Azərbaycan respublikasinin qanunu



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix08.09.2018
ölçüsü1,16 Mb.
#67141
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

 

47 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Sonra röyalarım tədricən dəyişməyə başladı. Mən yuxuda De Kuinsidən fərqli olaraq əsrarəngiz 

dəhşətlər, ya onun müəllimi Jan Pol kimi ibrətli alleqorik səhnələr görmürdüm, yox, mən gecələr 

tanış olmayan üzlər və evlər görürdüm. İlk tanıya bildiyim adam Çapmen oldu. Sonra Ben 

Consonu və onun qonşusunu gördüm. İkincinin bioqrafiyalarda adı yoxsa da, yəqin Şekspir bu 

adamı hər gün görürmüş.  

Ensiklopediya sahibi olmaq heç də o demək deyil ki, guya onun hər sətri, hər bölməsi, səhifə və 

şəkillərinə də bələdsən. Sadəcə məqam gəldimi, bunların hər birini tanıya bilirsən. Və əgər bu, 

konkret, xeyli də sadə, üstəlik əlifba sırası ilə düzülmüş məqalələr qismində bir materiya üçün 

keçərlidirsə, bu dərəcədə mücərrəd və ələdüşməz, dəyişkən və rəngarəng materiya - çoxdan 

dünyasını dəyişmiş bir  

adamın möcüzə yaddaşına münasibətdə niyə gərək başqa cür olaydı...  

Heç kəs həyatını bütün dolğunluğuyla bir ana sığdırmaq iqtidarında deyil. Bu istedad nə mənə 

az-çox tanış Şekspirdə, nə də onun sadə xələflərindən biri olan mənim özümdə var. İnsan 

yaddaşı yaşanmışların sadəcə üst-üstə qalanması deyil, bir xaosdur, böyük imkanlar gizləyir. 

yanılmıramsa, Avqustin, yaddaşın göyləri və yeraltı gizlənclərindən söz açır. İkinci metafora 

dəqiqdir, dümdürüstdür. Mən məhz bu qata varmışdım. Hər birimiz kimi, Şekspirin də 

yaddaşında qəsdən unutduğu qaranlıq məqamlar var, həm də az deyil. Bir qədər sarsılsam da, 

yadıma gəlirdi, necə Ben Conson latın və yunan hekzametrlərində şer deyir və fəhm, o misilsiz 

Şekspir fəhmi ki, elə hey qısa və uzun hecaları dəyişik salır, bununla həmkarlarını əyləndirirdi. 

Sevinc və qüssəni daddım mən. Hər birimizin asılı olduğu uzun və səbrli tənhalıq altdan-altdan 

mənə möcüzəni daha kəskin duymağı öyrətdi. Cəmi bir ay sonra yaddaşın vəcdindən qanad 

taxmağımın nəticəsiydi; görünməmiş səadət!- düz bir həftə özümü az qala Şekspir sandım. Onun 

misraları hər dəfə yeni, gözlənilməz tərəflərdən açılırdı. Mən başa düşdüm ki, ay Şekspir üçün ay 

olmazdan əvvəl, ilahə Dianadır. Və Dianadan da çox, bir qədər qaranlıq, heç cür ağla gəlməyən 

"moon" sözüdür. Məni daha bir kəşf gözləyirdi. Aşkarca görünən Şekspir xətaları, o "absense 

dans I` infine" halları ki, Hüqonu vəcdə gətirirdi, heç də təsadüf deyilmiş. Şekspir xətaları 

düzəltmir, əksinə, yeri gəldikcə artırırdı - ona görə ki, səhnə üçün nəzərdə tutulmuş nitq gərək 

azad ola, həddən-ziyadə cilalı, süni (Nicht allzu glatt und dekunstelt) səslənməyəydi. Bundan 

ötəriydi ki, metaforaları lay-lay, üst-üstə döşəyirdi.  

my way of life  

Is fall'n into the sear,  

the yellow leaf.  

(Öz zamanımda yaşadım mən, öz ömrümü yaşadım, payızı, xəzanı gördüm - "Maqbet", V, 3)  




 

48 

www.kitabxana.net

 – 


Milli Virtual Kitabxananın e-nəşri. 2011

 

 



 

www.kitabxana.net

 – 

Milli Virtual Kitabxananın e-nəşri. 2011



 

Günlərin birində yaddaşın gizlədiyi günaha çıxdım. Onu müəyyən etməyə çalışmadım; bu 

bilmərrə Şekspirin işiydi. Bircə onu deyim ki, günahın pozğunluğa heç bir aidiyyatı yoxdu. Mən 

anladım ki, insan qəlbinin üç başarıya - yaddaş, ağıl və iradəyə ayrılması sxolastların uydurması 

deyilmiş. Şekspir yaddaşı yalnız bir şeyi edə bilərdi. Onun həyat şərt-şəraitini mənə aça bilərdi. 

Amma şairin təkrarsızlığı, əlbəttə,  

bunda yox, başlıcası bu kövrək materialı şerə çevirmək bacarığındaydı. Sadəlövhlük edib Torp 

kimi mən də bioqrafiya yazmağa başladım.  

Amma tezliklə inandım ki, bu janr yazıçı bacarığı istəyir. O da ki, məndə yoxdu. Təhkiyə etmək 

bacarmırdım. Öz tarixçəmi belə. Halbuki bu, Şekspirinkinə nisbətdə daha qəribə idi. Həm də bu 

kitab lazımsız ola bilərdi. Özlüyündə hər kəs bilir ki, bəxt və tale əcaib və müdhiş nə varsa, 

Şekspirə bol-bol, bəs qədər bəxş eləmişdi. O, bütün bundan elə süjetlər, qəhrəmanlar yapa 

bilmişdi ki, burda həyat - onu düşünmüş, ağsaçlı Allah bəndəsinin öz canında olandan qat-qat 

çoxdu. O adamın ki, nəsillərin yaddaşına sözün musiqisini həkk eləmiş şeirlərin müəllifidir. Elə 

isə hər şeyi dolaşdırmaq, qurulu sarayın altına təzədən lağım atmaq - Maqbet tufanı, gurultu və 

qəzəbini adi sənədli bioqrafiya, ya realist roman hüdudlarına sığışdırmaq nəyə gərək idi?  

Məlumdur ki, bizim Almaniyada Höte rəsmi kult mənbəyidir. Amma Şekspir kultu ürəyimizə 

daha yaxındır, ona bir qədər nostalji də qatırıq.  (İngilislərdən hədsiz qədər uzaq olan Şekspir 

İngiltərədə rəsmi kult mənbəyidir; amma burda əsas kitab, əlbəttə ki, Bibliyadır).  

Əgər ilk zamanlarda Şekspirin taleyi mənim hədsiz sevinc-səadətim idisə, sonrakı mərhələ zülm 

və dəhşət mücəssəmi oldu. Əvvəlcə hər kəsin yaddaşı öz axarında axırdı. Zaman keçdikcə 

qüdrətli Şekspir nəhri mənim balaca arxımı basıb- keçdi. Mən dəhşət içində anladım ki, öz dilimi 

unuduram. Şəxsiyyətin mayası - onun yaddaşıdır və mən ağlımdan yana, təşviş duymağa 

başladım. Dostlarım əvvəlki kimi gəlib- 

gedir və mən mat qalırdım; heç birisi də fərqinə varmırdı, necə mən cəhənnəm əzabı çəkirəm. 

yavaş-yavaş ən adi şeyləri (die alltagliche Umwelt) başa düşə bilmirdim. Bir səhər dəmir, taxta 

və şüşədən ibarət iri bir nəhəngin qarşısında özümü itirdim. Fit və qışqırıq qulaqlarımı batırdı. 

yalnız bir an, mənə sonsuz görünən an keçdikdən sonra Bremen vağzalının parovoz və 

vaqonlarını tanıya bildim. Bizim hər birimiz illərlə yığdığımız yaddaş yükünü çəkməli oluruq. 

Mən ikisini çəkirdim (Hərdən də birləşirdilər): öz yaddaşım və digər, mənə əlçatmaz olanı. 

Spinoza yazıb ki, həyatda hər şey özü olaraq qalmaq istəyir. Daş - daş olaraq, pələng - pələng 

kimi. Mən təzədən German Zörgel olmaq istəyirdim. Azadlığımı qaytarmaq fikrinə nə zaman 

düşdüyümü dəqiq xatırlamıram. Ən sadə üsul seçmişdim. Ağlıma gələn telefon nömrəsini yığır, 

dəstəyi qadınlar və uşaqlar qaldırırsa, vaz keçirdim - incitməmək qərarlıydım. Həhayət ki, açıq-

aşkar savadlı olduğu görünən kişi səsinə düşə bildim. Mən dedim:  



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə