqin ki, Stivenson deyəndə, Robbi Bernisi nəzərdə tutursuz, - o, sözlərimə düzəliş verdi. 

Söhbət  edə-edə  mən  nəhayətsiz  kitabı  öyrənməyə  davam  edirdim.  Marağımı  gizlətməyə 

çalışaraq nəhayət ki, ondan soruşdum:  

- Siz bu nəhayətsiz kitabı Britaniya muzeyinə təklif etmək istəyirsiz? 

 - Xeyr. Mən onu sizə təklif edirəm, - deyə kişi cavab verdi və çox iri bir məbləğin adını çəkdi.  

Səmim-qəlbdən boynuma aldım ki, o qədər pulum yoxdur və fikrə daldım. Bir neçə dəqiqədən 

sonra beynimdə plan yarandı.  

- Mübadilə təklif edirəm, - dedim, siz bu kitabı bir ətək rupi və “Bibliya” ilə dəyişmisiz. Mən 

də  sizə  yenicə  aldığım  təqaüdümü  və  Viklif  tərəfindən  ingilis  qotiki  ilə  çap  edilmiş  dəyərli 

“Bibliya”nı təklif edirəm. Yeri gəlmişkən, o kitab mənə ata babamdan miras qalıb. 

- Viklif, özü də qotik hərfləriylə, - o, mızıldandı. 

Yataq  otağımdan  pulu  və  kitabı  gətirdim.  O,  əsl  bibliofil  marağıyla  kitabı  vərəqləməyə  və  titul 

səhifəsini gözdən keçirməyə girişdi. 

- Mən razı, - dedi. 

Onunla  belə  asanlıqla  razılaşması  məni  heyrətləndirdi.  Fəqət  çox-çox  sonralar  anladım  ki,  o, 

əvvəlcədən kitabı satacağını güman edərək, mənim evimə ayaq basıb.  

O, uzatdığım pulları heç saymadan tez gizlətdi. 




 

11 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Daha  sonra  biz  onunla  Hindistan,  Orkney  adalarından  və  haçansa  oraları  idarə  edən  norveç 

müstəmləkəçilərindən danışdıq. 

O, gecədən xeyli keçmiş getdi. Mən onu bir daha görməmişəm və adını da bilmirəm. 

Qum kitabını kitab rəfinə, Viklifin boşalmış yerinə qoymaq istədim, son anda qərara gəldim ki, 

onu “Min bir gecə”nin köhnə cildlərinin arasında gizlədim. Yatağa uzandım, lakin gözümə yuxu 

getmədi.  Gecənin  bir  yarısı,  saat  üç,  ya  da  dörd  olardı,  işığı  yandırdım  və  o  qeyri-adi  kitabı 

götürüb çevirməyə başladım. Onların birində maska şəklinin həkk edildiyini gördüm. Səhifənin 

yuxarı hissəsində isə doqquz rəqəmli  nömrə qeyd edilmişdi  ki, indi onu mən heç cür xatırlaya 

bilmirəm. 

Mən  öz  xəzinəmi  heç  kimə  göstərmədim.  Ona  sahiblik  xoşbəxtliyinə  onun  oğurlanacağı 

vahiməsi və bir də bu kitabın, əsl həqiqətdə, nəhayətsiz olmaması qorxusu qatılmışdı.  

Onsuz da dostlarım azalmışdı, indi isə mən olan-qalanlarla da görüşməkdən çəkinirdim.  

Kitabın  əsiri  olmuşdum,  bir  yana  çıxmağı  belə  yadırğamışdım.  Böyüdücü  şüşədən  kitabın 

yırtılmış  kötüyünü  və  üz-qabığını  nəzərdən  keçirəndən  sonra  hər  hansı  bir  saxtalaşdırmanın 

olmadığını yəqin etdim. Təyin  etdiyim kimi, hər iki kitabçama qeyd etməyə başladım. Şəkillər 

bir də heç vaxt təkrarlanmırdı. Gecələr yuxusuzluğun mənə bəxş etdiyi bir röya anında da kitab 

yuxuma girirdi. 

Yay öz gəlişini hiss etdirəndə mən anladım ki, bu, olduqca dəhşətli kitabdır. Və ona nəzər sala-

sala, kitabı əlimdə tuta-tuta, mən onu özümdən daha az dəhşətli saya bilərdimmi? Hiss etdim ki, 

bu kitab elə bir dəhşətli əşya, yaramaz və mənfur bir şeydir ki, gerçəkliyin özünü belə təhqir edir. 

Mən  od  haqqında  –  kitabı  tonqalda  yandırmaq  barəsində  düşündüm,  lakin  qoxdum  ki,  atəş 

nəhayətsizliyə çevrilər və bütün planeti öz tüstüsündə boğa bilər.  

Yadımdadır,  harada  isə  oxumuşdum  ki,  ağacın  yarpağını  meşədə  gizlətmək  daha  düzgündür. 

Təqüdə  çıxana  qədər  Mexiko  küçəsində  yerləşən  və  içində  doqquz  yüz  min  cild  kitab  qorunan 

Argentina  Milli  Kitabxanasında  işləmişdim.  Bilirdim  ki,  girişin  sağ  tərəfindəki  dairəvi  pilləkən 

içində kitablar, xəritələr və dövri nəşrlər saxlanılan zirzəmiyə gedib çıxır.  

Bir dəfə mən ora yollandım, hündürlüyü və çıxışa qədərki məsafəni unutmağa çalışaraq, köhnə 

iş yoldaşımın yanından keçdim, tozlu rəflərin birində Qum Kitabını başımdan etdim... 

Bir  balaca  rahatlandım,  fəqət  Mexikonun  küçələrinə  çıxmaq  barədə  istək  hələ  ağlımdan 

keçmirdi... 

 

Ruscadan çevirəni: Aydın Xan (Əbilov) 



 

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə