Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 

24 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

baxışların çoxluğuna və müxtəlifliyinə baxmayaraq ölümsüzlüyə inam hissinə son dərəcə nadir 

hallarda təsadüf olunur. İudeylər, xristianlar və müsəlmanlar ölümsüzlük fikrini qəbul edirlər. 

Lakin özlərinin ilk, maddi, yer üzündəki həyatlarına həddindən artıq önəm vermələri yalnız bu 

həyata ürəkdən inandıqlarını göstərir. Bütün qalan ayinlər isə kimlərisə bu dünyadakı həyat üçün 

mükafatlandırmaq, yaxud cəzalandırmaq məqsədi güdür. Hindistanın bəzi dini cərəyanlarında 

təsadüf olunan girdab anlayışı mənə daha xoş gəlir. Bu girdabda başlanğıc və son yoxdur. Hər 

bir həyat özündən əvvəlkinin davamıdır, eyni zamanda özündən sonrakının rüşeymlərini 

daxilində yaşadır. Onlardan heç biri tamın, bütövün mücəssəməsi kimi çıxış edə bilməz. Əsrlərin 

təcrübəsindən yararlanan Ölümsüzlər respublikası dözümlülük, hər şeyə laqeyd, hətta deyərdim 

ki, nifrətamiz münasibət məsələsində kamilliyin zirvəsinə yüksəlmişdi. Onlar başa düşürdülər ki, 

sonu olmayan həyatlarında hər kəs hər şeylə üzləşə bilər. Özlərinin keçmiş, yaxud gələcək yaxşı 

əməlləri sayəsində hər biri sonda mərhəmət və şəfqətə layiq görülə bilər. Lakin eyni zamanda 

onların hər biri keçmiş, yaxud gələcəkdəki rəzillik və yaramazlıqları ucbatından istənilən 

xəyanət və alçaq əməli də törətməyə hazır idi. Qumar oyunlarında tək və cüt çox vaxt demək olar 

ki, bərabər sayda düşərək bir-birlərini tamamladıqları kimi Ölümsüzlərdə də istedad və 

qabiliyyətsizlik qarşılıqlı şəkildə biri-birlərini islah və məhv edirdi. Bu baxımdan bəlkə də 

zövqsüz bir əsər olan „Sid haqqında nəğmə” „Ekloq”lardakı yeganə bir epitetin, yaxud Hekalitin 

hansısa sentensiyalarının qarşılığı idi. İlk baxışdan nəzərə çarpmayan adi şəklin doğurduğu ani 

bir fikir də hər şeyi çox gözəl gizlədə, yaxud anlaşılması çətin olan bir müəmmanı asanlıqla 

açıqlaya bilər. Mən keçmişdə törətdikləri naqis əməllər sonrakı əsrlərdə xeyirxahlıq kimi 

dəyərləndirilən adamlar tanıyıram. Əgər hər şeyə bu bucaq altında yanaşsaq, o zaman bütün 

hərəkətlərimiz ədalətlidir, eyni zamanda onların heç bir dəyəri yoxdur. Deməli belə çıxır ki, nə 

mənəvi, nə əxlaqi, nə də rasional meyarlar mövcuddur. Homer „Odisseya”nı qələmə almışdı. 

Lakin şəraitin çoxsaylı və sonu görünməyən kombinasiyalar yaratdığı sərhədsiz zaman 

genişliyində kiminsə, nə vaxtsa yeni bir „Odisseya” müəllifi olması imkanı həmişə qüvvədə 

qalır. Burada hər bir adam bir heçlikdir, eyni zamanda hər bir Ölümsüz dünyadakı bütün 

insanlardır. Korneli Aqrippi dediyi kimi, mən-allaham, mən-qəhrəmənam, mən-filosofam, mən-

şeytanam, mən-bütün dünyayam! Əslində isə bu bir mən kimi mənim olmadığımı söyləməyin ən 

usandırıcı yoludur.  

Dünyaya hər şeyin nə isə başqa bir şeylə qarşılıq verildiyi sistem kimi baxmağı təlqin edən bu 

görüşlər Ölümsüzlərə güclü təsir göstərmişdi. Onlar ilk növbədə şəfqət hissini itirmişdilər. Mən 

çayın qarşı sahilindəki daş karxanaları haqqında danışmışdım. Ölümsüzlərdən biri sürüşüb 

oradakı ən dərin çalaya düşmüşdü. Aydın məsələdir ki, onun əzilməsi, yaxud ölməsi qeyri-

mümkün idi. Əvəzində isə susuzluqdan dəhşətli əzab çəkirdi. Lakin yalnız aradan yetmiş il 



 

25 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

keçəndən sonra bu zavallının xilası üçün həmin çalaya kəndir sallamaq fikri kiminsə ağlına 

gəlmişdi. Ölümsüzləri öz şəxsi taleləri də maraqlandırmırdı. Onların bədəni sanki müti bir ev 

heyvanına çevrilmişdi. Bu heyvanın ölməməsi üçün ayda bir neçə saatlıq yuxu, bir udum su və 

bir tikə ət yetərli idi. Amma Ölümsüzləri tərkidünya adamlar sırasına yazmağa tələsməyin. 

Onların fikirləşməkdən duyduqları həzz qədər ikinci güclü bir həzz yox idi. Odur ki, bütün 

vaxtlarını bu işə sərf edirdilər. Hərdən nə isə fövqəladə hadisələr Ölümsüzləri ətraf aləmə 

qaytarırdı. Dünyanın əzəli sevinc mənbələrindən biri olan yağışın yağdığı həmin sübh vaxtında 

olduğu kimi... Ancaq belə istisnalar çox nadir hallarda baş verirdi. Ölümsüzlər illərlə bir 

vəziyyətdə qalmağı bacarırdılar. Yadımdadır ki, onlardan biri heç zaman uzandığı yerdən ayağa 

qalxmırdı. Hətta quşlar sinəsində yuva qurmuşdu.  

Əksliklərlə uzlaşmayan heç bir şeyin mövcud olmaması haqqındakı doktrina nəzəri cəhətdən o 

qədər də əhəmiyyətli deyil. Lakin yalnız bu doktrina sayəsində biz Ölümsüzlər X əsrin 

başlanğıcında, yaxud da sonunda Yer üzünə yayılmağa başladıq. Bizim məntiq yolu ilə 

gəldiyimiz nəticə bundan ibarət idi: əgər suyu ölümsüzlük bəxş edən çay varsa, deməli suyu 

həmin ölümsüzlüyü yuyub aparan çay da mövcuddur. Yer üzərindəki çaylar sonsuz sayda deyil. 

Dünyanı gəzib dolaşan Ölümsüz bütün çayları sınaqdan çıxarır. Beləcə, biz ölümsüzlüyü yuyub 

təmizləyən çay axtarırıq.  

Ölüm (yaxud ölümün daim xatırlanması) insanların ürəyini ülvi hisslərlə doldurur, həyatı 

qiymətli nemətə çevirir. Mövcudluğun əbədi olmadığını dərk edən insanlar özlərini buna uyğun 

aparırlar. Onlar atdıqları hər addımın sonuncu ola biləcəyini anlayırlar. Elə bir sima yoxdur ki

onun cizgiləri insanın yuxuda gördüyü və tezliklə unutduğu digər simalar kimi yaddaşlardan 

silinməsin. Öləri insanlarda hər şeyin yerinin heç nə ilə doldurulmsı mümkün olmayan əvəzsiz 

dəyəri var. Ölümsüzlərdə isə bunun əksinə olaraq hər bir hərəkət (və hər bir fikir) artıq keçmişdə 

itib-batanların, yaxud gələcəkdə insanı dəli həddinə çatıracaq dərəcədə baş verənlərin əks-

sədasıdır. Elə bir şey yoxdur ki, heç nəyi göstərməkdən usanmayan güzgülərdə artıq onun əksi 

olmasın. Ölümsüzlər üçün heç nə bir dəfə olmur, heç nə öz ələdüşməzliyi ilə qiymətli deyil. 

Qəm, qüssə, adət-ənənələrin müqəddəsləşdirdiyi kədər Ölümsüzlər üzərində ağalıq edə bilmir. 

Biz Homerlə Tanjer qapıları önündə ayrıldıq. Deyəsən, heç vidalaşmaq da yadımıza düşmədi.  

 

 



 

Mən yeni çarlıqları və imperiyaları gəzib dolaşdım. 1066-cı ildə Stemford körpüsündə 



vuruşurdum. Amma kimin tərəfində olduğumu xatırlamıram. Ya orada öz ölümünü tapan 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə