Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 

20 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Hansısa koridorun dərinliyində gözləmədiyim halda divarda çıxış qapısı tapıldı. Uzaqdan yayılan 

günəş şüası düz üstümə düşdü. Qaranlıqdan yorulmuş gözlərimi yuxarı qaldırdım və 

başgicəlləndirici yüksəklikdə səmanın bir parçasını gördüm. Göy üzü nədənsə əvvəlcə mənə 

tünd qırmızını xatırladan mavi rəngdə idi. Divarla yuxarı dəmir pilləkənlər qalxırdı. Yorğunluq 

və həyəcandan üzülüb əldən düşsəm də, son qüvvəmi toplayıb dəmir nərdivanla yuxarı qalxmağa 

başladım. Arada yalnız içimi bürümüş xoşbəxtlikdən hıçqıra-hıçqıra ağlamaq üçün ayaq 

saxlayırdım. Budur, artıq kapitelləri və astraqalları, üçbucaq və dairəvi frontonları, mərmərdən 

və qranitdən düzəldilmiş əzəmətli abidələri görürdüm. Demək, qaranlıq labirintlərin əsarətindən 

qurtarıb Şəhərin göz qamaşdıran əsrarəngizliyinə qovuşmuşdum.  

Yuxarı çıxanda özümü balaca bir meydançada, daha dəqiq desəm, iç həyətdə gördüm. Həyət 

dörd tərəfdən əyri-üyrü forması və müxtəlif hündürlükdə divarları üzərində əcayib kümbəzlər və 

sütunlar dayanan tikili ilə əhatə olunmuşdu. İlk növbədə bu qeyri-adi binanın çox qədim 

zamanların yadigarı olması diqqəti çəkdi. Mənə elə gəldi ki, bina adamlardan, hətta üstündə 

yerləşdiyi torpağın özündən də qədimdir. Düşündüm ki, belə qədim binanı (hələ burada insanın 

gözlərini qorxudan hansısa bir özəlliyin olmasını demirəm) yalnız Ölməzlər tikə bilərdilər. İlk 

dəqiqələrdə ehtiyatla, sonra laqeyd halda, axırda isə heç nəyə məhəl qoymayan dəliqanlı ədası ilə 

bu qarmaqarışıq həyətin pilləkənlərini, keçidlərini gəzib dolaşdım. (Yalnız pilləkənlərin müxtəlif 

hündürlükdə və genişlikdə olmasının fərqinə varanda birdən-birə niyə belə möhkəm 

yorulmağımın səbəbini başa düşdüm).Əvvəlcə gəzdiyim sarayın allahların yadigarı olduğunu 

düşündüm. Lakin boş otaqları dolaşandan sonra fikrim dəyişdi: onu tikən allahlar artıq ölüblər. 

Sarayın qeyri-adiliyini seyr edəndə isə öz-özümə dedim: onu tikən allahlar dəli olublar. Bu 

sözləri qeyri-adi bir ittihamla söylədiyim də dəqiq yadımdadır. Qorxu hissi keçirməkdən daha 

çox vicdan əzabı çəkirdim. Gördüklərimin nə qədər dəhşətli olduğunu duyğularımdan daha çox 

ağlımla dərk edirdim. Tikilinin qədimliyindən doğan təəssüratlara yeniləri əlavə olunurdu: onun 

ölçüsüzlüyünü, eybəçərliyini və cəfəngliyini daha dərindən anlayırdım. Qaranlıq labirintdən 

təzəcə çıxmışdım. Amma işıqlı Ölməzlər Şəhəri məndə yalnız qorxu və ikrah hissi doğurmağa 

başlamışdı. Labirinti insanları dolaşdırmaq, azdırmaq üçün düzəldirlər. Labirintin 

simmetriyalarla zəngin memarlığı yalnız bu məqsədə xidmət edir. Mənim həyətində dayandığım 

tikilinin memarlığında isə heç bir məqsəd güdülməmişdi. Hara baxırdınsa, dalana dirənən 

koridorlar, adam əli çatmayan pəncərələr, balaca otaqlara, yaxud keçilməz yeraltı lağımlara 

açılan təmtəraqlı qapılar, pillələri və məhəccərləri çölə tərəf qabarmış əyri pilləkənlər görünürdü. 

Elə pilləkənlər də vardı ki, onlar divarla üzüyuxarı, əzəmətli tavana doğru yüksəlir, amma bir 

neçə dəfə burulandan sonra elə bil suvağı qopmuş künbəzin altında gözəgörünməyən maneyə 

toxunaraq yarıda qırılırdılar. Hər şeyi olduğu kimi dəqiqliyi ilə təsvir etdiyimi deyə bilmərəm. 



 

21 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Amma aradan illər keçəndən sonra da bu götüntülər yuxumu qaçırırdı. Ona görə də nələrin 

həqiqətən olduğu kimi yadımda qaldığını, nələrin isə gecə qarabasmalarının dəhşətindən 

yarandığını söyləmək çətindir. Düşünürdüm ki, bu şəhər dəhşətlidir; hətta səhranın ucsuz-

bucaqsız dəriliklərində yerləşsə də, onun mövcudluğu, yaşaması bütün keçmişi və gələcəyi 

zəhərləyir, məhv edir, dünyaya meydan oxuyur. Nə qədər ki, bu Şəhər var, dünyada heç kəs 

xoşbəxtliyi və həyatın mənasını dərk etməyəcəkdir. Mən Şəhərin üzərindən mübhəmlik pərdəsini 

götürmək istəmirdim. Müxtəlif dillərdəki sözlərin qarmaqarışıqlığı,bədənlərinin bütün əzaları- 

başları, quyruqları, bağırsaqları ilə bir-biri ilə çulğalaşan, bir-birinə nifrət edən pələng və öküz 

cəmdəkləri-mənim təsəvvürümdə bu Şəhər belə idi. 

Nəm və qumlu yeraltı sərdabələrlə necə yol tapıb geriyə qayıtmağım indi də mənə bir sirri-xuda 

kimi görünür. Yalnız axırıncı labirintdən çıxandan sonra özümü bir də haçansa Ölümsüzlər 

Şəhərində görmək ehtimalının yaratdığı qorxunun varlığımı bir an da olsa tərk etmədiyini yaxşı 

xatırlayıram. Başqa heç nəyi yadıma sala bilmirəm, nə qədər çalışsam da, keçmişi xatirəmdə 

canlandırmağı bacarmıram. Lakin, görünür, mən hər şeyi könüllü şəkildə unutmuşdum. Görünür, 

geriyə qayıtmağım o qədər çətin olmuşdu ki, indi əsla xatırlaya bilmədiyim günlərin birində hər 

şeyi həmişəlik beynimdən silib atmaq qərarına gəlmişdim.  

 

III 



 

Sərgüzəştlərim haqqındakı hekayətin diqqətli oxucuları vəhşilərdən birinin diş-diş Şəhər 

hasarlarının dibinə kimi məni qarabaqara izlədiyini təbii ki, yaddan çıxarmayıblar. Axırıncı 

sərdabədən keçib yeraltı aləmdən çıxandan sonra bu vəhşini yenidən gördüm. O, küt sifətlə 

uzanıb qumda nə isə çəkir, sonra isə əlinin bir hərəkəti ilə hərflərə oxşayan işarələri pozurdu. 

Əvvəlcə həmin işarələri vəhşi tayfanın əlifbası hesab etdim. Amma dərhal da başa düşdüm ki, 

hələ danışmağı bacarmayanların yaza bildiklərini düşünmək səfehlikdir. İşarələr bir-birindən 

fərqlənirdi. Bu isə onların nəyinsə rəmzləri olma ehtimalını ya yerli-dibli istisna edir, ya da 

əhəmiyyətli dərəcədə azaldırdı. Vəhşi dayanmadan xətlər çəkir, diqqətlə onlara baxır, nələrisə 

düzəldirdi. Sonra sanki bayaqdan bəri məşğul olduğu iş onu bezdirdi. Əli və dirsəyi ilə xətlərin 

hamısını pozdu. Mənə baxdı və elə bil ki, tanıdı. Ürəyimə bir yüngüllük, toxtaqlıq gəldi. Özümü 

son dərəcə tənha hiss etdiyimdən mağaranın qumlu döşəməsindən üzümə baxan bu ibtidai 

məxluqun neçə vaxtdan bəri burada məni gözləməsi fikri ağlıma gəldi. Günəş hələ də 

amansızcasına şaxıyırdı. Hətta gecə yarısı ilk ulduzların işığı altında troqloditlərin kəndinə tərəf 

yola çıxanda da ayaqlarımızın altındakı qum təzəcə qalanmış soba kimi isti idi. Vəhşi məndən 

qabaqda gedirdi. Bu gecə onun bəzi sözləri anlamasına, hətta ardımca təkrarlamasına nail olmaq 




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə